“MƏhsul satişI ÜZRƏ ƏMƏLİyyatlarin uçotu


Şəkil 1. "Mədaxil sənəd" dialoqu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix11.12.2023
ölçüsü0,67 Mb.
#144384
1   ...   34   35   36   37   38   39   40   41   42
liyev-R-hman

Şəkil 1. "Mədaxil sənəd" dialoqu
Nəzərinizə çatdırılan dialoqun cədvəl olan hissəsində mallar üzrə adları və 
müvafiq göstəriciləri yazmaq üçün bu alətlər panelində verilən "Yeni" işarəsini
yəni ağ vərəq formaslnda olan işarəni basmaq lazımdır. Bu vaxt ekranda həmin 
sətrə uygun olan məlumatların daxil olunması üçün nəzərdə tutulmuş balaca ölçülü 
"Mədaxil" dialoqu açılır. Orada isə sətrə daxil edilmli olan malların adı müvafiq 
məlumat bazasından seçilərək, miqdarları və qiymətləri isə klaviatura köməyi ilə 
daxil olunur. Eyni zamanda malın qiyməti isə "Qiymət" xanasının sağ künc 


73 
hissəsində yerləşən kalkulyator köməyi ilə hesablanmaqla da daxil etmək olar. 
Orada göstərilən "Valyuta" xanasında tələb olunan valyuta növü seçilə bilər, ki, bu 
halda qaimə-fakturada malların qiymətini seçilmiş valyuta ilə, məbləğlərini isə 
müvafiq kursa görə hesablanmış manatla əks etdiriləcək. Daha sonra "Mədaxil" 
dialoqunda qaimə-fakturanın qeyd olunmuş sətirinə görə tələb olunan məlumatlar 
daxil ediləndən sonra, "OK" düyməsinə basmaqla, həmin məlumatları "Mədaxil 
sənəd" dialoqunda cədvəl hissəsinə ötürürük. Mədaxil sənədində sətirlərin hamısı 
bu qayda ilə formalaşır. Hansısa bir sətirdə dəyişiklik etmək və ya həmin sətri 
tamamilə pozmaq istəyiriksə, alətlər panelində olan "Dəyişmə" və ya "Silmək" 
düymələsindən istifadə edirik.
 
Şəkil 2. "Məxaric sənəd" dialoqu 
Qeyd olunan dialoqda qaimə-fakturanın bütün sətirləri formalaşdıqdan sonra, 
aşağı hissəsində yerləşən "OK" düyməsinə basmaqla, tərtib olunmuş qaimə-faktura 
"Sənəd"i bölməsində olan, mədaxil sənədlərinin siyahısı əks edilən "Mədaxil" 
dialoquna keçirik. Malların məxaricinə aid qaimə-faktura tərtib olunması üçün 
"Əməliyyat" və ya "Sənəd" bölmələrindən birindən "Məxaric" elementini seçərək, 
"Məxaric sənəd" adlı dialoqunu açmalıyıq. "Məxaric sənəd" dialoqunun forması 
"Mədaxil sənəd" dialoquna çox oxşayır, ancaq ondan istifadə olunduqda, məxaric 


74 
sənədinin tərtib edilməsi qaydaları özünəməxsus xüsusiyyətlərə sahibdir. "Məxaric 
sənəd"i dialoqun ekranda əsas görünüşü şəkil 2-də nəzərinizə çatdırılıb. Bu 
dialoqun cədvəl hissəsində malların adlar və miqdarları, həmin mallara dair mal 
qalığının və ya onların alış qiymətləri ilə bağlı məlumat qeyd olunub. "Məxaric 
sənəd"i dialoqunun başlığında olan xanalar doldurulandan sonra, dialoqun cədvəl 
hissəsinə keçirik və ondan sonra alətlər panelindəki işarələr aktivləşəcək. Həmin 
kursorun göstəricisini "Yeni" işarəsinin üzərində saxlayıb, kursorun sol düyməsini 
basdıqdan, sonra ekranda görsənən qaimənin cari sətrinə dair məlumatlar daxil 
olunması üçün nəzərdə tutulmuş olan "Məxaric" adlı dialoq açılır. Orada malların 
adı müvafiq məlumatlar bazasından seçildikdən daha sonra, "Miqdar"ı xanasının 
sağ künc hissəsində yerləşən 3 nöqtədən ibarət düymə basılır. Ondan sonra ekranda 
seçilmiş mallara uyğun mal qalıqları və alış qiyməti əks olunan "Mal qalığı" adlı 
dialoqu açılır.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə