Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə52/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

185 
 
6) Təzyiqli  sularla  qidalanma -  geoloji-hidrogeoloji  mate-
rialların  analizi  əsasında  müəyyən  edilmişdir  ki,  Şirvan   dü-
zənliyi  ərazisində  təzyiqli  suların qrunt suyu   horizontuna  bo-
şalması  baş  verir.  Qrunt  sularının  təzyiqli  sularla  qidalanma  
miqdarı rejim-müşahidə məlumatlarına əsasən təyin  olunur.  Dar-
si    düsturu    ilə    aparılmış    hesablamaya    görə,    qrunt    su    axını  
zonasına  orta  hesabla,  ayda  269 m
3
/ha,   ildə   isə    3232  m
3
/ha  
təzyiqli  su  daxil  olur. 
B. Qrunt  suyu  balansının  çıxar  hissəsi. 
1)Yanlara  yeraltı  axın  -  Şirvan düzənliyi  ərazisində  iki  
istiqamətdə  baş  verir:    
a) Qrunt  sularının  Göyçayın yatağına  boşalması.    
Göyçayın  yatağına  yeraltı  axının  miqdarı  hidrometrik  və  
hidrogeoloji üsullarla  təyin  edilmişdir.  
Rejim müşahidələri əsasında balans sahəsinin müxtəlif  his-
sələrində:  başlanğıc-,  orta-  və   qurtaracaq  hissələrdə  qurulmuş  
suölçən  məntəqələrdə  Göyçayın sərfi  hesablanmışdır.  Hər  bir  
hidrometrk  məntəqədə,  rejim   müşahidələrindən  əlavə,  axının  
en kəsik sahəsi və  sürəti təyin  olunmuş, çayın  sərfinin  su  səviy-
yəsindən  asılılıq  qrafiki  qurulmuşdur. Axının  sürətini  (0,64 – 
0,81    m/san),    en    kəsik    sahəsini  (10,42–13,12  m
2
)    bilməklə,    
QvF ,  m
3
/san  düsturu  ilə  xətt üzrə  keçən  suyun  həcmi  təyin  
olunur. 
Göyçayın  sərfi  onun  hərəkət  yolu  üzrə  artır.  Belə  ki,  
balans  sahəsinin  başlanğıcından   2650 m  məsafədə  P - 27  və  
P - 28     tamasa  məntəqələri  hüdudlarında   sərflərin  fərqi  0,080 
– 0,087 m
3
/san,  orta  hesabla  0,084 m
3
/san,  yəni  1,2  dəfə  çox  
qeyd  olunur.  Daha  sonra  çayın  axımı  üzrə  1350 m  məsafədə  
P – 28   və  P – 29  tamasa  məntəqələri   arasında   bu fərq  0,030 
– 0,037 m
3
/san,  yəni  P – 27 ilə  müqayisədə  2,1  dəfə  çox  mü-
şahidə  olunur.  Bu  isə  qrunt  suyu  axınının  Göyçayın  yatağına 
doğru yönəldiyini  göstərir. Əgər  qrunt  suyu  axını   P - 27  və  P 
- 28   tamasa  məntəqələri arasında  çay  yatağına  45 – 60
0
  bucaq  


186 
 
altında  yönəlmişdirsə, P – 28   və  P – 29  tamasa  məntəqələri   
arasında   bu  bucaq  70 – 80
0
  təşkil  edir. 
Suölçən    məntəqələr    üzrə    Göyçayın    sərfi    P  –  27    üzrə  
7,410 – 12,900 m
3
/san  (orta  hesabla  9,126 m
3
/san) ,  P – 29  üzrə  
7,530  –  13,010  m
3
/san  (orta    hesabla    9,160  m
3
/san)    arasında  
dəyişir. 
Qeyd  etmək  lazımdır  ki,  çayın  axımı üzrə  4000 m  mə-
safədə    suyun    minerallaşma    dərəcəsi    23  –  200%    artmaqla,  
hidrokimyəvi tərkibi  SO
4
 – Ca – Na  tipdən  Cl – SO
4
 – Mq – Na  
tipə  qədər  dəyişir.  
Göyçay  boyunca  qrunt   sularının  minerallaşma  dərəcəsi    
12,5  q/l –dən  16,7 q/l – ə  qədər  dəyişir.  Suyun  kimyəvi  tərkibi    
SO
4
 – Ca – Na  ,  bəzi  yerlərdə Cl - SO
4
 – Mq – Na   tip  qeyd  
olunur. 
b) Qrunt  sularının  cənuba  doğru  axımı. 
Hidroizogipslərin    xarakteri    göstərir    ki,    yanlara    yeraltı  
axın  yalnız  şərqə  doğru (Göyçayın  yatağına  doğru)  deyil,  eyni  
zamanda   cənuba – kollektorun  fəaliyyət  zonasının    aşağı  his-
səsinə   doğru  da  müşahidə  olunur.  Yanlara  yeraltı  axın (cə-
nuba)  onun 2200  m  enində  baş verir  ki,  bu  da  balans  sahəsi-
nin  cənub  sərhədinin   ümumi  uzunluğunun  (3600 m)  66% - ni  
təşkil  edir. Axının  qeyd  edilən  eni   hüdudlarında  qrunt  suları-
nın  yatım  dərinliyi   3 – 5 m (orta  hesabla  4 m)  qeyd  olunur  
(kollektorun fəaliyyət  zonasında  bu  dərinlik  8 m – ə  çatır).  Su-
keçirməyən horizontun tavanının  yatım dərinliyinə  görə  (14 m)  
axının  qalınlığı  hesablanır  (14 – 8 = 6 m). 
Beləliklə,  hesablamalar  göstərir  ki,  axının  1 p.m  eninə   
yanlara   yeraltı  axının  sutkalıq  miqdarı  0,0166 m
3
/sut,  axının  
tam  eninə - 34,2 m
3
/sut  təşkil  edir. 
2) Ümumi  buxarlanma. 
Ümumi buxarlanmanın  təyin  edilməsində   müxtəlif  cihaz-
lar (lizimetr,  isparitel)  və  su  balansı  üsulundan  istifadə   edil-
mişdir. 


187 
Bitkilərin  növündən  asılı  olaraq,  ümumi  buxarlanmanın  
miqdarı    ildə  8160 – 12330 m
3
/ha  qeyd  olunur  ki,  onun  da  
54 – 85% - i  transpirasiyaya  daxildir. 
3)Drenaj  axını.
Qrunt  suyu  səviyyəsinin  kritik  dərinlikdən  aşağıda  yer-
ləşməsini  və  ərazidən  yüksək  minerallaşmaya  malik  qrunt  su-
larının    aparılmasını    təmin    etmək    üçün    Şirvan    düzənliyində  
1957 – 1960 -  cı  illərdə  14  dren, 2  sutoplayıcı  sistem, 1  açıq-  
və  1 qapalı  tipli  kollektor  istifadəyə  verilmişdir. 
Drenləşmiş  ərazi  üzrə  drenaj  sularının   tam  axını  66445  
min m
3
  və  ya  60  min m
3
/san  (minerallaşma  dərəcəsi  17,5  q/l  
olmaqla)  təşkil  edir. Drenaj  suları  ilə  1159965  t   müxtəlif  tər-
kibli  duzlar  aparılmışdır  ki,  bu  da  1115 t/ha  təşkil  edir.  47 il  
ərzində (1965-2012)  ayrı – ayrı  drenlərlə  32 – 103  min m
3
/ha  
su  aparılmışdır  ki,  bu  zaman  da  suvarma  sularının  həcmi  101 
– 298 min m
3
/ha   təşkil  etmişdir.  Bu  halda   drenaj  axını  suver-
mənin  30 – 48% - ni  təşkil  edir.  2012 -  ci  ildə  drenaj  axını  
1413, 5 m
3
/ha  qeyd  olunur.  
Beləliklə,  qrunt  sularının  balansı  yerüstü  və  yeraltı  axın-
dan ibarətdir. Balansın gəlir hissəi  10080 m
3
/ha,  o  cümlədən  at-
mosfer  çöküntülərinin  infiltrasiyası  953 m
3
/ha  və  ya  9,4%  təş-
kil  edir.  Qrunt  sularının  atmosfer  çöküntüləri  ilə  qidalanması  
payız-yaz  mövsümündə  müşahidə  olunur  və  mövsümü  kəsi-
lişdə  160 – 210 m
3
/ha /ay   və  ya  balansın  gəlir  hissəsinin  15,9 
%-i    qədər    təşkil    edir.    Su    buxarlarının    kondensasiyası    1013 
m
3
/ha    və    ya    balansın    gəlir    hissəsinin  10,1%  -  i    qədər    qeyd  
olunur. 
İrriqasiya  axını:  300 m
3
/ha  və  3,1%  irriqasiya  kanalların-
dan,  3640 m
3
/ha  və  ya  36,1 % suvarma  sahələrindən   süzülmə-
dən  ibarətdir.  Bütövlükdə  suvarma  sularının   infiltrasiyası  ildə  
4200 m
3
/ha  təşkil  edir.  
Şimaldan    hərəkət    edən      yeraltı    axın    61  m
3
/ha    və    ya  
balansın  gəlir  hissəsinin   0,1 % -  i  qədər  müşahidə  olunur. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə