Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə51/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

182 
 
5.Suvarma  aparılan  təsərrüfatlarda  neqativ  halların  aşkar  
edilməsi; 
6.Suvarma    rejiminin    layihələndirilməsində    tədbirlərdən  
ibarət  tövsiyələrin  verilməsi; 
7.Torpağın  meliorativ  vəziyyəti  üzərində  nəzarətin    apa-
rılması; 
8. Yeni istifadəyə verilən torpaqlarda suvarma layihələrinin                  
əsaslandırılması. 
Bu  tədbirlər  qrunt  suyu  rejiminin  idarə  edilməsi  məq-
sədi  dayşıyır.  Belə  idarəetmənin  əsasını  qrunt  suyu  rejiminin  
proqnozlaşdırılması  təşkil  edir  ki,  bu  da  göstərilən  tədbirlərin  
əsaslandırılmasına  xidmət  edir. 
Balansın  üç  növü  ayrılır:  ərazinin  ümumi  balansı,  aera-
siya  zonasının  balansı  və  doyma  zonasının  balansı. 
A. Qrunt  suyu  balansının  gəlir  hissəsi. 
1)    Atmosfer    çöküntüləri.    Balansda    atmosfer    çöküntülə-
rinin  rolu  qrunt  sularının  qidalanmasında  özünü  büruzə  verir;  
onlar    buxarlanma,    yeraltı    axınla    daxil-    və    xaric    olan  suyun  
miqdarı    nəzərə    alınmaqla    infiltrasiyanın    qiymətləndirilməsinə  
görə    təyin    olunur.    Bu    zaman    təzyiqli    sularla    qidalanmanın  
miqdarı  sabit  qəbul  edilir. 
Müşahidə  müddətində  (1985 – 2012)  atmosfer  çöküntü-
lərinin    miqdarı    2,26  –  5,12  min  m
3
/ha    arasında    dəyişimşdir.  
Atmosfer  çöküntüləri  ilə  eyni  zamanda  qrunt  sularına  müəy-
yən  miqdarda  duz  daxil  olur,  belə  ki,  onların  minerallaşma  
dərəcəsini   0,11  –  0,32     q/l  qəbul  etsək, 27    il   üçün   35,24 t/ha  
təşkil  edir. 
Aerasiya zonası süxurlarının  su rejimi  və  atmosfer  çökün-
tülərinin  rejiminin  nəzərə  alınması  ilə   yeraltı  suların  səviy-
yəsinin  xronoloji  qrafikinin   analizi  göstərir  ki,  qrunt  sularının  
atmosfer    çöküntüləri    hesabına    qidalanması    il  ərzində    əsasən  
XII –V aylarda   müşahidə  olunur.  Qrunt  sularının  yatım  dərin-
liyini,  qidalanma  miqdarını   və  səviyyəsinin  qalxma  müddətini  
bilməklə,  bütün  ərazi  üzrə  qrunt  sularının  atmosfer  çöküntü-


183 
ləri  ilə  qidalanma  miqdarını  hesablaya  bilərik  ki,  bu  da  ildə  
952  m
3
/ha  və  ya    atmosfer    çöküntülərinin    ümumi      miqdarının  
25,8%  -  ni    (27    il   üçün    orta   qiymət    ildə   3950  m
3
/ha)    təşkil  
edir.   
2) Su    buxarlarının    kondensasiyası  -    rejim  –  müşahidə
işlərinin nəticəsi  göstərir  ki, qrunt  sularının  minerallaşma  dərə-
cəsi 1,15 q/l  olduqda  kondensasiyanın  miqdarı  atmosfer  çökün-
tülərinin  aylıq  miqdarından  1,1% (2,5 m dərinlikdə)  və  53,4% 
(0,6  m  dərinlikdə);    40,57  q/l    olduqda   -    59,6%   (1,6 m   dərin-
likdə);  67,62  q/l  olduqda  62,5%  (1,9 m  dərinlikdə)  təşkil  edir. 
Aydındır ki,  qrunt  sularının  yatım  dərinliyi  artdıqca  kon-
densasiyanın    faizlə    miqdarı    atmosfer    çöküntülərindən    asılı  
olaraq,  2,3-2,5  dəfə  azalır. 
İllik    kəsilişdə   qrunt    suyu  səviyyəsi    1 –  10  m,    mineral-
laşma dərəcəsi  <1 - >75 q/l   təşkil  edir.  Bu  zaman  su  buxar-
larının  kondensasiyası    qrunt  suyu  səviyyəsində  ayda  19,5 – 
47,4  m
3
/ha  və  ya  ildə  1013,4 m
3
/ha   təşkil  edir. 
3) Suvarma    kanallarından    süzülmə  -    qeyd    etmək    la-
zımdır  ki, geometrik  parametrlərdən   və  hidrogeoloji    şəraitdən  
asılı   olaraq, bütün  növ  kanallardan   su  itkisi  baş  verir  ki,  bu  
da    qrunt    sularının-,    sukeçirməyən    horizontunn    yatım    dərin-
liyindən  və kanalın  iş   rejimindən  asılıdır. 
Qazyanarx   kanalından su  itkisi  süzülmə  və  su  səthindən  
buxarlanma    yolu  ilə  baş   verir  və  0,053 – 0,240  m
3
/san  və   
ya  ilkin  sərfin  2,1 – 31 %  -  i  qədər  (orta  hesabla  12,3%)  təş-
kil  edir.   
Qeyd  etmək  lazımdır  ki,  kanalda  suyun  azalması ilə  sü-
zülmə  itkisi  (kanalın  hər  iki  tərəfi  üzrə)    kəskin  artır.   Bu  
itkinin  miqdarı  1090 m – ə  0,067 m
3
/san   və  ya  1  p.m.  -  ə   
0,0000615 m
3
/san  təşkil  edir.  Tədqiqatlar  göstərir  ki,  il  ərzin-
də  orta  hesabla  kanaldan  259,8 m
3
/ha   və  ya  ayda  21,6 m
3
/ha  
və  ya  kanalın  uzunluğunun  1  p.m. – nə  12,4 m
3
/ay  təşkil  edir. 


184 
 
Kanaldan  süzülmə  itkisi  onun  faydalı  iş  əmsalını  azal-
dır,    sugötürmənin    həcmini    artırır    və    suvarma    sahələrində  
qrunt  sularının  qidalanmasına  şərait  yaradır. 
4)  Suvarma  sahələrindən süzülmə -  qrunt  sularının  qida-
lanmasında  əhəmiyyətli rol  oynayır.   Süzülmənin  həddən  artıq  
miqdarı  torpaqların  meliorativ  vəziyyətinin  pisləşməsinə   şə-
rait  yaradan  mühüm  amildir. 
1960 – 2012- ci illər  ərzində  sahələrə  verilən  suvarma  su-
larının  miqdarı  4,82 – 12,93  min m
3
/ha  və  ya  52  il  ərzində  
387,84  min m
3
/ha  təşkil  edir  ki,  bu  suların  da  minerallaşma  
dərəcəsi  0,85 – 1,62  q/l  olmuşdur. Eyni  zamanda  su  özü  ilə   
ildə  4,92 – 20,56  t/ha  (və  ya  52  il  ərzində  495,93  t/ha)  duz  
gətirir. 
Sahələrə    verilən    suvarma    sularının    miqdarı    aylar    üzrə  
aşağıdakı  kimi  paylanır (illik  miqdardan  faizlə): 
I -  1,4  ;       II  - 3,3   ;     III – 7,1    ;     IV – 8,2    ;     V -  
10,2    ;    VI – 11,1 ; VII – 20,2 ;   VIII – 17,9  ;     IX – 7,8  ;     X  
-  5,1  ;     XI -  3,2  ;     XII  -  2,3.  
İnfiltrasiyanın miqdarı suvarmanın   normasından  və  sayın-
dan, qrunt  sularının yatım  dərinliyindən,  aerasiya  zonası  süxur-
larında nəmliyin miqdarından,  süxurların  süzülmə  keyfiyyətin-
dən,  məsaməliyindən  və  s.  amillərdən  asılıdır. 
2012  –  ci    ildə    qrunt    sularının    suvarma    suları    ilə    irri-
qasiya    qidalanması    3640  m
3
/ha    qeyd    olunur    ki,      bu    da   sa-
hələrə  verilən  suvarma  sularının  28,2 % - ni  təşkil  edir.  Qrunt  
sularının   suvarma  suları  ilə  qidalanma    miqdarının    orta  çəki  
qiyməti   suvarma  sularının  aylıq  miqdarının   3,3 – 15,1 % - i  
qədər  müşahidə  olunur.  
5)    Yanlardan    yeraltı    axının    miqdarı    rejim  –  müşahidə  
məlumatları  və qrunt  suyu  axınının   hidrogeoloji  parametrləri-
nə  (yeraltı  axının  qalınlığı,  sulu  qatın  sukeçiricilik  qabiliyyəti  
və  hidravlik  maillik)  görə  təyin  edilir.  Beləliklə,   yeraltı  axı-
nın  miqdarı  il  ərzində  5,0 m
3
/ha  təşkil  edir. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə