MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

bilər. Bəzən müzakirələri diktofona 

yazmaq faydalıdır. Bununla da siz 

auditoriyanın mövqeyini təkrar nəzərdən 

keçirə və bu barədə öz təəssüratlarınızı 

qələmə ala bilərsiniz. Bu baxımdan, 

moderator kimi sözügedən materialların 

əldə olunmasında sizə köməklik edəcək 

assistentin olması faydalıdır. 



Müzakİrə Mövzuları və  

üMuMİ suallar

Bu kitabçaya əlavə edilən 20 film 

müxtəlif mövzuları (məsələn, kimliklər, 

qaçqın və məcburi köçkünlər, müharibə 

və zorakılıq, ailə üzvlərinin ölümü, sülh 

və yanaşı yaşama, gənclər) əhatə edir. 

Bəzi filmlər bir neçə mövzunu əhatə 

edir. Növbəti səhifələrdə siz hər bir film 

haqqında ayrıca müzakirələrin 

aparılmasına köməklik edən suallar 

toplusu ilə tanış ola bilərsiniz.

Həmçinin siz aşağıda qeyd olunan ümumi 

suallardan da faydalana bilərsiniz. Film 

nümayişinə başlamazdan əvvəl siz 

auditoriyadan həmin ümumi sualları 

nəzərdən keçirməyi və nümayişindən 

sonra aparılan müzakirələri 

yekunlaşdırmaq üçün cavablandırmağı 

xahiş edə bilərsiniz.

»  

Qarşı tərəfin insanlarını tanımaq 

baxımından bu filmlər sizin işinizi 

asanlaşdırdı, yoxsa daha da 

çətinləşdirdi? 

»  

Bu filmlərdəki insanlar ölkənizdəki 

medianın onlar haqqında sizə aşıladığı 

obrazdan nə qədər fərqlənir? 



»  

Əgər qarşı tərəfdə göstəriləcək film 

çəkmək imkanınız olsaydı, həmin 

filmlə nə demək istəyərdiniz? 



»  

Filmlərdə sizi təəccübləndirən və ya 

qəzəbləndirən nəsə oldumu? 

»  

Bu filmlərə baxdıqdan sonra 

ümidləriniz artdı, yoxsa azaldı? 

»  

Haqqında daha çox öyrənmək 

istədiyiniz, lakin filmlərdə əks 

olunmayan məqamlar nə idi? 



»  

Bu cür layihələri əhəmiyyətli hesab 

edirsinizmi? 

»  

sizcə, münaqişənin həll olunmasına 

nə mane olur? 

»  

Qarabağ münaqişəsinin birdəfəlik həll 

olunması sizin həyatınızda hansı 

dəyişikliklərə səbəb olardı? 



29

2-Cİ HİssƏ




hər FİlMlə  

bağlı Müzakİrə 

edİlən suallar 

Kİno dİaloqları



30

növbəti səhifələrdə bu kitabçaya 

daxil edilən iyirmi filmin hər 

birinə dair 10-a yaxın sualla 

tanış ola bilərsiniz.


FİlM 1 (9:13)

 

“13 İL sONRA” 



Müəllif: elcan Məmmədov

1.

    



Bu filmdə kadrın arxasında danışan 

qəhrəmanın hisslərini necə təsvir 

edərsiniz? 

2.

    



sizcə, məcburi köçkünlər hazırkı 

vəziyyətlərinə görə özlərini cavabdeh 

hesab edir? Əgər belədirsə, hansı 

səbəbdən? sizcə onların bu vəziyyətə 

düşməsində günahı var?

3.

    



sizcə, köçkünlərin məcburi köçdən 

əvvəlki həyat şəraiti ilə indiki 

arasında əsas fərqlər nədir? yeni 

yerdə cəmiyyət məcburi köçkünlərə 

necə təsir edir və onlar yeni şəraitə 

nə dərəcədə uyğunlaşıb?

4.

  

sizcə, Bakıda yaşayan qaçqınlar  



və məcburi köçkünlər üçün şəhər 

həyatının əsas çətinlikləri hansılardır?

5.

    


sizcə, hansı səbəbdən qaçqın və 

məcburi köçkünlər öz keçmiş 

mülklərini unutmaqda çətinlik çəkir? 

6.

    



Filmin qəhrəmanı hansı 

dəyişikliklərdən narahatlıq duyur? 

Nəyə görə o, sevdiyi qızın 

dəyişəcəyindən qorxur? 

7.

    


Məcburi köçkünlərə öz 

hüquqlarından istifadə etməyə  

nə mane olur?

8.

    



sizcə, məcburi köçkünləri ən çox nə 

narahat edir?

9.

    


Qaçqın və məcburi köçkünlər ailə 

həyatında hansı problemlərlə 

üzləşir? Məcburi köçkün ailələri öz 

övladlarını sülhə hazırlaya bilirmi?

10.

   


Bu film sizə məcburi köçkünlərin 

vəziyyətini dərk etməyə kömək 

etdimi? 

FİlM 2 (12:21)

 

“DİRçƏLİş”  



Müəllif: Məmmədşərif Ələkbərov 

1.    


Müharibə insanın psixologiyasına, 

onun digərləri ilə münasibətinə necə 

təsir edir? 

2.    


səhhətindəki problemlər filmdəki 

veteranın həyatına necə təsir edib? 

Bu problemin öhdəsindən gəlmək 

təcrübəsi onun həyata baxışına necə 

təsir göstərib? 

3.    


Veteranın ailəsi onun həyatında hansı 

rolu oynayıb? Nəzərə alsaq ki, əri onu 

heç vaxt görə bilməyəcək, veteranın 

həyat yoldaşının seçiminə 

münasibətiniz necədir? 

4.    


“Müharibə insanları azğınlaşdırır”. 

“Müharibə anormal insanlar 

tərəfindən aparılır”. sizcə, bu 

ifadələri işlətməklə qəhrəman nə 

demək istəyir?

5.      


Dostlarını xilas etmək üçün özünü 

qurban verən əsgərin hərəkətinə 

münasibətiniz necədir?

6.    


ölkənizdə müharibə nəticəsində əlil 

olmuş insanlara münasibət necədir?

7.      

Veteran deyir ki, erməni və 

azərbaycanlılar ömürlük düşmən 

ola bilməz və ermənilər arasında da 

sağlamlığını itirən insanlar var. 

sizcə, müharibədə iştirak edən 

insanlarla vuruşmayanların 

baxışları arasında fərq varmı? Bəs 

müharibədə yaralanmış və əlil 

düşmüş insanlar haqda nə 

düşünürsünüz?

8.    


sizcə, veteran vətənpərvərliyi necə 

başa düşür? siz vətənpərvərliyi 

necə başa düşürsünüz? 

FİlM 3 (16:28) 

 

“Bİz NƏ İsTƏyİRİK?” 



Müəllif: Gülnarə Məmmədzadə

1.

    



Ramin öz evi haqqında nə xatırlayır? 

2.

    



Ramin yaşadığı evi, bloku və 

məhəlləni tərk etməkdən niyə 

qorxur? 

3.

    



sizcə Ramin və onun dostlarının 

ictimai həyatda uğur qazanmasının 

səbəbi nədir?

4.

  



sizin cəmiyyətdə gənclər hansı 

spesifik problemlərlə üzləşir? 

5.

    


sizin cəmiyyətdəki gənclər bu 

problemlərin öhdəsindən gələ 

bilirmi? Əgər bilmirsə, hansı 

səbəbdən?

6.

    


sizin yaşadığınız yerdə gənclər 

Qarabağ problemi ilə maraqlanırmı? 

7.

    


sizcə, gənclərin fəallığı 

münaqişənin həll olunmasına təsir 

edə bilərmi? Əgər belədirsə, necə 

təsir edər?

8.

    


sizcə, nəyə görə Ramin bu 

müharibədə “hər iki tərəf 

məğlubdur” deyir? sizcə o, vaxtın 

boş yerə sərf edildiyini deyərkən 

nəyi nəzərdə tutur? 

9.

    



sizcə, məcburi köçkünlərin gənc nəsli 

hazırda yaşadıqları cəmiyyətə 

inteqrasiya etməlidirmi? Əgər 

etməlidirsə, onlar hansı öhdəlikləri 

öz üzərinə götürməlidirlər?

31

2-Cİ HİssƏ




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə