198
Cədvəl 10.5
Volqa çayında biogen elementlərin və üzvi maddələrin
axınlarının çoxillik dəyişmələri
İllər
Fosfor, min. ton. Azot, min. ton.
Silisi-
um
turşu-
su,
min.
ton.
Üzvi
maddə,
mln.
ton.
mineral üzvi mineral üzvi
1960-1970 1,6
14,3 60,3 140,4 430,0
2,9
1971-1975 2,8
24,0 91,8 286,0 534,0
3,4
1976-1980 5,6
61,5 68,7 276
443,0
3,9
1981-1985 7,3
40,8 138,0 367
384,0
6,4
1986-1990 14,1
28,4 182,0 380,4 467,0
6,3
Xəzər dənizi şəraitində 1 kq fosfor və azotun 1000 kq-dan artıq plankton bakterialarının biokütləsini əmələ
gətirə bilməsi əmsalına əsaslansaq, orada antropogen evtrofikasiyanın intensivliyini təsəvvür etmək olar.
Şimali Xəzərin şimali – şərq hissəsində Ural çayının qarışdığı yerdə evtrofikasiya baş verir. Şimali Xəzərdə
suyun evtrofikasiyası ildən-ilə intensivləşir. Şimali Xəzərin qərb hissəsində bu prosesdə göy-yaşıl yosunlar bö-
yük rol oynayır. Burada bu yosunların miqdarı 40-45 mq/l-ə çatır. Göy-yaşıl, yaşıl, həmçinin diatom yosunların
«çiçəkləməsi» zamanı sap-zənciri və aqreqatlar əmələ gələrək, suyun şəffaflığını və ümumi oksigenin miqdarını
azaldır.
Məlum olduğu kimi evtrofikasiya zamanı asan minerallaşan üzvi maddələrin toplanması və bidestruktorların
miqdarının artması nəticəsində Xəzər dənizi ekosisteminin stabilliyi kəsgin pozulur. Bu zaman su kütləsi və dib
çöküntüləri yosun metabolitləri və mikroorqanizmlər tərəfindən parçalanan substratların aralıq məhsulları ilə
zənginləşir.
Şimali Xəzərin antropogen evtrofikasiyası hidrokimyəvi rejimi, suyun və dib çöküntülərinin kəmiyyət – key-
fiyyət tərkibini dəyişmişdir. 20 il ərzində (1968-1988 illər) suyun üst qatlarında ümumi mikroorqanizmlərin
miqdarı orta hesabla bütün sahələr üzrə 3-3,5 mln./ml, saprofit bakteriyalar 600-700 kl/ml artmışdır. (Salmanov,
1999).
Çayların (əsasən Volqanın) axınlarının, biogen elementlərin, alloxfon üzvi maddələrin artması təkcə Şimali
Xəzərin deyil, həm də bütün Xəzər dənizi üçün ekoloji təhlükə hesab olunur. Çünki antropogen evtrofikasiya və
onun nəticələri haqqında həyacanlı faktlar dənizin bütün şelflərində müşahidə edilir.
Orta Xəzərdə antropogen evtrofikasiya prosesləri hər yerdə baş verir, ən çox isə qərb şelfdə müşahidə olunur.
Dənizin qərb şelfində, Sumqayıt sahilindən başlayaraq cənuba doğru Ələt sahəsinə qədər, akvatoriyaların 25-
35 m izobata kimi 30 ildən artıq müddətdə fitoplanktonun, fito və zoobentosun kütləvi inkişafı sıxışdırılmışdır.
Regionun ibtidai fauna və florasının əsas nümayəndələrinin deqradasiyasının əsas səbəbi yuxarıda qeyd edildiyi
kimi dənizin ümumi çirklənməsi olmuşdur. Bununla belə intensiv antropogen evtrofikasiya Cənubi Xəzərdə də
baş verir. Bu proses çirkab suları ilə kontaktda olan zonada daha davamlıdır. Fitoplanktonun deqradasiyası nis-
bətən dayaz sulu zonalarda Sumqayıt, Pirallahı, Şıxov, Qaradağ-Ələt akvatoriyalarında qeyd olunmuşdur. Kür-
boyu, Kürburnu, Lənkəran və Astara sahələrində antropogen evtrofikasiya prosesi sahildən formalaşmağa başla-
yır.
XI Fəsil
LİTOSFER
11.1. İnsanın Yer qabığına təsiri
Yer Planetinin bərk hissəsinin əsas kütləsi Yerin nüvəsi (mərkəzi), mantiyası və Yerin qabığından ibarətdir.
Daxili nüvənin radiusu 1250 km, Yerin həcminin 0,7%, kütləsinin 1,2%-ni təşkil edir. Onun bərk cisim olub əri-
mə vəziyyətinə yaxın olduğu ehtimal edilir. Nüvənin xarici (kənar) qatı 2900-5000 km dərinlikdə yerləşib bütün
Yerin həcminin 15,2%, kütləsinin 29,8%-ni tutur. Onun ərimiş-maye halında olması güman edilir, Yer nüvəsi-
nin temperaturu 5000
0
-yə, sıxlığı 12,5 t/m
3
-a yaxındır.
Yerin mantiyası Yer qabığı ilə yerin nüvəsi arasındakı təbəqədir, onun aşağı sərhədi təxminən 2900 km də-
rinlikdə yerləşir, qalınlığı 2 min km-ə yaxındır, əsasən maqnezium və dəmir, ağır metallardan ibarətdir. Yuxarı
199
mantiyanı 60-250 km dərinlikdə ərimiş hala yaxın bazalt təşkil edir. 500 km dərinlikdə temperaturu 1500
0
, 2900
km dərinlikdə təzyiq 1,35milyon kq/sm
2
bərabərdir.
Yerin qabığı onun xarici bərk qatına deyilir. Üstdən atmosfer və hidrosferlə,
altdan seysmik məlumatlarla
müəyyənləşdirilmiş daha sıx ultraəsaslı substratla (Moxoriviçiç səthi ilə) hüdudlanır. Yer qabığı materiklərdə və
okeanların altında müxtəlifdir. Materikdə yer qabığının qalınlığı adətən 35-45 km, dağlıq ərazilərdə 75 km-ə qə-
dərdir. Okeanda Yer qabığının qalınlığı 5-10 km-dir (su qatı ilə birlikdə 9-12 km). Yer qabığının orta sıxlığı 2,8
q/sm
3
-dir, onun kütləsi Yerin bütün kütləsinin 0,8%-ni təşkil edir.
Yer qabığında yuxarıdan aşağı üç qat ayrılır: çökmə, qranit və bazalt qatları. (Şəkil 11.1.) Yuxarı qatda gillər,
gil şistləri, qumlucalar, karbonatlı və vulkanik suxurlar üstünlük təşkil edir. Çökmə qatının qalınlığı çökəkliklər-
də 20-25 km, kristallik şistlərdə (qalxanlarda) isə praktiki olaraq sıfıra qədər ola bilər. Yer qabığının orta qatı öz
xassələrinə görə qranitə yaxındır (qranitlər, qneyslər, qranodioritlər, dioritlər, kristallik şistlər, amfibolitlər). Bu
qat okeanlarda olmur, kontinentlərdə isə onun qalınlığı bir neçə on kilometrlərə çatır. Bazalt qatı kristallik sü-
xurlardan təşkil olunub qranit qatına nisbətən sıx (bərk) olur. Okeanın altında onun qalınlığı 2-7 km, kontinent-
lərin altında isə 15-40 km-ə çatır.
Yer qabığının quruluşu olduqca müxtəlifdir, lakin əsas 2 qabıq tipi ayrılır: kontinental və okean. Kontinental
qabığın tipik kəsiyində yuxarıda orta qalınlığı 3 km, sıxlığı 2,5 q/sm
3
olan çökmə süxurlar yerləşir. Daha dərin-
də orta dərinliyi 17 km, sıxlığı 2,6-2,8 q/sm
3
olan qranit – metamorfik qatı yerləşir, onun altında isə orta dərinli-
yi 15 km və sıxlığı 2,9-3,3 q/sm
3
olan bazalt qatı yerləşir. Okean qabığının tipik kəsiyində yumşaq çöküntülərin
orta qalınlığı 0,7 km təşkil edir, bu qat bilavasitə bazaltın üstündə yerləşir.
Şəkil 11.1. Litosferin quruluş sxemi (Korobkin, Peredelski, 2001)
Yer qabığı və ona birləşən yuxarı mantiyanın bir hissəsi litosferi əmələ gətirir. Zəlzələlərin əksəriyyət mən-
bəyi litosferdə, əsasən yuxarı 30 km-də yerləşir.
Litosferin ən üst qatları digər geosferlərlə birlikdə və qarşılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində
litosferin üst qatında suyun, havanın və canlıların birgə məhsulu olan aşınma qabığı yaranır. Aşınma qabığında
torpaq inkişaf edir. Aşınma qabığının qalınlığı və quruluşu bütövlüklə coğrafi zonallıq qanununa tabedir. Nival
və arid qurşaqlarda aşınma qabığının qalınlığı adətən 10 metrə çatmır və quruluşu nisbətən sadə olur. Lakin ek-
vator qurşağında aşınma qabığı çox mürəkkəb quruluşlu, inkişaf tarixi uzun müddətli, qalınlığı isə 60 m-i keçə
bilər.
Litosferin üst horizontları adətən bilavasitə atmosfer və hidrosferlə əlaqədə olur. Quruda litosfer torpaqla
(pedosfer), bitki ilə (biosfer) və ya soyuq şəraitdə buz və qarla (kriosfer) örtülü olur. Yalnız səhrada litosfer bila-
vasitə (aşınma qabığı ilə) atmosferlə əlaqədə olur. Eyni zamanda torpaq və aşınma qabığı ilə atmosfer və litosfer
arasında aktiv qaz mübadiləsi gedir. Litosfer və təbii sular arasında qarşılıqlı əlaqə daha yüksək dərəcədə gedir,
belə ki, yeraltı sular həm hidrosferin, həm də litosferin bir hissəsidir.
Beləliklə, litosferin ən üst horizontları digər sferlərlə aktiv surətdə qarşılıqlı əlaqədə olur. Bu qarşılıqlı əlaqə
yer səthində maksimum intensivliyə çatır, ondan yuxarı və aşağıda isə azalır. Bu əlaqə insanın rolu artdıqca da-
ha da güclənir.
Bəşəriyyət yer qabığı ilə min il qabaq əlaqəyə girmişdir. Arxeoloq və tarixçilərə məlumdur ki, hələ neolit
dövründə əcdadlarımız faydalı mineralları, dağ süxurlarını, külçələri yer səthindən yığmaqla kifayətlənməmiş,
onları yerin alt qatlarından da çıxarmışlar. Neolitdə, tunc və daş dövrlərində yerin alt qatlarında silisium, mis,
dəmir filizi və duz çıxarılmışdır. Onların yerində lağım, süni quyular və yeraltı yollar aşkar edilmişdir. İnsan