MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə104/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   100   101   102   103   104   105   106   107   ...   228

 

200


nəsillərinin bütün bu fəaliyyətləri yer qabığına real təsir göstərə bilməmişdir. Min illər keçdikdən sonra insa-

nın yer qabığına təsiri qlobal miqyas almışdır. 

Hazırda bəşəriyyət yerin dərinliklərindən səthinə 10 milyon kubmetrlərlə dağ süxurları çıxarır. İnsan Yer qa-

bığının həyatına aktiv qarışır, onun fəaliyyəti qlobal geoloji faktora çevrilir. Yerin səthinə və təkinə ən çox dağ 

–mədən sənayesi, xüsusən faydalı qazıntıların açıq üsulla çıxarılması təsir göstərir. 

Bu zaman yerin səthinin yatması müşahidə olunur, çoxlu təsərrüfat sahələri sıradan çıxır, ətraf mühit müxtə-

lif toksikantlarla çirklənir. Texnogen relyef formaları – çalalar, çuxurlar, oyuqlar, təpələr, karxanalar, töküntü-

lər, terrigenlər və s. əmələ gəlir. 

İlk dəfə faydalı qazıntılar çıxarılması ilə əlaqədar səthin çökməsi köhnə İngiltərədə müşahidə edilmişdir. Or-

ta Çeşirdə yerin altından duzun çıxarılmasına eramızdan əvvəl başlanmışdır, XVII əsrin sonundan isə 70-110 m 

dərinlikdən yeraltı üsulla duzun iri istehsalına başlandı. Duz istehsal olunan ərazidə səthin ilk dəfə çökməsi (bat-

ması) 1880, sonralar isə 1893 və 1912-ci ildə baş verdi. Bunun nəticəsində diametri 3 km-ə yaxın ərazidə yer 

deformasiyaya uğradı, oranı su basaraq istifadə üçün yararsız hala düşdü. Burada torpağın üstündəki su boruları 

parçalandı, kanallar və dəmiryolu kommunikasiyası dağıldı, evlər zədələndi. 

Uzun illər Parisdə evlər və kilsələrin tikilməsi üçün şəhərin altından əhəng çıxarılmışdır. Əgər XVII əsrin so-

nunda şəhər küçələrinin altından daş istehsalı dayandırılmasaydı şübhəsiz Paris şəhəri «batıb» dağılmışdı. 

İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı anbarlar, mülki və hidrotexniki obyektlər, zibilxanalar 

və s.) litosferdə əsasən üst bir neçə 10 metrlikdə aparılır, lakin tək-tək xüsusi dərin karxanalar, şaxtalar və quyu-

lar da mövcuddur. 

Dünyada mis istehsal olunan ən dərin karxana ABŞ-da Yuta ştatında Binqem Kenyondadır. Karxananın dərinli-

yi 774m, sahəsi 7,2 km

2

, karxanadan çıxarılan qruntun kütləsi 3,4 mlrd. ton təşkil edir. Rusiyada Uralda Korkin 



kəsiyində karxananın dərinliyi 520 metrdir. 

Ayrı-ayrı şaxtaların dərinliyi 4 km təşkil edir. Buruq quyularının dərinliyi də bir neçə min metrə çatır, dünya-

da ən dərin quyu (15km) Kola yarımadasında layihələşdirilmişdir. 

Daş kömür, dəmir və digər metalların külçələri, tikinti materialları və digər faydalı qazıntıların karxanaları 

bütün kontinentlərdə yayılmışdır. Bütün dünyada litosferin üst qatından il ərzində 1 000 milyard tondan çox mi-

neral xammal çıxarılır və emal olunur. Ağır sənayenin 90% -ə qədərini təmin edən 400 növə yaxın faydalı qa-

zıntılar çıxarılır. 

Litosferdən çıxarılan materialların 98%-ə qədəri yararsız olub atılır, yalnız 2%-ə qədəri işlədilir. Beləliklə, 

litosferin üst qatında materialların həddindən çox antropogen qarışdırılması aparılır. Bu isə  həm bütövlüklə 

ekosferə, həm də onun ayrı-ayrı hissələrinə güclü dərəcədə toxunur. Faydalı qazıntıların çıxarılması həmçinin 

Yer qabığının geokimyəvi tərkibini dəyişdirir.  

Yer səthinin antropogen dəyişilməsi həmçinin iri hidrotexniki qurğuların tikilməsilə əlaqədardır, 1988-ci ilə 

qədər bütün dünyada hündürlüyü 150-300 m olan 360-dan artıq bəndlər tikilmişdir.  

Bəndlərin çəkisinin təsiri, həmçinin süxurların yuyulması prosesində bəndin bünövrəsinin çökməsi və çatla-

rın əmələ gəlməsi müşahidə olunur. Belə ki, Sayan-Şuşinski SES-in bəndinin bünövrəsində 20 m uzunluğunda 

çat qeydə alındı. Bratski, Ust-İlimski SES-nın bəndlərinin bünövrəsinin yatması (çökməsi) ildə 10 mm –dən  

çox təşkil edir. Kama su anbarının (sahəsi 1915 km

2

, suyun həcmi 12,2 km



3

) suyu böyük güclə yer qabığına təsir 

göstərdiyi üçün Perm vilayətinin çox hissəsində ildə 7 mm yatma (çökmə) müşahidə olunur. 

Alimlər tərəfindən aşkar edilmişdir ki, su anbarında suyun səviyyəsi 100 m-dən artıq olduqda zəlzələnin ak-

tivliyi artır. 

Yer qabığının yatması bir çox iri şəhərlərin altında da baş verir. Binaların və qurğuların altında qrunt bərkiyir 

və səthi çökür. Müasir şəhərlərdə tikinti yükü o qədər böyükdür ki, ayrı-ayrı binalar altında baş verən çökmələr 

bir-birilə birləşir. Məsələn, Moskvada 15 il ərzində qruntun çökməsi 8 mm təşkil edir. Yaponiyanın Tokio və 

Osaka şəhərləri son illərdə yeraltı suların nasosla çəkilməsi və yumşaq süxurların sıxılması nəticəsində 4 mm 

çökmüşdür. 

Deməli, insanın təsərrüfat fəaliyyəti təbii relyefəmələgəlmə və digər geoekoloji proseslərin gedişini kökün-

dən dəyişdirir, bu isə neqativ nəticələrə gətirib çıxarır. Antropogen geoloji proseslər ilbəil getdikcə güclənir və 

bütün bəşəriyyət üçün təhlükə yaradır. 

 

11.2. Torpaq sferinin (pedosferin) qlobal funksiyaları 

 

Dünya torpaqlarının məcmuunu çox vaxt ekosferin xüsusi hissəsi kimi ayıraraq onu torpaq sferi və ya pe-



dosfer (yun. pedon- torpaq) adlandırırlar. B.A. Kovdaya görə pedosfer- özü inkişaf etmək, özü-özünü nizamla-

maq qabiliyyətinə malik olan, canlı orqanizmlərin mövcudluğunu və yenidən bərpasını təmin edən ümumdünya 

bioenergetik və biokimyəvi sistemdir. Pedosferin məhz bu xüsusiyyətləri təbii və antropogen ekosistemlərin 

münbitliyinə səbəb olur.  




 

201


Torpaq –çoxkomponentli, lakin bütöv təbii törəmədir. O, yer səthində dörd geosferin (litosfer, hidrosfer, at-

mosfer və biosfer) bir-birilə təmasda və qarşılıqlı təsiri olduğu yerdə əmələ gəlir. 

Torpaq hər bir landşaftda geosferin elementlərilə, yəni bütövlükdə Yerlə sıxı bağlı olub maddələrin qlobal 

biogeokimyəvi tsiklində aktiv rol oynayır.  

Torpaq havası və atmosfer arasında mübadilə gedir. İnfiltrasiya, buxarlanma, axım və s. proseslər zamanı su-

yun torpağın daxilində hərəkəti, torpağın suyun qlobal dövranında aktiv iştirak etməsinə səbəb olur.  

Bu zaman su torpaq məhlulunu  əmələ  gətirərək torpaqəmələgətirmə prosesində aktiv iştirak edir. Aşınma 

proseslərinə məruz qalan litosferin üst hissəsi torpağın mineral komponentlərinin mənbəyi hesab olunur. 

Beləliklə torpaq, həm təbii cisim, həm dinamik sistem, həm də landşaftın bir hissəsi hesab edilir. 

V.A.Kovdaya (1985) görə torpaq örtüyünün əsas funksiyaları aşağıdakılardır: 

-

 

bioekoloji (torpaq canlı maddələrin yerləşdiyi və fəaliyyətdə olduğu yerdir); 



-

 

bioenergetik (humus və digər üzvi maddələrdə günəş enerjisinin toplanaraq    bioloji kütləyə çevrilmə sa-



həsi);  

-

 



azotun fiksasiya funksiyası və zülalların əmələ gəlməsi; 

-

 



əsas kimyəvi elementlərin qlobal biogeokimyəvi dövriyyəsində aktiv agentlərin funksiyası; 

-

 



Alt  kristal süxurları xırda fraksiyalara çevirmə funksiyası (aşınma); 

-

 



hidroloji funksiya (geosferlər arasında aktiv su mübadiləsi sahəsi); 

-

 



meteroloji funksiya (atmosferin tərkib və rejiminin formalaşmasına aydın təsir göstərən sahə.).  

Ekoloji problemlərin çoxu pedosferlə bağlıdır. Atmosferin kimyəvi dəyişməsi və onun yaratdığı  nəticələr 

maddələrin qlobal biogeokimyəvi tsiklində  iştirak etməsindən asılıdır. Okeanların, kənar və daxili dənizlərin, 

xüsusən sahil zonasının vəziyyəti materiklərdən axım vasitəsilə gətirilən həll olan və asılı kimyəvi maddələrlə 

təyin olunur. Bütün bu maddələrin maye axınının formalaşmasında torpaq örtüyü və onun vəziyyəti olduqca bö-

yük rol oynayır. 

Təbii ekosistemlərin vəziyyətinin və  məhsuldarlığının dəyişməsi, xüsusilə meşəsizləşdirmə  və  səhralaşma 

torpaq örtüyünün vəziyyətinə təsir göstərir, bu isə onun sonrakı məhsuldarlığının aşağı düşməsinə səbəb olur. 

Nəhayət, süni yaradılan və ya insan tərəfindən güclü dəyişikliyə uğrayan ekosistemlərdə (aqroekosistemlərdə) 

baş verən ətraf mühit problemləri də torpaq örtüyünün vəziyyətilə sıxı surətdə bağlıdır.  

Potensial münbitlik nöqteyi nəzərincə qurunun böyük hissəsi aşağıdakı  məhduddiyyətlərə görə  əkinçilik 

üçün yararsız, azyararlı  və ya əlverişsiz sayılır. (buzlaqlar daxil olmaqla ümumi sahəyə görə %-lə). (Cədvəl 

11.1). 

 

 



 

 

 



 

 

 



Cədvəl 11.1. 

 

Quraqlıq 28% 

Mineral tərkibin məhdud olması 23% 

Torpağın yuxa olması 22% 

Həddindən çox rütubətlik (bataqlıq) 10% 

Daimi donuşluq 6% 

 

Qeyd edək ki, torpaq bir neçə  əlamətə görə azyararlı ola bilər. Odur ki, istifadə üçün yararsız torpaqların 



ümumi cəmi cədvəldə göstərilənə  nisbətən azdır. Belə qiymətlərdən birinə görə dünyada şumlama üçün yararlı 

torpaqların sahəsi 32,8 milyon km

2

-dir. Bu isə qurunun ümumi sahəsinin 22%-ni təşkil edir. 



İ.A.Krupenikov, V.A.Kovda (1985), Q.V.Dobrovolski, Y.D.Nikitin (1990) və özünün (Krupenikov, 1992) 

elmi işlərinə və fikirlərinə əsaslanaraq torpağın aşağıdakı əsas ekoloji funksiyalarını göstərir: 



 Energetik funksiya. Enerjinin çox miqdarı torpağın mineral hissəsində toplanır, lakin bu enerji olduqca sta-

bil olub onun davamlığını təmin edir, maddələrin dövranı proseslərində və ekosistemlərin bioloji məhsuldarlı-

ğında isə nisbətən az iştirak edir. Digər mühüm məsələ odur ki, bitki fotosintez prosesində günəş enerjisini top-

layır. Canlı maddədə onun dövranı tez (bir neçə il, on illər) başa çatır, lakin canlı maddə ölmüş, quru (bitki) ha-

lında torpağa düşdükdə qismən ilkin son məhsullara (su, CO

2

, azot və başqa kimyəvi maddələr) qədər parçala-



nır, qismən isə humusa çevrilir. Humusda böyük (əsrliklər) enerji ehtiyatı cəmləşərək hər il bioloji dövrandan 

kənarlaşır və beləliklə, torpağın güclü enerji potensialı yaranır. 



Hidroloji funksiya.  Əgər torpaq olmasaydı, okeanla quru arasında suyun dövranı tez başa çatardı. Yer səthi-

nə düşən atmosfer yağıntıları yamac boyu böyük sürətlə axıb çaylara, sonra isə dəniz və okeanlara axıb gedərdi.  

Özünün humusluluğu, strukturluğu (aqreqatlığı), məsaməliyi, sukeçiriciliyi və rütubət tutumu ilə torpaq su-

yun dövranını kəskin zəiflədir, müntəzəmləşdirir, quruda suyun böyük və geniş differensial ehtiyatının yaranma-

sına şərait yaradır. Bu sular tədricən yabanı və mədəni bitkilər tərəfindən istifadə olunur. Suyun bir hissəsi fay-

dasız fiziki buxarlanmaya sərf olunur.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə