MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə96/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   92   93   94   95   96   97   98   99   ...   228

 

184


nəticələr verə bilər. Belə ki, balıq resursları azalmağa doğru gedir. Proqnozlaşdırmalar göstərir ki, 2030 ilə ba-

lıqdan istifadənin orta statistik göstəricisi adam başına ildə 11 kq-a enəcəkdir.  

Dünyanın müxtəlif akvatoriyalarında balıq ovunun son həddə çatdırılması qiymətli ov balıqlarının – məsə-

lən, Uzaq Şərqdə, ABŞ-ın qərb sahilkənarı regionlarında və Kanadada qızıl balığın, Xəzərdə nərə balığının, Şi-

mali Atlantikada kambala (qalxan balıq), siyənək, treska və paltusun, Perunun sahillərində sardina balığının eh-

tiyatının azalmasına (tükənməsinə) səbəb olur. Deqradasiyaya uğramış balıq sürüləri heç vaxt öz ilk sayına və 

məhsuldarlığına bərpa oluna bilmir. 

Okean balıqçılığından (vətəkələrdən) okean balıqçılıq təsərrüfatına keçilməsi böyük və mürəkkəb problem-

dir. Onun həlli üçün balıq, malyusk və su bitkiləri yetişdirilməsi üçün dəniz fermalarının yaradılmasına başlan-

dı. Bu işdə Yaponiya böyük müvəffəqiyyət əldə etdi, burada yaradılan balıqçılıq təsərrüfatı artıq ildə 500 min 

ton balıq məhsulu verir. ABŞ-da süni yolla 350 min ton malyusk yetişdirilir. 

Yüksək keyfiyyətli zülal məhsulları sayılan digər heyvanların okeanda bioloji kütləsi olduqca böyükdür, la-

kin onların istifadəsinə hələ indi başlanır. İlk növbədə bu baxımdan, bu heyvan kril hesab olunur. Antarktika su-

larında onun ehtiyatı on milyon tonlarladır. Buradan onun qida rejimini pozmadan və sonrakı illərdə ehtiyatını 

azaltmadan ildə 200 mln. ton kril əldə etmək mümkündür, kril qışda və yazda buzlar arasında qalır, yay və payız 

isə böyük ölçülü sürülərlə açıq suda olur. Finval, göy kitlər, qorbaçlar və seyvallar  onunla qidalanaraq ildə 40 

mln. ton kril məhv edirlər.  

Krildən yüksək keyfiyyətli zülal məhsullarının hazırlanması təcrübəsi yaxşı nəticələr vermişdir. Hazırda sa-

tışda krildən hazırlanmış «Krevet yağı», «Koral» pendiri, «Okean» zulal pastası peyda olmuşdur. Polşa, Yaponi-

ya, Almaniya da bu problemə maraq göstərməyə başlamışdır. 

Okeanın bioloji resurslarını qorumaq məqsədilə balıq ovu vətəkələrində, balıqçılıq fermalarında, dövlətlər 

arasında ov kvotası (norması) təyin olunmalıdır.  



Okeandan istifadənin digər istiqamətləri. Bəşəriyyətin keçmişi, bu günü və gələcəyi okean ərazisindən 

nəqliyyat istifadəsi  ilə bağlıdır. Dəniz nəqliyyat fəaliyyəti yüksək dərəcədə dinamikliyi ilə fərqlənir, beynəl-

xalq gəmiçilik ticarətinin yerinə yetirdiyi xidmətin illik həcmi 150 mlrd. dollar təşkil edir. 

Okean və onun sahilləri təbiətdən  rekreasiya  məqsədilə istifadə üçün ən gözəl yerlərdir. Odur ki, dünya 

əhəmiyyətli iri kurortlar okean və dənizlərin sahilində yerləşir. 

Sahilyanı zonada bütün dünyadakı rekreantların yarıya qədəri istirahət edir. 2025-ci ilə onların sayı 2 dəfə 

artması proqnozlaşdırılır. Yalnız Aralıq dənizi sahillərinə 110 mln. turist gəlir. 

Okean həm də elmi əhəmiyyət kəsb edir. Dünya okeanını dərk etməyə (öyrənməyə) və mənimsəməyə can 

atmaqla bəşəriyyət tarixində həmişə kainatı bütövlüklə, planetimiz haqqında isə qismən ətraflı və dərin biliklər 

əldə olunmuşdur. Akademik A.Sidorenko belə hesab edir ki, «Okeanın dibini öyrənməklə biz planetimizin 

təkamülünü daha yaxşı dərk edəcəyik». Okean daxilində bütün okean boyu 80 min km uzunluğunda əzəmətli sı-

ra dağları, okean və qurunun qlobal rifət sistemini aşkar etməklə Yerin tarixi haqqında olan anlayış  dəyişdi. 

Məhz okeanda planetar miqyasda aşkar edilən hadisələri tədqiq etməkYerin mənşəyi və inkişafını dərk etməkdə 

alimlərə kömək edər. Belə ki, «Qlomar Çellencer» xüsusi gəmisinin Okeanda apardığı dərin qazma işləri okean-

ların genişlənməsi, rif zonalarında yer qabığının aralanması  və oradan okean dibinin fasiləsiz «cavanlaşması» 

faktını təsdiq edir.    

 



 

185


10.3. Okean və dənizlərin ekoloji problemləri 

Dünya okeanında insanın təsərrüfat fəaliyyəti müxtəlifdir. Neft daxil olmaqla ən böyük yüklər dənizlərlə 

daşınır. Yuxarıda qeyd edildiyi kimi Dünya okeanı balıq və digər bioloji ehtiyatların, həmçinin hələ az istifadə 

olunan mineral xammalın mənbəyidir. Okean həm də insan fəaliyyətinin məhsullarını qəbul edir və onu dəyişdi-

rir. 

Sahilə yaxınlaşdıqca antropogen yük çoxalır. Daxili dənizlər və körfəzlər açıq dənizə nisbətən daha böyük 



antropogen yükün olması ilə fərqlənir. Sahil zonası balıqçılığın çox inkişaf etməsi, müxtəlif böyüklükdə liman 

qurğularının olması, gəmiçiliyin sıxlığı, çox vaxt kənardan gətirilən xammalla işləyən sənaye və energetikanın 

inkişaf etdiyi, daxili kontinent rayonlar arasında nəqliyyat əlaqələrinin olması, əhalinin sıx yerləşməsi və yüksək 

artımı ilə səciyyələnir. 

Dənizlərin vəziyyətinə təsir göstərən insan fəaliyyəti növləri aşağıdakılardır:   

- Dənizlərin hidroloji rejiminin dəyişməsinə ora tökülən çayların hövzəsində insan fəaliyyəti  böyük tə-

sir göstərir. Çay hövzələrində insan fəaliyyəti (əkin sahələrinin artması, suvarma sisteminin qurulması, meşələ-

rin məhv edilməsi, gübrə və pestisidlərdən istifadə, müxtəlif tikililər və s.) çayların hidroloji rejiminə və oradan 

da dənizlərin, xüsusilə qapalı dənizlərin rejiminə təsir göstərir. 

XX əsrin əvvəlində əkinçiliyin inkişafı ilə əlaqədar olaraq qurudan dənizə axan çay gətirmələrinin antropo-

gen fəaliyyətinə düşən payı qlobal təbii normadan artıq olmuşdur. Hazırda,  əsasən XX əsrin ikinci yarısında 

çaylar  üzərində tikilən bəndlər və suvarma sistemləri gətirmələri, o cümlədən biogen maddələrin axınını saxla-

yır və xeyli azaldır. 

 

Sahil zolaqda torpaqların istifadəsi -  Burada əsas çirkləndirici sahələr limanlardır. Bura çirkli sular 



gəmilərdən düşür, şəhər ərazisindən – yaşayış və sənaye sahələrindən axır, çay gətirmələri ilə daxil olur. Liman-

ların akvatoriyası çox vaxt axınla pis yuyular və orada davamlı  çirkli zona yaranır. 

  Sahil zonasında rekreasiya, ərazinin istifadəsində ciddi rəqabətlik hesab olunur. 

 



Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas  çirkləndiricilər patogen 

mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft 

məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Çirklənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, 

sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsi-

rini göstərmək olar. Məsələn, 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında in-

sanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. 

Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusk-

larla qidalanmışlar. Körfəzə qurğuşun birləşmələri sahildə yerləşən kimya zavodlarından daxil olmuşdur (Tisso 

kimya kombinatı).  

Fransa tədqiqatçıları müəyyən etmişlər ki, Atlantik okeanının dibi qurudan gətirilən qurğuşunla sahildən 

160 km məsafədə 1610 m dərinlikdə çirklənməyə məruz qalmışdır. Dib çöküntülərinin üst qatlarında qurğuşu-

nun qatılılığının daha çox olması onun uzun müddətli təbii proseslərin deyil, məhz insan fəaliyyətinin nəticəsi 

olmasını təsdiq edir.  

Çay suları vasitəsi ilə okeana daxil olan patogen mikroorqanizmlər sahil zonası şəraitində asan adaptasiya 

olunaraq orada yaşayır. Bu mikroorqanizmlər dəniz məhsullarında toplanaraq insanların kütləvi xəstəliyə tutul-

masına səbəb olur.  

Dənizləri, xüsusən sahilyanı zonanı çirkab təmizləyən qurğuların və gəmilərin təsərrüfat – məişət çirkabları 

da çirkləndirir. Gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq onların miqdarı da artır.  

 

Dənizə çirkli gətirmələrin atılması – əsasən çay mənsəblərində yerləşən limanların torpaqtəmizləmə iş-



ləri tələb olunur. Bu çoxlu miqdarda gətirmələrin qarışmasına səbəb olur. Təmiz gətirmələrin qarışması xüsusi 

ekoloji ziyan vurmur. Lakin qazılıb atılan materialın bir hissəsi (10 %-ə qədəri) ağır metallarla, neft məhsulları, 

biogen və xlor-üzvi birləşmələrlə çirklənmiş olur. Neva, Yekatirinovka deltalarının axınları suyun dibində topla-

nan 1 ton qum və lilin tərkibində 40 kq –a qədər qurğuşun toplanır.  



Sənaye tullantıları və təmizləyici qurğuların çöküntülərinin dənizə atılması da xüsusi problem sayılır. Bu 

maddələr olduqca zəhərli ola bilər. Belə maddələrin dənizə atılması olduqca təhlükəlidir.  

Qabarma və ləpədöyən zolaqda və dəniz səthində plastik zibillərin yayılması da ayrıca özünəməxsus prob-

lem hesab olunur. Hətta açıq dənizdə də belə zibillərə rast gəlinir, bura müxtəlif qablamalar, müxtəlif əşyalar, 

sintetik plyonkalar, plasmas torlar, butulkalar və s. daxildir. Belə zibillər praktiki olaraq çürüməyə məruz qal-

mır, su üzərində və çimərliklərdə uzun müddət qalır.  

1950-1992-ci illərdə Sovet İttifaqı tərəfindən Buzlu Şimal okeanı sularında aktivlik cəmi 2,5 milyon kyürü 

olan nüvə tullantıları, 15 reaktor, «Lenin» atom  buzqıranının quraşdırılması, 13 qəzaya uğramış sualtı gəmilərin 

reaktorları basdırılmışdır.  

Böyük Britaniya tərəfindən İrlandiya dənizində, Fransa tərəfində isə Şimal dənizində radioaktiv tullantılar 

basdırıldı. Buradan çirkləndiricilər Barens dənizinə keçir.  

Bəzi dəniz məməli heyvanları və quşları plastik zibilləri udduqda pis hala düşür, bəzən isə məhv olur.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə