Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

 
25
“Süddü nənə” piri  
Həmin pir, Naxçıvan  şəhərindəki  Şahab məhəlləsində B. Hüseynov (keçmiş Firdovsi) adına 
küçədə şəxsi həyətdədir.  
“Süddü nənə” adı ilə  şöhrət tapmış pir yerində böyük qara meteorit daşı vardır (V. Baxşəliyev 
“Pirlərlə bağlı miflər və inanclar.” Bakı-2006).  
Daşın çəkisi 25 kq, ölçüsü 17x43x53 sm-dir.  
Göydən düşmüş meteoritin forması qadın bədəninin sinə hissəsinə  bənzədiyindən ona “nənə” 
(ana) adını vermişlər.  
Nadir səma cismi təəssüf ki diqqətsizlikdən “döşlərin” ortasından çatlayaraq sınmışdır. Qara 
daşın qoyulduğu taxçada 8 ədəd kiçik yumurtavari meteorit daşları vardır ki, həyət sahibinin 
söyləməsinə görə həmin daşlar sonradan qoyulmuşlar.  
“Süddü nənə” pirinin yaranması tarixçəsini belə söyləyirlər: 
Orta  əsrlərdə  ərəb xilafəti Naxçıvanda  İslam dinini yayarkən həmin məhəllədə ilk məscid 
binalarını tikmişlər. (Pirqəmişlə Şahab məscidləri). Tezliklə şəhərdəki Pirqəmiş məscidi şöhrət taparaq 
mömünlərin toplantı yerinə çevrilmişdir. Məhəllədə Bağdatdan gələn müşteidlər ev tikdirərək burada 
sakin olurlar. Onlar səyyid (toxunulmaz şəxs) adlandırılaraq  şəhərdəki  əhaliyə müsəlmançılığın 
qanunlarını təbliğ edirlər. Onlardan biri də, Əbu Əsədullah Mirağa sülaləsindən olanlardır.  
Səyyid Əsədullah tayfasındakı sülaləsinin onüçüncü tayfa başçısı olmuşdur ki, onun Naxçıvanlı 
zövcəsindən (qadınından) Heydər adlı oğlu olmuşdur.  
Mir Heydər Ağa evlənərək Həbib adlı oğlu olmuş. Mir Həbibin isə İsmayıl adında varisi (oğlu) 
həyata gəlmişdir. 
On doqquzuncu əsrin axırlarında Mir İsmayıl ağa Naxçıvanda feodal nəslindən olan xalq nüfuzlu 
səyyidlərdən olmuşdur.  
Mir İsmayıl ağanın Heydər, Cəlal, Cəmal, Ruhi və İsfəndiyar adlarında oğlanları, Səkinə adında 
isə qızı olmuşdur.(Sülalənin məzarları Yusif Küseyir oğlu məqbərəsi ətrafında olmuşdur.)  
Haliyyədə “Süddü nənə” pir həyətində mərhum Mir Həsən Mir İsmayıl oğlu ilə arvadı Rübabə 
xanım Mir Ələkbər qızı qalmışlar.  
Mir Həbib Ağanın birinci övrəti (arvadı) öldükdən sonra Rübabə adlı kənizindən Xanımla Tovuz 
adlarında uşaqları olmuşdur.  
Mir  İsmayıl ağanın oğlu Mir İsfəndiyarın (İ.  Əsədullayev 1960-70-ci illərdə isə  Ədəbiyyat 
muzeyinin rəhbəri vəzifəsində  işləmişdir) söyləməsinə görə (familiyası  Əsədullayev olmuşdur) səma 
“qonağı”nın yerə düşməsi və həyət yerinin sonradan pirə çevrilməsini atasından eşitmişdir. 
Keçmiş vaxtlarda (XVIII əsrin doxsanıncı illərində) sübh əzanı vaxtı, göy güruldayaraq şimşək 
çaxmış və leysan yağışı yağmışdır.  
Güclü  şimşək çaxmasından həyətə göydən odlu kütlə düşərək torpağa batmışdır.  İldirim düşən 
yerdən uzun müddət bitki bitməyərək çuxur şəklində qalmışdır.  
Bir gün Qurban bayramı  ərəfəsində  həyət sahibi Mir İsmayıl ağa yuxusunda həyətdəki ildırım 
düşən çuxurdan iniltili qadın səsinin nailəsini eşitmişdir.  
Həmin yuxu görməni bir neçə dəfə təkrar etdiyindən həyətdəki çuxur yerini qazaraq və torpaq 
altından (qazılan yer indi su quyusudur) qara daşı tapıb çıxarmışdır.  
Həmin vaxtan da, formasına görə “Süddü ana” (nənə) adlanan daş müqəddəs bilinmişdir.  
Həyət sahibi daşın tapılmasından sonra Allahdan qorxaraq hər il həyətində qurbanlar kəsib 
ehtiyaclılara ehsan edərmiş. . .  
Haliyyədə  əvvəlki həyətin forması  dəyişilsə belə “süddü nənə” deyilən daş divardakı taxçada 
ehtiramla qorunmaqdadır.  
Əvvəllər “Süddü nənə” pirinə  gələn ziyarətçilərə  həyət sahibi mərhum Mir Həsən Mir İsmayıl 
oğlunun ikinci  arvadı  Səmayə xanımın xidməti olmuş, Bakıda yaşayan oğlunun yanına getdiyindən 
pirin şöhrəti itirilmişdir.  


 
26
“Müqəddəs məzarlar” 
 
Naxçıvan  şəhərindəki Qoçüstü məhəlləsinin Sabir küçəsində (döngə 6, ev № 8) yaşlı mömün 
məşhədi Məhərrəm Binət oğluna məxsus mülk yerində “Müqəddəs məzarlar” piri vardır.  
Həyətə darvazadan girərkən sağ  tərəfdə alçaq iki pəncərəli ev (daxma) vardır. Burada 500 
kvadrat metr sahəsindəki həyətin sağ tərəfində qonşu divarına yapışıqlı kiçik “əl damı”da tikilmişdir.  
Həyətdəki topaq əkin üçün yararlı olsa belə baxımsızlıqdan həyət sahəsini alaq otları basmışdır. 
Bütün bunlara səbəb isə həyət sahibinin təkidilə söylədiyi müəmmalı yuxu yozmaları olmuşdur.  
Məhərrəm kişnin yuxularında gördüklərinə  əsasən  ərazidə müqəddəs  şəxslərin dəfn olunduğu 
məzar yerləri olmuşdur. Tarixi keçmişlərə  nəzər salındıqda həqiqətən də, həmin  ərazilərdəki 
məzarlıqları burada gedən qanlı-qadalı müharbələr dağıdaraq yaddaşlardan silmişdir.  
Məhərrəm kişi  əslən Qarabağlar kəndindən olan etiqadlı möminlərdəndir. O, neçə illərdir ki, 
dərvişliklə özünü xalqa tanıtdıraraq bir təhər günlərini keçirir.  
Məhərrəm kişi həyət sahəsində ev tikərək burada yaşadıqdan az sonra yuxularında ona adları 
çəkilən “müqəddəs  şəxsiyyətlərin” dəfn olunduğu məzar yerləri bildirilmişdir. Bu işdən bir müddət 
narahat olsa belə, lakin yuxularını heç kəsə söyləməmişdir. Bununla belə yuxu görmələr bir neçə dəfə 
təkrar olunduqdan sonra əlacsızlıqdan özü-özünə  həyətlərindəki məzar yerlərini bərpa etmiş  və  hətta 
mərhumların adlarını da yazıb bildirmişdir.  
Məhərrəm kişinin aşkar etdiyi müəmmalı “Müqəddəs məzarlar”ın bir neçəsi həyətin sol tərəfində 
və hətta binaların içərisinə düşmüşdür.  
Sement daşla hörülmüş məzarların, baş daşlarında ölənlərin adları aşağıdakı kimidir: 
1) Siyan ibn Araun, 2) Araun ibn Merin, 3) Merin ibn Akim, 4) Akim ibn İsak, 5) Nun ibn 
Şəmun və sairədir.  
Göründüyü kimin məzar yazılarından “məlum olmuş” ki, (?) mərhumlar eyni kökdən (qəbilədən) 
olanlarmış.  
Məhərrəm kişinin yaşı doxsana çatsa da, iti gözləri, yaddaşı möhkəm və qaməti də  şuxdur. 
Qocanın söyləməsinə görə dəfələrlə yuxularında ona üzü niqablı qara-geyimli bir şəxs  tərəfindən məzar 
yerləri ilə ölənlərin adlarını bildirmişdir.  
Tarixi keçmişlərə  nəzər yetirdikdə, həqiqətən orta əsrlərin  əvvəllərində orada (ərazidə) Nəşəvi 
şəhərinin məzarlıq yeri olmuşdur.  İslamdan öncə  dəfn olunan şöhrətli adamların cəsədləri küplərdə 
basdırılırdı.  
Pir həyətindəki məzar yerlərində möcüzəvi hadisə (görsənti) baş verməkdədir. “Müqəddəs 
məzarlara” gəlib baxanlar oradakı  qəribəliklərin  şahidi olurlar. Məzar yanındakı quru torpaq üzərində 
müəmmalı heroqlif yazılara rast gəlinir. Alban əlifbasına oxşar yazıları süpürməklə onlar möcüzəvi 
şəkildə yenidən peyda olurlar.  
Bütün bunlar isə pirə gələnləri heyrətləndirərək düşündürür. 
“Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. O, ürəklərdə olanları da biləndir!” (Quran, 
“Fatir” (35) s. a. 38.)  
Həyətə  gələn ziyarətçilər (darvaza qaısı  həmişə açıq saxlanılır) niyyət etdikləri ianə  nəzirlərini 
açıq qapısı olan otaqdakı  pəncərələrə qoyub gedirlər. Ayda bir dəfə  həyətinə baş  çəkməyə  gələn 
Məşhədi Məhərrəm kişi qoyulmuş ianə qoyanlara dualar edir.  
Son illərdə  məlum olan “Müqəddəs məzarlar” piri, Naxçıvan MR Tarixi və arxeoloji abidələr 
cəmiyyəti tərəfindən qeydə alınaraq Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri baxmışlar. Çox 
yaxşı olardı ki, ərazidə arxeoloji qazıntılar aparılaraq mütəxəssislər tərəfindən elmi şəkildə öyrənilərdi.  
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə