Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

 
30
Səyyid Əqil sərdabəsi 
 
Nehrəm kəndindəki qədim qəbrstanlıq  ərazisində  Səyyid  Əqilin məzarüstü sərdabəsinə 
“imamzadə” də, deyirlər. İmamzadə XVII-XVIII əsrlərdə tikilərək məscid olmuşdur. 
Səyyid Əqil pirinin yaranması və sonradan məzarüstü sərdabənin tikilməsi tarixcəsini kənd sakini 
Kərbəlayi Məhəmməd kişi ata babasının söylədiklərini belə xatırlayır:  İslam xəlifəsi Abbasilərin 
dövründə imam övladları  təqib olunmuşlar (İslam xəlifəsi Harun-ər Rəşid ibn Abbasın hakimiyyəti 
(miladi tarixi ilə 786-809-cu illər) zamanında  şiə müsəlmanlarının 7-ci imamı  Həzrət Musa-Kazım 
zəhərləndirildikdən sonra onun övladlarını təqib etmişlər).  
Şiə müsəlmanlarının 7-ci imamı həzrət Musa Kazimin ovladlarından Səyyid Əqil hicri tarixi ilə 
225-ci ilədək indiki Nehrəm  ərazisində  gəlib yaşamış, orada da vəfat etmişdir. Həmin  əraziyə köçüb 
gələn Şeyx Mustafalı tayfası mərhumun xatirəsini əziz tutaraq qəbirinin üstündə sərdabə tikmişlər.  
Sərdabənin içərisində divarda ərəbcə “Ya rəbb, Ya Məhəmməd, Ya Əli” sözlərini yazmışlar. 
Digər divarda isə  çərçivədə “Ya Allah, Məhəmməd,  Əli, Fatimə, Həsən, Hüseyn” sözləri ilə “1138” 
(miladi 1725) tarixi yazılar da, vardır.  
Tarixdən məlumdur ki, həmin sərdabənin tikilməsi Səfəvi hökmüdarı II Təhmasib  şahın 
zamanında olmuşdur.  
Sərdabənin içərisində digər bir ərəbcə yazılmış “. . . hərfləri Mehdi yazdı, (Şiə müsəlmanlarının 
12-ci imamı Səccad Mehdi (ona həmd və salam olsun!) nəzərdə tutulur.”). 1138 Sözü vardır ki, ”Mehdi” 
nəqqaşın adı da ola bilər?  
Haliyyədə sərdabə binasının kümbəzi altında yerdə üstü qara örtüklü məzar vardır.  
Hər il Nehrəm kəndindəki Səyyid  Əqil pirinə  gələn zəvvarların sayı çoxalır. Maraqlıdır ki, 
buraya İranla Türkiyəli ziyarətçilər gəlirlər.  
Nehrəmlilər son illərdə pirə gələnlərin artmasını nəzərə alaraq orada müasir üslubda iki məscidlə 
istirahət otaqları (mehmanxana) tikmişlər. Pirə elektrik və su xətləri çəkilmiş,  ətraf  ərazisi 
abadlaşdırılmışdır.  
Məlumat üçün bildirilir ki, Səyyid Əqilin qardaşları Səfi (Səffan) Ordubadın Düyülün kəndində, 
İbrahim Şərurun Xanlıqlar (Parçı) kəndində,Əhməd Zəngəzurun (Mehri rayonunda) Bufçar kəndində və 
Qasım isə  İranın Sofiyan qəsəbəsində  dəfn olunmuşlar.  İmam övladlarının bacıları Hökümə xanım 
Abşeron rayonundakı Şıx kəndində, Rübabə xanım isə İraq ərazisində dəfn olunmuşlar (Bu barədə ayrı-
ayrı  tədqiqatçılar arasında fikir ayrılığı yaranmışdır. (Bax, H. F. Səfərli “Naxçıvan ziyarətgahları”. 
Bakı-1998. səh. 14, M. Nemət “Azərbaycan pirləri”. Bakı-1992. səh. 34).    
“Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyqəmbərinə iman gətirin ki, (Allah) sizə Öz 
mərhəmətindən iki pay versin, sizə (Sirat körpüsündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. 
Allah bağışlayandır, rəhm edəndir! (Quran, “Hədid” (57) s. a. 28.)  
 
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
31
Sirab kəndindəki ziyarətgahlar 
 
Sirab kəndi Babək rayonunun mərkəzindən 14 km şimalda, okean səviyyəsindən isə 1000 metr 
yüksəklikdə yerləşmişdir.  
Kəndin  şimal-qərbində Sarı dağın (1725 m) ətəyindən soyuqsulu mineral-karbonatlı bulaqlar 
çıxır. Orada Borjom tipli 23-dən çox mineral bulaqlar vardır. Həmin mədən bulaqları e.ə. III-I 
minilliklərə aiddir. 
Sirab kəndində 5 məscid binası olsa da əhalinin yalnız yaşlıları namaz qılırlar. Kənddə 2 min 730 
nəfər (2005-ci ilin st. məl. ) əhali yaşayaraq yalnız heyvandarlıqla məşğuldurlar.  
Kəndin adının yaranması ərazidəki çoxsaylı yer təkindən çıxan “qazlı sular”la əlaqədar “sirrli su” 
sözündən götürülmüşdür.  
Sirab kəndində haliyyədə bir neçə ziyarətgahlar vardır. Sirab kəndindəki nekropol XII-XVII 
əsrlərə aiddir. 
“Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz.” (Quran, “İmran ailəsi” (3) s. a. 5.)  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
32
Səyyid Hüseynlə Səyyid Həsən piri 
 
Həmin pir yeri Sirab kəndi  ərazisində yerləşən XII-XVII əsrlərə aid köhnə  qəbrstanlıq 
ərazisindədir. Orada dağ daşları ilə hörülüb tikilmiş kiçik daxmada iki məzar yeri vardır. Məzarların 
üstləri qara parça ilə örtülərək birində “Səyyid Hüseyin”, digərində isə “Səyyid Həsən” sözləri yazılmış 
lövhələr qoyulmuşdur.  
Pirin yaranması haqqında kənddəki möminlər belə söyləyirlər ki, keçmiş vaxtlarda Şərq 
ölkələrindən Naxçıvandakı müqəddəs Əshabi-Kəhf ziyarətgahına gələnlərdən iki nəfər Hüseynlə Həsən 
ərazidəki “möcüzəvi” mineral bulaqları görərək həmin sulardan içməklə özlərindəki xəstəliklərini 
aradan götürmüşlər. Onların bu kəndə  gəlişindən sonra yerli əhali həmin sulardan istifadə etmiş  və 
xeyrini görmüşlər. Kənddə qalıb yaşayan Hüseynlə  Həsən  əhaliyə  mənəvi kömək etməklə arzusunda 
olanlara  Ərəb  əlifbası ilə yazıb-oxumağı öyrətmişlər. Səyyid “qardaşlar” kənddə qalıb səvab işlərlə 
vacib  əməlləri (Vəfat edənlərin dəfn mərasimində  təmənnasız iştirak etmək səvab işlərdəndir.) yerinə 
yetirərək xalqın hörmətini qazanmışlar. Bundan başqa dindar qardaşlar kənddəki məsciddə xütbələr 
oxuyaraq Quran kəlamlarını mömünlərə açıqlayardılar.  
Hüseyinlə  Həsən bir müddət kənddəki məscidlərdə yaşayaraq  əcəlin hökmü ilə dünyalarını 
dəyişmişlər. Kəndin mömünləri onların məzarlarını yanaşı basdıraraq üstündə kiçik tikili tikmiş  və 
bayram günlərində orada şam yandırıb ziyarət edərlər.  
“Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada 
həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı  işlər görənlər isə behiştlikdirlər və orada əbədi 
olacaqlar.” (Quran, “Bəqərə” (2) s. a. 81-82.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə