Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

 
40
“(Ya Rəsulum!) Yoxsa Əshabi-kəhfin və Rəqimin (Rəqim əhlinin) ayələrimizdən əcaib bir şey 
olduğunu güman edirsən? (Xeyir, bu Bizim qüdrətimiz qarşısında adi bir işdir!)” (Quran, “Mağara” (18) 
s. a. 9.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
41
Səyyid Əhməd piri 
 
Babək rayonundakı Didivar kəndi, qədim İnsanların yaşayış məskənləri olmuşdur. Burada e.ə. II-
I minilliklərdə əcdadlarımız məskunlaşaraq yaşamışlar.  
Didivar kəndi Naxçıvan şəhərindən 12 km-lik məsafədə yerləşir.  
Kəndin adının mənşəyinə görə, əraziyə gəlmiş ilk Cığataylılar tayfasının məskunlaşdığı oradakı 
həyət sahələri iki tərəfindən (sağ ilə sol tərəfdən) mörhrə ilə divar çəkmələrindən “iki divar” adından 
götürülmüşdür.  
Kəndin keçmişlərdə  əsl adı “Divarlı” olsa da, sonradan Dudivar (iki divar) kimi dəyişilmişdir. 
Kənddə 1318 nəfər (2005-ci il st. məl)  əhali yaşayaraq  əsas məşğuliyyətləri  əkinçiliklə üzümçülük 
ibarətdir. Kənddə e.ə. III-II minilliklərə aid nekropollar qalmaqdadır. 
Didivar kəndindəki  əhali onların  əski tayfa başçılarının adları ilə adlanırlar; Cığataylı, 
Mehdiqulu, Əsgərli, Qasımlı, Bayramqulu, Hüseynqulu, Cəlali, Nəcəfalı və s.  
Didivar kəndinin  əhalisi uzun ömürlüdürlər. Kənddə köhnədən qalma qəbrstanlıqla bərpa 
olunmuş məscid binası qalır.  
Məscid binasının həyətində inanc yeri olan Səyyid Əhməd piri vardır.  
Pir binası möhrə ilə tikilərək köhnə binadan, taxta qapısı olan məzar yerindən ibarətdir.  
Bişmiş  kərpiclərlə hörülmüş  məzar yanında iki böyük qara daş (meteorit) qoyulmuşdur. Pirdə 
ziyarətçilər üçün lazım olan şərait yaradılmışdır. 
Pirin yaranması haqqında kəndin yaşlıları belə söyləyirlər ki, keçmişlərdə  şərq ölkələrindən 
Əhməd adlı mömin müsafir Naxçıvandakı müqəddəs  Əshabi-Kəhf ziyarətgahına gəldikdən sonra 
ərazinin təbiəti və əhalisi xoşuna gələrək və həmin kənddə qalmalı olur. O, burada İslam dinini əhaliyə 
təbliğ etməklə  kəndin  şəri işlərinə  təmənnasız xidmət göstərərək məscid tikdirib daxmasında bivaris 
kimi dünyadan köçür.  
Kənddəki nüfuzlu tayfalar tərəfindən mərhum Səyyid  Əhmədin cənazəsini tikdirdiyi məscidin 
həyətindəki daxmasında dəfn edərək qəbrin üzərində daş kitabə yazdırmışlar.  
Səyyid  Əhməd pirinin mücövürü məşhədi Məhəmmədəli kişinin dediyinə görə 1989-cu ildə 
mərhumun məzarı üstündəki  ərəbcə yazılmış “kitabə” yerindən çıxarılaraq  şəhərdəki tarix muzeyinə 
aparılmışdır? 
Buna görə də, pirdəki məzar haqqında dəqiq məlumatı söyləmək çətinləşmişdir.  
Lakin bütün bunlara baxmayaraq Səyyid  Əhməd pirinə  hər il ətraf kəndlərdən ziyarətçilər 
gələrək burada Allah yolunda qurbanlar kəsib ehsanlar paylarlar.  
“Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, 
günahlarınızın bir qismini örtər. 
Allah tutduğunuz hər bir işdən xəbərdardır!” (Quran, “Bəqərə” (2) s. a. 271.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
42
Çoban (Səyyid) Əli piri 
 
Pir Babək rayonundakı Payız kəndindədir. Payız kəndi okean səviyyəsindən 1.100 metr 
yüksəklikdə, Cəhri çayın hər iki sahillərində yerləşir. Kəndə Babək qəsəbəsindən 25 km-lik məsafədə 
asfalt yol çəkilmişdir.  
Payız kəndi  ərazisində e.ə. II-I minilliklərdə  şöhrət tapmış möhtəşəm Çalxanqala şəhərinin 
(qalasının) xərabəlikləri tarixi simasını saxlamaqdadır.  
Payız kəndi sözünün mənşəyi,  ərazidə ilk məskunlaşan Kəlbaba tayfasının ilin payız fəslində 
gəlmələri ilə əlaqədardır.  
Payız kəndinin əhalisi 1.074 nəfər (2005-ci il st.məl.) olaraq heyvandarlıqla məşğuldurlar. 
Cəhri çayının üstündən salınmış körpü ilə  kənddəki məktəb binasını payızlı Sosialist Əməyi 
Qəhrəmanı Qurban Abbasqulu oğlu Abbasovun (1926-2006) təşəbbüsü ilə tikdirilmişdir.  
Payız kəndində Zamanlı, Əsədannı, Qaralar, Hüseyinli, Məhərrəmli, Sadıxlı, Kəlbabalı, Alyanlı 
və sairə tayfalar məskunlaşmışlar.  
Kənddəki iki qəbrstanlıqdan birində möhrə ilə hörülmüş böyük bina vardır.  
Sovetlər dövründə həmin binadan gündəlik təlabat malları dükanı kimi istifadə olunmuşdur.  
Haliyyədə  kənddə yaraşıqlı mağaza binası tikildiyindən həmin “dükan evi”ndən mömünlər 
məscid kimi istifadə edirlər. Binanın içərisindəki küncdə  bərpa olunmuş  məzar yeri vardır. Həmin 
məzar Səyyid Əli adlı mömün çobanın olaraq, payızlılar tərəfindən pir yeri kimi ehtiram göstərirlər.  
Pirin yaranması haqqında yaşlı mömünlər söyləyirlər ki, keçmiş əsrlərdə möhtəşəm Çalxanqala 
camaatı Allahın doğru yolundan çıxaraq, atəşpərəstliklə  məşğul olmuşlar. Onlar yaradana asi 
olduqlarından dağıdıcı  zəlzələ  nəticəsində  şəhərlə birlikdə  məhv olmuşlar. Zəlzələ sübh vaxtı baş 
verdiyindən əhali evlərində bir anlığa məhv olmuşdur.  
Çöldə (qaşarda) qoyunlarının arasında salamat qalan çoban Əli Allahın möcüzəsini gözləri ilə 
gördükdən sonra Yaradana ibadət etmişdir.  
Dağıdıcı  zəlzələdən sonra ərazidə ilk məskunlaşan Kəlbaba tayfasından olanlar çoban Əlinin 
xeyirxah və mömün kimi görüb tanımışlar. Odur ki, tayfa başçısı hörmət  əlaməti kimi çoban Əlini 
bundan sonra Səyyid  Əli adı ilə çağırmış  və dünyadan köçəndə isə onun cənazəsini yaşadığı  həmin 
yerdə  dəfn etmişlər. Həmin vaxtdan sonra çoban Əlinin məzarı ziyarət edilərək inanc yerinə 
çevrilmişdir. Kənddəki imkanlı mömünlər qurbanlıqlarını binanın qarşısında kəsib,  ətini yoxsullara 
paylayarlar. 
“And olsun dan yerinə; And olsun on gecəyə. 
O kəslər ki, məmləkətlərdə tuğyan edir, oralarda çoxlu fitnə-fəsat törədirlər. Nəhayət, Rəbbin 
onlara əzab qamçısı endirdi şübhəsiz ki, Rəbbin baxıb görür.” (Quran, “Dan yeri” (89) s. a. 1-2, 11-14.)  
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə