37
Şeyx İmran (Şahmərdan) piri
Pir yeri (E.ə. I minillik) okean səviyyəsindən 850 metr yüksəklikdə olan Qaraqala kəndindəki
köhnə qəbrstanlıqda yerləşir.
Babək qəsəbəsindən Qaraqala kəndinə 15 km-lik məsafədə asfalt yol uzanır.
Kəndin əhalisi azəri
türkləridir ki, əsas məşğuliyyətləri üzümçülük və taxılçılıq olaraq 568 nəfərdir (2005-ci ilin st.məl.)
Qaraqala kəndinin toponimi keçmişdə burada yabanı halda yayılmış “Qara qora” üzüm növündən
götürülmüşdür. (Haliyyədə məhsuldar “Qara qora” ilə “Pişik üzümü” növlərinin kəsilməsi gözlənilir. )
Kənddə haliyyədə Namazlı, Tumurxanlı, Qocalı, Salmanlı və digər tayfalar yaşayırlar.
Qaraqala kəndinin kənarından keçən Sarıdağ selovunun sağ sahilində Kəlba Oruc tayfasından
olanlar ayrıca məskunlaşmışlar.
Şeyx İmran (Şahmərdan) piri iki kahadan ibarət olaraq əvvəlincidə iki, sonuncuda isə bir
məzarlar vardır.
Pirdəki kahalar sferik formalı təbii mağara divarlarını xatırladaraq hündürlüyü 2, 5, eni isə 3 m.
ölçülərindədir.
Pirdəki qoşa məzarlar haqqında kəndin yaşlıları söyləyirlər ki, əvəllər mücövür olmuş Məmməd
adlı mömin kişi ilə arvadınınkıdır.
Pirin yaranması haqqında
isə belə deyirlər ki, həmin “daxmada” (kahada) Şahmərdan adlı (ona
kənddəkilər “Şeyx İmran” adı vermişlər) mömün şəxs kəndin adamlarının nüfuzunu qazanaraq ölənləri
Allah rzası ilə təmənnasız dəfn edər, onların ruhlarına Quran oxuyardı. Şahmərdan xeyirxahlıqla məşğul
olsa da tənha yaşayaraq həyatdan əcəli ilə köçmüşdür. Adamlar mərhumun cənazəsini vəsiyyətinə görə
yaşadığı “daxmasında” (kahada) dəfn etmişlər. Sonradan məzar yeri (kahalar)
yerli camaat tərəfindən
ziyarət edilərək pir yerinə çevrilmişdir.
Doxsanıncı ildə pirdəki Şahmərdanın məzar yeri nadan göreşənlər tərəfindən söküdüyündən
yenidən xeyirxah adamlar tərəfindən bərpa edilmişdir.
“İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik –
cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!” (Quran, “Əraf” (7) s. a. 42.)
38
İsfəndiyar piri
Həmin pir yeri Babək rayonundakı iri yaşayış ərazilərindən Cəhri kəndindədir.
Cəhri kəndində 8454 nəfər (2005-ci il statistik məlumatı) əhali yaşayaraq üzümçülüklə
məşğuldurlar.
Cəhri kəndi Babək rayonu mərkəzindən 23 km şimal qərbdə yerləşərək Cəhri çayının sol
sahilindədir.
Cəhrililər əməksevər və mübariz İnsanlardırlar. İkinci Dünya savaşı iştirakçısı Qəhrəman
Qəzənfər Əkbərovun əziz xatirəsinə həmkəndliləri heykəl ucaltmış və kənddəki küçələrdən birinə onun
adını vermişlər.
Cəhri kəndinin toponimi e.ə. III əsrdə ərazidə ilk məskunlaşan İşıqlar tayfası ilə sonradan gəlmiş
tayfalar arasındakı baş verən mübahisədən-cəhrdən əmələ gəlmişdir.
Kənddə məskunlaşmış İşıqlar, Salahlı, Cilovxanlı, Qarahindi, Mirzəməmmədli, Heydərxanlı,
Dəvəçilər, Alkərimli, Əlibəyli, Muxtarlı, Çərçili və başqa tayfalar vardır.
Cəhrililər əzəldən mənəviyatı uca tutduqlarından məhəllələrində məscid binaları tikmiş və
günümüzədək istifadə edirlər. Haliyyədə kənddə XIX əsrdən qalma məscid fəaliyyətdədir.
Kəndin köklü əhalisi Qafqaz oğuz türkləri ilə bərabər Mərkəzi Asiyadan
gəlmiş Kəngərli
tayfaları da olmuşdur.
Cəhri kəndində beş qəbrstanlıqla iki pir yeri vardır. Pirlərdən biri kəndin içərisindəki “Ağac
piri”dir ki, digəri isə Qaş dağının (1395 m) yamacındakı İsfəndiyar piridir.
Həmin pirin yaranması haqqında kəndin yaşlıları söyləyirlər ki, Orta əsrlərdə iki cavan bir-
birlərinə aşiq olurlar. İsfəndiyar adlı gənc nüfuzlu feodal ailəsindən olan Mehparə adlı qızı istədiyindən
sevənlərə maneçilik törədirlər. Onlar sözləşib yaşadıqları ərazidən qaçmaqla Araz çayı sahillərinə
gəlirlər.
Nəhayət ki, qaçqın gənclərin taleyi Naxçıvandakı Qaş dağındakı kahada birləşərək xoşbəxt gün
keçirirlər. Qaçqın gəncləri təqib edən qızın adamları onları axtara-axtara gəlib kahada tapırlar. Əlisilahlı
adamlar gəncləri bir yerdə tutub öldürmək istədikdə möcüzə baş verərək hər ikisi qara daşlara
çevrilirlər.
Qızın adamları daş olmuş “qızlarını” kahanın qarşısında bina tikərək daşı ora qoyurlar. Kahanın
içərisində qalmış “oğlan” isə toz-torpaqda qalaraq unudulur. . .
Zaman keçir, dövran dəyişilir İsfəndiyarın qoçaqlığından hər məmləkətlərdə danışılır. Bundan
sonra İsfəndiyarın möcüzəvi sürətdə “qara daşa” dönməsinə insanlarda
maraq artaraq, Qaş dağındakı
İsfəndiyar pirini ziyarətə gəlirlər.
Ziyarətçilər kahadakı və binanın içərisindəki qara daşları ehtiramla seyr edərlər. Yaradanın
möcüzələrinə şəkk etməyərək qurbanlıq ehsan ətini paylayırlar.
“Xoş bir söz günahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır,
həlimdir!” (Quran, “Bəqərə” (2) s. a. 263.)
39
Ocaqtəpə pirləri
Babək rayonundakı Alagöz Məzrə kəndində qədim İnsanların yaşayış məskənləri qalmaqla
özünəməxsus tarixi mədəniyyətini saxlamaqdadır.
Onlardan biri e. ə. VI minilliyə aid olan Quyulu dağ yaşayış yeri, digəri isə eramızın I-XI
əsrlərindəki Ocaqtəpə yaşayış yeridir.
Quyulu dağ yaşayış yeri (qalası) Alagöz Məzrə kəndinin şimalında sıldırım dağlar üstündədir.
Həmin yerlər antik dövrlərə aid edilərək okean səviyyəsindən 1725 metr ucalığındakı Sarı dağdadır.
Ərazidə iki dərin quyular qazmişlar ki, onlar ya xəzinə yeri, yaxud da ki, yeraltı yolun
girişi
olmuşdur. Həmin quyulardan aşağıda mineral su bulaqlar qaynayaraq çıxırlar.
Ocaq təpə yaşayış yeri 1971-ci ildə mütəxəssislər tərəfindən öyrənilərək, buradan tapılmış tarixi
mədəniyyət əşyaları tarix müzeyinə verilmişdir.
Mütəxəssislərin fikirincə Ocaq təpə yaşayış yerində qədim və şöhrətli Yafəs (Rəqim) şəhəri
olmuşdur ki, haqqında danışılan pirlər oradadır (
Q. Həsənov “Nax. MSSR-in tarixi və arxeoloji
abidələri”. Naxçıvan-1988. səh-11. H. F. Səfərli “Naxçıvan ziyarətgahları”. Bakı-1998. səh. 24. (Nuh
peyğəmbərin oğlu Yafəsin adını daşıyan şəhər olmuşdur)).
Alagöz Məzrə kəndi Naxçıvan şəhərindən 16 km. məsafədə Naxçıvançayın sol sahilindədir.
Kəndin adının yaranması Ehsan xanın qızı Mərziyyənin xatirəsinə verilib. Sonradan isə kənd
Alagöz Mərziyyə kimi deyilmişdir. Həmin sözdəki “Mərziyyə” şəxs adı, 30-cu illərdə dəyişilərək
“Məzrə” ilə əvəz olunmuşdur.
Yaşlıların dediyinə görə kəndin adının dəyişməsi ərazidə məskunlaşan Dərələyəzli tayfasının
danışıq ləhcələrindən törənmişdir.
Kənddə 855 nəfər (2005-ci il st. məl.) yaşayaraq məşğuliyyətləri əkinçiliklə üzümçülükdən
ibarətdir. Kənddə Zamanlı, İtqıranlı, Zərnətünlər, Axəşli, Kərbəoruclu, Lizbirtli,
Dərələyəzli və başqa
tayfalar yaşayırlar. Əhalinin əksəriyyəti dindar olmadıqlarından burada indiyənədək məscid binaları
tikilməmişdir. Son illərdə isə xeyriyyəçi Sahib Əli oğlunun maddi köməkliyi ilə kənddə kiçik bir məscid
tikilməkdədir.
Alagöz Məzrə kəndində iki qəbrstanlıq vardır ki, onlardan biri daha qədim dövrlərə aiddir.
Kəndin şimal tərəfində okean səviyyəsindən 1000 m yüksəklikdə böyük bir ərazidə qədim Yafəs
(Rəqim) şəhərinin xərabəlikləri ərazisində yaşıllıq meşə zolağı ilə su tutumu 1 milyon m
3
çatan
“Mərziyyə gölü”də vardır.
Söyləmələrə görə, dünyanı su basandan sonra Nuhun gəmisində gələnlərdən peyqəmbərin oğlu
Yafəslə gəlini həmin ərazidə Sarı dağın yamaclarında məskunlaşmışlar.
Qədim insanlar ərazidə çoxalaraq yaşadıqları yerə Yafəsin adını vermiş, lakin sonrakı törəmələr
Allahın doğru yolundan azaraq atəşpərəstliklə məşğul olmuşlar.
Bununla da, onlar Allahın bəlasına
düçar olaraq zəlzələdən yaxa qurtara bilməmişlər. Güclü zəlzələdən sonra şəhərin əhalisindən yalnız iki
nəfər, çobanla naxırçı salamat qalmışlar.
Tənha qalan naxırçı ilə çoban heyvanları çölə buraxaraq uçub dağılmış komalarında Tanrıdan daş
olmalarını istəmişlər. Göy üzünü qara buludlar almış, şimşək çaxaraq leysan yağışı başlamışdır.
Ölənlərin cəsədlərini sel suları aparmış, çobanla naxırçını isə xaraba qalmış komalarında ildırım
zərbəsindən qara daşlara çevrilmişlər (
V. Baxşəliyev “Pirlərlə bağlı miflər və inanclar.” Bakı-2006).
İllər keçmiş, zaman dəyişilmiş əraziyə köçüb gələn tayfalar oradakı qara daşları Xudanın
möcüzəsi saymış, ehtiram edilərək ziyarətgaha çevirmişlər.
Haliyyədə Ocaqtəpə pirlərindəki “ocaqlardan” birində kiçik koma tikilmiş, digərində isə yalnız
uçuq divarlar saxlanılmışdır.
Sahəsi 20 hektardan çox olan Ocaqtəpə pirləri İnsanların mənəvi ziyarətgahlarına çevrilmişdir.
Yaz-yay aylarında ərazinin füsunkar təbiəti görənləri heyran edir.
Mərziyyə gölündə müxtəlif su quşları özlərinə sığınacaq tapmış, belə ki, ərazidə ov ovlamaq
yasaq olduğundan ətrafda kəklik, vağ, yaşılbaş ördək, vəhşi qaz, dovşan, tülkü, porsuq, kirpi, çanaqlı
bağa və müxtəlif çay balıq növləri artıb çoxalmışdır.
Ocaq
təpə ərazisi, İnsanların mədəni istirahəti üçün ən maraqlı yerlərdən biridir. Pirlərə gələn
ziyarətçilər qurbanların kəsib mənəvi zövq alaraq Allahın möcüzələrinə bir daha heyran olurlar. . .