Məşhədi Feyruz Bağırlı


Pir Ömər Nəşəvi ziyarətgahı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

 
27
Pir Ömər Nəşəvi ziyarətgahı 
 
Naxçıvandakı Pir Ömər sərdabəsi orta əsrlərdən qalma pir yeridir.  
Pir yeri şəhərdəki Sarbanlar məhəlləsindəki  İslam Səfərli küçəsi 24 №-li evin həyətindədir. 
Orada üç böyük (2x4,5 m) romb formalı daş parçaları olmuş, onlardan birini, əvvəlki həyət sahibi qırıb-
dağıtmış, sürdüyü avtomaşın faciəvi sürətdə yanıb külə dönmüşdür 14-cü əsrin tarixçisi Z. Qəzvinin 
“Zeybe tarix-e qozide” (seçilmiş tarix) kitabında Naxçıvandakı həmin pir haqqında məlumat verilmişdir. 
Cəlairlər dövlətinin (1341-1431) şahzadəsi Sultan Əhmədin (1382-1410) hakimiyyətə qarşı mübarizəsi 
dövrlərində pirdəki qəbr üstü sərdabə dağıdılaraq oradakı əlyazma kitabları qarət olunmuşdur. 
Naxçıvanlı yaşlı adamların söyləmələrinə görə keçən  əsrin iyirminci illərinədək pir yeri bərpa 
olunaraq ziyarətgah olmuşdur. Təpəlikdəki mövcud pirin ətrafında müsəlman qəbrstanlığı ilə Sarbanlar 
məhəllə  məscidi də, olmuşdur. Naxçıvanda Rus hakimiyyəti başladıqdan sonra ateist təbliğatı 
güclənməklə oradakı sərdabələr sökülmüşdür.  
Rus əsgərlərinin əli ilə Naxçıvandakı “Pir Ömər” sərdabəsi uçurulmuş, qəbr yeri dağıdılmış və 
söküntüdən çıxan kərpicləri sərhəd qoşunlarına qazarmalar tikmişlər.  
Uçurulmuş sərdabə ilə məzar, dövrünün üləmalarından və Sarbanlar məhəllə məscidini tikdirən 
xeyriyyəçi, şöhrətli şəxs mərhum Şeyx Ömər Nəşəvinin olmuşdur.  
Məhəllənin yaşlı adamları pir yerləşən həmin həyətə  gələrək orada şam yandırıb pir sahibinin 
ruhuna dualar oxuyar, həyət sahibi Mehdiyev Bəşir Yusif oğluna Allahdan rəhmət diləyərlər.  
“Rəbbimiz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (Quran, “Mömün” 
(40) s. a. 60.) 
 
 
 
 
 


 
28
Babək rayonundakı ziyarətgahlar 
 
1979-cu il tarixdən Naxçıvan rayonu, Babək adı ilə əvəz olunmuşdur.  
Rayonun ümumi sahəsi 0,9 min km

(2005-ci ildən),  əhalisi isə 66 min nəfər (2005-ci ilin 
statistik məlumatı) olaraq məşğuliyyətləri  əkinçilik və heyvandarlıqdır. Rayonun təkcə Nehrəm 
kəndinin yaşlı qadınları İslam dinindəki hicaba əməl edirlər.  
Babək rayonunun ərazi relyefi cənuba tərəf meyillidir. Yüksək yerləri Sarı dağ (1725 m), Əshabi-
Kəhf dağı (1665 m), Qaş dağı (1395 m), Duz dağı (1153 m) və ən alçaq sahəsi Araz çayı sahilidir ki, 
okean səviyyəsindən 600 metr yüksəkdədir.  
Babək rayonundakı Araz çayı üzərində 1965-ci ildən bənd tikilərək gücü 40 meqavat/saat olan 
SES qurulmuşdur.  
Bənd tikilərkən  əmələ  gələn “dəryaça”da XII əsr Astaabad şəhər xərabəlikləri ilə  Təzə  kənd 
(Qızıl Vəng), Yəmxana, Bulqan və Qaraçuğ kəndləri su altında qalmışdır.  
Ərazidə Araz dəryaçasına Naxçıvan çayının suları tökülərək hidro yardım göstərir.  
Rayonun mərkəzi Babək qəsəbəsi, Naxçıvan şəhərindən 8 km cənubda yerləşir.  
1965-ci ildən həmin qəsəbə yerində yeni tipli çox mərtəbəli binalar tikilmiş, əvvəlki Təzə kəndlə 
Yəmxana kəndlərinin əhalisi ora köçürülmüşdür.  
Rayon mərkəzində son illərdə yaraşıqlı məscid binası tikilib istifadəyə verilmişdir.  
Babək rayonunda qədim İnsanların yaşayış məskənləri olmuşdur. Belə ki, Ocaqtəpə, Quyulu dağ, 
Vayxır nekropolları, Kültəpə  kəndindəki yaşayış yerləri eramızdan  əvvəl V-I minilliklərin 
yadigarıdırlar. Bundan başqa Gərməçataq kəndindəki Ağdaban  şəhər xərabəlikləri eramızdan  əvvəl I 
min illiyə aiddir (Q. Həsənov “Nax. MSSR-in tarixi və arxeoloji abidələri”. Naxçıvan-1988. səh. 10)
Adı müqəddəs Quranda çəkilən Əshabi-Kəhf mağarası Eramızdan əvvəl VII əsrdən qalmışdır.  
Duzdağ mədənindəki mövcud mağaralar eramızdan əvvəl II-I minillik əsrlərin yadigarıdır.  
Təəssüf ki, ticarət mərkəzi olan qədim Astaabad şəhəri orta əsrlərin XII-XIX yüzilliklərində  
inkişaf etmişsə də, (Şeyx Nəiminin vətəni) öyrənilmədən Araz çayı dəryaçasında qalmışdır.  
Babək rayonu ərazisində eramızdan əvvəl V-I minilliklərə aid kurqan və nekropollar çoxdur.  
Mineral bulaqları ilə də, (Vayxır, Sirab və s. ) şöhrət tapmış müalicəvi suları İnsandakı qastiritlər, 
mədə-bağırsaq yaraları, xroniki kolit və xolesitit, yuxarı  tənəffüs yollarının xroniki iltihabı, podoqra, 
piylənmə, şəkər diabeti və digər xəstəliklərə şəfa verir.  
Babək rayon mərkəzi ilə bir çox kəndlərdə  məscidlər tikilmiş,  İslam mənəviyyatı olan 
ziyarətgahlar xalqın tarixi sərvətinə çevrilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
29
Nehrəm kəndindəki ziyarətgahlar 
 
Nehrəm kəndi Babək qəsəbəsinin 4 km cənub məsafəsində yerləşir, əhalisi 12.439 nəfərə (2005-
ci il st.məl.) çataraq üzümçülük və heyvandarlıqla məşğuldurlar. Nehrəm kəndində əhalinin bir-biri ilə 
etnik qohumluğu digər kəndlərə görə  fərqləndiyindən doğulanların göz piqmentləri qonurluqdan 
maviliyə, tük örtükləri isə qəhvəyidən-sarı rənginə məruz qalmışdır. (Belə fizioloji dəyişikliklər Sədərək 
qəsəbəsindəki əhalidə də, rast gəlinir. ) 
Nehrəm kəndinin adının yaranması əvvəllər kəndin içərisindən axıb gedən “Nəhrab” (Böyüksu) 
çayının adından götürülmüşdür.  
Haliyyədə həmin çay yatağı qalaraq “çaylax” adlanır.  
V-XVIII  əsrlərdə Nehrəm çayı  ərazisində ilk məskunlaşan Araz sahilindəki Astaabadlı  Şeyx 
Mustafalı tayfaları olmuşlar ki, onlar çayın sağ sahilindəki təpəlikdə (Qumqala məhəlləsində) evlər 
tikmişlər. Sonradan isə  əraziyə Xoydan, Salmasdan, Təbriz və Urmiyədən Hacılar, Sarcalılar, 
Qarakeyxanlılar, Ocaqqulular, Adıgözəllilər, Hərzənlilər, Asorlar (İrakdan), Sesaranlar, Xoylular və 
başqa tayfalar da gələrək məskunlaşmışlar.  
Nehrəmlilər Muxtar Respublikada yeganə olan qədim Astaabad danışıq  şivəsini qoruyaraq 
saxlamışlar. Onların danışıq ləhcələri yumşaq ahəngdə olaraq sözlərindəki “ç” hərfini “k” kimi tələffüz 
edirlər. 
Kənd əraziləri böyüdükcə müxtəlif məhəllə adları da yaranmışdır. Haliyyədə Nehrəmdə Xəndək, 
Qumqala, Təpəbaşı, Aşağa, Yuxarı, Çaylax, Hasar, Hasanlı, Bağarası, Dəmirçixana, Azərbaycan, 
Pircuvar yolu, Qızılvəng yolu və başqa məhəllələr vardır.  
Kəndin əhalisi əmək sevər olduğu kimi qoçaq və mərd camaatdırlar. Nehrəmlilər basqınçı erməni 
quldurlarına qarşı  əzmkarlıqla vuruşmuş, ikinci Cahan savaşlarında faşizmə qarşı könüllü sürətdə 
mübarizə apararaq şöhrət qazanmışlar. Nehrəmlilər ordu komandiri İkinci Dünya Müharbəsinin 
iştirakçısı polkovnik Nemət Kərimovla, tibb elmləri namizədi Cabbar Cəfərovla, həkim  Əqil 
Mehdiyevlə, əmək qəhrəmanı Əliqara Əliyevlə, Mirzə Cəlilin qızı Münəvvər xanım və başqaları ilə fəxr 
edirlər.  
Nehrəmlilərin əksəriyyəti həkimlik peşəsini seçərək xalqın sağlamlığı keşiyində durmuşlar.  
Bir vaxtlar Nehrəm kənd məktəbində müəllim işləmiş böyük Azərbaycan yazıçısı  Cəlil 
Məmmədquluzadənin (1866-1932) ev muzeyi fəaliyyətdədir. 
Nehrəmlilər  İslam dininə daha çox bağlandığından kənddə  qədimdən qalma 6 sayda məhəllə 
məscidləri fəaliyyət göstərməkdədir.  
Kəndin  ərazisində inanc yerləri olan pir və ziyarətgahlar da vardır ki, onlardan kənddəki 
“imamzadə ilə  qəbrüstü sərdabə”, “Qızılburun” dəmir yolu stansiyasındakı Tunc dövrünə aid “Ölən 
şəhər” xərabəlikləri tarixi abidəni göstərmək olar. Adı müqəddəs Quranda çəkilən qədim Tərsus 
şəhərinin xərabəlikləri olan “ölən şəhər” əraziləri sərhəd zolağına düşdüyündən ora getmək müşküldür.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə