Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə124/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   120   121   122   123   124   125   126   127   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
330
Ulu təbiətim, yaman xəsissən, 
Yaxşı adamları bir az çox yarat.(3,52) 
Lap azalt dünyanın dövlət, varını, 
Yax-şılar xeyrinə ömrü tarazla. 
Ürəyin yaxşılıq damarlarını 
Şaxələt bir az da, çoxalt bir az da.(3, 52) 
 
Təbiət  gözəlliklərini  vəsf  etmək,  insan-təbiət-cəmiyyət  münasibət-
lərini  poeziyada  başlıca  tendensiyalardan  birinə  çevirmək  istiqaməti  Musa 
Yaqub  yaradıcılığında  həmişə  rəğbətlə  qarşılanmışdır.  Musa  Yaqubun 
şeirləri  müstəqilliyimizin  ehtiva  etdiyi  və  müstəqilliyimizə  gələn  yolun 
ideya-estetik  qayəsini  özündə  daşıyaraq  bu  günümüzə  gətiribdir,  elə  bil 
bugün  yazılıbdır.  Şeirin  fəlsəfəsi  bir  yana,  şairin  fiziki-poetik  hikməti 
sonsuzluğa  zəmanət  verir.  Şeirlərinin  “Cəm”  i  onun  şair  “mən”  in  mahiy-
yətini aşkarlayır və omürlüyünün cizgilərini təşkil edir. Son illərdə yazdığı 
“Ömür şeiri” silsiləsində olduğu kimi: 
Hanı o dünyanın dağ tərəfləri 
Qızıldaş qayanın tac tərəfləri? 
Ayağım dəyməmiş bir daş qalmadı, 
Heyif, gücdən düşən o ayaqlara! 
Onun şair “mən” inə təbiətin əbədiyyəti hopubdur: 
 
Bu gün qalacağam özüm olmağa 
Torpağın çiçəkli üzü olmağa, 
Qalıram bir çeşmə gözü olmağa 
Sən Allah, bu dəfə məni aparma. 
Musa  Yaqubun  şeirlərində  İnsan  faktorunda  "əbədi  suallar"a  cavablar 
axtarmaq istəyir; insandakı ən böyük tələbatlar azadlığın sərbəstliyinə, hüquqi 
bərabərliyin  təminatına,  klançılıq  psixologiyasının  məhvinə  və  ilaxıra 
yönəlmişdir.  Etikada  deyildiyi  kimi:  "Şübhəsiz  "əbədi  suallar"  insanın  öz 
mövcudluğunun  sonunu  dərk  etməsi  ilə  stimullaşır.Musa  Yaqub  haqqında 
danışmaq  dəryadan  damcı  götürmək  kimi  bir  şeydir.  Çünki  onun  bütün 
yaradıcılığı  fəlsəfədir  -  təmizlik,  saflıq,  halallıq,  insana  və  torpağa  məhəbbət 
fəlsəfəsi. Bütün bunları dərk etmək üçün onun yaratdıqlarını oxumaq lazımdır.  
 
Ədəbiyyat  
 
1.  Ədəbiyyat qəzeti, Musa Yaqub, 13 avqust, 2016-cı il, səh.19 
2.  Musa  Yaqub  poeziyasında  zaman  anlayışı,  525-ci  qəzet,  2016-ci  il, 
səh.11 


Filologiya məsələləri, № 7, 2017 
 
331
3.Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatı,  2  cilddə,  I  cild.,  “Elm  və 
təhsil”, Bakı, 2016, 800 səh. 
4.Nəsrin poetik axtarışları Fəxri Uğurlu, Tənqid və ədəbiyyatşünaslıq, Bakı 
2016 
5.Poeziyanın  yolları  və  illəri  (1960-2000-ci  illər),  Bakı-Mütərcim,  2009, 
səh.402 
6.Şairin  yeni  şeirlərini  əsas  alan  düşüncələr,  525-ci  qəzet,  2016-ci  il,  11 
fevral, səh.4  
7.Yaxşı  ki,  sən  varsan,  ay  Musa  Yaqub.  Vaqif  Yusifli,  Ədalət,  2012,  12 
may, səh.19.  
С.Баширова 
Tворчества Муса Ягубa в поэзии Азербайджанa 
Pезюме 
 
Творчество Муса Ягубa занимает особое место в азербайджанс-
кой литературе. Его создание совпало с годами 60-80. Качественно но-
вый  этап  азербайджанской  литературы  в  60-е  годы,  период,  который 
является началом нового этапа. В поэзие Мусы Ягуба всегда живучесть, 
родстве,  является  естественность.  Таким  образом,  главный  фактор  в 
создании  природы  и  человека  и  уравнивает  его  творческую  филосо-
фию.  Он  является  современная  поэзия,  поэт,  художник  и  композитор. 
Его  поэзия  всегда  живучесть,  родство,  имеет  естественность.  Перед 
лицом природы воплощено во все счастье жизни и несчастий. Природа-
национальные  и  духовные  ценности,  а  также  творческая  жизнь  поэта, 
как это отражено в его главном ориентры. 
S.Bashirova 
Musa Yagub of creativity in Azerbaijan poetry 
Summary 
 
He holds a special place in Azerbaijani literature. His creativity in 60-
80 years. A qualitatively new stage of Azerbaijani literature in 60 years, a 
period which is the beginning of a new stage. Musa Yagub's poetry always 
vitality, kinship, is naturalness. The main factor in its creation of nature and 
man  and  therefore  called  all  of  his  creative  philosophy.  He  is  the  modern 
poetry, poet, artist and composer. His poetry has always vitality, kinship, has 
a naturalness. İn the face of of nature is embodied in all of life's happiness 
and unhappiness. Nature-national and spiritual values, as well as the poet's 
creative life, as reflected in its main oriyentri. 
 
Rəyçi:                   Sofiya Mirzəyeva 
                   filologiya üzrə fəlsəfə doktoru, dosent  


Filologiya məsələləri, № 7, 2017 
 
332
AYGÜN ƏLİZADƏ  
filologiya üzrə fəlsəfə doktoru 
aygunalizade@yahoo.com 
 
FƏRİDƏDDİN ƏTTARIN “MƏNTİQÜT-TEYR” ƏSƏRİNDƏ 
 “ŞEYX SƏNAN” DASTANI 
 
Açar sözlər: Şeyx Sənan, mürid, dastan, məsihi qızı, eşq 
Keywords: Sheikh Sanan, follower, epic, christian daughter, love 
Ключевые  слова:  Шейх  Санан,  последователь,  эпос,  дочь  месихи, 
любовь 
 
Fəridəddin  Əttarın  “Məntiqüt-teyr”  əsərinin  daxilində  verilən  ən 
maraqlı dastanlardan biri də “Şeyx Sənan” dastanıdır. Bu dastan 417 beytdən 
ibarətdir  və  Əttarın  əsərləri  arasında  belə  uzun və  müfəssəl  hekayə  çox  az 
tapılar.  (4,  s.  320)  Bu  dastanın  təhlilinə  keçəməmişdən  qabaq  əsərin  hansı 
mənbə  əsasında  qələmə  alınması,  Şeyx  Sənanın  kim  olması  məsələlərinə 
aydınlıq  gətirməyimiz  yerinə  düşər.  İran  alimlərinin  gəldiyi  yekdil  qənaətə 
görə  bu  dastanın  mənbəyi  Əbu  Hamid  əl-Qəzzalinin  “Töhfətül-müluk” 
(“Məliklərin  töhfəsi”)  əsəridir.  Əbdülhüseyn  Zərrinkub  yazır:  “Əlbəttə, 
hekayəni  Əttar  yaratmamışdır,  onun  mənbəyi  böyük  ehtimalla  Qəzzalinin 
“Töhfətül-müluk”  rəvayətidir,  “Məntiqüt-teyr”inin  məzmununu  Qəzzalinin 
“Risalətüt-teyr”indən əxz edən Əttar yəqin ki, Şeyx Sənanın məzmununu da 
onun başqa bir əsərindən iqtibas etmişdir”. (1, s. 217)“Töhfətül-müluk” əsərinin 
Qəzzaliyə aid olması haqqında təqdiqatçılar arasında fikir müxtəlifliyi olsa da, 
Bədiüzzaman  Foruzanfərr  yazır:  “İstər  bu  kitab  həqiqətən  Qəzzalinin 
əsərlərindən olsun, istərsə də başqa birisi yazsın, Əttar “Məntiqüt-teyr”i nəzmə 
çəkməmişdən  qabaq  V  əsrin  sonları  və  ya  VI  əsrin  əvvəllərində  (XII  əsrin 
sonları-XIII  əsrin  əvvəlləri)  yazılmışdır  və  Şeyx  Sənan  hekayəsi  Əttarın 
dediyinə uyğun şəkildə bu kitabda olduğuna görə belə bir nəticə əldə olunur ki, 
bu  hekayə  “Məntiqüt-teyr”in  nəzmindən  qabaq  farsdilli  mətnlərə  yol  tapmış, 
Əttar onu özündən yaratmamış və İbn Səqqa dastanını da təhrif etməmişdir. 
Bizim şeyximizin mənbəsi fars mətnlərindən həmin kitab ya onun bir hissəsi 
olmuşdur”.  (4,  s.  332)Şeyx  Sənanın  şəxsiyyətinin  kim  olması  haqqında  da 
təqdiqatçılar  qəti  fikrə  gələ  bilməmiş  və  bu  barədə  müxtəlif  fikirlər 
söyləmişlər.  Bir  ehtimala  görə  Şeyx  Sənan  Xaqaninin  “Tərsaiyyə” 
qəsidəsində adı çəkilən İbn Səqqadır. (1, 214) 
رﺎﻧز ﮫﺑ مزﺎﺳ لﺪﺑ
ﺲﻧﺮﺑ ﮫﺑ و 
  
ﺎﻘﺳ رﻮﭘ نﻮﭼ نﺎﺴﻠﯿط و ادر
  
Zünnar və məsihi papağını ürəyimə uyğun edərəm 
Səqqa oğlu kimi əba və qazi libasından. (1, 419) 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə