Filologiya məsələləri, № 7, 2017
335
ﺪﻣآ رد ﻢﻏ
رﺎﺴﮕﻤﻏ ﯽﺑ وا دﺮﮔ
Ürəyi imanın zövqündən qərarsız oldu
Onun ətrafını qəm bürüdü, dərdinə şərik olmadı. (5, s. 88)
Əsərin qəribə bir gedişatı var. Əvvəl şeyx məsihi qızına vurulduğuna
görə bütün dinindən üz çevirir. Sonda isə məsihi qızı islamı qəbul edir.
Yaxud Şeyx Rum ölkəsinə müridləri ilə gəlsə də, onları qayıtmağa vadar
edir. Amma müridlər başqa bir müridin məslərti ilə yenidən Ruma qayıdırlar.
Yəni əsərdəki hadisələr çox dinamik və sürətlə cərəyan edir və oxucu
hadisələrin gedişatını izləməkdə çətinlik çəkir. Burada əsərin əsas
məqsədindən savayı bir çox məsələr də qoyulmuşdur. Həmin məsələlər
aşağıdakılardan ibarətdir:
1. Heç bir insan başına gələcək bəlalardan xəbərdar deyil.
2. Bir tövbə yüz günahın üzərindən xətt çəkə bilər.
3. Dua ilə insanlara kömək etmək olar.
4. İnsan dindən üz çevirəndə ağıldan başqa elmi də əlindən alınar.
5. İnsan qırx gün, qırx gecə ixlasla Allaha ibadət etsə, onun üçün açılış olar.
6. Müridlər bütün əməllərində şeyxə tabe olmalıdırlar.
7. Bütə eşq onun məhvi ilə bitdiyinə, əbədi və əzəli olana eşq bəsləmək
lazımdır. ( 4, s. 125)
Fəridəddin Əttarın “Məntüqüt-teyr” əsərinin əsas süjet xəttindən savayı
müxtəlif məzmunlu hekayələr verilmişdir. Belə hekayələrdən biri də bizim
müəyyən etdiyimiz yeddinci hissə ilə bağlıdır.
ﺦﯿﺷ
ﺖﺴﯿﭼ ز ﮫﯾﺮﮔ ﻦﯾا ﮫﮐ شﺪﯿﺳﺮﭘ
ﺖﺴﯾﺮﮔ ﯽﻣ ﯽﻠﺒﺷ ﺶﯿﭘ یﺪﻨﻣدرد
ﻦﻣ نﺎﺟ یدﻮﺑ هزﺎﺗ ﺶﻟﺎﻤﺟ زا
ﻦﻣ نآ دﻮﺑ ﯽﺘﺳود ﺎﺨﯿﺷ ﺖﻔﮔ
ﺶﻤﺗﺎﻣ زا هﺎﯿﺳ ﻦﻣ ﺮﺑ نﺎﮭﺟ ﺪﺷ
ﺶﻤﻏ زا مدﺮﻤﺑ ﻦﻣ و دﺮﻤﺑ ید
ﺖﺴﻨﯾا زا ﺶﯿﺑ ﺖﯾاﺰﺳ ،ﺪﺷﺎﺑ ﻢﻏ ﮫﭼ ﻦﯾا
ﺖﺴﻨﯾا زا ﺶﯾﻮﺧ ﯽﺑ ﺖﻟد نﻮﭼ ﺎﺘﻔﮔ ﺦﯿﺷ
ﻮﺗ راز یﺮﯿﻤﻧ ﺎﺗ دﺮﯿﻤﻧ ﻮﮐ
د
ﻮﺗ رﺎﯾ یا ﻦﯾﺰﮔ ﺮﮕﯾد ﯽﺘﺳو
دروآ نﺎﺟ ﻢﻏ وا ﯽﺘﺳود
دروآ نﺎﺼﻘﻧ گﺮﻣ ﺰﮐ ﯽﺘﺳود
ﻼﺑ ﺪﺻ رد ﺪﺘﻓ ترﻮﺻ نآ زا ﻢھ
ﻼﺘﺒﻣ ترﻮﺻ ﻖﺸﻋ رد ﺪﺷ ک ﺮھ
ﺖﺴﺸﻧ نﻮﺧ رد ﺪﻨﮐ تﺮﯿﺣ نآ زا وا و
ﺖﺳد ز نوﺮﯿﺑ دﻮﺷ ترﻮﺻ نآ شدوز
Bir dərdli Şiblinin yanında ağlayırdı
Şeyx ondan soruşdu bu ağlamaq nədəndir
Dedi: Ey şeyx, mənim bir dostum vardı
Onun camalından mənim ruhum təzələnirdi
Dünən öldü və mən onun qəmindən öldüm
Dünya mənə onun matəmində qara oldu
Şeyx dedi: Ürəyin bundan qərarsızdırsa,
Bu nə qəmdir, sənə bundan artığı layiqdir
Başqa bir dost seç sən
Filologiya məsələləri, № 7, 2017
336
Sən ölməyənə kimi o ölməsin
Ölüm nöqsanı olan dostluqda
Dostluğu canın qəmini artırar
Kim ki, surətin eşqinə mübtəla oldu
Həmin surətə görə də yüz bəlaya düşər
O surət tezliklə onun əlindən gedər
Və o buna heyrətlənib qana qərq olar.
Bu hekayədə Əttar demək istəyir ki, zahiri gözəlliyə aldanıb insanlarla
dostluq etməyin axırı yoxdur. Buna görə də heç vaxt aradan getməyənə ürək
bağlamaq lazımdır ki, o da Allahdır. Şeyx Sənan da məsihi qızının zahiri
gözəlliyinə aldanıb ona görə dinindən-imanından uzaqlaşdı. Lakin sonda
həmin gözəl məsihi qızı həyatını itirdi.
Əttarın əsərləri irfani mövzuda yazıldığına görə bu əsərlərdə cərəyan
edən hadisələr də qeyri-adi vəziyyətlərdə baş verir. Burada hadisələrin üçü
yuxu vasitəsilə göstərilir. Biri, Şeyx Sənanın Rum ölkəsinə getməsini neçə
dəfə yuxuda görməsi, digəri müridinin Mustafanı (s) yuxuda görməsi, biri də
Məsihi qızının yuxuda düz yola dəvət edilməsi. Bu yuxulardan yalnız birini
real olaraq qəbul etmək olar ki, həmin dövrdə Peyğəmbər (s) artıq həyatda
deyildi. Buna görə də Şeyx Sənanın bu bəladan qurtarmasını xəbər verməsini
başa düşmək olar. Fikrimizcə, Əttar digər hadisələri yuxuda verməklə
oxucusuna çatdırmaq istəyir ki, bu hadisə irfani aləmlə bağlı bir hadisədir.
Ümumiyyətlə, övliyaların həyatından bəhs edən “Təzkirətül-övliya” əsərində
də qeyri-adi hadisələrin yuxuda baş verdiyini görürük. İrfani mövzuda əsər
yazan müəlliflərin çoxu bizim yaşadığımız həyatı onların göstərmək istədiyi
həyatdan fərqləndirmək üçün yuxu aləmini seçirlər. Digər məsələ isə Şeyx
Sənanın Ruma qayıtdığı zaman məsihi qızının vəziyyətindən agah olması da,
irfani bir hadisədir. Əsərdə qeyd olunur ki, bu Şeyx Sənana sanki ilham
olunmuşdur.
نورد زا ﺪﻧداد مﻼﻋا ار ﺦﯿﺷ
نوﺮﺑ ﯽﯾﺎﺳﺮﺗ ز ﺮﺘﺧد نآ ﺪﻣﺎﮐ
ﺎﻣ هﺎﮔرد ﺎﺑ ﺖﻓﺎﯾ ﯽﯾﺎﻨﺷآ
ﺘﻓا شرﺎﮐ
ﺎﻣ هار رد نﺎﻣز ﻦﯾا دﺎ
Şeyxə daxildən elan etdilər
Ki, qız məsihilikdən çıxdı
Bizim dərgahımızla tanış oldu
İndi onun işi bizim yolumuza düşdü.
Bu dastanın əsas məqsədi haqqında Əbdülhüseyn Zərrinkubun fikirləri
də çox maraqlıdır: “Hər halda Şeyx Sənan dastanı Əttarın onun əsasını
hardan götürməsindən asılı olmayaraq rəmzi bir dastandır. Pak bir ruhun
sərgüzəştidir ki, mənəvi dünyadan maddi aləmə enir, hətta özünün səmavi
əsas və gövhərini unudur, maddi çirkinliklərə bulaşır. Amma qeybi cazibə
Filologiya məsələləri, № 7, 2017
337
onu tapır, onu ülvi qərargaha, səfa və paklıq dünyasna aparır və nicat verir”.
(1, s. 220)Başqa bir yerdə oxuyuruq: “Şeyx Sənan hekayəsi də belədir: Şeyx
islam dünyası, nur və səfa dünyasına aid olan pak bir ruhdur. Amma cismani
eşq – bir qızın eşqi – onu maddə və günah, şərabxorluq və donuz otarmaqdan
ibarət olan məsihi dünyasına çəkir, bağlılıqlar tələsinə salır, orada öz əslini,
öz müsəlmanlığını, hətta öz şeyxliyini unudur. Amma o hər şeyi unutsa da,
ilahi inayət onu unutmur, onun köməyinə tələsir, onu özündən alıb yenə də
islam diyarına – parıltı və səfa dünyasına çəkir və aqibətini xeyirli edir”. (1,
220)Əsərin qısa məzmunu ilə tanış olduqdan sonra belə qənaətə gəlirik ki,
“Şeyx Sənan” dastanı həm eşqin vəsfi, həm də pirin məqamının ucalığının
bəyanı üçün verilmişdir. Bunlar Fəridəddin Əttarın Simurğ, yeddi eşq vadisi,
pir, mürid məsələlərinə öz irfani baxışlarının təzəssümüdür. Yeddi eşq
vadisini keçmək üçün saliklərə bələdçi lazımdır ki, bu da yalnız həmin yolu
tanıyan pir olmalıdır. Həmin pir həm təhlükələrə düşə bilər, həm də ilahi
inayət vasitəsilə xilas ola bilər. Buna görə də, təhlükələrlə dolu olan yolu
keçməkdə pirin olması vacibdir.
Ədəbiyyat:
1
.
،ناﺮﮭﺗ ،ﮫﻠﺣ ناورﺎﮐ ﺎﺑ ،ﻦﯿﺴﺤﻟا ﺪﺒﻋ بﻮﮐ ﻦﯾرز
1374
،
472
ص
.
2
.
ﮭﺗ ،فﻮﺼﺗ و نﺎﻓﺮﻋ ﯽﻧﺎﺒﻣ ﺮﺑ یا ﮫﻣﺪﻘﻣ ،ﻦﯾﺪﻟا ﺎﯿﺿ ﺪﯿﺳ یدﺎﺠﺳ
،ناﺮ
1386
،
337
ص
.
3
.
ناﺮﯾا رد تﺎﯿﺑدا ﺦﯾرﺎﺗ ،ﷲ ﺢﯿﺑذ ﺎﻔﺻ
)
مود ﺪﻠﺣ
(
،ناﺮﮭﺗ ،
1363
،
1128
ص
.
4
.
رﺎﻄﻋ ﻦﯾﺪﻟا ﺪﯾﺮﻓ ﺦﯿﺷ رﺎﺛآ ﻞﯿﻠﺤﺗ و ﺪﻘﻧ و لاﻮﺣا حﺮﺷ ،نﺎﻣﺰﻟا ﻊﯾﺪﺑ ﺮﻔﻧازوﺮﻓ
،ناﺮﮭﺗ ،یرﻮﺑﺎﺸﯿﻧ
1374
،
562
ص
.
5
.
،رﺎﻄﻋ ﻦﯾﺪﻟا ﺪﯾﺮﻓ یرﻮﺑﺎﺸﯿﻧ
ﺘﻧا ،ﺮﺒﺠﻧر ﺪﻤﺣا ﺮﺘﮐد مﺎﻤﺘھا ﮫﺑ ،ﺮﯿﻄﻟا ﻖﻄﻨﻣ
تارﺎﺸ
،ﺮﯿطﺎﺳا
1359
،
665
ص
А.Ализаде
Эпическая поэма «Шейх Санан» в произведении «Мантигут-
тейр» Фаридаддина Аттара
Резюме
Самой большой повестью произведения «Мантигут-тейр»
Фаридаддина Аттара является эпическая поэма Шейха Санана. Краткое
изложение эпоса таково: знакомство Шейха Санана с читателями,
странный сон Шейха Санана, отправление Шейха Санана и его
учеников в город Рум, слава красоты христианской дочери,
влюбленность Шейха Санана в христианку, описание ночи, как
ученики давалинаставления Шейху Санану, отправление Шейха Санана
на улицу, где проживала его возлюбленная, признание Шейха Санана
своей возлюбленной в любви, приглашение Шейха Санана к атеизму
Dostları ilə paylaş: |