Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə122/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   118   119   120   121   122   123   124   125   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
324
Aşıq Əli Ələsgər ocağının yetirmiş olduğu yaradıcı aşıqlardan olub. 
O, Aşıq Ələsgərin qardaşı Məşədi Salahın nəvəsidir. Gənc yaşlarından aşıq 
sənətinə  böyük  maraq  göstərən  Əli  uzun  müddət  Aşıq  Talıbın  və  Aşıq 
Nəcəfin yanında şəirdlik etmiş, bu sənətin sirlərinə dərindən mənimsəmiş və 
el arasında kamil bir aşıq kimi tanınmışdır. Aşıq Əli gənc yaşlarından şeir 
yazmağa  başlamışdır.  Qeyd  edək  ki,  ustad  aşığın  şeir  yaradıcılığı  olduqca 
rəngarəngdir. O aşıq şeirinin qoşma, gəraylı, təcnis və divani kimi janırlarına 
müraciət  edərək,  bir-  birindən  məzmunlu  poetik  nümunələr  yaratmağa 
müvəffəq olmuşdur. Biz aşığın şeirlərini nəzərdən keçirərkən, onun da digər 
aşıqlar  kimi  arxaik  janrlardan  yetərincə  istifadə  etdiyinin  şahidi  oluruq. 
Söylədiklərimizə  nümunə  olaraq,  aşığın  “Sənsiz  yaman  darıxdım”  adlı 
qoşmasında oxuyuruq; 
 
Üç ay on gün keçdi görüşümüzdən, 
Sənsizlədim, sənsiz yaman darıxdım. 
Müştərisiz qalan dəyirman kimi, 
Dənsizlədim, sənsiz yaman darıxdım. 
 
Sirlər agahdı qadir- sübhana, 
And içirəm haqqa, dinə, ərkana. 
Bu aləmdə dönüb şeyx Sənana, 
Dinsizlədim, sənsiz yaman darıxdım. [2, 262]. 
 
Yuxarıda  qeyd  olunan  qoşmadan  verilən  nümunədə  bizə  aydın  olur 
ki,  son  görüşlərindən  keçən  üç  aydan  artıq  bir  müddətdə  sevgilisi  üçün 
darıxan və onun həsrətini çəkən bir aşiqin keçirdiyi həsrət dolu yaşantıları öz 
əksini  tapıb.  Özünün  söylədiyi  kimi  “Sirlər  agahdır  qadir-  sübhana”  yəni, 
onun sevgilisinə olan sonsuz məhəbbətindən Allahın da xəbəri var. Lakin o 
bu sevgisi yolunda Şeyx Sənan kimi lazım gələrsə, dinindən belə dönməyə 
hazırdır. Tarixən insanlar müqəddəs bildikləri varlıqlara inanıb and içmişlər. 
Bu cür andlarda nəzərdə tutulmuş müəyyən bir işi, məsələni yerinə yetirmək 
qətiyyəti  hökm  kimi  söylənir.  Məhz  bu  səbəbdəndir  ki,  lirik  qəhrəman  öz 
sevgilisinə qarşı ürəyində bəslədiyi sonsuz məhəbbətini ona inandırmaq üçün 
haqqa, dinə və ərkana and içir. 
Azərbaycan  xalqının  mifoloji  düşüncəsində  özünə  möhkəm  yer 
tutmuş andlar ağız ədəbiyyatımızın ilkin arxaik janrları sırasındadır. Söz yox 
ki,  arxaik  janrların  folklorşünaslığımızda  az  tədqiq  olunması  bu  mövzunu 
aktual olaraq, diqqət mərkəzində saxlayır. Qədim çağ insanının ilkin inam və 
etiqadına  söykənən  andlar  bu  gün  də  insanlar  arasında  yaşamaqdadır.  Uzaq 
keçmişimizdən  yol  alaraq,  günümüzə  qədər  gəkib  çıxan  andların  hər  birinin 
arxasında xalqımızın müəyyən tarixi inkişaf mərhələsindəki mifoloji görüşləri, 


Filologiya məsələləri, № 7, 2017 
 
325
həyat  tərzi  və  məişəti  dayanır.  Aparılan  tarixi  müşahidələr  sübut  edir  ki, 
söylənmiş hər hansı fikirdəki mahiyyətin yalan yox, doğru olması andiçmə ilə 
təsdiqlənmişdir.  Bu  səbəbdən  də  tarixən  andiçməyə  ciddi  yanaşılmışdır.-
Göründüyü  kimi,  bu  məqalədə  andlar  Göyçə  aşıq  şeiri  istiqamətində  ilk  dəfə 
olaraq  elmi  araşdırmaya  cəlb  edilmişdir.  Beləliklə,  andların  arxaik  janr  kimi 
Göyçə  aşıq  poeziyasında  işlənmə  miqyası  uğurlu  tədqiqat  nəticəsində 
müəyyənləşdirilmişdir.  
 
Ədəbiyyat  
 
1.  Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq- Qərb” nəşriyyatı, 2004, 400 səh. 
2.  Ələsgər ocağı. Şeirlər. Bakı,Yazıçı nəşriyytı,1991, 294 səh.  
3.  Əfəndiyev Paşa. Azərbaycan şifahi xalq ədəbiyyatı. Ali məktəb üçün 
dərslik. Bakı,”Elm və təhsil” nəşriyyatı, 2012, 600 səh.   
    4. Göyçəli Aşıq Nəcəf. Bakı, “Səda” nəşriyyatı, 2000, səh.202. 
    5. İsmayılov Hüseyn. Göyçə aşıqları və el şairləri, I cild, Bakı, “Səda”          
    nəşriyyatı, 2006, 492 səh.               
    6. Qurbanov Nail. Azərbaycan folklorunda mifoloji- kosmoqonik görüşlər.  
    Bakı,”AFpoliQRAF” mətbəəsi, 2011, 143 səh.  
    7. Seyidov Mirəli. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, 
“Yazıçı” nəşriyyatı, 1983, 326 səh. 
    8. Nəbiyev Azad. Azərbaycan xalq ədəbiyyatı I cild, Bakı, “Çıraq” 
nəşriyyatı, 2009, 609 səh. 
         
Искендеров Балакиши  
Отражение архаических жанров в ашугской поэзии Гёйча 
 
Резюме 
 
Клятвы, занимающие прочное место в мифологическом сознании 
азербайджанского  народа,  входят  в  начальный  архаический  жанр 
устной литературы. Безусловно, малоизученность архаического жанра в 
нашей  фольклористике  делает  её  актуальной,  притягивает  к  себе 
внимание.  Клятвы,  опирающиеся  на  первичную  веру  и  убежденность 
человека древности, и сегодня живут среди людей. С каждой клятвой, 
которая  дошла  до  нас  из  глубокого  прошлого,  стоят  мифологические 
воззрения определенного исторического развития, образ жизни и быта. 
Проведенные  исторические  наблюдения  доказывают,  что  клятвы 
подтверждали,  что  сущность  высказанной  мысли  является  правдой,  в 
не ложью. С этой точки зрения к клятвам всегда относились серьёзно. 


Filologiya məsələləri, № 7, 2017 
 
326
Как видно, в этой статье впервые в области ашугской поэзии Гёйча к 
научному исследованию привлекаются клятвы. 
Таким образом, в результате успешных исследований определены 
масштабы  употребления  клятв  как  архаического  жанра  в  ашугской 
поэзии.  
   
 
Isgandarov Balakishi  
Reflection of Archaic Genres in Goycha Ashug Poetry 
 
Summary 
 
Oaths  have  significant  place  in  Azerbaijani  people’s  mythological 
thinking  and  they  are  one  of  archaic  genres  of  our  oral  literature. 
Undoubtedly, lack of research of archaic genres in our folklore studies keeps 
the  subject  in  the  spotlight  as  an  actual  theme.  Oaths  which  derive  from 
initial beliefs and faiths of humans of ancient times are used even today. On 
the  basis  of  every  oath  which  came  to  us  from  the  distant  past  there  are 
mythological  views,  lifestyle  and  welfare  during  the  certain  stage  of 
historical development  of  our  nation. Historical observations prove  that an 
expressed word was affirmed by swearing in order to show if it was true or 
not. Therefore, historically, oaths were taken seriously. As it seems, in the 
article  oaths  are  involved  in  research  as  Goycha  ashug  poems  for  the  first 
time. Thus, usage scale of oaths as archaic genre in Goycha ashug poetry is 
clarified in the result of successful research. 
 
        
Rəyçi:                        Aslan Bayramov 
                    filologiya üzrə elmlər doktoru, professor  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə