Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə120/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   116   117   118   119   120   121   122   123   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
319
c)  Ailə üzvülərinə aid edilən əziz adamlarla bağlı içilən andlar. 
Ailə cəmiyyətə qırılmaz tellərlə bağlıdır. O bəşəriyyətin özəklərindən birini 
təşkil  edir.  Cəmiyyət  inkişaf  etdikcə,  onunla  birlikdə  ailə  də  inkişaf  edir. 
Deməli,  ailəni  səciyyələndirən  əsas  xüsusiyyətlər  nikah,  qan  qohumluğu, 
məişət birliyi və ailə üzvüləri arasındakı münasibətlər sistemindən ibarətdir. 
Belə  ki,valideynlər  ilə  övladlar,  qardaşlar  ilə  bacılar  arasındakı  olan 
özünəməxsus münasibətlər sistemi ailənin əsas əlaqələrini müəyyənləşdirir. 
Qədim  insanların  ailə  haqqındakı  ilkin  təsəvvürləri  genişləndikcə,  ailənin 
əsas tərkib hissəsini təşkil edən ata, ana, bacı, qardaş eyni zamanda həmin 
ailəyə yaxın olan digər əziz adamlarla da bağlı andlar yaranmışdır. Məsələn, 
“Atanın  canı  üçün,”  “Bacım  canı,”  “And  olsun  balamın  canına,” 
“Dayım canı,” “Əmim canı” və s. 
ç) Əski zamanlarda etiqad edilən pir və ziyarətgahların, Allahın, 
İslam  dininin  müqəddəs  kitabı  olan  Quranın,  peyğəmbərlərin  və 
imamların  adlarına  içilən  andlar.  Dünyanın  bir  sıra  xalqlarında  olduğu 
kimi,  Azərbaycanda  da  islamaqədərki  dövrdə  bir  çox  qədim  dini  inamlar, 
etiqadlar mövcud olmuşdur. Erkən dini təsəvvürlərdə insanlar arasında təbiətin 
bir parçası olan  daşların və ağacların magik  qüvvəsinə inam  güclü olmuşdur. 
Qədim  inama  görə,  daşlar  müalicəvi  xüsusiyyətlərə  də  malik  idi. 
Məsələn,“Dalaq daşı”,“Öskürək daşı”, “Göbək daşı” və s. Məhz bu səbəbdəndir 
ki, etiqad edilərək, hamı tərəfindən “müqəddəs yer” kimi qəbul edilmiş bu kimi 
məkanlar,  xüsusi  daşların  və  yaxud  ağacların  ətrafı  hesab  olunarmış.  İndinin 
özündə  belə,  xalq  kütlələri  tərəfindən  ziyarətgah  kimi  etiqad  edilən  həmin 
yerlər,  pir  adı  ilə  məşhurdur.  Azərbaycan  xalqının  mifoloji  dünyagörüşünə 
söykənən,  qədim  ziyarətgahlarımıza  və  pirlərimizə  içilən  andlar  hələ  də 
xalqımız arasında yaşamaqdadır. Sözü gedən müqəddəs yer adları ilə bağlı 
yaranmış  nümunəyə  diqqət  yetirək;  And  içirəm,  sözümdə  yalan  olarsa, 
daşa dönüm!, O pirə and olsun ki mən günahsızam! Cəmiyyətin sonrakı 
inkişaf mərhələsində İslam dini görüşlərilə bağlı andlar meydana gəlmişdir. 
“Allah  haqqı”,  “Peyğəmbərlər  haqqı”,  “Quran  haqqı”,  “Qıldığımız  namaz 
haqqı”, “Kəbə haqqı”, “Allahın birliyinə and olsun” və s. 
Vaxtı  ilə  ibtidai  insanlar  arasında  anda  çox  güclü  inam  olmuşdur. 
İçilmiş andı pozmaq bağışlanmazmış. Odur ki, onlar ölümü yalan yerə and 
içməkdən  üstün  tutmuşlar.  Beləliklə,  mifoloji  düşüncəyə  söykənən  bu  əski 
andın  izləri  Azərbaycan  xalq  nağılları,  qəhrəmanlıq  və  məhəbbət 
dastanlarımızda da bizə gəlib çatmışdır. Qədim və çox zəngin mədəniyyətə 
malik  olan  Azərbaycan  xalqının  möhtəşəm  sənət  abidəsi  sayılan  “Kitabi- 
Dədə  Qorqud”  şifahi  xalq  yaradıcılığımızın  nadir  inciləri  sırasındadır.  Bu 
eposda  xalqımızın  əsrlər  boyu  qazanmış  olduğu  milli-  mənəvi  dəyərləri, 
adət- ənənələri, yaşam tərzi və eyni zamanda əcdadlarımızın etnik- mifoloji 
düşüncəsində özünə möhkəm yer tutmuş, əski inanclar sistemi də öz əksini 


Filologiya məsələləri, № 7, 2017 
 
320
tapıb.Qeyd edək ki, biz dastanın müxtəlif boylarında rast gəldiyimiz andlar 
dini  təsəvvürlərə  qədərki  nümunələri  daha  çox  əks  olunmuşdur.  Məsələn, 
“Qılıncıma doğranayım, okuma sancılayım,” “Torpaq kimi sovrulayım” və s. 
kimi  andlarda  silah  növlərinə  və  torpağa  andiçmə  özünü  göstərir.  Eposda 
andın  iki  tipinə  rast  gəlirik.  Hər  iki  tip  həqiqəti  üzə  çıxarmaq  məqsədinə 
xidmət  edir.  Birincisi,  dastanın  boylarında  andvermə  yolu  ilə  həqiqət  üzə 
çıxır. İkinci tip isə xalqın işlək dilində, sonrakı dövrlərdə isə aşıq poeziyası 
nümunələrində  və  orta  əsr  məhəbbət  dastanlarında  özünü  göstərir.  Bu 
baxımdan dastanda öz əksini tapmış andiçmələr xüsusi səciyyə daşıdığı üçün 
biz  abidənin  “  İç  Oğuza  Daş  Oğuzun  dönük  çıxması  və  Beyrəyin  öldüyü 
boy”undan aşağıdakı  nümunəni  verməyi  lazım  bilirik.  Məlum  olur  ki,  Boz 
oxlar  və  Üç  oxlar  eyni  vaxtda  yığılıb  gəldikdə  Qazan  xan  evini 
yağmaladırmış. Bir dəfə Qazan xan evini yalnız Boz oxlara yağmaladır. Üç 
oxlar tirəsi bundan inciyib, Qurana and içib Qazana düşmən kəsilirlər. Lakin 
onlar  Bamsı  Beyrəkdən  qorxduqları  üçün  Qazan  xanın  üstünə  hücum 
etməkdən çəkinirlər. Hiylə ilə Beyrəyi apartdırıb ona da and içdirməklə öz 
tərəflərinə  çəkmək  istəyirlər.  Lakin  o,  buna  razı  olmur.  Əksinə,  Qazana 
dönük çıxmayacağını bildirir.  
Aruz  aydır:”Həb  şol  oturan  bəglər  Qazana  asi  olduq,  and  içdik.” 
Müshəf  gətürdilər,  “Sən  dəxi  and  iç!”-  dedilər.”Qazana  mən  asi  olma-
zam”deyü and içdi. Soyladı, aydır: 
          Mən Qazanın nemətini çoq yemişəm
          Bilməzsəm, gözümə dursun! 
          Qaracuqda Qazılıq atına çoq yilmişəm. 
          Bilməzsəm, mana, tabut olsun! 
          Yaxşı qaftanların çoq geymişəm
          Bilməzsəm, kəfənim olsun! 
          Ala bargah otağına çoq girmişəm
          Bilməzsəm, mana zindan olsun! 
          Mən Qazandan dönməzəm, bəlli bilgil!- dedi.[7,166].  
Bəllidir  ki,  tarixən  insanlar  arasında  formalaşmış  dini  təsəvvürlərin 
də  şifahi  yaradıcılığa  güclü  təsiri  olmuşdur.  Belə  ki,  qədim  çağ  insanının 
mifoloji  dünyagörüşündə  erkən  dini  təsəvvürlərlə  yanaşı,  daha  sonralar  yara-
nmış  İslam  dini  ilə  bağlı  ehkamlara,  Allaha,  onun  peyğəmbərlərinə,imam-
larına  və  müqəddəs  hesab  etdikləri  ziyarətgahlara  qəlbən  inanmışlar. 
Söylədyimiz bu fikirlərə misal olaraq Aşıq Ələsgər ocağının yetirmiş olduğu, 
çox  qısa,  lakin  zəngin  yaradıcılıq  yolu  keçmiş,  Aşıq  Novrəs  İmanın  yara-
dıcılığında rast gəlirik. O aşıq şeirinin müxtəlif şəkillərinə müraciət edərək, 
təkrarsız  sənət  inciləri  yaratmışdır.Yeri  gəldikcə  isə  öz  şeirlərində  xalq 
ədəbiyyatının  arxaik  janrlarından  sayılan  andlardan  poetik  yaradıcılığında 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə