Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə118/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   114   115   116   117   118   119   120   121   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
314
ahəngdarlığı  artırmaq,  təmin  etməklə  kifayətlənmir,  həm  də  ekspressivlik, 
dərin bir məna çaları, məna tutumu daşıyaraq semantik-üslubi funksiyanı da 
yerinə yetirir. Məhz bu səbəbdən də Qazi Bürhanəddin yaradcılığında geniş 
istifadə  olunan  təkrir  növlərini  dərindən  araşdırdıqda  onların  həm  də 
müəyyən bir məna tutumuna malik olduğu ortaya çıxır 
 
Ədəbiyyat 
 
1.  Kitabi-Dədə Qorqud”. (Əsil və sadələşdirilmiş mətnlər). Tərtibçi Samət 
Əlizadə.“Öndər nəşriyyatı”, Bakı, 2004, 376 səh. 
2.  Kamil  Allahyarov.  Azərbaycan  şeirində  qafiyənin  yaranması  və 
təkamül yolları səh 37-65, Azərbaycan ədəbiyyatının tarixi poetikası, I 
kitab, Bakı, “Elm”, 1989, 236 s.  
3.  Mahirə  Quliyeva.  Qur’an  bəlağəti  və  Azərbaycan  ədəbiyyatı,  Bakı, 
“Nafta-Press”, 2008, 268 s.  
4.  Mahirə  Quliyeva.  Şərq  poetikasının  əsas  kateqoriyaları,  Bakı, 
“Maarif”, 2010, 408 s.  
5.  Əzizağa  Nəcəfzadə.  Füzuli  –  şairin  yaradıcılıq  psixologiyası,  Bakı, 
“Mütəərcim”, 2012, 140 s. 
6.  Qazi  Bürhanəddin  .“Divan”,  (Tərtibçi  və  “Ön  söz”ün  müəllifi  Ə. 
Səfərli) Bakı, “Öndər nəşriyyatı”, 2005, 728 s. 
7.  Aytən  Bəylərova.  Bədii  dildə  üslubi  fiqurlar,  Bakı,  “Nurlan”,  2008, 
213 s. 
8.  Musa  Adilov.  Məhəmməd  Füzulinin  üslubu  və  poetik  dili,  Bakı, 
“Maarif”, 1996, 543 s 
9.  Türkan Əfəndiyeva. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri. 
Bakı, “Nurlan”, 2007, 184 s.  
 
Салтанат Алиева 
Художественный повтор и его виды в газелях Кази Бурханеддина 
 
Резюме 
 
В  статье  говорится,  прежде  всего,  о  художественном  повторе 
(такрир) и его видах. Затем исследуются способы использования этого 
средства  выразительности,  предназначенного  для  усиления  эмо-
циональности  речи  в  художественном  произведении  и  придающего 
произведению  особую  гармоничность,  в  творчестве  Кази  Бурхане-
ддина. 
 Выявлются новшества и своеобразный подход поэта к этому худо-
жественному  средству  выразительности.  Богатсво  и  разнообразие  этого 
средства выразительности в творчестве Кази Бурханеддина представлены 


Filologiya məsələləri, № 7, 2017 
 
315
на  основе  поэтических  примеров.  В  результате  исследования  мы 
приходим к заключению, что художественный повтор в творчестве Кази 
Бурханеддина  выполняет  более  всего  эмоционально-экспрессивную 
функцию.  
 
Saltanat Aliyeva  
Artistic Repetition and Its Kinds in Gazi Burhanaddin’s Ghazals 
 
Summary 
 
Firstly,  artistic  repetition  and  its  kinds  are  discussed  in  the  article. 
Then,  it  is  investigated  usage  opportunities  of  this  expressive  means  in 
Gazi’s  creativity  which  gives  special  harmony  to  the  work  and  intensifies 
emotionalism. It is revealed originality, novelties of the poet in approaching 
to this expressive means. As well as, richness, motley of Gazi’s creativity is 
presented on the basis of examples. It becomes clear that artistic repetition in 
Gazi’s creativity fulfils a function of emotionalism and expressiveness more. 
It  is  emphasized  that  beside  in  classical  written  literature,  artistic 
repetition  is  widely  used  in  folk-lore  which  is  the  primary  sample  of  our 
ancient  poet  culture.  According  to  this,  there  are  presented examples  from 
“Kitabi Dede Korkut”. It is paid attention to the role of artistic repetition in 
the formation of rhyme. It is addressed to the opinions of the investigators. It 
is  revealed  different  expressive  shades  of  meaning-  regret,  insistence, 
persistence, regret, etc in Ghazi ghazals.  
It is investigated the kinds of repetition gemination, anaphora, epifora, 
simbolica in Ghazi’s creativity.  
As  a  result,  it  is  informed  that  repetitions  which  perfom  as  lexical-
sintactical figure don’t only content with increasing rhythm, harmony in line, 
couplet and ghazal. At the same time, they function as semantical stylistic 
duty conveying deep shade of meaning and content.  
 
 
Rəyçi:                Zəkulla Bayramlı 
                  filologiya üzrə fəlsəfə doktoru, dosent  


Filologiya məsələləri, № 7, 2017 
 
316
BALAKİŞİ İSKƏNDƏROV 
Sumqayıt Dövlət Universteti 
babaxanli64@mail.ru 
 
GÖYÇƏ AŞIQ POEZİYASINDA ARXAİK 
JANIRLARIN İNİKASI 
(Andlar əsasında üçüncü məqalə) 
 
    
Açar sözlər: Janr, Göyçə, Folklor, and, mifalogiya 
Ключевые  слова:  архаический,  жанр,  фольклор,  клятва,  Гёйча, 
ашугский, мифология. 
Key words: archaic, genre, folklore, oath, Goycha, ashug, mythology. 
 
Ozan-  aşıq  sənəti  Azərbaycan  türklərinin  etnik-tarixi  dünyagörüşünü 
yaşadan  bir  hadisədir.  Bu  sənət  mahiyyət  etibarilə  sinkretik  səciyyə  daşıyır. 
Bununla belə, xalqımızın milli- mənəvi, psixoloji düşüncəsinə hopmuş və qan 
yaddaşı ilə nəsillərə ötürülərək, günümüzə qədər gəlib çatmışdır. Özünəməxsus 
ideya-  estetik  keyfiyyətləri  olan  aşıq  yaradıcılığı  qədim  türk  düşüncəsini 
mühafizə edən etibarlı bir sənət məktəbidir. Vaxtilə Azərbaycan aşıq mühitləri 
içərisində öz yaradıcılıq potensialı ilə seçilən Göyçə aşıqlığının sənət şəcərəsi 
qədim  dövrlərlə  yaxından  səsləşir.  Belə  ki,  bu  barədə  tədqiqatçı  Hüseyn 
İsmayılov yazır: ”Göyçə aşıq mühiti digər mühitlərin genetik bazası (törədicisi) 
statusundadır.”Yuxarıda  söylədiklərimizin  təsdiqi  olaraq  qeyd  edək  ki,  Göyçə 
mahalı tarixən Azərbaycan türklərinin saz və söz mərkəzlərindən biri olmuşdur. 
Ozan- aşıq sənətinin ifaçıları olan ozanlardan Ozan Cəlil, Ozan Heydər və Ozan 
İbrahim  zəngin  folklor  yaddaşımızın  mənəvi  paytaxtı  sayılan  oğuz  yurdu 
Göyçədə yetişmişlər. Qeyd edək ki, sonrakı mərhələlərdə Göyçə ədəbi- mədəni 
mühiti Azərbaycan aşıq sənətinə Ağ Aşıq (Allahverdi), Məmmədhüseyn, Aşıq 
Alı,  Aşıq  Ələsgər,  Aşıq  Məhərrəm,  Aşıq  Musa,  Şişqayalı  Aşıq  Aydın,  Aşıq 
Nəcəf və Novrəs İman kimi yaradıcı ustad aşıqları bəxş etmişdir. Sözü gedən 
mühit haqqında folklorşünas alim Hüseyn İsmayılov daha sonra yazır: Göyçəni 
ədəbi-  mədəni  mühit  kimi  səciyyələndirən  başlıca  göstərici  onun  qədim  türk 
xalq  ənənələrinə  maksimum  bağlılığıdır.Qeyd  edək  ki,yuxarıda  adları  çəkilən 
ustad  aşıqların  hər  birinin  özünəməxsus  ifaçılıq  məharəti  və  şeir  yaradıcılığı 
olmuşdur. 
Azərbaycan xalq ədəbiyyatı  arxaik  janrlarının aşıq  poeziyasında  təzahürü 
çoxçeşidlidir.  Odur  ki,  əcdadlarımızın  ilkin-  ibtidai  mifik  təsəvvürlərinin  nəticə-
sində  yaranan  bu  janrlar  istər  şifahi  danışıqda,  istərsə  də  yazılı  ədəbiyyatımızda 
işlənməkdədir.  Folklorumuzun  arxaik  janrları  sırasına  aid  etdiyimiz  andlar 
xalqımızın yazıyaqədərki mənəvi mədəniyyətinin tərkib hissəsi kimi çox dəyərlidir. 
Azərbaycan  folklorunda  xüsusi  janr  statusu  almış  andlar  daha  çox  özünün 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə