Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə115/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   111   112   113   114   115   116   117   118   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
306
ifadə  vasitəsi  ifadəliliklə  yanaşı,  üslubi-semantik  funksiyanı  da  yerinə 
yetirmiş  olur.  Nümunələrə  nəzər  yetirdikcə  türk  poeziyasının  incəliklərinin 
bir daha şahidi oluruq. Diqqət edək:  
Yaraluyam, yaraluyam, yaraluyam, yaraluyam, 
Şol şəhdi- -ləbündən irür canuma mumya isən. [6, s.133]  
Bu nümunədə şair “yaralıyam” sözünü dörd dəfə təkrar etməklə şeirə 
bir emosionallıq, ekspressivlik, ritmiklik qatmağa çalışmışdır. Emosionallıq 
dedikdə,  şübhəsiz  ki,  müəyyən  şəraitə  uyğun  olaraq  subyektin  əks-
reaksiyası,  yəni  hiss  və  həyəcanları  nəzərdə  tutulur.  Həmin  hisslərin 
qüvvətliliyini  təmin  etmək  üçün  şairin  məharətindən  asılı  olaraq  verilən 
məna  çalarları  isə  ekspressivlikdir.  Eyni  zamanda  da,  bildiyimiz  kimi,  hər 
hansı  söz  və  ya  ifadə  təkrar  olunarkən  daha  çox  diqqəti  cəlb  edir.  Burada 
şairin  “yaralıyam”  sözünü  təkrarlaması  ritmiklik,  intensivlik  yaratmaqla 
yanaşı,  bütün  diqqəti  onun  məzmununa,  ifadə  etmək  istədiyi  mənaya 
yönəldir və bununla da həmin mənanın daha qüvvətli ifadəsini təmin edir ki, 
bu həm də poetik bir priyomdur. 
Təkririn  növlərindən  istifadəyə  gəlincə  sənətkarın  yaradıcılığında  ilk 
növbədə sərbəst və ya qaydasız təkrirlər diqqəti  cəlb  edir.  Sərbəst  və ya 
qaydasız təkrir şeirin bir misrasının və ya beytinin müxtəlif yerlərində eyni 
sözün təkrarlanmasdır.  
Şol dərd qulıyam ki, dəvadur anın qulı, 
Bən qulıyam bu dərd iləvü bu dəva ilə. [6, s.81] 
Yuxarıdakı  nümunəyə  diqqət  etsək,  görərik  ki,  beytdə  şair  təsəvvüfi 
görüşlərini ifadə edərkən təkrirdən faydalanmışdır. Belə ki, dərd, dəva, qul 
sözləri vasitəsilə bədii təkririn qaydasız forması yaradılmşdır. Həmçinin söz 
təkrarları  ilə  yanaşı,  touzi  sənəti  vasitəsilə  də  əlaqəli  şəkildə  ahəngdarlıq, 
dinamiklik  gözlənilmişdir.  Aşağıdakı  beytlər  də  bu  baxımdan  diqqəti  cəlb 
edir: 
Hicrün ilə irmaxlar axar işbu gözümdən 
İrmaxlar axıtmaz isə, bu gün dəxi nəmdür, [6, s.38] 
Ləblərünün qanıdur dərman bu canum dərdinə, 
Çağıruram hər saçu ki, dərdümə dərman qanı? [6, s.119] 
Qazi  yaradıcılığında  çox  işlənən  və  bədii  dilinin  üslubi  xüsusiyyətlə-
rinin  üzə  çıxarılmasında  mühüm  rol  oynayan  təkrir  növlərindən  biri  də 
qoşalaşma, bəzən də geminasiya və reduplikasiya adlanan təkrirlərdir. Bu 
təkrir  növündə  söz  misra  və  ya  beyt  sonunda  və  ya  əvvəlində  iki  dəfə 
təkrarlanır ki, bunun da çoxsaylı nümunələri şairin qəzəllərini bəzəməkdədir. 
Nümunələrə keçməzdən əvvəl isə burada bir məsələni də xatırlatmaq istərdik 
ki,  bəzən  təkririn  bu  növü  anafora  və  ya  epiforaya  bənzədilir.  Lakin  dilçi 
alim  A.  Bəylərovanın  aşağıdakı  fikri  onların  fərqini  aydın  şəkildə  ifadə 
etdiyindən əlavə izaha lüzüm görmədik. “Anafora -- ardıcıl işlənən və ya bir-


Filologiya məsələləri, № 7, 2017 
 
307
birinə  yaxın  yerləşən  misra,  bənd,  cümlə  və  ya  abzasların  eyni  söz  (leksik 
anafora  ),  yaxud  da  söz  birləşməsi  və  ya  cümlə  ilə  (sinktaktik  anafora) 
başlaması,  epifora  isə  bitməsidir.  Geminasiya  və  ya  reduplikasiya  adlanan 
təkrir  növündə  isə  eyni  nitq  vahidi  bir  misra  və  ya  cümlənin  əvvəlində, 
ortasında,  yaxud  da  sonunda  ardıcıl  olaraq  təkrar  edilir  ki,  bu  da  həmin 
ifadəyə  xüsusi ekspressiv məna  çalarları  verir.”  [7,  s.69] Qazi  qəzəllərində 
də qoşalaşmadan istifadə yerinə görə daha çox iki formada özünü göstərir. 1. 
Misranın əvvəlində. 2. Misranın sonunda.  
Gəl, gəl, görəlüm, gəl görəlüm, gül görəlüm biz, 
Bir nəğmə gətür ortaya, bülbül görəlüm biz. [6, s.74] 
Bu  nümunədə  məhz  bu  tip  təkrir  vasitəsilə  ilk  növbədə  emosianallıq 
yaradılmış, bununla yanaşı bir ekspressiv məna çalarlılığı, bir israr, bir təkid 
məzmunu da ifadə edilmişdir Aşağıdakı beytdə isə artıq söz yox, bütöv bir 
ifadə vasitəsilə reduplikasiya yaradılmışdır. 
Leylim içün, Leylim içün bən bəni Məcnun edəyim, 
Gözlərümün qan-yaşını yolına Ceyhun edəyim [6, s.308] 
Bəzi hallarda bu təkrir növünə misranın əvvəlində deyil, sonunda rast 
gəlirik  ki,  bu  da  yuxarıda  qeyd  etdiyimiz  kimi  reduplikasiyanın  ikinci 
formasına uyğun gəlir:  
Qaşun mehrabına qarşu ibadət kimədir lazım, 
Ibadət səndən özgəyə nə zillətdür, nə zillətdür. – [6, s.85] 
Şair  sonda  “nə  zillətdir”  ifadəsindən  istifadə  edərək  sintaktik  təkrar 
vasitəsilə həm fikrini təsdiqləmiş, həm də dəqiq ifadə etmiş olur və bu fikrin 
ağırlığını məhz bu vasitə ilə ifadə etməklə daha da qabartmağa nail olmuşdir 
.  “Ümumiyyətlə  eyni  nitq  vahidinin  ardıcıl  olaraq  təkrarlanması  ifadəyə 
emosianallıq,  ekspressivlik  kimi  keyfiyyətlər  əlavə  edir,  danışan  və  ya 
yazanın ifadəyə etdiyi fikrə münasibətini göstərir” [7, s.71] 
Şunda ki qıldum fəda güllümi ən küllünə, 
Tən tənəvü, can cana dil dilə dəprətməgil [6, s.48] 
Fənadurur bu cahanü ləbün fənada fəna, 
Bu könlümün ki, fənadur, bəqası yox, nedəlüm ?! [6, s.91] 
Birinci beytdə təkid, ikinci beytdə isə təkrir vasitəsilə dəqiqləşdiricilik 
ekspressiv məna çaları yaradılmışdır. 
Şairin dilində  “Kitabi-Dədə  Qorqud”  dastanlarında da  rast gəldiyimiz 
təkrarlardan  yaranan  mürəkkəb  söz  vasitəsilə  təkririn  bir  formasının 
yardıldıığının da şahidi oluruq. Bu, çoxluq təşkil etməsə də, hər halda şairin 
dilində təkririn rəngarəngliyinin göstəricisi kimi çıxış edir. Yəni məlum olur 
ki, şair hər tip təkrirdən bacardığı qədər faydalanmağa çalışmışdır. “Kitabi-
Dədə  Qorqud”  dastanından  əvvəldə  verdiyimiz  nümunədə  də  bu  tip  təkrir 
özünü göstərmişdir. Aşağıdakı nümunə isə Qazi yaradıcılığında buna əyani 
sübutdur: 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə