Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə112/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   108   109   110   111   112   113   114   115   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
298
ağlına  xitab  edərək  hakimiyyətlərin  yaratdığı  süni  sərhədlərə  məhəl  qoy-
madan səyahətə çıxmaq imkanına sahibdir (10). 
 C.Barnsın heç bir romanında təkrara düşməsi müşahidə olunmur, hər 
romanın  özünəməxsus  texnikası,  işləniş  tərzi,  anlatma  üslubu  geniş  oxucu 
kütləsinin  marağına  səbəb  olmuşdur.  Sənətkar  romanlarında  sədaqətsizlik 
mövzusuna  toxunar,  insanların  dürüstlükdən  nə  qədər  uzaq  olduqlarını 
dəfələrlə  qeyd  edər,  gerçəkliyə  varmanın  imkansız  olması  problemini  ön 
plana çəkər. 
 Culian Barnsı fərqli edən özəlliyi spesifik məsələləri açıq və tutarlı bir 
şəkildə daim araşdırmaq və qorumaqdır. Barns əsərlərinin hər birində fərqli 
və yenilikçi ədəbi kontekstlər ilə insanlığın mərkəzindəki məsələləri izləyir. 
Misal  olaraq,  “sevgi,  onun  əlçatmazlığı  və  ziddiyyətləri  demək  olar  ki, 
sənətkarın hər əsərində araşdırılır. Bənzər şəkildə, gerçəklik və onun şərhi onun 
təmsilindəki müəyyən problemlər yazıçının ilham qaynağı hesab olunur” (4;1).  
 Devid  Sekston  Culian  Barnsın  romanları  haqqında  belə  bir  qənaətə 
gəlmişdir ki, Barns roman kimi görünən, roman kimi rəflərdə yer alan kitablar 
yazır. Lakin bu kitablarla tanış olduqda başqa bir şeylə qarşılaşırıq (7;42). 
 Mira  Stout  Culian  Barnsı  “İngilis  ədəbiyyatının  buqələmunu”  olaraq 
adlandırmış və yazıçını “asana qaçmayan, hətta çətinliyə aludə olan” (8) bir 
yazıçı  qismində  xarakterizə  edərək  fikirlərini  aşağıdakı  şəkildə  ifadə 
etmişdir:  “  Barnsı  təyin  etməyə  çalışdığınız  zaman  təkrar  rəng  dəyişdirir. 
Barnsın  romanları  epikdən  tutmuş  miniatürə  qədər  müxtəliflik  nümayiş 
etdirir  və  davamlı  olaraq  romanın  forması  ilə  oynayır.  Yazı  üslubunun 
araşdırdığı  mövzunun  xarakterinə  uyğunlaşmasını  elə  təmin  edir  ki,  bir-
birinə bənzər iki romanı belə yoxdur” (8). 
 Piter  Çayldz  C.  Barsın  postmodern  yazıçı  olaraq  düşünüləbiləcəyini 
qeyd edir: “Yazıçının romanları nə tam olaraq real roman qəlibi ilə üst-üstə 
düşür, nə də modern romandakı şüurun yaxından araşdırılması ilə eyniləşir” 
(3;86). 
 Romanlarında  dünyaya  tərif  vermək  və  görünməyən  tərəfləri 
göstərməyə  cəhd  edən  Barns  Malkolm  Bredberiyə  görə  “gerçəkliyə  bağlı 
qalmayan,  rahat  formada  fövqəlgerçəklik  və  fantaziya  oyunlarına  müraciət 
edən” (2;6) yeni nəsil ingilis yazıçıları arasında özünə yer etmişdir. 
 Yazıçının  yaradıcılığı  intermedial  əlaqələrin  açılması  baxımından 
yüksək qiymətləndirilir. İntermediallıq anlayışını ədəbi-bədii nümunələrin və 
digər  incəsənət  nümunələrinin  çulğalaşması  kimi  ifadə  etmək  mümkündür. 
Başqa sözlə desək, intermediallıq müxtəlif sənətlər arasında sanki bir keçid 
vəzifəsini  yerinə  yetirir.  İntermediallıq  anlayışı  XX  yüzilliyin  sonlarından 
başlayaraq intertekstuallıq anlayışı ilə bir sırada adı çəkilməyə başlamışdır. 
İrina  Rayevski  qeyd  edir  ki,  intermediallıq  əslində,  M.  Baxtinin  dialoq 
nəzəriyyəsinə və Y. Kristevanın intertekstuallıq konsepsiyasına uyğun olaraq 


Filologiya məsələləri, № 7, 2017 
 
299
təməl  şərt  kimi  qəbul  edilir  (6).  Eyni  zamanda  tədqiqatçı  belə  bir  qənaətə 
gəlir ki, ədəbi mətn film, musiqi, teatr sənətinin səciyyəvi ünsürlərini, yaxud 
formasiyalarını  doğura  bilər  və  ya  təqlid  edə  bilirsə,  eyni  qayda  ilə  teatr, 
musiqi,  həmçinin  fərqli  media  nümunələri  də  digər  media  nümunələri  ilə 
müxtəlif  şəkildə  mürəkkəb  əlaqələrə  girərək  özlərini  yarada  bilər  (6).  Bu 
əlaqələr  müxtəlif  incəsənət  növlərini  sintez  halında  bir  araya  gətirdiyindən 
hadisələr artıq bir neçə semiosferik atmosferdə cərayan edir. 
 Bu baxımdan, Barnsın “Limonlu stol” romanı diqqət çəkən əsərlərdən 
sayılır.  Əsər  roman-hekayə  janrında  yazılmış  postmodern  incəsənət 
nümunəsi  hesab  olunur.  Yazıçı  əsərin  adını  Çin  mədəniyyətində  ölümün 
simvolu  olan  limondan  və  ölümün  bəhs  olunduğu  məkan  anlamına  gələn 
limonlu  stoldan  götürmüşdür.  “Limonlu  stol”  yazıçının  oxucunu  yaşlanma 
və  ölüm  barəsində  qorxu  hissi  keçirmədən,  heç  bir  şeydən  çəkinmədən 
danışmağa dəvət etdiyi bir yerdir. 
 Romanda əks olunan intermedial əlaqələr hadisələrin gedişinə ayrı bir 
rəngarənglik  bəxş  edir.  Bir  sıra  musiqi  terminlərindən  istifadə  olunması,  o 
cümlədən,  Şostakoviç,  Bethoven,  Mozart,  Bax  və  s.  tanınmış  bəstəkarlara, 
həmçinin incəsənət növlərinə istinadlar intermedial əlaqələri üzə çıxarır. 
 Culian  Barnsın  Şostakoviçə  müraciət  etməsi  heç  də  təsadüfi 
sayılmamalıdır. Qeyd etmək lazımdır ki, Şostakoviç simfoniyalarında insan 
varlığının  ən  mürəkkəb  problemlərinə  toxunur,  onun  dramatik  musiqisi 
amansızlığa qarşı çıxır, insanın daxilən təmizlənmə istəyinə inadkarlıqla can 
atmasını tərənnüm edir. 
 Romanda  müxtəlif  musiqi  terminlərindən  istifadə  yeni  intermedial 
əlaqələr yaradır: desibel, fortissimo, alleqro, largetto. 
 “...95  desibeldən  daha  yüksək  səslə  öskürürsünüzsə,  daha  yaxşı  bir 
oturacaq üçün indidən yer ayırın...” (1;97). 
 “”Üzr istəyirəm, ağzınızı bağlamadan öskürməyin yol açdığı desibel sə-
viyyəsinin fərqinə varırsınız mı? Aşağı-yuxarı 85 desibel olduğu təxmin edilir.-
Bir trompetin ifa edeceyi fortissimo notu ilə eyni səviyyədədir” (1;105-106). 
 Müəyyən olunmuşdur ki, 85 desibeldən artıq olan səslər, bu səsə məruz 
qalınan müddətə uyğun olaraq eşitmə əngəlliyinə yol aça bilər. 10 saat boyunca 
95 desibel səviyyəsindəki bir səsə məruz qalmaq insan qulağına ciddi zərər verə 
bilər ki, fortissimo da çox yüksək səslə ifa edilən musiqi parçasıdır. 
 Alleqro  musiqidə  ən  geniş  yayılmış  templərdən  biridir,  “tez”,  “iti”, 
“canlı”  mənalarını  verir.  XVIII-XIX  əsrlərdə  bəstəkarlar  adətən,  sonata  və 
simfoniyaların birinci hissəsini bu tempdə bəstələyirdilər, misal olaraq, Motsart 
və  Bethoven.  Largetto  isə  daha  geniş  anlama  gəlir  və  pianonun  müşayiəti 
altında ifa olunur. 
 Yazıçı bu tip musiqi terminlərindən istifadə edərək oxucularına sanki 
musiqi dərsi keçmiş olur. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə