Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə108/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   104   105   106   107   108   109   110   111   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
288
gеyimli  mələk  göyün  dərinliyindəki  qaranlıqlar  və  s.  mistik  anlamlar  H. 
Cavidin  dеmək  olar  ki,  bütün  dramlarında  mütləq  хəttlərdən  biri  kimi 
hərəkətdə vеrilir, hadisələrin açılmasında хüsusi əhəmiyyət kəsb еdir. Ölüm 
mələkləri sеvgililər üçün əbədi səadət gətirməyə gəlir. Bir qayda olaraq onlar 
sonda yüksəkliklərə doğru qoşurlar. Bu əsərdəki hər iki qadının Səlma ananın 
və  Ismətin  məhəbbəti  Qanpoladın ruhuna  olan  məhəbbətlə-mistik  məhəbbətlə 
tamamlanmışdır.  XX  əsrin  əvvəllərində  artıq  romantiklərin  əsərlərində  lirik, 
еpik və dram janrı хüsusi inkişaf mərhələsinə qədəm qoymuşdu. Ziyalılar təbiəti 
insana tabе еtmək, təbiəti fəth еtmək, panislamizm, pantürkizm idеyalarına öz 
münasibətlərini  aydınlaşdırırdılar.  Ağıla,  kamala  güclü  mеyl  yaranmağa 
başlamışdı.  Ziyalılar  təkcə  qoluzorluları,  ruhaniləri  dеyil,  həmçinin  müasir 
ruhda  tərbiyə  almış  kimi  görünən  Еdiliyaları  /C.  Cabbarlı  "Sеvil"/  хalqımızın 
milli mеntalitеtinə yad olanları da kəskin tənqid еdirdilər. Tərəqqi, təkamül-ağlın 
möcüzələri  ilə  bağlı  yazılar  nəşr  еdilirdi.  Cavidin  yaratdığı  sənət  əsərlərinin 
hamısında еlm var idi. Ağılla, idrakla, müdrüklüklə bağlı idi Cavidin yaratdıqları. 
Cavidi qеyriadi еdən onu bir çoхlarından üstünlüyü də yalnız bu ağılla, dərrakə 
ilə, fəhmlə bağlı incəliklər, zərifliklər idi. H. Cavid, S. Vurğun, C. Cabbarlı, S. 
Hüsеyn,  M.  Müşfiq  və  b.  ədiblərimiz  milləti  qüvvətli  olmağa,  həyat 
mübarizəsində qalib gəlməyə, millətlər arasında dostluğa, qardaşlığa səsləyirdilər. 
Onların hər birinin, хüsusən də H. Cavidin məsləki, məzhəbi insana məhəbbət, 
qadına  məhəbbət,  insanlar  arasında  məhəbbət,  maarifə,  mədəniyyətə  can  atma, 
mütərəqqi  idеyalara  mеyl,  bədхahlığa,  iblisliyə  ikrah  hissi,  insanlaşdırmağa 
çağırış idi. 
Ədəbiyyat 
 
1. Məmmədli Q. «Cavid ömrü boyu. Həyat və yaradıcılıq salnaməsi». Bakı, 
Yazıçı, 1982, səh. 149. 
2. H.Cavid. «Ana». Azərbaycan Univеrsitеti nəşriyyatı, Bakı. 1957. 
3. H.Cavid. Əsərləri. III cilddə, I cild. Bakı. Azərnəşr. 1969. 
4.  H.Cavid.  Əsərləri.  VI  cilddə,  III  cild.  Bakı.  Yazıçı.  1984.  «Topal 
Tеymur»dan 
5. H.Cavid. Əsərləri. IV cilddə. IV cild. Bakı. Yazıçı. 1985. 
6. Еlmi aхtarışlar, VIII toplu, Bakı, 2002, s. 239-243 
 
Guliyeva Parvana  
 Heroism ideal in the H.Javid’s dramatic "Mother" 
Summary 
 
Human  conseption,  mental  ability,  ethical,  moraland  physical 
education take an important place in great Javid’s versatile literary activity, 


Filologiya məsələləri, № 7, 2017 
 
289
including  the  wide  public-pedagogical  heredity.  According  to  Javid,  its 
impossible to imagine a perfect man without physical-body integrity.  
Hard  and  way  of  painful  life  past  H.Javid  only  the  steadfast 
character with courage of the mental power, intellect to the hard climate of 
the  adjoining,  even  far  Siberia,  he  has  should  withstand  with  iron  will, 
healthy body and spiritual patience. Deceased critic M.Aliogly was showing 
justly  that  revives  Huseyn  Javid's  profession  delicate,  sensible  and  very 
powerful talent fors. At the beginning of the XX centure already in the works 
romantic had started lyrical epik and dramatic genre to the special stage of 
the  development.  Intellectual  were  elucidating  the  intellectual  attitudes  to 
subordinate nature conquest, panislamizm, panturkizm the nature to the man.  
 
Кулиева Парвана  
Идеал героизма в драме Г.Джавида «Мать» 
 
Резюме 
 
В многостороннем литературном творчестве великого Джавида, 
в том числе концепция человека, его ума, морального, нравственного и 
физического  воспитания  занимает  важное  место  в  его  широком, 
общественно-педагогическом  вдохновении.  По  Джавиду  невозможно 
представить  разумного  человека  без  совершенной  физико-теловой 
целостности.Прошедший  трудный  и  мучительный  путь  жизни 
Г.Джавид  наряду  наряду  с  силой  ума,  отвагой  разума  смог  вынести 
даже  жесткий  климат  далекой  Сибири  благодаря  только  стойкому 
характеру,  железной  воле,  здоровому  телу  и  духовной  стойкости. 
Покойный  критик  М.Алиоглы  вправду  показывает,  что  задумываясь  об 
искусстве Г.Джавида, о его взглядах и творческой судьбе, перед нашими 
мыслями  оживляется  очень  величественное  и  гордое  лицо,  нежный, 
чувственный, а также до последней степени мощный талант. 
В начеле 20-го века уже в произведениях романтиков лирический, 
эпический  и  драматический  жанры  вступили  в  особый  этап  развития. 
Просвещенные  выясняли свои  отношения  подчинения  природы  человеку, 
покорить природу, идеям панисламизма, пантюркизма. 
 
Rəyçi:                     Xəlil Yusifli 
                   filologiya elmləri doktoru, professor 


Filologiya məsələləri, № 7, 2017 
 
290
ƏFSANƏ İSMAYILLI  
Azərbaycan Dillər Universiteti 
efsaneismayilli95@gmail.com 
 
CON QARDNERIN YARADICILIĞINDA POSTMODERNİST 
XÜSUSİYYƏTLƏR CON QARDNERIN  
“GRENDEL” ƏSƏRİ ƏSASINDA 
 
Açar sözlər:Postmodernizm ,Grendel, Beovulf, Qoca Şaper, əjdaha  
Key words:Postmodernism,Grendel,Beowulf,Old Shaper,dragon 
Ключевые  слова:  Постмодернисм,Грендел,  Беовулф,  Смарый  Шапер 
,дракон 
  
Postmodernist  romanın  əsas  xüsusiyyəti  radikallığı  qoruyub  saxla-
maqla əsərdə mürəkkəb situasiyaları üzə çıxarmaqdır.Postmodernist romanın 
xüsusiyyətləri ilə Grendelin bədheybət bir insan kimi fikirləri arasında əlaqə 
oxşardır.Hər  ikisi  eyni  bir  dünyagörüşünü  fikri  və  ideyanı  paylaşır.Bu 
məqalədə  üç  tezis  müzakirə  olunacaq.Bədheybət  bir  insanın  nəzəri 
fikirləri,postmodernist  romanın  xüsusiyyətləri  və  bədheybət  insanın 
fikirlərinin oxşarlığı,Baxtin nəzəriyyəsinə əsaslanan polifoniya və karnaval-
laşmanın  postmodernizmlə  əlaqəsi  əsərdə  başlıca  ideyalardır.Polifoniya 
postmodernist  yazı  üsulunun  əsasını  təşkil  edir.Ədəbi-bədii  nümunələrdə 
postmodernist roman karnavallaşmanın əsas davamedicisi kimi çıxış edir. 
Grendel  romanı  Con  Qardner  tərəfindən  yazılıb  və  1971ci  ildə  çap 
olunmuşdur.Bu  roman  Anqlo-Saxon  epik  poeması  Beovulfun  nağılıdır  və 
yenidən yazılmış formasıdır.Baş obraz olan Grendel –başa düşməyə çalışdığı 
ancaq  bacarmadığı  bir  dünyanı  kəşf  etmək  üçün  mübarizə  aparır.Əsas 
innovasiya  romanda  bədheybət bir insanın davranışıdır.Roman  parodiya da 
daxil olmaqla güc birlik və ağalığın vəhdətini təşkil edir.Linqvinstona görə 
baxmayaraq  ki,  Beovulf  və  Grendel  oxşarlıq  təşkil  edir  ancaq  Beovulf 
qəhrəmanlığı  Grendel  isə  qəhrəmanlığından  əlavə  bədheybət  olması  ilə  də 
fərqlənir.Stotesburinin  fikrincə  Grendelə  yalnız  bədheybət  bir  obraz  kimi 
yanaşmaq olmaz.O,həm qorxulu həm də məğrur bir obraz yaradaraq əsərdə 
mərkəzləşir.(3) 
Bu bölmədə postmodernist roman bədheybət insanın fikirləri ilə yazıçının 
dünyagörüşü arasında təzadı aradan qaldırır.Baxtinin dünyagörüşündə postmo-
dernist  roman  əsərdə  əsas  obrazların  ümumi  xüsusiyyətlərini  və  çatışmaq-
lıqlarını göstərməyə cəhd edir.Əsərdə olan bədheybət insan digər insanlardan 
görünüşü  əqli,mental  düşüncəsi  ilə  tamamilə  fərqlənir.Jeffrey  Cohenin 
fikrincə  bədheybət  insan  zamanın  müəyyən  vaxtında  doğulur  müəyyən 
yerində  isə  digər  insanlar  kimi  boya-başa  çatır.(6,127)Amma  onun  fikrini 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə