Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə104/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   100   101   102   103   104   105   106   107   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
279
ibarət idi ki, burada şairə çəkdiyi hər gül rəsminin yanında həmin gülə uyğun 
şeirlər yazmışdı. 
Bəzi  əsərləri  bizim  dövrə  qədər  gəlib  çatmasa  da,  əldə  olunan 
materiallar əsasında onun Füzuli ənənələrini davam etdirən necə böyük bir 
həssas duyumlu sənətkar olduğunu qeyd edə bilərik. Bir şairə kimi Füzulidən 
bəhrələnsə  də,  onun  yazdıqlarının  əsiri  olmamış,  lirikasında  təkrarçılığa, 
təqlidə yol verməmişdi. Yazdığı şeirlər hər zaman öz orijinallığı, üslubu ilə 
seçilmişdi.  Əsərdə  Fatma  xanım  Kəminənin  onun  yaxın  rəfiqəsi  olduğunu 
görürük. Həssas duyumlu şairənin yaradıcılığında sevinc və kədər motivləri 
vəhdət halında olmuşdur. 
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı, 
 Nə də bu aləm ara dil müqəyyədi - qəm olaydı... 
 ... Nə ah olaydı, nə əfsus, nə parə - parə könül...(1,485) 
Şeir  parçasından  da  göründüyü  kimi,  dövrün  ədalətsiz  qanunları  ilə 
barışa  bilməyən  şairənin  içindən  yalnız  təəssübkeşlik  hissi  keçmişdi. 
Ümumiyyətlə  ədalətsizliyin,  haqsızlığın  səbəbini  tapmağa,  mahiyyətini 
açmağa  çalışan  şairənin  lirikasında  ictimai  ziddiyyətlərin  dərin  fəlsəfi 
məzmunu sezilməkdədir.  
Maarifin,  mədəniyyətin  inkişafına  yaxından  kömək  etməyə  çalışan 
X.Natəvan  dövrün  müxtəlif  sənətkarlarını  yaxın  bir  ortama  gətirmək  üçün 
müxtəlif  ziyafətlər,  söhbət  məclisləri  təşkil  etmişdi.  Hekayələrdə  Qarabağ 
ərazisində  XIX  əsrdə  formalaşan  “Məclisi-üns”  ədəbi  məclisinin  də  adı 
çəkilir. Fatma xanım Kəminənin və eləcə də dövrün digər məşhur ədəbiyyat 
və incəsənət nümayəndələrinin (Nəvvab, Növrəs, Piran, Məmai, Fani və b.) 
də  bu  ədəbi  məclisin  üzvü  olduğu  bildirilir.  Məlumdur  ki,  “Məclisi-üns” 
(“Dostluq məclisi”) 1864 - cü ildə Qarabağda Şuşa şəhərində yaranmışdı. Bu 
ədəbi məclis Mirzə Rəhim Fənanın təşəbbüsü ilə yaransa da, 1872–ci ildən 
etibarən  idarəçilik  Xurşidbanu  Natəvanın  əlinə  keçmiş  və  25  il  rəhbərlik 
etmişdi. Bir qayda olaraq ədəbi məclislərdə şeirlər oxunur, bədahətən şeirlər 
söylənilir,  nəzirələr  yazılır  və  ədəbi  müzakirələr  aparılırdı.  Yazıçı  ədəbi 
məclisdə  Natəvanın,  Fatma  xanımın  şeirlərinin  oxunub,  müzakirəyə 
qoyulduğunu, məclislərin birində Tuğ aşıqlarının oxuduğunu, məşhur tarzən 
Sadıqcanın müşayiəti ilə xanəndə Hacı Hüsünün Natəvanın yazdığı qəzəlləri
“Zəmin-xara” muğamını oxuduğunu görürük.  
Natəvan  eyni  zamanda  çox  qayğıkeş  və  övladlarının  tərbiyəsi,  təhsili 
ilə yaxından maraqlanan ana olmuşdur. Onun Xasay xan Usmiyevlə birinci 
evliliyindən  iki  övladı  –  Mehdiqulu  və  Xanbikə,  Seyid  Hüseyn  adlı  şairlə 
ikinci evliliyindən isə bəzi mənbələr Mir Abbas, Mir Həsən, Mir Cabbar adlı 
üç  övladının  olduğunu  bildirsə  də,  Natəvanın  yaxın  qohumları  ilə  əlaqə 
yaradan Əzizə Cəfərzadə isə onun Seyid Hüseynlə evliliyindən iki oğlu və 
iki  qızı  olduğunu  dəqiqləşdirir.  “Vergi  hekayəsində”  Natəvan  istedadının 


Filologiya məsələləri, № 7, 2017 
 
280
övladlarına  keçməsi  təsvir  edilir.  “Burada  gənc  şair  Mehdiqulu  xan  Vəfa 
dəyirmi  miz  arxasında  oturmuş,  özü  kimi  hərbi  geyimdə  olan  bir  gənclə 
şahmat  oynayırdı”  cümləsindən  şairənin  böyük  övladı  –  Mehdiqulunun 
hərbçi  olması  ilə  yanaşı,  eyni  zamanda  anası  kimi  şeir  yazdığını  və  gözəl 
şahmat  oynama  qabiliyyətinə  malik  olduğunun  şahidi  oluruq.  Həyatda  da 
Mehdiqulu  anasının  dəsti-xətti  ilə  gedərək  şeirlər  yazmışdı.  Mənbələrdə 
onun Azərbaycan dilində olan şeirlərində “Vəfa”, farsca olan şeirlərində isə 
“Knyaz”  təxəllüsündən  istifadə  etdiyi  göstərilir.  Mehdiqulu  həm  də  anası 
kimi  bir  xeyriyyəçi  olmuşdur.  Şuşada  ikisinifli  rus-tatar  məktəbinin 
açılmasına maliyyə yardımı etmiş, həm də müsəlman qiraətxanası açdıraraq, 
həmin qiraətxanaya xeyli sayda kitablar hədiyyə etmişdi. Əsərdə şairin qızı – 
Xanbikənin  də  poetik  istedada  malik  olduğu  və  “Məclisi-üns”ün  üzvü 
olduğu  bildirilir.  “Bu  gün  sənin  yaşıdını  gördüm”  hekayəsində  Natəvanın 
dörd il əvvəl 18 yaşında dünyadan vaxtsız köçən övladı – Mirabbasın yaşıdı 
Zərrinəni  görməsi  və  oğlunun  dərdindən  çox  pərişan  olması  öz  əksini 
tapmışdır.  Atılan  iftiralarla  yanaşı,  düşmənlərinin  ailə  üzvləri  arasında 
saldığı nifaq nəticəsində Mehdiqulunun evi tərk etməsi, Mirabbasın vaxtsız 
ölümü ona çox pis təsir etmiş, Xan qızının qəlbində dərin yaralar açmışdı. O, 
hər  şeydən  əl  çəkmiş,  təkbaşına  yaşamağa  başlamış,  şəxsi  kədərindən 
meydana  çıxan  şeirlərini  sətirlərə  düzmüşdü.  Şairənin  uzun  müddət  xəstə 
yatdığı bildirilir. Belə ki, mövcud vəziyyət ona mənən çox pis təsir etmiş və 
xəstə  hala  salmışdı.  Silsilənin  sonu  Ağdamda  yerləşən  İmarət  adlandırılan 
qəbiristanlıqda dəfn olunan Xan qızının qəbrinin vəfat etməsindən 5 il sonra 
1902–ci ildə qızı Xanbikə və ilk nəvəsi Sənubər tərəfindən ziyarət edilməsi 
və  son  vəsiyyətinin  də  yerinə  yetirilərək  qəbrinin  ətrafında  bənövşələrin 
əkildiyinin  qeyd  olunması  ilə  tamamlanır.Yazıçı  bədii  təxəyyülün  gücü  ilə 
bir çox faktları əsərə gətirmişdir. Ədəbiyyatşünas Bəylər Məmmədov “Şairə 
haqqında hekayələr” məqaləsində yazır: “Dünyaya insan gəlir” hekayəsinin 
mövzusu o zamanlar olmuş hadisədən götürülmüşdür. Hekayə boyu aclıq ili, 
kəndlilərin  ehtiyac  içərisində  keçən  ağır  həyatı  təhkiyə  yolu  ilə  və  obrazlı 
bədii ifadələrlə təsvir olunur. Budur, gözümüzün qarşısında yeni insan – Mir 
Yəhya  dünyaya  gəlir.  Hekayədə  şair  bir  xilaskar  kimi  ölümlə  çarpışan 
Ananın  fəryadına  yetir,  onun  qəlbində  ümid  çırağı  yandırır.  Müəllif  əsərin 
sonunda  fikrimizi  16  il  sonraya  cəlb  edir.  Artıq,  Mir  Yəhya  böyümüş, 
Natəvanın mənalı ömründən isə neçə fəsillər ötmüşdür” (4,4) Qeyd edək ki, 
hekayədə  vurğulanan  bu  aclıq  illərinin  1871-72-ci  illərə  təsadüf  etdiyi 
bildirir.Xalqının məşəqqətli taleyi üçün narahat olan və ona bağlı olan Xan 
qızı  ətraf  kəndləri,  şəhərləri  tez-tez  gəzmiş,  əhalinin  yaşayış  tərzi  ilə 
yaxından  tanış  olmuş  və  onların  ağır  güzəranının  şahidi  olmuşdu.  O,  hər 
vəchlə  xalqına  kömək  etməyə  çalışmış  və  onun  güzəranını  qismən  də  olsa 
düzəltməyə  can  atmışdı.  Yazıçı  Natəvanın  bu  səyini  silsiləyə  müxtəlif 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə