Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə103/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   99   100   101   102   103   104   105   106   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
277
görünməsi,  başıaçıq  gəzməsi  qəbuledilməz  hal  hesab  olunurdu.  Dini 
görüşlərdən  irəli  gələn  bu  məsələyə  yazıçı  “Görüş”  hekayəsinin  başlan-
ğıcında  toxunmuşdu.  Hekayə  ilə  tanışlıqdan  sonra  oxucuya  bəlli  olur  ki, 
qadınları  buxova  salan  qanunları  qəbul  etməyən  X.Natəvan  anası  ilə  həyat 
yoldaşı  –  Xasay  xanı  A.Düma  ilə  görüşməyə  razı  salmışdı.  Hekayədəki 
həmin  məqama  diqqət  yetirək:  “Dünəndən  bəri  Xasay  bəy,  xüsusilə,  əsl 
müsəlman  ailəsində  böyümüş  anası,  bu  görüşə  razılıq  vermir,  yad  kişiyə 
görünməyin  “günahi-əzim” olduğunu  söyləyirdi.  Nəhayət,  o  qələbə çalmış, 
Xasay bəyi və hətta anasını da qonağı qəbul etməyə razı sala bilmişdi. İndi 
bəyim güzgü qarşısında özünə və oğlu Mehdiqulu ilə qızı Xanbikəyə zinət 
vurduqca əlləri titrəyirdi.” (1,424) 
“Görüş”  hekayəsində  X.Natəvanın  xeyirxah  addımlarından  birini–
Bibiheybət  yolunu  çəkdirdiyini  də  görürük.  Mənbələrdə  Natəvanın  ana 
olmaq diləyi yerinə yetdiyindən Bakıdan Bibiheybət məscidinə yol çəkilməsi 
üçün  ianə  ayırdığı  bildirilir.  Bu  məlumata  A.Dümanın  “Qafqaz  səfəri” 
əsərində  də  rast  gəlirik:  “Bizi  Məhəmməd  peyğəmbərin  qızı  Fatimanın 
məqbərəsinin  üstünə  apardılar.  Yezidin  təqiblərindən  qaçıb  bura  gələn 
Fatima  elə  burada  da  vəfat  edib.  Bu  məscid  uşağı  olmayan  qadınların 
ziyarətgahıdır. Onlar məscidə pənah gətirir, yeddi gün burda qalır və uşaqları 
olacaq  inamıyla  evə  qayıdırlar.  Xasay  Usmiyevin  xanımı  da  bu  müqəddəs 
məqbərəyə  pənah  gətirmiş,  sonra  oğlu  olmuşdur.  Buna  görə  də  Xasay  xan 
Bakıdan  bu  məscidə  yol  çəkdirmişdir”  (2,80).  Ancaq  Düma  Bakıdan  Şıx 
kəndinə  yol  çəkdirən  Natəvanın  əvəzinə  Xasay  xanın  adını  vurğulamaqla 
yanlışlığa  yol  vermişdi.  A.Dümanın  qeydlərinə  görə  o  vaxtı  Xurşidbanun 
təxminən iyirmi, onunla birgə ailə tərkibinin içində görüşə gələn anasının isə 
qırx,  həyat  yoldaşının  isə  otuz  beş  yaşı  olarmış.  O  vaxtlar  Natəvan  ədəbi 
yaradıcılığa təzə başladığından A.Dümanın xanımın yaradıcılığından xəbəri 
yox idi. Diqqəti çəkən digər məqamlardan biri də Xan qızının ailə üzvləri ilə 
birlikdə  A.Dümanı  milli  geyimdə  qarşılamaları  olmuşdu.  Bununla  şairə 
xarici qonaqlara Azərbaycan milli geyimini təqdim etmiş və oğlu Mehdiqulu 
ilə  həyat  yoldaşı  Xasay  xan  isə  o  vaxtlar  kişilərin  üzərində  silah  daşıma 
adətini  göstərmişdi.  Mənbələrdə  Xasay  xanın  vətəni  ilə  bağlı  fərqli 
məlumatlar var. Bəzi tədqiqatçılar onun avar, ləzgi, osetin olduğunu, bəziləri 
isə qumuq, qaraqaytaq olduğunu qeyd etmişdilər. XIX əsrin sonu, XX əsrin 
əvvəllərində Dağıstan xalqlarının istifadə etdiyi başlıca dil Azərbaycan dili 
olduğundan  A.Düma  Xasay  xanı  tatar  (azərbaycanlı)  kimi  təqdim  etmişdi. 
Yazıçı A.Dümanın görüş təəssüratlarına əlavələr etmiş, oxucusuna çatdırmaq 
istədiyi  fikirləri  əlavələr  vasitəsilə  də  yansıtmışdı.  Ədəbiyyatşünas  İfrat 
Əliyeva  “El  anası-Əzizə  Cəfərzadə”  monoqrafiyasında  yazır:  “Epizodların 
təqdimində  daha  çox  ekzotika  axtaran  fransız  yazıçısından  fərqli  olaraq, 
Əzizə  Cəfərzadə  söykəndiyi  qaynağa  bir  vətənpərvər  azərbaycanlı  qadın 


Filologiya məsələləri, № 7, 2017 
 
278
kimi münasibət bəsləmiş, daha çox milli qürur duyduğu hadisə və epizodları 
qabartmağa çalışmışdır” (3,24).  
X.Natəvan görüş zamanı dövrü üçün aktual olan və onu narahat edən 
bir  çox  məsələlərə  toxunur.  Bu  aktual  məsələlərdən  biri  də  həmin  dövrdə 
qadın yazıçıların təqib olunması idi. Görüşdə aparılan söhbətlər X.Natəvana 
çox  təsir  etmiş  və  ona  yeni  ideyalar  vermişdi.  A.Dümadan  Avropa 
xanımlarının xeyriyyəçilik məqsədi ilə atdığı addımları dinləyərkən Xan qızı 
təəssüflənir  və  beynində  belə  bir  qənaətə  gəlir:  “Xalqın  abırlı  gəlin-qızları 
orada  başqalarına  əl  açıb  cəmiyyətin  xeyri  üçün  pul  yığır,  biz  isə 
özümüzünkünü  nəyə,  hara  xərcləməyi bilmirik...” (1,428) Qonağın fikirlərini 
axıradək dinlədikdən sonra Natəvan fikrini daha çox xeyriyyəçilik istiqamətinə 
yönəldir,  xalqı  üçün  daha  xeyirli  işlərlə  məşğul  olmaq  qərarına  gəlir. 
Hekayədəki bu məqama diqqət yetirək: “ “Xeyriyyə işləri”...“Ədəbi məclislər, 
məktəblər,  yetimxanalar...”  Mən  əlimdəki  pullarımı  nəyə  xərcləyəcəyimi 
bilmirəm... Məscidə, vəqfə, zəkata verirəm, “qarnı beş, həmişə biri boş mollalar 
hara sərf edir, kimə paylayır, bilmirəm...” Birdən onun gözləri önündə ay kimi 
dəyirmi, gözəl bir sima canlandı, zər-ziba içində cilvələnən bu xanım Gövhər 
ağa  idi...  “Bibi...Sən  də  yetim-yesir  əvəzinə,  ac  qarnı  doyurmaq,  lüt  əyni 
bitirmək əvəzinə pullarını məscid tikdirməyə sərf etdin... Kaş əvvəldən bilmiş 
olaydıq... İndi mən nə edəcəyimi yaxşı bilirəm...”” (1,428) Şərq qadınlarına 
məxsus gözəlliyi, nəcibliyi ilə yanaşı dünyagörüşü, eləcə də düşüncələri ilə 
qarşı tərəfi heyran qoyan X.Natəvan A.Dümanın islam aləminin qadınları ilə 
bağlı fikirlərini dəyişmişdi.Hekayədə Azərbaycan xalqının qonaqpərvərliyini 
və gedərkən qonağı qiymətli hədiyyələrlə yola salmaq ənənəsini Natəvanın 
timsalında  görürük.  A.Dümanın  Qafqaz  səfəri  ilə  bağlı  görüş  təəssü-
ratlarından  bəlli  olur  ki,  Natəvan  kimi  onun  üçün  də  bu  görüş  xoş  bir 
xatirəyə  dönüşmüşdü.  Bu  görüşü  daha  yaddaqalan  etdirmək  üçün  onun 
Xasay xana silah (tapança), Xan qızı ilə Xasay xanın ona hədiyyə olaraq bir 
cüt  arxalıq  və  Natəvanın  zərif  əlləri  ilə  tikdiyi  pul  kisəsini  göndərməsi 
“Hədiyyə”  hekayəsində  reallıqla  təsvir  edilir.Hekayələrdə  Natəvan  şeirləri 
bu  gün  də  öz  təravətini  saxlayan  bir  şair  kimi  də  göstərilir.  Məlumdur  ki, 
şairə  bir  müddət  “Xurşid”  imzası  ilə  şeirlər  yazsa  da,  daha  sonralar 
“Natəvan”  (zəif,  köməksiz,  xəstə)  təxəllüsü  istifadə  etmişdir.  Ətrafı  hər 
zaman  şeir,  sənət  adamları  ilə  əhatə  olunan  X.Natəvanın  ədəbiyyata  və 
incəsənətə həssas duyumu və həvəsi özünü şairənin həm lirikasında, həm də 
çəkdiyi  rəsm  əsərlərində  əks  etdirir.  Lirikasının  əsasını  təşkil  edən  şeirləri 
“Gül  dəftəri”  adlı  məşhur  albomunda  toplanmışdı.  Şairin  məşhur  “Gül 
dəftərini” görən yazıçı “Hədiyyə”, “Vergi” hekayəsinin başlığında bu albom 
haqqında məlumat vermiş, bəyimin öz əl işi ilə, al-əlvan saplarla bəzənmiş 
bu sənət əsərinin böyrünə 1886 rəqəmi yazıldığını qeyd etmişdi. Baxanları 
öz gözəlliyi ilə heyran qoyan “Gül dəftəri”nin səciyyəvi xüsusiyyəti ondan 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə