Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə101/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   97   98   99   100   101   102   103   104   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
271
bir  keyfiyyətə,  yaxud  zümrəyə  tuşlanmamışdır,  konkret  olaraq  müəyyən 
şəxsləri  tənqid  edir.  Bu  şeirlərdə  həcv  ünsürləri  üstünlük  təşkil  edir. 
Ümumiyyətlə, Ə.Cavadın tənqidi ruhlu şeirləri sağlığında dərc edilməmişdir, 
arxivində qalmış, yalnız "Sən ağlama, mən ağlaram" (1991) şeirlər kitabına 
daxil  edilmişdir.  Bu  isə  o  deməkdir  ki,  bu  şeirlər  tənqidi  poetik  nümunə 
olaraq ədəbi prosesdə olmamışdır. 
  Azərbaycan ədəbiyyatının ilk sosrealistləri S.Vurğun, S.Rüstəm, R.Rza, 
M.Rahim, O.Sarıvəlli, M.Dilbazi və b. yaradıcılığında satirik xüsusiyyət 30-cu 
illərin  sonlarından  görünməyə  başlamışdır.  Lakin  bu  şeirlər  Sabirə  istinadən 
yazılmış olmasına rəğmən, onun bədii təsvir  və ifadə  vasitələrində  satiradan 
daha çox, tənqidi elementlər çoxluq təşkil etmişdir. Özü də hər şairin yara-
dıcılığında  cəmi  bir  neçə  nümunə  yazılmışdır  ki,  bunun  da  onların  yara-
dıcılığının  əsas  hissəsini  təşkil  etmədiyini  aydın  görərik.  Bunun  da  başlıca 
səbəblərindən biri sosrealizmdə satirik pafosun varlığının olmaması idi. 
  S.Vurğun yaradıcılığında satiraya müraciət 1938-ci ildə yaranır. Şair 
bir-birinin  ardınca  bir  neçə  satirik  şeir  yazır.  Lakin  elə  ilk  satirik  şeirinin 
əvvəlində ilk olaraq Sabiri xatırlayır və əlindən satira yazmağın gəlmədiyini 
önə çəkir:  
  Oxucum, etiraf edirəm qəlbən,  
  Satira gəlməyir mənim əlimdən, 
  Bəlkə də çatmayır buna qüdrətim,  
  Başqa bir ruhdadır şeirim, sənətim. 
  Sabir sağ olsaydı bu temanı mən 
  Ona bağışlardım candan, ürəkdən. 
  Yazardı öz böyük məharətilə, 
  Bir aslan qəlbinin cəsarətilə, 
  Biz də oxuyardıq, heyran qalardıq, 
  Bundan da başqa bir ibrət alardıq (5, 273). 
  "Çil  toyuğun  tək  yumurtası"  satirik  şeirinin  bu  giriş  hissəsinin  əsas 
məqsədi  bəzən  satirik  şeirə  yaranan  kəskin  ehtiyacı  hiss  etdirməkdir.  Şair 
onu ağrıdan başqa bir qüsuru da göstərir; əslində bu qüsur ictimai quruluşun 
əsas  nöqsanlarından  biri  idi.  Şair  Sabirin  nəvələri  olmaqlarını  ("Unutmaq 
olmaz  ki,  doğrudan  da  biz,  Böyük  Sabirlərin  varisləriyik"),  lakin  məzhəkə 
yazanın  olmamasını  xatırlatmaqla  ("Varmı  şeirimizdə  məzhəkə  yazan?") 
əslində  mövcud  vəziyyətə,  satiranın  durumuna  etiraz  edir.  Sosrealizm 
satiraya  geniş  meydan  vermədiyindən  şairlər  öz  tənqidlərini  "Sabir  sağ 
olsaydı"  deyərkən  tənqidə,  satiraya  istinad  nöqtəsi  axtarır.  Belə  bir  istinad 
nöqtəsi  isə,heç  şübhəsiz,  sovet  ideolojisinin  təqdir  etdiyi  M.Ə.Sabir 
poeziyası olurdu.  
  Sabirin  vəfatından  cəmi  bir  neçə  il  sonra  satirik  şeirləri  ilə  "Tuti", 
"Babayi-Əmir" jurnallarında çıxış edən Əliağa Vahid 20-ci ildən sonra da öz 


Filologiya məsələləri, № 7, 2017 
 
272
yaradıcılığına  sadiq  qalaraq  satirik  üslubda  onlarla  şeirlər  yazmışdır.  Bu 
şeirlərin  böyük  əksəriyyəti  M.Ə.Sabirin  satirasında  qoyduğu  problemləri 
yeni  dövrdə  izləyir.  Şeirlərinin  böyük  bir  qismi  də  ya  Sabirə  müraciətən 
yazılıb, yaxud da nəzirə şəklində yazılıb. Yəni bütün parametrlərdə Ə.Vahid 
Sabir ənənəsinin davamçısı kimi özünü göstərir. Şairin M.Ə.Sabir satiraları 
ilə səsləşən şeirlərindən başqa onlarla satirası vardır ki, bu şeirlərdə də Sabir 
anılır  və  onun  adına  yazılır.  Şairin  "Tənqidimiz  Sabiranədir",  "Sabirə" 
şeirlərində  yeni  dövrdə  böyük  satirikə  olan  münasibət  təsvir  edilir.  Şairin 
əsərlərini çapa hazırlayanlar (Məmməd Nuruoğlu, Qulam Məmmədli, Rəşid 
Quliyev)  bu  şeirin  tarixini  1921-1939-cu  ildə  yazılan  şeirlər  sırasına  daxil 
etsələr  də,  şeirin  20-ci  illərin  ortalarında  yazıldığını  güman  etmək  olar. 
Nədən  ki,  Ə.Vahid  şeirdə  Sabir  ideyalarının  həyata  keçirildiyini  göstərir. 
Əsarətdə gördüyü və azadlığı üçün çalışdığı xalqın indi azad, xürrəm ömür 
etdiyini,  "məzlumu  ağladan  matəmin  bitdiyini",  "bəy,  xanın  qalmadığını", 
torpağın kəndlinin əlində olduğunu, "hamının kefi kök, damağı çağ yaşadığı 
və  s.  təsvir  edilir.  Belə  görünür  ki,  şeir  Sabirə  qoyulmuş  heykəldən  sonra 
yazılıb. Çünki şeirdə Sabirə heykəl qoyulduğuna diqqət çəkir. Şairə görə indi 
"dərbədər"  uşaq  yoxdur,  çünki  onların  zəhmətini  çəkən  çoxdur".  Sonda 
Ə.Vahid şairin çox çətin vəziyyətdə öldüyünü dilə gətirərək deyir:  
  Öldün əfsuslar ki, bihörmət, 
  Vermədi, varlılar sənə qiymət. 
  Gər olaydın sovet zamanında 
  Şərəfin çoxdur kütlə yanında. 
  Sənə qiymət qoyardı cəmiyyət, 
  Yaşayardın həmişə biminnət. 
  Necə şairlər indi xoşgüzəran 
  Keçirirlər günəş kimi xəndan. 
  Bu bizimçün xoş səadətdir, 
  Şanlı, tarixi bir şərafətdir (6, 254).  
  "Sabirə"  şeirində  Ə.Vahid  şeirdə,  nəzmdə  mahir  Sabiri  böyük  şair 
adlandırmaqla  yanaşı,  onun  yazdığı  dahiyanə  məzhəkələrin  xalq  içində 
möcüzələr göstərdiyini ifadə edir.  
  "Tənqidimiz  Sabiranədir"  satirik  şeirində  isə  Ə.Vahid  tənqidə  "eşqi 
olan" qələminin mahiranə olduğu və hər yazılan sözün sabiranə olduğu iddia 
edilir. Şairin fikrincə "yalançı nasirə" ya "lovğa şairə baxmayaraq, "vəzifə, 
rütbə və yalaqlıq" sevmədiyini bildirir. Şeirdən məlum olur ki, şeirə yamaq 
vuranlara bu bir taziyanə olsun : 
  Var bəzi şair, indi də əşara nabələd, 
  Fərq etsə də əruzu hecadan qələt-qələt. 
  Hər yerdə göstərər özünü "əhli-mərifət" 
 


Filologiya məsələləri, № 7, 2017 
 
273
  Bu təb ilə sanır ki, "ədibi zəmanədir" 
  Tənqidimiz bu kimsələrə sabiranədir! (6, 508). 
  Göründüyü kimi, Ə.Vahid lap əvvəldən satirik şeirlər yazsa da, sovet 
dövründə yazdığı şeirlərdə, hətta xırda problemlərə toxunursa belə, Sabirin 
satira  kultuna  söykənməli  olur.  İstər  S.Vurğunun,  istərsə  də  Ə.Vahidin 
satirik tənqid hədəfləri qlobal ictimai problemləri əhatə etmir, bəlkə bir az da 
sənət  məsələlərinə,  həmkarlarına  işarə  ilə  yazılır.  Bunun  başlıca 
səbəblərindən  biri,  həm  tarixi  şəraitə  görə  satiranın  qarşısında  duran 
problemlərin  dəyişməsi,  həm  də  mövcud  hakim  ideologiyanın  satiraya 
münasibətindən  irəli  gəlirdi.  Ümumiyyətlə,  sosrealizmdə  satira  bir  tənqidi 
pafos kimi geri çəkilsə də, zəif şəkildə olsa da təzahür etmişdir ki. bunu da 
satiranın növbəti mərhələsi olaraq qəbul etmək lazımdır. 
 
Ədəbiyyat 
 
1.  Sabir M.Ə. Hophopnamə. Bakı, "Yazıçı" nəşriyyatı, 1980, 558 s. 
2.  Əhmədov  B.  Azərbaycan  satirasının  inkişaf  problemləri  (1920-1980-ci 
illər). Bakı: "Elm", 2000, 296 s.  
3.  Qarayev Y. Tarix yaxından və uzaqdan. Bakı:, Sabah, 1996, 
4.  Əhməd  C.  Sən  ağlama,  mən  ağlaram...(Şeirlər,  poemalar).  Bakı: 
"Yazıçı", 1991, 208 s. 
5.  Vurğun S. Seçilmiş əsəsrləri. 3 cilddə, 1-ci c., Bakı: Azərbaycan Dövlət 
Nəşriyyatı, 1954, 305 s. 
  6. Vahid Ə. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı, "Azərnəşr", 1975, 511 
           
              
Гюльшан Агабек 
Пути развития сатирической поэзии 30-40-ых годов ХХ века 
Резюме 
 
В статье показываются пути развития сатирической поэзии в годы 
соцреализма.  В  эпоху  соцреализма  не  было  условия  развития  сатиры. 
Несмотря  на  трудности,  сатирическое  развитие  обосновывалось  на 
тенденции Сабира.  
В  это  время  напечатились  стихи  критического  пафоса  поэтов 
А.Джавада,  С.Вургуна,  А.Вахида,  С.Рустама,  М.Рагима,  М.Дилбази  и 
других.  Эти  стихи,  в  различие  от  Сабира,  направлялись  к  отдельным 
негативным случаям жизни. 
 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə