Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə109/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   105   106   107   108   109   110   111   112   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
291
insanlardan  fərqləndirən  əsas  cəhət  onda  müəyyən  dərəcədə  qorxunun, 
fantaziyanın,  reallığın,  həyəcanının  qarışmasıdır.Onlar  ya  həyatı  belə 
yaşayırlar,  ya  da  ölürlər.Bu  insanlar  fərqliliklə  eynilik  arasında  fikir 
ayrılığını  həll  etməyə  çalışırlar  və  bunu  həll  edəndə  özlərini  yenidən 
doğulmuş  kimi  hesab  edirlər.Nial  Scottunun  fikrincə  bu  insanlar  təbiətin 
canlı varlıqlarının mövcudluğuna təsir edən ən vacib xilqətdir.(2)Bədheybət 
insan  bizim  fikrimizdə  bizə  yad  bir  insan  kimi  görünür.  Bədheybət  insan 
təsəvvürü  fikri  görünüşü  ilə  fərqlənməklə  bərabər  onları  bölüşdürmək  də 
istəmirlər.Alexandr  Boon  bu  tip  insanları  insan  və  heyvan  arasında 
formalaşan  məxluq  kimi  izah  edir.Nəticə  olaraq  bu  tip  insanlar  özündə 
paradoksal  keyfiyyətləri  saxlayır.Və  bu  keyfiyyətlər  də  onlara  qorxu-arzu, 
yaxşılıq-pisliyi fərqləndirməyə kömək edir.Bu insanlar pozitivdir ona görə ki, 
onlar  üçün  digər  insanların  fikri  maraqlı  deyil,həm  də  neqativdirlər  çünki 
görünüşü  insanları  vahiməyə  salır.Bədheybət  insanlar  bizim  gələcəyimizdən 
xəbər verir.Onlar sanki dünyanın görünməyən hissələrində yaşayırlar.Fasilələrlə 
gələrək bizi gələcəyimizdən xəbərdar edirlər. 
Postmodernist roman bizə estetikanın yalnız fikirlərlə deyil həm də onunla 
əlaqəsi  olmayan  müəyyən  nöqteyi  nəzərlərin  vəhdətini  aşılayır.Postmodernist 
romanda  əsas  xüsusiyyət  oxucunu  əsərdə  baş  verən  hadisələrə  inandırmaq 
deyil,çünki  yazıçı  oxucunun  əldə  etmək  istədiklərini  ona  açıq-aşkar  şəkildə 
göstərmir,  üstüörtülü  şəkildə  hiss  etdirir,  ona  görə  oxucu  hər  hansı 
postmodernist  əsər  oxuyarkən  onun  əsərdən  heç  bir  gözləntisi  olmur.Əsərin 
sonunda  oxucu  müəyyən  bir  nəticə,  məna  əldə  edir.Bu  əsərdə  də 
belədir.Yazıçı  əsəri  dövrün  aktual  problemi  olan  Qərb  mədəniyyəti  ilə 
əlaqələndirmək  əvəzinə  Sartrın  fəlsəfi  fikirlərinə  istinad  edərək  əsəri 
yazmağa üstünlük verdi. 
Postmodernizmin  əsas  xüsusiyyətlərindən  biri  kollajdır.Kollaj  bir 
mətnin  əsərin  daxilinə  süjetinə  müxtəlif  mətnlərdən  olan  hissələrin 
yerləşdirilməsi  anlamına  gəlir.Əsərdə  Grendel  obrazı  Beovulf  obrazının 
prototipi kimi təqdim olunur.Beovulf əsərində Beovulfun qəhrəmanlığından 
söhbət  gedirdi.Eyni  ilə  həmin  hadisələr  Grendel  əsərinə  köçürülür  və 
Grendelin  timsalında  təqdim  olunur.Kollaj  anlayışında  məqsəd  fikirlərin 
zəngirvari  düzülməsi  deyildi.Fokkemanın  fikrincə  kollaj-bir-birinə  necə 
gəldi  yapışdırılmış  mətn  qırıqlarıdır.(4)Grendel  əsərində  də  konkret  olaraq 
yazıçı  Beovulfun  süjet  xəttini  əks  etdirmir,həm  də  Sartr  müddəalarını  irəli 
sürür.Postmodernizmin  əsas  xüsusiyyətlərindən  biri  də  kollajla  bağlı  olan 
sintaktik  qeyri-qrammatiklikdir.Bu  zaman  yazıçı  yarımçıq  cümlələrdən 
istifadə edir onun nə məna kəsb etməsini isə oxucun üzərinə qoyur.Əsərdə 
buna  aid  bir  neçə  nümunə  vardır.1.Grendel:həyatda  baş  veren  hadisələrin 
yeganə  günahkarı  və  səbəbkarı  –Səma.Sanki  cümlə  yarımçıqdı,  Grendel 
səma  dedikdə  Alləhı  nəzərdə  tuturdu.2.Grendel  –mənim  ruhuma  təsir  edən 


Filologiya məsələləri, № 7, 2017 
 
292
Qoca Şaperin alfası.Alfa musiqi alətidir. Yazıçının sanki bu musiqi alətində 
çalınan mahnıyla insanların günahın içərisində batdığını demək istəyir. Onlar 
yalnız ağlayaraq dua edərək bu günahdan təmizlənirlər. 
Pastiş-yazıçının üslubunu, tərzini, əsərindəki bəzi xüsusiyyətləri təqlid 
etməkdir.Parodiyanın  da  məqsədi  təqlid  etməkdir.Amma  parodiyada  əsas 
məqsəd  oxucunu  güldürməkdir.Parodiya  olunan  mövzunu  əsəri  oxucu 
məlumatlı  olmasa  da  onu  parodiyada  anlaya  məğzini  tuta  bilir.Amma 
pastişdə  məqsəd  güldürmək  deyil,təqlid  etməklə  müəyyən  bir  məqsədi 
oxucunun nəzərinə çatdırmaqdır.Pastiş olan əsəri oxucu mütləq bilməlidir ki, o 
məqsədi  başa  düşsün.Bu  əsərdə  pastiş  elə  əsərin  Beovulfdan  götürülməsi  və 
onun süjeti əsasında əsərin yenidən canlandırılması və təqlididir.Beovulfu təqlid 
edərək yazıçı onun xüsusiyyətlərini Grendel əsərində canlandırır.Amma oxucu 
Beovulfu  oxumasa  yazıçının  Grendeli  Beovulfun  simasında  təqlid  etməsini 
başa düşə bilməz. Yazıçının fikrincə əsərdə belə ümumi bir təqlid var ki, o 
da  əsəri  tamamlayır.”Dünya  məndə  mən  dünyada  mövcudam”.(3)  Bununla 
yazıçı demək istəyir ki ,sanki dünya ilə Grendel həyatın qəddar üzünü görüb 
bir-birlərini yamsılayırlar. 
Tənqidçilərin biri qeyd edir ki postmoderdist romanın əsas məqsədi bir 
şeyin nə olduğunu yox necə olduğunu soruşmaqdır.Postmodernizm soruşmur 
ki,  varlıq  nədir?  o  soruşur  ki,  varlığa  nə  olub?  Əsərdə  də  görə  bilərik  –
Grendelin  məqsədi  nədir?Grendel  öz  təəssüratlarını  fikirlərini  açıq-aşkar 
şəkildə deməsi düzgündür? Biz bu sualı verə bilmərik.Postmodernist roman 
bizdən səbəb tələb edir.Grendelin öz təəsüratlarını açıq şəkildə söyləməyə və 
özünə  qapılmağa  meyl  etməsinə  səbəb  nədir?Səbəblərdən  biri  o  hiss  edir  ki, 
insanlar ondan uzaqlaşmaq istəyir.Ağacın başında ac olduğunu bildirmək üçün 
donuz  kimi  səs  çıxarır,amma  insanlar  ona  məhəl  qoymurlar.(3,170)Yazıçı 
əsərdə  onu  3  dövrdə  xarakterizə  etmişdir.(uşaq,  teniyetmə  və  yaşlı).  Hər  3 
dövrdə  onun  eyni  fikri  ideyası  var.  O,yalnız  səma  adlandırdığı  Allahı 
günahlandırır.Grendel  həyatını  müqayisə  edir.O.deyir:heyvan  insandan  fərqli 
olaraq  həyatlarını  müşahidə  etmədən  yaşayırlar.Bu  isə  mənimlə  mənim 
gördüklərim  arasında  ideyaların  fikirlərin  çarmıxa  çəkilərək  hörümçək  toruna 
bənzədilməsi kimi bir şeydir.O,insanların laqeydliyini inilitisini görərək deyir:” 
İnsanlarda  birlik  yoxdur.  İnsan  tamamilə  tənhadır.  ona  görə  mən  dünyanı 
gözümü qırparaq dərk edirəm.” 
Qorxmaz  Quliyevin  postmodernizm  və  bədii  essesində  qeyd  olunur 
ki,postmodernizm  insanın  dünyanıdərk  imkanlarının  üzə  çıxarılmasına 
xidmət edir.(8)Postmodernist tənqid əsas vəzifəsini ilk növbədə bədii mətnin 
təşkili səviyyəsində emosionallıq nöqteyi-nəzərindən özümlü xüsusiyyətlərə 
malik  dünyagörüş  komplesksini  üzə  çıxarmaqda  görür.Ona  görə  bu 
cərəyanın  tərəfdarları  dünya  mətn  kimi,  dünya  xaos  kimi  postmodernist 
həssaslıq  anlayışlarından  istifadə  edirlər.Postmodernizm  bütün  hadisələrə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə