Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə110/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   106   107   108   109   110   111   112   113   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
293
həssaslıqla  yanaşır.  Hətta  istehzanın  özünə  də  istehza  ilə  yanaşır.Postmoder-
nizmə  görə  reallıq  deyə  qəbul  olunanlar  əslində  reallığın  özü  deyildir,  onun 
haqqında  təsəvvürdür.Beləliklə  daim  dəyişməyə  məhkum  olan  insan 
təsəvvürləri  elə  bir  kaleydoskopa  bənzəyir  ki,  tez-tez  fırlanır  və  onun 
mahiyyətini dərk etməyə imkan vermir. 
Qardner də belə qeyd etmişdir. O deyirdi ki, insan həyatı dərk etmir. 
Həyatın mövqeyi yalnız budur: Bir insan səyahətə gedir digər yad adam isə 
şəhərə gəlir. Hər iki insan üçün həyat anlaşılmazdır və onlar yalnız həyatın 
ətrafında  fırlanırlar.Grendel  əsərində  də  gorə  bilərik,  Grendel  nəyisə  dərk 
etmək istədikdə bir maneə ilə qarşılaşır. Hər dəfəki maneədə Grendel Allahı 
günahlandırır,  ümidsiz  halda  həyatını  davam  etdirir.1-ci  maneə:Bir  gün  o 
ilanlar dolu olan bir nohura çatır və oraya daxil olur. Sirli bir dünyanı aşkar 
etmək  istəyərkən  ağacda  tələyə  düşür.2-ci  maneə:  Köməksiz  vəziyyətdə 
ağlayaraq  anasını  çağırır.Bu  zaman  bir  öküz  peyda  olur.3-cü  maneə:  O 
oradaca  yuxulayır,  oyananda  ətrafındakı  insanlardan  kömək  istəyəndə 
insanlar ondan uzaqlaşır.(5) 
Sanki  maneə  ,çətinlik  onun  həyatının  bir  hissəsinə  çevrilir  və  o,  belə 
fikirləşir.Başına  gələn  hər  çətinlik,  maneə  Allahın  ona  etdiyi  növbəti 
ədalətsizliklərindən  biridir.  Ona  görə  o  fikirləşir  ki,  onun  məqsədi  yoxdur- 
məqsəd  qarşısına  qoyanda  da  yarımçıq  qalır  və  özünü  kölgənin  daxilində 
məqsədsiz bir insan olaraq ,əriyərək yoxa çıxmasına gətirib çıxarır. 
Grendelin  əjdaha  ilə  rastlaşması  romanda  əsas  hadisələrdən  biridir. 
Sanki əjdaha müəyyən zaman və məkan daxilində hadisələrdən əvvəlcədən 
xəbərdar olur. Onun fikrincə heç bir insan dini fəlsəfəni, poeziyanı yaratmır. 
İnsanın  əsas  məqsədi  qısa  zaman  kəsiyində  canını  qurtarıb  xilas 
etməkdir.Hər  dəfə  Grendelin  əjdaha  ilə  görüşməsi  onun  həyata  baxışını 
tamamilə  dəyişir.  Sanki  əjdahanın  sözləri  qeyri-adi  fikirləri  Grendeli  hər 
məsələyə  fikrini  dəyişməklə  bərabər  hər  fikirə  irad  tutmağa  hər  məsələdə 
nöqsan tapmağa çalışır.  
Şaper  incəsənətin  gücünü  təmsil  etməklə  yanaşı  insanların  özləri 
haqqında fikirlərinin dəyişməsinə xidmət edir. Şaper ilk dəfə saraya gələndə 
o  Daneləri  qəhrəmanlığın  varisləri  kimi  hesab  edir.  Şaperin  hekayələrində 
qəhrəmanlıq,  gözəllik  hiss  olunur  O  hesab  edir  ki,  bu  xüsusiyyətlər 
insanların  həyatına  anlam  bəxş  edən  keyfiyyətlərdir.  Ancaq  Şaperin  bəzi 
mahnılarında yalan daha çoxdur. Grendel bu yalanı aşkar etsə də yenə onun 
mahnıları  ilə  ruhunu  sakitləşdirir.  Şaper  mücərrəd  yox  tamamilə  real  bir 
obrazdır. Yazıçı əsərdə onu əjdahaya qarşı rəqib obrazı kimi canlandırmışdır. 
Grendelin  Beovulfu  nəinki  güclü  bir  insandır,  həm  də  soyuqqanlı  bir 
məxluqdur.Grendel  sanki  Beovulfun  prototipidir.Əsərin  bəzi  hissələrində 
yazıçı  hətta  Beouvulfu  məcazi  mənada  əjdahanın  ikinci  növü  kimi  təqdim 


Filologiya məsələləri, № 7, 2017 
 
294
edir.Ancaq  fərqli  xüsusiyyət  odur  ki,  əjdaha  ölümü,  Beovulf  isə  yenidən 
dirçəlməyi ,doğulmağı simvolizə edir. 
Əvvəlcə  qeyd  edəki  ki  postmodernizmin  əsas  xüsusiyyətlərindən  biri 
elitar  anlayışların  kütləviliklə  eyniləşdirilməsi  birləşməsi  və  müxtəlif 
simvollardan istifadə edərək varlığın nəsnələrin əhəmiyyətinə və dərinliyinə 
varmadan  hadisələrin  qavranılmasıdır.Simvol  dedikdə  mücərrəd  ideyaları 
konseptləri  təqdim  edən  rənglər,  obyektlər,  xarakterlər  nəzərdə 
tutulur.Roman  daxilində  Grendel  heyvanları  simvol  kimi  təhlil  etmişdir. 
məsələn:Öküz  Grendelə  hücum  edir-sanki  gəlməkdə  məqsəd  hücum  etmək 
deyil, nəsə anlatmaqdır Ona görə də yazıçı onun hərəkətini davranışını ağla 
batmayan  davranış  kimi  səciyyələndirir.2-ci  simvol  kimi  Hart  sarayı 
götürülür.Hrozqar  üçün  onun  sarayı  gücün  və  gözəlliyin  bir 
simvoludur.O,belə hesab edir ki,onun bütün gücü bu saraya bağlıdır. 
Motiv  dedikdə  isə  mətnin  əsas  hissələrini  inkişaf  etdirməyə  xidmət 
edən  ədəbi  vastələr  və  ziddiyyətlərdir.Ziddiyyət  dedikdə  yazıçı  əsərdə 
fəsilləri  nəzərdə  tutur.Qış  ölümü  yaz  isə  yenidən  dirçəlməyi  təcəssüm 
etdirir.Qış-yaz keçidi isə birlikdə iki düşmən arasında (Danelər və Grendel) 
birinin ölümü digərinin isə azadlığa qovuşması anlamına gəlir. 
Postmodernizm  motiv  deyəndə  loqosentrizmi  yəni  söz  mərkəzçiliyini 
nəzərdə  tuturdu.Əsardə  əsas  motiv  Grendelin  gücüdür.O,  bəzi  insanlar 
tərəfindən  simasına  görə  qəbul  olunmasa  da  digərləri  tərəfindən  rəğbətlə 
qarşılanır.O,  artıq  fikirlərini  bütün  dünyaya  nümayiş  etdirmişdir.Fikrini 
sərbəst şəkildə bildirmək və mənasız dünyada öz yerini başa düşmək onun əsas 
məqsədi  idi.Əsərdə  əsas  məqsəd  insanın  yaşa  dolaraq  həyatın  mənasız 
tərəflərini  göstərərək  onu  dərindən  anlamaqdır.Grendelin  bir  fikri  insanı  bu 
həyatı tam anlamağa sövq edir. 
“Uşaq olanda Şimal dənizi qədər dərindən həyatı sevirdim , fantaziyalarla 
yaşayırdım  .İndi  isə  yata  bilmirəm  çünki  başa  düşürəm  ki,  xəyal  deyilən  bir 
nəsnə yoxdur. Mən tək tənhayam  dünya  isə  mənə  görə  heç  nədir-  sadəcə  o 
fırlanır,zaman isə dayanmır”.(6) 
 
 
Ədəbiyyat 
 
1.  Postmoderrnizm  və  onun  nəzəri  estetik  prinsipləri.Manera.az  2016,  5 
aprel. 
2.Q. Quliyev postmodernizm və bədii ədəbiyyat.(esse) 
3.XX əsr ədəbiyyatşünaslıq əsaslar-Qorxmaz Quliyev.Baki,2012 
4. Essay the meaningless life of Grendel John Gardner .1993,Bartleby 
5.Grendel  as  a  monster  the  monstrosity  of  John  Gardner  Postmodernist 
novel.20141359 pdf 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə