Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə117/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   113   114   115   116   117   118   119   120   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
311
Can dedügüm oldurur ki, bir əzizə təşnədür [6, s.148] 
Nöqtədür xalun sənün ayətidür hüsnünün, 
Nöqtədür mə’nisi anun sureyi mərnuzdur [6, s.158] 
Göz cəmalün görücək olur qərir, 
Göz ki görməyə cəmalüni qərir. [6, s.206] 
Şairin qəzəllərində epifora adlanan təkrir növünə də rast gəlinir ki, bu 
da  anaforanın  əksi  sayılır.  Yəni  burada  misraların  sonunda  eyni  sözlər 
təkrarlanır. Aşağıda verdiyimiz nümunədə isə bir söz yox, hətta bütöv ifadə 
təkrarlanmaqdadır; 
Getmişəm bən öz-özümdən, aparun yara bəni,  
Yüzi getməz bu gözümdən, aparun yara bəni [6, s.628] 
Yuxarıdakı  beytdə  epifora  ekspressiv  çalarlılığından  istifadə  olunmuş 
və bu beytə bir yalvarış, bir xahiş məzmunu da vermişdir. Buradan da belə 
aydın olur ki, “epiforalar daha çox xahiş, buyruq, təşviq, alqış, yalvarış kimi 
eksprssiyaların ifadəsini kerçəkləşdirir.” [9, s.120] 
Neçə-neçə sənün içün oda yanam, çələbi  
Dəm oldum ki, ləbündən qana qanam, çələbi. [6, s.508] 
Pənc hissümüz bizüm pəncərədür hüsnünə, 
Zülfü qıluna qolum dairədür hüsninə. [6, s.654 ] 
Şəha, ləbünə olmuş bu can ilə tən təşnə, 
Ol təşnə qanumavü ol təşnəyə bən təşnə. [6, s.608] 
Qeyd etmək istərdik ki, Qazi yaradıcılığında epiforanın daha fərqli bir 
formasına—nəqərat  formasına  da  rast  gəldik.  Belə  ki,  bu  zaman  birinci 
beytin ikinci misrası digər beytlərin ikinci misrası kimi təkrarlanır. Bir neçə 
beytini verdiyimiz aşağıdakı qəzəl sona qədər bu cür davam edir. 
Bu nə hüsn olur, bu nə boydur, nə sin, 
 Afərin, can, afərin, can, afərin! 
Adəmimisin və ya huri, nəsin, 
Afərin, can, afərin, can, afərin! [6, s.320] 
Eyni tipdə təkrirlər “Kitabi-Dədə Qorqud”da özünü göstərməkdədir. 
birçəklü izzətlü canum ana,  
Aqar, ayıda sularına qarğamagil.  
Qazılıq dağının günahı yoqdur, 
Bitərlidə otlarına qarğamagil. 
Qazılıq dağının suçı yoqdur, 
Qaçar, keyiklərinə qarğamagil, 
Qazılıq dağının günahı yoqdur. [1, s.33] 
Burada  ardıcıl  gələn  beytlər  eyni  sintaktik  parça  ilə  bitmişdir.  Bu  da 
epiforik təkririn digər bir formasının Qazi yaradıcılığında işləndiyini ortaya 
qoyur.  Bununla  da  burada  artıq  misralar  deyil,  beytlər  arasında  bir  əlaqə 


Filologiya məsələləri, № 7, 2017 
 
312
yaradılmışdır.  Həm  də  bu  forma  artıq  sözün  yox,  misranın  mənasını 
qabartmağa, qüvvətləndirməyə xidmət etmişdir.  
Beləliklə  də,  həm  söz,  həm  ifadə-yəni  söz  birləşmələri  kimi 
təkrarlanması epiforanın da leksik-sintaktik üslubi fiqur kimi ortaya çıxdığını 
qeyd etməyə imkan verir. Həm anafora, həm də epiforalar --“hər iki leksik-
sintaktik üslubi fiqurlar bədii ədəbiyyatda çeşidli üslubi funksiyaların yerinə 
yetirilməsində  böyük  əhəmiyyət  daşıyır,  bədii  əsərin  dilini  zənginləşdirir, 
fikri  mənalı  və  emosianal  şəkildə  ifadə  edir,  oxucu  və  ya  dinləyicinin 
hisslərinə dərin estetik təsir göstərir, bu və ya digər prosesi, hadisəni diqqət 
mərkəzinə  keçirir,  ona  maraq  oyadır.”  [9,  s.114]  Epifora  həm  də  poetik 
parçanın ritmikliyinii təmin edir və bunu yüksək şəkildə yerinə yetirir ki, bu 
da şeirə bir axıcılıq, ahəngdarlıq gətirir.  
Qeyd etmək istərdik ki, təkrir və xüsusilə də, epiforalar rədifə bənzəyir. 
Və  bəzən  onları  eyniləşdirirlər  də.  Amma  fərqlidir.  Çünki  rədif  də  təkrar 
vasitəsilə yaranır. Lakin rədif şeir üçün bir çərçivə rolunu oynayır və onun 
öz yeri var. Eyni zamanda şeirin sonuna qədər eyni ardıcıllıqla işlənməlidir. 
Lakin  biz  Qazi  qəzəllərinə  diqqət  etdikdə  bir  məsələ  də  aydın  oldu  ki, 
epifora da misranın, beytin sonunda təkrarlanır. Lakin rədifdən fərqli olaraq 
o,  bütün  qəzəli  əhatə  etmir.  Epifora  sərbəstdir  və  yalnız  bir  beyti  də  əhatə 
edə bilər. 
Şairin  yaradıcılığında  rast  gəlinən  bədii  təkrir  növlərindənbiri  də 
epimonalardır.  Epimonalara  Şərq  ədəbiyyatında  iltizam  da  deyilir.  Bu 
növdə sözlər misra və beytlərdə müxtəlif formalara düşərək təkrarlanır. Qazi 
yaradıcılığı  bu  təkrir  növünün  zənginliyi  ilə  də  xüsusi  nəzərə  çarpır.  Qazi 
qələmində  bəzən  epimona  bütün  qəzəli  əhatə  edir.  Beləliklə  də,  “bəzi 
qəzəllərdə struktur-kompozision funksiyada çıxış edir. [8, s.436] Aşağıdakı 
qəzəl bu baxımdan diqqəti çəkir; 
Gözlərün kibi, nigara, dilrüba göz görmədüm, 
Kəndi özin gösdərici biriya göz görmədüm. 
Bunca şairlər ki, mədh edər xətayi gözləri, 
Bən cəmalün görməyüncə bir xəta göz görmədüm. [6, s.484] 
Bu  qəzəldə  “göz”  sözü,  demək  olar  ki,  bütün  qəzəl  boyu  və  bütün 
misralarda müxtəlif formalarda işlədilmişdir. Bu da şeirə ritmiklik, axıcılıq 
gətirməklə  bərabər,  iltizamın  bütün  qəzəli  əlaqələndirən  bir  poetik  vasitə 
kimi  çıxış  etməsinə  səbəb  olmuşdur.  Eyni  zamanda  bu  qəzəldə  söz  yox, 
həmçinin  səs  təkrarının  olması  şeirin  daha  emosional,  daha  ritmik  ifadə 
olunmasına  gətirib  çıxarmış,  poetik  parçanın  tərkib  hissələrini  bir  daha  sıx 
şəkildə  əlaqələndirmişdir.  Bundan  başqa  təkrar  olunan  “göz”  sözünə  şairin 
münasibəti  də  təkrir  vasitəsilə  bildirilmişdir.  Bir  sözün  bir  qəzəlin  bütün 
misralarında  müxtəlif  şəkildə  işlədilməsi  isə  artıq  şairin  sənətkarlığını, 
ustalığını sübut edən faktlardan sayılır. 


Filologiya məsələləri, № 7, 2017 
 
313
Gözün dilər isə bir dil, dilə, al, nişə dilərsin, 
Dutalum ki gözün dilər, nə üçün dil, dilə bizi. [6, s.334] 
Bir dəm umaram ki, ola yar ilə bir dəm, 
Ol dəmü gətür, ver talana dükanı. [6, s.66] 
Simploka adlanan təkrir də şairin yaradıcılılğında rast gəlinən növlər-
dəndir. Bu anafora və epiforanın birgə işlənməsidir.  
Zəhi rüsvayi-eşq oldı, şəha, dil, 
Zəhi düşdi zənaxda bir çəha dil. [6, s.509] 
Necə bir şol cadu gözün qəsdi-canü dil qıla,  
Necə bir şol incə belün bu tənümi qıl qıla. [6, s.58] 
Biz dərdin isdərüz, zira dərman zəmanıdur, 
Biz küfrin isdərüz, zira iman zəmanıdur. [6, s.647 ] 
   Dövrəvi  təkrir  növündə  misra  hansı  sözlə  başlayırsa,  o  sözlə  də 
bitməlidir. Təkrar olan sözlər eyni leksik və sintaktik funksiyanı daşıyır. Bu 
növdə  misranın  əvvəli  və  sonu  bir-birinə  təkrir  vasitəsilə  bağlanır.  Sanki 
həmin  təkrir  vasitəsilə  bir  çərçivə  qurulur,  digər  sözlər  o  çərçivədə  verilir. 
Buna  az  da  olsa,  Qazi  “Divan”ında  da  rast  gəlinir.  Aşağıdakı  beyt  buna 
nümunə ola bilər.  
Gümana nisbət edərlər ağızını zi güman,  
Xəyalə bənzədələr incə belini zi xəyal [6, s.213] 
Antimetabola  sözlərin  yerdəyişməsidir.  Lakin  sözlər  yerlərini 
dəyişərkən onların mənasına təsir göstərir. Hətta sözlərin sintaktik funksiyası 
da dəyişə bilər. Klassik ədəbiyyatda çox az rast gəlinən bu təkrir növü Qazi 
qəzəllərində də müşahidə olunur: 
Cəhanı can yolına verürəm bən, 
Ki, can içün dilərəm bən cəhanı. [6, s.109] 
Bana səhra fəraqun ilə zindan, 
Bana zindan visalün ilə səhra. [6, s.297] 
Klassik ədəbiyyatda şairlərin istifadə etdikləri təkrir növlərindən biri də 
tərdü-əks  adlanan  təkrir  növüdür  ki,  bu  da  Qazi  yaradıcılığından  yan 
keçməmiş, az da olsa, nümunələrinə rast gəlinməkdədir:  
Çü dərdün dəvadur, dəva dərdünə yox
Dəva dərdünə yox, çü dərdün dəvadur. [6, s.238] 
“Bu poetik fiqurda isə əsas şərt həmcins üzvlərin və ya sadə cümlələrin 
əks  sıra  ilə  sadalanmasıdır.  Burada  təkrir  yaradan  vahidlərdə  antimeta-
boladan fərqli olaraq heç bir məna dəyişikliyi baş vermir, sadəcə inversiya 
müşahidə  olunur.  [5,  s.82]  Beləliklə,  bu  bədii  ifadə  vasitəsində  sənətkar 
yalnız  sözlərin  yerini  dəyişərək  inversiya  yolu  ilə  təkrir  yaradır  ki,  bu  da 
mənaya təsir göstərmir.  
 Nəticə  olaraq  deyə  bilərik  ki,  leksik-sintaktik  fiqur  kimi  çıxış  edən 
təkrirlər  təkcə  misra,  beyt  və  ya  bütövlükdə  qəzəl  daxilində  ritmikliyi, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə