Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə119/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   115   116   117   118   119   120   121   122   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
317
qədimliyi  ilə  diqqəti  cəlb  edir.  “Andlarda  qədim  insanların  gündəlik  təmasda 
olduğu  təbiətə,  cəmiyyətə,  insanlara  münasibətlərinin  əks-  sədasını  eşidirik. 
Bununla  bərabər,  qədim  insanların  animist,  totemist,  antropomorfist,  mifoloji 
görüşləri əks olunmuşdur.”[5,101]. Deməli, içilən andlarda dönməzlik, nəzərdə 
tutulmuş  mətləbi,  məsələni,  mütləq  yerinə  yetirmək,  başa  vurmaq  qətiyyəti  və 
iradəsi  bir  hökm  kimi  söylənir.  Uzaq  keçmişimizdənzdən  yol  alaraq  günümüzə 
qədər gəlib çıxan andların hər birinin arxasında xalqımızın müəyyən tarixi inkişaf 
mərhələsindəki  həyat  tərzi,  məişəti  və  mifoloji  görüşləri  dayanır.  Aparılan  tarixi 
müşahidələr sübut edir ki, söylənmiş hər hansı bir fikirdəki mahiyyətin yalan yox, 
doğru olması andiçmə ilə təsdiqlənir. Xalq deyimlərinin müxtəlif çalarlarını özündə 
birləşdirən  janrlar  içərisində  andlar  bir  sıra  özünəməxsus  xüsusiyyətlərilə 
fərqlənir. Qeyd etdiyimiz kimi, andları səciyyələndirən başlıca əlamətlərdən biri 
onların  ritual  mənşəli  olmasıdır.  And  içilərkən,  işlədilən  “and  olsun”  ifadəsi 
andla bağlı ritual tələbdir. Əlbəttə, bu məqamda ritual olmalıdır ki, “and” olsun. 
Andların ifadə olunması əsasən, özünü iki şəkildə təzahür etdirir: 
1. And içmək;  
2. And vermək. 
Andiçmə  zamanı  bu  ifadələrlə  yanaşı  “qəsəm  olsun”  ,  “and  olsun”  sözləri  də 
xalq arasında indinin özündə belə işlənməkdədir. Məlum olduğu kmi, andiçmə 
qədim  çağ  dövrü  insanlarının  mənəvi  həyatında  əhəmiyyətli  rol  oynamışdır. 
Belə ki, müxtəlif məsələlərlə bağlı keçirilən and mərasimlərinin hər birinin öz 
fərdi xüsusiyyətləri olmuşdur.  Tarixən  keçirilmiş  and  mərasimlərinin  qalıqları 
günü  bu  gün  də  məişət  həyatımızın  müxtəlif  sahələrində  aşkarlanmaqdadır. 
Qeyd edək ki, andlarımız sintaktik struktur baxımından da çox sadədir. Bunlar 
iki, üç və dörd sözdən ibarət olurlar. Cümlə modellərində olan andların iki tərəfi 
vardır.  And  içilən  obyekt  və  bir  də  andı  yaradan  tərkib.  Deməli,  andların 
əksəriyyəti “and olsun”, “and içirəm” və “haqqı” söz tərkibləri ilə işlənir. 
Folklorşünas  Azad  Nəbiyev  Azərbaycan  folklorunun  arxaik  janrlar 
sistemində xüsusi yer tutan və hazırda xalq arasında yaşamaqda olan andları 
aşağıdakı kimi qruplaşdırmışdır: 
1.  Müxtəlif yer adları və səma cisimlərinə içilən andlar. 
2.  Maddi nemətlərə (bərəkətə) içilən andlar. 
3.  Ailə üzvülərinə aid edilən, əziz adamlarla bağlı içilən andlar. 
Əski zamanlardan etiqat edilən pir və ziyarətgahların, Allahın, İslam 
dininin  müqəddəs  kitabı  sayılan  Quranın,  peyğəmbərlərin  və 
imamların adlarına içilən andlar. [11, 279 ]. 
a)  Müxtəlif yer adları və səma cisilərinə içiən andlar. 
İbtidai nsanlar ətraf aləmdə baş verən təbiət hadisələrinin əsl səbəbini anlaya 
bilmədikləri  üçün  ona  doğru  cavab  tapa  bilməmişlər.  Məhz  bu  səbəbdən 
qədim  insanlar  yeri,  göyü,  suyu,  odu,  Günəşi,  və  Ayı  müqəddəs  varlıqlar 
hesab edərək, onlara and içmişlər. Müxtəlif yer adlarına və səma cisimlərinə 


Filologiya məsələləri, № 7, 2017 
 
318
içilmiş  andlar.  Əski  çağ  insanının  mifoloji  düşüncəsində  müqəddəs  hesab 
olunan məkanların ziyarət edilməsi zaman- zaman icra olunmuşdur. Qədim 
mifoloji  düşüncəyə  görə  yer  göyə  hamilə  qalmış.  Bu  səbəbdən  də  yer 
yaradıcı –ana kimi qəbul edilmişdir. Məhz o andan etibarən ibtidai insanlar 
“Yer  haqqı,  Yer-yurd  haqqı”  deyə  and  içmişlər.Yer  adları  ilə  bərabər, 
mifoloji  təsəvvürlərdə  əcdadlarımızın  səma  cisimlərinə  də  inamları  böyük 
olmuşdur.“Bunların  hamısı  vaxtilə  insanların  ayı  və  günəşi  doğrudan  da 
canlı xilqət kimi tələqqi etməsi ilə əlaqədardır. Dilimizdə bu günün özündə 
belə işlənən Gün haqqı, Günün qabağınca gəlməmisən ki” və s. bu kimi 
ifadələr  işlənmə  tezliyinə  görə  olduqca  fəaldır.”  [5,167].  Məlumdur  ki, 
qədim çağ dövrünün insanları yeri, göyü, suyu, odu Günəşi və Ayı müqəddəs 
varlıqlar hesab edərək, onlara and içmişlər.Əcdadlarımızın oda, günəşə olan 
inam  və  etiqadlarını  mifoloji  təsəvvürlərlə  əlaqələndirən  tədqiqatçı  Mirəli 
Seyidov yazır: “Türk xalqlarının mifolojisinin, etnoqrafiyasının öyrənilməsi 
aydınlaşdırır ki, əski türkdilli insanlar Günəşə, oda tapınmış və hətta Günəşi 
tanrı kimi tanımışdır.”[12, 249]. Qədim çağ insanının mifoloji təsəvvürlərində 
göy həm də allahların məskəni olmuşdur. Bəllidir ki, qədim türk düşüncəsində 
də Göy özü Tanrı statusunda çıxış etmişdir. Göy, həm də orada mövcud olan 
Günəş, Ay və ulduzların məkanıdır. Dünya xalqlarının mifologiyası Günəş və 
Ayla bağlı mifoloji təsəvvürlərlə zəngindir. Bu səma cisimləri həm də insanların 
ilk səcdə obyektlərindən olmuşlar. İnsanların həyatında mövcud olan müxtəlif 
inamlar  tarixin  müəyyən  çağında  yaransa  da  Günəş  və  Ay  inamından  heç  də 
qədim olmamışdır. “Günəşin səhərlər, Ayın gecələr çıxması, ətrafa nur və istilik 
saçmaları hadisəsinimüşahidə edən insanlarüçün bu hal, ilk növbədə, anlaşılmaz 
idi.  Onlar  hər  gün  Günəşin  doğmasını  təmin  etmək  üçün  qurbanlar  kəsər, 
müxtəlif  ayinləri  icra  edərdilər.  Məlumdur  ki,  qədim  türk  tayfaları  olan 
hunlar və gidanlar da Günəşə, Aya sitayiş etmişlər.”[8,29s]. Məhz o andan 
etibarən  ibtidai  təsəvvürlərdə  ilk  andlar  yaranmışdır.  Məsəslən, And  olsun 
bu  suya,  Bu  günəşə  and  olsun,  Bu  günəşə  kor  baxım,  əgər,  yalan 
deyirəmsə, od haqqı, göy haqqı, yer haqqı, ay haqqı və s. 
   b)Maddi nemətlərə (bərəkətə) içilən andlar.        
Tarixən  cənubi  Qafqaz  ərazisində  məskunlaşmış  Azərbaycan  xalqı 
özünün  yüksək  təsərrüfat  həyatını  yaratmağa  müvəffəq  olmuşdur.  Zaman 
keçdikcə,  əkinçilik  mədəniyyətinə  yiyələnən  qədim  əcdadlarımız  onların 
gündəlik ərzaq ehtiyaclarını təmin edən torpaqla yanaşı, əldə etdikləri maddi 
nemətləri əziz tutaraq, torpaqdan aldıqları maddi nemətlərə görə ona sonsuz 
şükranlıq əlaməti olaraq, and içmişlər Məsələn, Çörək haqqı, “Duz haqqı,” 
“Bərəkət haqqı,” “Torpağın bin- bərəkəti haqqı,” “Unun- urvan haqqı,” 
“Süfrənin  bərəkəti  haqqı,”  “Süfrən  haqqı,”  “Çörəyin  bərəkətinə  and 
olsun,””Duz- çörəyə and olsun”və s. 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə