Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə116/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   112   113   114   115   116   117   118   119   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
308
Tən-tən tənə düşdü cümlə tən-tən 
Sığmaz qanuma bu canı görsən. [6, s.128] 
Nümunədə  həm  də  alliterasiya  var  ki,  bu  da  ritmikliyi  daha  da 
artırmişdır.  Və  “  xalq  dili  üçün  səciyyəvi  ifadə  vasitəsi  olan  bu  təkrarların 
klassik şeir dilinə nüfuz etməsi və orada geniş miqyasda işlənməsi faktı xalq 
dilinin gücü, qüdrəti kimi qiymətləndirilməlidir”. [8, s.204] 
Can cana irmədi isə, tən tənə irdi, şükr ana! 
Işbu bizim zəmzəmimüz, tən tənə irdi, şükr ana! [6, s.132 ]  
Nazlucasın, nazəninsin, bilməzəm cananəsin, 
Canımızsın, canımızsın, bilürəm cananəsin. [6, s.143]  
Qanısın, sən qanısın, sən qanısın, sən qanısın,  
Yürəgümün qanısın, sən qanısın, sən canısın. [6, s.147] 
Gəl, gəl ki, könlümdə qalmadı qərar, 
Tez gəl ki, yürəgümə od düşdi yanar. [6, s.152 ] 
Birinci  beytdə  qarşılaşdırma,  digər  beytlərdə  isə  təkid,  israr  və  təsdiq 
ekspressiv məna çaları yaradılmışdır. Diqqət edilərsə., hər bir beytdə həm də bir 
emosianallıq, ritmiklik və musiqililik də qabarıq şəkildə özünü büruzə verir.  
Araşdırdıqca Qazi yaradıcılığında reduplikasiyanın digər şairlərdə çox 
az  təsadüf  edilən  daha  fərqli  formasına  rast  gəlirik.  Belə  ki,  şair  bu  təkriri 
qəzəl boyu fərqli şəkildə, lakin kompozision quruluşu saxlanılmaqla davam 
etdirir. Məlum olur ki, bəzi qəzəllərdə təkrir davam etdirilərkən hər beytdə 
yeni  sözlər  təkrarlanır,  digər  halda  isə  birinci  beytdə  işlənən  sözlər 
təkrarlanır.  Onu  da  demək  istərdik  ki,  qəzəl  boyu  davam  etdirilən  bu  cür 
təkririlər  daha  çox  misra  sonunda  üstünlük  təşkil  edir.  Bir  neçə  beytini 
təqdim etdiyimiz qəzəl buna ən gözəl nümunədir.  
Oxuna uğrayan könül səlamətdür, səlamətdür,  
Tapundan ayru keçən dəm nədamətdür, nədamətdür. 
 Yürək başlu, gözi yaşlu od ilə su arasında, 
Cəhanda səni sevənlər məlamətdür, məlamətdür. 
Salunup bağa girürsən xəzandan qurıyan ağac, 
Bəşarət gətürə çiçək qiyamətdür, qiyamətdür. [6, s.532-533] 
Qazi  “Dvan”ında  həmçinin  reduplikasiyanın  daha  bir  maraqlı 
formasına da rast gəlinir. Aşağıdakı qəzələ diqqət edək. 
Səndən ayrılux könülün afətidür, afəti, 
Sənün ilə canumuzun rahətidir, rahəti. 
Ləblərün İsa dəmindən dəm urur zi dəm bizə, 
Ölü canumi dirildür, ayətidür, ayəti. [6, s.370 ] 
Fitnə gözün könlümün afətidür, afəti, 
Can aparmax işvələrin adətidir, adəti [6, s.122 ] 
Hər  iki  qəzəl  sona  qədər  bu  cür  təkrarlanmış,  həmçinin  hər  dəfə  də 
təkrir  üçün  yeni  sözlər  seçilmişdir.  Göründüyü  kimi,  ikinci  sözdə  xəbərlik 


Filologiya məsələləri, № 7, 2017 
 
309
şəkilçisi  düşümüş,  təkrir  vasitəsilə  təsdiq  ekspressiv  məna  çaları 
yaradılmışdır. Aydın olur ki, şair burada təkriri bir növ ritmi, ahəngi daha da 
sürətləndirmək,  dinamiklik  yaratmaq  məqsədi  də  güdmüşdür.  Bu  tip  təkrir 
şeirin estetik görünüşünü də təmin edir. 
Bəzən  də  biz  reduplikasiyanın  sonda  işlənmə  formasının  qəzəlin 
sonuna  qədər  davam  etdiyinin  şahidi  oluruq.  Lakin  burada  yuxarıdakı 
qəzəldən  fərqli  olaraq  eyni  söz  təkrarlanır.  Bu  da  şairin  ustalığını  bir  daha 
nümayiş  etdirir.  Aşağıda  yalnız  mətlə  beytini  təqdim  etdiyimiz  qəzəldə  də 
şair bu xüsusiyyətlərlə yanaşı şeirdə həm də bir hörmət, ehtiram məzmunu 
ifadə etmişdir.  
Sana ey dilbəri-canı səlamullah, səlamullah, 
Ey lə’lün canumun kanı səlamullah, səlamullah,. [6, s.438] 
Biz şairin qəzllərində təkcə sözlərin, yəni leksik təkririn yox, həm də 
söz birləşmələrinin, yəni sintaktik təkrirlərin isttifadəsinin şahidi oluruq ki, 
bu isə artıq təkririn həm də bir sintaktik-üslubi funksiya daşımasına dəlalət 
edir;  
Səndən irax, səndən irax yanaram,  
Sanma ki, bən qafiləm səndən irax [6, s.558] 
Qandasın can, qandasın can, qandasın,  
Bən səni əsirgərəm, ki, zindəsin [6, s.100] 
Bu misralarda şair həsrətdən doğan kədərinin ağırlığını, dözülməzliyini 
daha qüvvətli ifadə etmək, oxucuya daha təsirli çatdırmaq məqsədilə məhz 
sintaktik təkrarlara müraciət etmişdir.  
Bəzən də şair təkririn emosianallığına, ekspressivliyinə, ritmikliyinə o 
qədər  uyur  ki,  qəzəli  sona  qədər  bu  formada  davam  etdirir,  bu  da  xalq 
mahnılarındakı  nəqərat  kimi  şeiri  daha  da  melodikləşdirir  və  onun  eyni 
ritmlə oxunuşunu təmin edir. Şairin “Afərin, can, afərin, can, afərin!” qəzəli 
bu  baxımdan  əhəmiyyətlidir.  Bir  neçə  beytini  təqdim  etdiyimiz  qəzəl  sona 
qədər  eyni  sistemlə  təkrarlanmışdır.  Bu  qəzəldə  də  təkrir  vasitəsilə  şeirə 
sevincdən, heyranlıqdan doğan bir ritmik intensivlik verilmişdir. Bununla da 
şair  burada  müxtəlif  məna  çalarlarını  daha  həyəcanlı  və  emosional  ifadə 
etmək üçün təkririn bu növünə xüsusi önəm vermişdir.  
Bu nə hüsn olur, bu nə boydur, nə sin, 
Afərin, can, afərin, can, afərin! 
Adəmimisin və ya huri, nəsin, 
Afərin can, afərin can, afərin! [6, s.320] 
Bu da sintaktik təkrarlar olaraq üslubi funksiya daşıyır. Qeyd edək ki, 
bu nümunədə həm də digər bir təkrir növünün - epiforanın ikinci forması da 
özünü göstərir ki, bu barədə də aşağıda bəhs olunacaqdır.  
Nümunələrdən də aydın olur ki, Qazi yaradıcılığı təkririn bu növü ilə 
daha zəngindir və istənilən qədər nümunəyə rast gəlmək mümkündür.  


Filologiya məsələləri, № 7, 2017 
 
310
Sənətkarın  müraciət  etdiyi  leksik-sintaktik  funksiyaya  malik  təkrir 
növlərindən  biri  də  anaforalardır.  Anafora  adlanan  üslubi  poetik  fiqur 
misraların  əvvəlində  ardıcıl  olaraq  işlənir.  Yəni  birinci  və  ikinci  misranın 
əvvəlində  eyni  sözlər  və  ya  şairin  məharətindən  asılı  olaraq  bəzən  də  söz 
birləşməsi və ifadələr də təkrarlana bilər Eyni zamanda bu bir beyti yox, bir-
neçə beyti də əhatə edə bilər. Anaforik təkrarlar adətən emosional-ekspressiv 
bir vasitə kimi çıxış edərək misranın daha qüvvətli ifadəsinə yardımçı olur. 
Anaforalar  həmçinin  işləndiyi  cümlələrə  və  ya  misralara  bir  axıcılıq  da 
hopdurmuşdur. Nümunələrə diqqət edək;  
Özüni sində yetürdi bulmadı dəxi hiç
Özini bula məgər özün ilə dəli könül [6, s.57] 
Əcəba, dərdümün dəvası qanı? 
Əcəba, rəncümün şəfası qanı? [6, s.82] 
   Beytdə  təkrir,  yəni  anafora  vasitəsilə  şair  həm  də  öz  təəccübünü 
emosianal  şəkildə  ritmiklik  yaradaraq  ifadə  etmişdir.  Bu  ritmikliyin 
qırılmazlığını isə şairin müraciət etdiyi tərsi sənəti təmin etmişdir. Bununla da 
ritmiklik, emosionallıqla təəccüb və eyni zamanda da təəssüf, kədər ekspressiv 
məna  çalarları  bir  vəhdət  təşkil  edərək  şairin  ifadə  etmək  istədiyi  fikrin, 
məzmunun  oxucunun  qəlbinə  daha  qüvvətli  nüfuz  edəcək  şəkildə  ortaya 
çıxmasına səbəb olmuşdur. 
Sənətkarın  məharəti  bir  də  o  zaman  özünü  göstəriri  ki,  bir  neçə  növ 
birlikdə,  kompleks  şəkildəə  işlədilsin.  Emosianallıqla  yanaşı,  təkid,  tələb 
ekspressiv  məna  çalarlılığı  yaradılan  aşağıdakı  misrada  anafora  ilə  yanaşı, 
epifora da özünü göstərməkdədir ki, bu da şairlik qüdrətindən xəbər verən bir 
məqamdır.  
Gör ki, nə vermiş ilahi fəsli-xəzana, 
Gör ki, nə pür eyləmiş zər ilə xəzana [6, s.66] 
Yaradıcılığında cinaslardan məharətlə istifadə edən sənətkar anofaralar 
yaradarkən  sözün  omonomikliyinə  də  xüsusi  fikir  vermiş,  bəzi  beytlərdə 
anaforaları  məhz  bu  əsasda  qurmuşdur.  Bu  da  estetik  görkəmlə  yanaşı, 
mənalılığı da təmin etmişdir. Aşağıdakı beyti buna nümunə göstərmək olar.  
Qıl sanuban belüni saçına tolaşdum, 
Qıl nə qılursan, bəgüm, bu yoldan azana [6, s.66] 
Anaforalar ekspressivlik yaratmaqla yanaşı, həm də beytlər arasında bir 
əlaqə yaratmaq funksiyasını da yerinə yetirir.  
Bən gözümi sevərəm, hüsnüni sevdügiyçün, 
Bən canumı sevərəm yolunda öldügiyçün.  
Bən məcməri sevərəm salar özünə özin
Bən uda qul oluram oduna yandığıyçün [6, s.249] 
Aşağıda təqdim edilən beytlər də anafora əsasında qurulan beytlərdir. 
Can ki sirab oldı ana bən necəsi can deyəm, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə