Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə114/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   110   111   112   113   114   115   116   117   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
303
know  intermediality  is  considered  a  part  of  postmodern  novels  too.  Julian 
Barnes endeavors specific aspects of intermediality in numerous novels. So, 
it is interested to investigate the creativity of Julian Barnes, especially, the 
novel  “The  Lemon  Table”  in  which  he  depicts  intermediality  in  detailed 
form. 
 The author of the paper attempts to determine the modern features of 
the novel genre and intermedial links between art and literature in the novel 
“The Lemon Table”. Using the intermedial connections in his novels, Julian 
Barnes gives his contributions to British postmodern novel.  
He  broadly  reflects  the  subtle  details  of  art,  especially,  music  on  the 
human spirit in the novel “The Lemon Table”. Julian Barnes becomes one of 
the prominent writers in British literature for his writing style. 
 
 
 
Rəyçi:                 Yeganə Abdullayeva 
                filologiya üzrə fəlsəfə doktoru, dosent  
 


Filologiya məsələləri, № 7, 2017 
 
304
SƏLTƏNƏT ƏLİYEVA 
AMEA Nizami adına Ədəbiyyat İnstitutu 
selteneta@gmail.com 
 
QAZİ BÜRHANƏDDİN QƏZƏLLƏRİNDƏ BƏDİİ TƏKRİR  
VƏ NÖVLƏRİ 
 
Açar  sözlər:  Bədii  təkrir,  emosianallıq,  ekspressivlik,  poetic  fiqur,  üslub, 
ahəng  
Key  words:  Artistic  repetition,  emotionalism,  expressiveness,  poetical 
figure, style, harmony. 
Ключевые  слова:  художественный  повтор,  эмоциональность, 
экспрессивность, поэтические фигуры, стиль. гармония. 
 
Söz  ustadlarının  sənətkarlığını  nümayiş  etdirən  bədii  ifadə 
vasitələrindən biri də divan ədəbiyyatında geniş istifadə olunan bədii təkrir 
və  onun  müxtəlif  növləridir.  Bədii  əsərə  xüsusi  ahəng  verən,  dinamikliyi, 
musiqililiyi  gücləndirən,  ritmikliyi  artıran  bu  bədii  ifadə  vasitəsinin 
növlərinə  poetik  fiqurlardan  yaradıcılığında  məharətlə  yararlanan  XIV  əsr 
şairi  Qazi  Bürhanəddin  “Divan”ında  da  rast  gəlinməkdədir.  Qəzəllərinin 
əksəriyyətində müxtəlif formalarda və müxtəlif funksiyalarda tətbiq olunan 
bu poetik fiqurun Q.Bürhanəddin, demək olar ki, bütün növlərindən: anafora, 
epifora,  qoşalaşma və  ya  geminasiya, reduplikasiya, epimona  və  s.dən tez-
tez  istifadə  edərək  qəzəllərinin  emosianallığını,  ritmikliyini  daha  da 
yüksəltmiş, bununla da fikrinin daha axıcı, ahəngdar və təsirli ifadəsinə nail 
olmuşdur.  Burada  bir  məsələni  də  qabartmaq  istərdik:  təkrir  klassik  yazılı 
ədəbiyyatla yanaşı, ilk əvvəl qədim şeir mədəniyyətimizin ilkin örnəyi olan 
şifahi  xalq  yaradıcılığında  da  geniş  işlənmişdir.  Belə  ki,  “Kitab-Dədə 
Qorqud” dastanında biz həm səs – touzi və ya alliterasiya və assonans, həm 
də  söz  və  ifadə  təkrarlarının  birgə  -  kompleks  şəkildə  bir  ritmiklik 
yaratdığının  da  şahidi  oluruq  və  bu  dastanın  bütün  boylarında  müşayiət 
olunur.  Təkcə  bu  faktın  özü  təkririn,  eyni  zamanda  da  paralelizmin  hələ 
şifahi xalq ədəbiyyatının yarandığı dövrdən belə çoxfunksiyalılığını bir daha 
sübut edir: 
Mərə dini yoq, ağılsız kafir! 
Ussı yoq, dərnəksiz kafir! 
Qarşu yatan qarlu qara dağlar 
Qarıyubdur, otı bitməz. 
Qanlu-qanlu irmaqlar 
Qarıyubdur, suyı gəlməz. 
Şahbaz-şahbaz atlar 


Filologiya məsələləri, № 7, 2017 
 
305
Qarıyubdur, qulın verməz. 
Qızıl-qızıl dəvələr 
Qaruyubdır, köşək verməz. 
Mərə kafir, Qazanın anası 
Qarıyubdur, oğul verməz. [1, s.48] 
Bir  sıra  tədqiqatçıların  qeydlərinə  əsasən,  hələ  ən  qədim  şifahi  xalq 
ədəbiyyatı  nümunələrində  qafiyənin  tam  formalaşmadığı,  təkmilləşmədiyi 
zamanda  şeirdə,  təkrir  qafiyənin  oynadığı  rolu  oynamış,  həmçinin  türk 
poeziyasında  qafiyənin  formalaşmasında  da  mühüm  mövqeyə  malik 
olmuşdur.  Belə  ki,  “Qədim  türk  poetik  abidələrinin  hamısında  qafiyə  söz 
təkrarlarından  və  sintaktik  paralelizmdən  doğan  şəkilçilərin  qeyri-ixtiyari 
nəticəsi  kimi  meydana  gəlir.”  [2,  s.44]  Bundan  başqa,  “Qurani-Kərim”in 
mətnində  təkrir  sənəti  olduqca  geniş  işlənmiş  və  klassik  bəlağət  alimləri 
“Quran”da işlənən təkririn incəliklərini bu və ya digər yöndə araşdırmışlar.” 
[3, s.56] Şübhəsiz ki, bu amil klassik poeziyaya öz təsirini göstərmiş, ustad 
sənətkarlar  poeziya  nümunələri  yaradarkən  bu  incəliklərdən  də 
faydalanmışlar.  Klassik  Şərq  poeziyası  və  eləcə  də  şifahi  xalq  ədəbiyyatı 
elementlərinin  qovuşduğu  Qazi  “Divan”ında  bədii  təkririn  geniş  istifadəsi 
də,  bir  tərəfdən  şairin  sənətkarlıq  qabiliyyətinin,  zəngin  bədii  dil 
xüsusiyyətlərinin  göstəricisidirsə,  şübhəsiz  ki,  həm  türk,  həm  də  Şərq 
poeziya  sənətinin  özünəməxsus  ənənələri  ilə  də  sıx  bağlıdır.  Bəs, 
ümumiyyətlə,  bədii  təkrir  dedikdə  nə  nəzərdə  tutulur?  Klassik  Azərbaycan 
şeirinin  incəliklərini,  dərinliklərini  araşdırıb  üzə  çıxaran  f.e.d. 
M.Quliyevanın  “Sözün  hissi-emosianal  təsirini  qüvvətləndirmək  üçün  eyni 
sözlərin  şeirdə  təkrarlanmasına  bədii  təkrir  deyilir”  [4,  s.180],  -  fikrinə  əlavə 
olaraq demək istərdik ki, “İfadə imkanlarının zənginliyi baxımından fərqlənən 
bu  leksik-semantik  vasitə  söylənilən  fikrə  aydınlıq  gətirmək,  mənanı 
qüvvətləndirmək,  ekspressivliyi  artırmaq,  oxucunu  inandırıb  onda  güclü 
təəssürat  oyatmaq  üçün  istifadə  olunmaqla  yanaşı,  həm  də  diqqəti  lazımi 
obyektə yönəldib, musiqi ahəngdarlığı yaratmağa da imkan verir.” [5, s.74] 
 Görünür, məhz bu xüsusiyyətlərinə görə türk poeziya sənətinin mahir 
bilicilərindən olan Qazi Bürhanəddin yaradıcılığında da bədii təkrirlərə tez-
tez rast gəlinir. Şair bu poetik fiqura daha həssaslıqla və fərdi yanaşaraq onu 
öz poetik tutumuna görə digərlərindən daha çox funksiyalar daşıyan bir fiqur 
olduğunu  qabartmağı  da  yaratdığı  gözəl,  axıcı,  könül  oxşayan  poetik 
misraları  ilə  bacarmışdır.  Qazi  qəzəllərində  təkrir  emosianallıq  artırmağa, 
ahəng  yaratmağa,  ritmikliyi  daha  da  qabartmağa  xidmət  etməklə  yanaşı, 
beytə, misraya xüsusi məna çalarları da qatır. Belə ki, şairin yaradıcılığında 
biz təkririn təəccüb, təkid, israr, ah-nalə, sevinc, dəqiqləşdiricilik və s. kimi 
ekspressiv məna çalarları yaratdığının da şahidi oluruq. Bəzən də subyektin 
verilən fikrə münasibəti məhz təkrir vasitəsilə üzə çıxır. Bununla da bu bədii 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə