Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə105/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   101   102   103   104   105   106   107   108   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
281
başlıqlar altında daxil olan hekayələrdə göstərməyə çalışmışdı. “Vergi” adlı 
hekayədə  əhalidən  vergi  yığıldığını  və  xalqın  zülm  altında  inlədiyini 
görürük.  Vergi  borcuna  görə  pristav,  yasavullar  tərəfindən  Avanes  adlı  bir 
yaşlı  kişinin  ətrafdakı  insanların,  nəvəsinin  gözləri  qarşısında  amansızca 
döyülməsi,  incidilməsi  oxucuya  bir  çox  məqamlardan  xəbər  verir.  Avanes 
milliyyətcə erməni olsa da, Xan qızı mərhəmətini ondan da əsirgəmir, çünki 
humanist bir insan olaraq gördüyü mənzərə onun ürəyini titrətmişdi. Natəvan 
məsələyə  laqeyd  yanaşmayaraq  vergi  borcunu  ödəməklə  və  hökmü  ilə 
Avanesi  xilas  edir.  Hekayədə  cərəyan  edən  hadisələr  təkcə  bununla 
yekunlaşmır. Belə ki, Xan qızının işarəsi ilə hadisə yerinə toplaşan camaat 
pristavı, yasavulları yerə yıxıb döyür. Əsərin bu hissəsində çar məmurlarının 
Xan qızının zəhmindən çəkindiklərini və onunla ehtiyatlı olduqlarını aydın 
görmək  olar.“Su  dərdi”  hekayəsində  Natəvanın  başqa  bir  xeyirxah  əməli 
göstərilir.  Belə  ki,  qadınların  uzaqlardan  min  bir  məşəqqətlə  şəhərə  su 
gətirməsinə Xan qızı biganə qalmır. Həmşəhərlilərinin susuzluq problemini 
həll  etmək  üçün  ətrafına  xeyli  sayda  adam  toplayaraq  birbaşa  özünün 
nəzarəti  altında  Xələfli  kəndindən  bir  qədər  aralı  yerləşən  Sarıbaba 
bulağından  şəhərə  su  kəməri  çəkdirir  və  onun  bu  addımı  əhali  tərəfindən 
böyük  rəğbətlə  qarşılanır.  Göründüyü  kimi  Xan  qızı  təkcə  əhaliyə  yardım 
etməklə  kifayətlənməmiş,  bağlar  saldıraraq,  yol  çəkdirərək,  məktəb  binası 
tikdirərək  və  s.  işlər  görməklə  Şuşa  şəhərinin  abadlığı  ilə  də  məşğul 
olmuşdu.1873 - cü ildə çəkilən “Xan qızı bulağı” ilə bağlı maraqlı faktlardan 
biri  də  odur  ki,  üç  illik  gərgin  əməkdən  sonra  bulağın  açılışı  ilə  əlaqədar 
olaraq el bayramı təşkil olunmuşdu və bu bayram zamanı “Dərviş” təxəllüslü 
Təbriz  şairi  yoldan  keçərkən  şadyanalığa  qatılmış  və  onun  dediyi  şeir 
bulağın  daşında  öz  əksini  tapmışdır.  Daha  sonralar  bu  şeir  parçası  daş 
üzərindən  silinsə  də,  Ə.Cəfərzadə  Şuşadan  Bakıya  qayıdarkən  həmin  şeiri 
tapıb şuşalılara göndərir və şeir parçası yenidən daş üzərinə yazılır. “Şairə” 
hekayəsindən məlum olur ki, hər həftənin cümə axşamı günü xanımın evində 
dilək günü olub. Sədəqə verməklə məşğul olan Xan qızının yaşadığı imarət 
bir  növ  “Aman  evi”  idi.  Diləyi  olan,  köməyə  ehtiyacı  olan  hər  kəs 
malikanəyə yaxınlaşıb istəyini bildirirdi və Xan qızı bacardığı qədər yardım 
edirdi.  Bu  haqda  hekayədəki  obrazlardan  birinin  dili  ilə  verilmiş  parçaya 
nəzər yetirək: “Yox, bu nağıl döyü, mən özüm keçənlərdə bir cümə axşamı 
Qalaya getmişdim. Vallah, axşam azanı, imarətin qabağında bir bölük əlsiz-
ayaqsız  vardı.  Dedim  “bu  nə  mərəkədi?”  Dedilər  ki,  Xan  qızı  hər  cümə 
axşamı kasıb-kusuba, füqəraya qənddən, undan paylatdırır. Özü də üstündə 
durub göz qoyur ki, heç kəsi incidib, əliboş qaytarmasınlar.” (1,476) 
Həyatda nakam sevgi yaşayan el anası Natəvan bir - birini sevən neçə 
gəncin  qovuşmasına  nail  olmuşdu.  “Elçi”  hekayəsində  Rəşidlə  Dilarənin, 
“Ağdam yolunda” hekayəsində Əzizlə Sərvnazın, “İki arzu” hekayəsində isə 


Filologiya məsələləri, № 7, 2017 
 
282
Surxayla  Gülzamanın  evlənib,  xoşbəxt  olmalarına  səbəbkar  olması  son 
dərəcə  təsirli  şəkildə  təsvir  edilir.“Ağdam  yolunda”  hekayəsində  diqqəti 
çəkən  səhnələrdən  biri  də  sevdiyi  insana  nişanlanan  Sərvnazın  istəmədiyi 
başqa  biri  tərəfindən  qaçırılmasıdır.  Yazıçı  əsrlərdən  gələn  bu  bəlanı 
əsərində bir daha gündəmə gətirərək oxucunun nəzərinə çatdırır və Natəvanı 
xilaskar  obrazında  təqdim  edir.  XIX  əsr  olmasına  baxmayaraq,  köləlik 
qanununun hələ də qaldığını, cəmiyyətdə kişilərin istəyinin əsas olmasını və 
qadınların  sevmək,  seçmək,  istədiyi  insana  ərə  getmək  hüquqlarının 
olmadığını, belə bir hüququn onlardan çox uzaq, əlçatmaz olduğunu görürük. 
Hekayənin sonunda Xan qızının gəlin köçən Sərvnaza xeyir - dua verdikdən 
sonra  “Get,  bala  hamımızın  əvəzində  xoşbəxt  ol!”  deməsi  əslində  çox 
məqamlardan  xəbər  verirdi.  Təkcə  bu  ifadənin  altında  neçə  məna  yatırdı. 
Çoxları elçi qəbul etmək məsələsində ixtiyarı Natəvana vermişdi. Hekayədən 
məlum olur ki, Qarabağda elçilikdə Natəvanın adının çəkilməsi qürurverici 
amil  imiş.  Gəlinlər  “Mənim  elçim  Xan  qızı  olub”  -  deyə  fəxr  edərmiş. 
Azərbaycan  tarixində  müsbət  keyfiyyətlərə  malik  qadın  kimi  yadda  qalan 
Xan  qızı  obrazını  yazıçı  qürur  hissi  ilə  qələmə  alır.  Hətta  bəzi  tənqidçilər 
yazıçının  bu  obrazı  işləyərkən,  onu  müasirləşdirməkdə  həddən  çox  ifrata 
varıldığını  bildirmişdilər.  "Böyük  ana,  şair  və  vətəndaş"  adlı  məqaləsində 
Məsud  Əlioğlu  Natəvan  obrazının  müasirləşməsində  ifrata  varıldığını 
söyləməklə  yanaşı,  əsəri  təqdirəlayiq  hesab  etmişdi:  “Müəllif  Natəvanı 
dövrünün  gözüaçıq,  mədəni  və  tərəqqipərvər  xadimi,  xalqının  vətənpərvər 
qızı  kimi  də  öz  oxucusuna  sevdirə  bilir.  Əzizə  bu  hekayələrində  başlıca 
olaraq  Natəvanın  şəxsi  həyatı,  bədii  yaradıcılığı  və  ictimai  xidmətləri  ilə 
əlaqədar təfərrüatlardan çox zaman da şair haqqında yayılmış və mənbəyini 
real həqiqətdən alan rəvayətlərdən istifadə etmişdir. Əlbəttə, həyati cizgilər, 
tarixi məlumat və faktik sənədlər lazımi qədər zəngin olmadığından müəllif, 
yeri  düşdükcə  sərbəst  təxəyyülə  də  meydan  vermişdir.  Bu  üsul  müəyyən 
hallarda müvəffəqiyyətlə nəticələndiyi kimi, bəzən ciddi təhriflərə də gətirib 
çıxarmışdır.  Natəvanın  şəxsi  həyatında  özünü  yalqız,  kimsəsiz  hiss  etməsi, 
yaşayışının  qüssə  və  iztirab  içərisində  keçməsi,  həqiqi  xoşbəxtliyə  məxsus 
gözəlliklərdən məhrum olması və s. motivləri əsaslandırarkən müəllif canlı 
həqiqətlərə  istinad  etmişdir.”  (5,22).  Fikrimizcə,  bu  addımı  tarixi  mən-
bələrdən  bəhrələnən  yazıçının  bədii  təxəyyülünün  məhsulu  kimi  dəyər-
ləndirmək  daha  doğru  olardı.  Xan  qızı  –  Natəvan  yazıçının  həyat  nümu-
nəsinə çevrilmişdi, bəlkə də bu obrazın müasirləşməsinin səbəblərindən biri 
də  bu  idi.  Hər  iki  ədəbiyyat  nümayəndəsinin  ömür  yoluna  nəzər  salanda 
onları birləşdirən bənzər həyat hekayələrinin olduğunu görürük.  
Beləliklə,  onu  da  qeyd  edək  ki,  bu  ilk  və  həcmcə  kiçik  ədəbi-tarixi 
məzmunlu əsərində onlarla tarixi roman və povestlər yazmış Ə.Cəfəzadənin 
tarixi  romançılıq  ənənələrinin  rüşeymlərini  görmək  mümkündür.  Yazıçı 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə