Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə102/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   98   99   100   101   102   103   104   105   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
274
 
Gulshen Agabey 
Development ways of satiric poetry in 30-40s of the XX century 
Summary 
 
In the article appearance forms of Sabir satiric poetry traditions of the 
period of sosrealism are analyzed. It is noted that as there was no condition 
for the development of satire in the period of sosrealism and there was no 
satiric publication satire could not maintain its former way of development. 
However, in the new stage satiric development did not completely part from 
Sabir tradition, but entered a new stage.  
During this stage A. Javad, S. Vurgun, A. Vahid, S. Rustam, M. Ra-
him,  M.  Dilbazi,  and  others’  some  poems  with  ciritical  pathos  were 
published.  Though  those  poems  did  nor  have  public  essence  as  Sabir’s 
poems, they targeted the society’s and separate people’s faulty sides. 
 
 
Rəyçi: Bədirxan Əhmədov professor  


Filologiya məsələləri, № 7, 2017 
 
275
            AYNA BABAZADƏ 
Xəzər Universiteti 
babazade-ayna@mail.ru 
 
ƏZİZƏ CƏFƏRZADƏNİN “NATƏVAN HAQQINDA HEKAYƏLƏR” 
SİLSİLƏSİNDƏ XAN QIZI OBRAZI 
 
Açar sözlər: Xurşidbanu Natəvan, Qarabağ mühiti, Xan qızı obrazı, iki arzu 
Key  words:  Khurshidbanu  Natavan,  Karabakh  environment,  the  image  of 
Khan's daughter, two dreams. 
Kлючевые слова: Хуршудбану Натаван, Карабахской среды, образ 
дочери хана, две мечты 
   
Azərbaycan ədəbiyyatında tarixi əsərlər oxucular tərəfindən hər zaman 
böyük maraqla qarşılanan və tədqiq olunan əsərlər olmuşdular. Məlumdur ki, 
tarixi  janra  müraciət  M.S.Ordubadi,  Y.V.Çəmənzəminli  ilə  başlamışdır. 
Keçən  əsrin  60-ci  illərində  Ə.Cəfərzadə,  İ.Şıxlı  və  b.  bu  janra  yenidən 
müraciət  edərək  onu  canlandırmışdırlar.  Daha  sonralar  Ə.Cəfərzadə  silsilə 
tarixi əsərlər yazaraq Azərbaycan ədəbiyyatı tarixində önəmli yer tutmuşdur.  
Ə.  Cəfərzadənin  ilk  tarixi  əsəri  -"Natəvan  haqqında  hekayələr"  bu 
baxımdan  maraqlıdır.  Silsilənin  ilkin  variantı  1963-cü  ildə  ayrıca  kitabça 
kimi  çap  olunmuş,  1968-ci  ildə  isə  yenidən  çap  edilərkən  bəzi  hekayələr 
əlavə  edilmişdir.  Bu  əsər  həm  tarixi  mövzusu,  həm  də  gələcəyin  tarixi 
romançısının  ilk  əsəri  olmaq  baxımından  çox  maraqlıdır.  Ona  görə  ki, 
yazıçının  başqa  əsərlərindən  fərqli  olaraq  az  tədqiq  olunmuşdur.  Məqalədə 
biz  bu  boşluğu  doldurmağa  çalışmaqla  yanaşı,  həm  də  yazıçının  ilk  tarixi 
əsər təcrübəsini təhlil etməyə çalışacağıq. 
Ə.Cəfərzadənin  “Natəvan  haqqında  hekayələr”  silsiləsinin  mərkəzi 
obrazı Xan qızıdır. O, bu obraz vasitəsilə həm də şair X.Natəvanın həyatı, 
taleyi  və  xalqın  tarixi  keçmişini,  XIX  əsr  Qarabağ  mühiti  ilə  tanış  edir. 
X.Natəvan el arasında “Xan qızı”, sarayda isə “Dürrü yekta” (tək inci) adı ilə 
tanınmışdı.  O, Azərbaycan  tarixində, həm də ədəbiyyatında  dərin  iz qoyan 
şair,  gözəl  rəssam,  xəttat,  ictimai  xadim,  eyni  zamanda,  xeyriyyəçi  kimi 
tanınır. Əsərlə bağlı Məsud Əlioğlu, Bəylər Məmmədov, İfrat Əliyeva, Arif 
Zeynallı kimi ədəbiyyatşünasların məqalələri dərc edilmişdir. Dörd başlıqda 
toplanmış  15  hekayədə  Natəvan  şəxsiyyətinə  müəllif  qayəsi  ifadə  olunur. 
Yazıçı bu obrazı müxtəlif rakurslardan- Xan, Şair, Ana və xeyriyyəçi kimi 
canlandırır. Silsiləyə müxtəlif başlıqlar adı altında daxil olan hekayələr şairin 
həyatının müxtəlif dönəmlərini əks etdirir.  
Tarixdən məlumdur ki, Xan qızı hər kəsə yardımsevər əlini uzatsa da, 
Qarabağda  ona  münasibət  birmənalı  olmamışdır.  Onun  xeyirxahlıq 


Filologiya məsələləri, № 7, 2017 
 
276
addımlarına paxıllıqla yanaşıb, gözü götürməyən, etdiyi əməlləri fərqli tərəfə 
yozan  və  ona  qara  yaxaraq  adına  söz  çıxaranlar  da  var  idi.  Yazıçı 
“Qırxbuğum”  adlı  hekayəsində  bu  məqama  toxunur.  Xan  qızının  qəlbinin 
pıçıltılarına  diqqət  yetirək:  “Bir  deyil,  iki  deyil,  hansına  çarə  eləyəcəksən? 
Əlində malı-pulu olanlar, imkan sahibləri eyşü - işrətdə, kefdə, qumarda.... 
Bir gecədə kim nə qədər uduzursa, onunla fəxr edir. Kim ova daha çox tazı 
aparırsa, kimin tulası daha baha qiymətə alınıbsa, onunla öyünür. Kim Tiflis 
əyyaşxanalarında  daha  çox  qızıl  qoyub  gəlibsə  onunla  lovğalanır.  Gecələri 
sübhədək  çəngilərə  çəpik  çalırlar.  Xalq  isə....Yazıq  bəyim,  bir  sən  nə  edə 
bilərsən?  Etdiyini  nə  gözdə  görən  var,  nə  bir  qara  pulcan  qiymət  qoyan. 
Gənc idin - gəncliyinə, gözəldin - gözəlliyinə, cəsurdun - igidliyinə, indi də 
hatəmliyinə qibtə edirlər....” (1,471) 
“Şairə”  adlı  hekayədə  göyərçinlə  göndərilən  iftira  dolu  məktub  Xan 
qızını  çox  sarsıdır.  "Bu  insanlar  kimlər  idi?",-  sualına  cavabı  xəstə  yatmış 
Natəvanı baş çəkməyə gələn şairənin qoca müasiri Mirzə Sadıq Piran deyir: 
“ - Həm də bir düşün, bəyim, sənə irad tutanlar, sənin hakimlərin kimlərdir? 
Allahın böyük neməti olan istedadı - şeri xum küpü içində gömüb məhv edən 
şairmi? İki gecə-gündüz yuxu bilmədən bir oturuma yüzlərlə manatı, xalqın 
alın  tərindən  yığılan  tövculəri  qumara  uduzan,  üzünün  bir  əzələsi  də, 
titrəmədən dərhal qumar kürsüsündən qalxıb ova atlanan “Yekəpər”mi? Hər 
obada,  hər  oymaqda  bir  gəlini  gözü  yaşlı  qoyub,  başqasına  siğə  edən 
əyyaşmı?  Sən  bunlaramı  özünü,  öz  əməllərini  qurban  verirsən?  Bütün 
Qarabağın, bütün bir elin fəxr etdiyi şairə Natəvan- Xan qızı, mən səni belə 
zəif bilmirdim”. (1,482) 
Bir  qrup  Qarabağ  bəylərinin  Xan  qızı  ilə  düşmənçiliyinin  başqa 
səbəbləri də var idi. Belə ki, Natəvanın sünni olan dağıstanlı Knyaz Xasay 
xanla  evliliyindən  şiə  olan  Qarabağ  bəyləri  rahatsız  olmuşdular.  Uğursuz 
evlilik yaşayan X.Natəvan Xasay xandan ayrılından sonra Qarabağ xanlığına 
yiyələnmək üçün ona elçi düşənlər olmuşdu. Ancaq Xan qızı sadə, fəqir bir 
insanla - şair Seyid Hüseynlə evlənərək fərqli addım atmışdı. Beləliklə, xan 
məsnədində oturmaq Qala kübarlarına deyil, Seyid Hüseynə qismət olmuşdu. 
Başqa bir səbəb də Natəvanın qızı Xanbikəni elçi düşən Qarabağ xanzadə, 
bəyzadələrinə  deyil,  irəvanlılara  ərə  verməsi  idi.  İrəvanlılardan  da  Şuşa 
bəylərinin  heç  xoşu  gəlmirdi,  çünki  irəvanlılar  şeirlərində  bu  bəyləri  həcv 
edirdilər. Bütün bu hərəkətləri ilə Natəvan əslində onlara dağ çəkmişdi.  
Əsərdə  qələmə  alınan  tarixi  gerçəkliklərdən  biri  Xurşidbanu  Natəvan 
ilə  dünya  ədəbiyyatının  görkəmli  nümayəndəsi  fransız  yazıçısı  Aleksandr 
Dümanın  baş  tutmuş  görüşüdür  (1858-1859).  Bu  faktı  işləyərkən  yazıçı 
A.Dümanın  “Qafqaz  səfəri”  əsərindən  də  yararlanmışdır.  “Görüş”, 
“Bibiheybət”  və  “Hədiyyə”  hekayələrində  müəllif  tərəfindən  həmin  tarixi 
fakt  bədii  şəkildə  işlənmişdir.  Şərq  aləmində  qadınların  yad  kişilərə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə