Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə99/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   95   96   97   98   99   100   101   102   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
266
Sabuhi Ibrahimov 
Samples of artistic creativity of nakhchivan’s prominent  
cultural workers in texts 
Summary 
 
The paper contains a detailed analysis of various achievements made 
by generations of the Nakhchivan intelligentsia, bright representatives of the 
scientific  world,  whose  creative  activities  has  been  developing  in  all 
directions.  It  can  be  asserted  on  the  basis  of  important  information  from 
sources  that  there  existed  traditions  in  Nakhchivan  associated  with  artistic 
creativity. 
 
 
 
 
 
We believe that in the course of our research the samples of prominent 
Nakhchivan artists creativity contained in the source texts have been broadly 
covered, and their positive qualities have been shown. 
 
 
 
 
 
 
 
Rəyçi:                 Əbülfəz Quliyev 
                    AMEA-nin müxbir üzvü  
 
 
 
 
 


Filologiya məsələləri, № 7, 2017 
 
267
GÜLŞƏN AĞABƏY 
   
 
 
 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
                   Gulshen_71@ mail.ru 
 
XX ƏSRIN 30-40-CI İLLƏRİNDƏ SATİRİK  
ŞEİRIN İNKIŞAF YOLLARI 
 
Açar sözlər: Sabir, satirik şeir, sosrealizm, yeni mərhələ, ənənə 
Ключевые слова: Сабир, сатирик, поэзия, соцреализм, новый 
этап,традиция. 
Key words: Sabir, satiric poetry, sosrealism, new stage, tradition 
 
  M.Ə.Sabir  ənənəsinin  davam  etdirilməsi,  hər  şeydən  əvvəl,  onun 
irsinin  təbliği,  eləcə  də  poeziyasının  mahiyyətinin  dərk  edilməsindədir.  Bu 
mənada demək olar ki, Sabir sovet dövrü şairlərinin tez-tez müraciət etdiyi 
şairlərdəndir.  Onlar  yeri  gəldikcə  Sabir  şeirlərinə  müraciət  etməklə  yanaşı, 
onun  ədəbi  irsini  öyrənir  və  təqdir  edirdilər.  Aydındır  ki,  sovet  dövründə 
M.Ə.Sabir həm də ən çox tədqiq olunan satiriklərimizdəndir. 1922-ci ildən 
başlayaraq onun ədəbi irsi həm təkrar nəşr olunma sahəsində, həm də tədqiq 
baxımından  öndə  gedir.  1934-cü  ildə  şairin  "Seçilmiş  əsərləri"inin  nəşr 
edilməsi  və  yazıçı  Seyid  Hüseynin  ona  müqəddimə  yazması  Sabir  irsinin 
tədqiqi  sahəsində  atılan  önəmli  addımlardandır.  Bundan  sonra  da  Sabirin 
bədii  irsi  araşdırma  obyekti  olmuşdur.  Əziz  Mirəhmədov,  Məmməd 
Məmmədov,  Abbas  Zamanov,  Yaşar  Qarayev,  Tərlan  Novruzov,  Alxan 
Məmmədov,  Akif  Əli  və  başqa  onlarla  tədqiqatçı  alim  Sabir  satirasının 
xüsusiyyətlərini,  strukturunu,  poetikasını,  ifadə  vasitələrini,  forma  və 
məzmunu sistemli şəkildə araşdırmışlar. Sabirin görkəmli tədqiqatçılarından 
biri  M.Məmmədov  onun  yaratdığı  ənənənin  miqyas  və  mahiyyətini 
aydınlaşdırmaq üçün gəldiyi qənaətlər diqqət çəkir: "Sabirin qüdrətli realist 
satirası  və  zəngin  ədəbi  ənənələri  bir  çox  poetik  söz  ustasının  qələminə 
istiqamət vermiş, onun başladığı işi davam etdirən satirik şairlər dəstəsinin 
yetişməsində mühüm rol oynamışdır. Sabir şeirinin həyata, ədəbiyyata təsiri 
son  dərəcə  qüvvətli  və  əhatəli  idi.  Ölməz  sənətkarın  əhatə  və  təsir  dairəsi 
doğma vətəni Azərbaycanın hüdudlarını aşmış, hələ şairin sağlığında Yaxın 
və  Orta  Şərqin  bir  sıra  ölkələrində  Sabir  yolu  ilə  gedən,  onu  özünə  ustad 
sayan onlarca şair yetişmişdir" (1, 13). 
  Bunu  da  demək  lazımdır  ki,  sovet  ədəbiyyatşünaslığı  bir  müddət 
(daha  çox  ötən  əsrin  50-ci  illərinə  qədər)  Sabir  yaradıcılığını  birtərəfli 
qiymətləndirmişdir.  Ədəbiyyatşünas  B.Əhmədov  ədəbi,  nəzəri  fikrin  bu 
yanlışlığını  belə  ifadə  edir:  "Sovet  ədəbiyyatşünaslığı  Sabir  yaradıcılığında 
inqilabi pafos, sinfi mübarizə əlamətləri axtararaq şairi bəzən inqilabçı kimi 


Filologiya məsələləri, № 7, 2017 
 
268
qələmə verməyə çalışır və onu "inqilabi satiranın banisi" adlandırır, bununla 
da onu bolşevizmə yaxınlaşdırmaq məqsədi güdürdülər. Həqiqətdə isə şairin 
yaradıcılığında  inqilabi,  xüsusilə  də  bolşevik  inqilabının  komponentlərini 
axtarmaq  onun  yaradıcılığının  məna  və  məzmununu  təhrif  etmək,  yaxud 
kiçiltməkdir" (2, 288). 
  Bununla yanaşı şair və yazıçıların hər gələn nəsli də Sabirə müraciət 
edərək  ondan  rişə,  güc  və  qüvvət  almışlar.  Bu  illərdə  yazıb  yaradan 
Ə.Cavad,  S.Vurğun,  S.Rüstəm,  R.Rza,  M.Rahim,  O.Sarıvəlli,  Ə.Cəmil  və 
başqaları Sabir yaradıcılığına yüksək qiymət vermişlər. Əlbəttə, məsələ onda 
deyil ki, sovet şairləri Sabir satirik poeziyasını nə dərəcədə təmsil etmiş və 
onu  yeni  mərhələyə  çatdırmışlar.  Aydındır  ki,  sovet  cəmiyyətinin  bu 
məsələyə  fərqli  mövqeyi  bu  şairlərin  Sabir  satirasını  yeni  mərhələdə 
layiqincə  təmsil  edə  bilməməsinə  səbəb  olmuşdur.  Yaxud  belə  də  demək 
mümkündür  ki,  yeni  tarixi  şərait  yeni  bir  Sabiri  yetişdirə  bilməmişdir;  bu 
təkzibolunmaz bir faktdır. Lakin bu da məlumdur ki, lirik, epik, fəlsəfi, təbiət 
şairlərinin hamısı Sabir yaradıcılığna bu və ya digər şəkildə müraciət etmiş, 
yeri gəldikcə şeirlərində satirik elementlərə də yer vermişlər. Hətta bu şairlər 
içərisində Sabiri özünün müəllimi hesab edənlər də olmuşdur. Sərbəst şeirin 
yaradıcılarından biri R.Rzanın yaradıcılığı ilə Sabir satirası arasında zahirən 
elə  yaxınlıq,  qohumluq  yoxdur,  ancaq  R.Rzanın  Sabir  yaradıcılığına  dönə-
dönə müraciət etməsi, eləcə də məqalələrində bu əlaqəni araşdırması çox şey 
deyir.  Şair  bir  məqaləsində  Sabirin  "Daş  qəlbli  insanları  neylərdin,  ilahi", 
yaxud  "Ey  ehtişami-milləti  talan  olan  çocuq"  şeirlərinin  "sarsıdıcı",  "qəlb 
ağrısı" ilə yazıldığını bildirirdi.  
  XX əsr satiriklərinin bir çoxu (Əli Nəzmi, Məmməd Səid Ordubadi, 
Əli Razi və b.) onun qoyduğu bu yolu özləri üçün bir məktəb hesab etmişlər. 
İstər  Sabirin  müasirləri,  istərsə  də  ondan  sonra  ədəbiyyata  gələnlərin  (istər 
lirik olsun, istər satirik!) hamısı, demək olar ki, bu yolu təqdir etmiş, onun 
müəyyənləşdirdiyi satirik zirvənin əlçatmazlığını qəbul etmişlər. Maraqlıdır 
ki,  sovet  dövründə  satiraya  qeyri-rəsmi  qadağa  qoyulmasına  rəğmən, 
M.Ə.Sabirin  tədqiqi  və  təbliği  sahəsində  bir  qədər  səxavətli  olmuşdur. 
Sovetlər  dövründə  satira  özünün  tənəzzül  mərhələsini  yaşamışdır.  Bununla 
belə, bu dövrdə yazıb yaradan bütün şairlər ya Sabirə şeirlər həsr etmiş, ya 
da Sabirə söykənərək yaşadıqları dövrü, mühiti, yaxud cəmiyyətin ayrı-ayrı 
nöqsanlarını  tənqid  etmişlər.  Bu  olduqca  əhəmiyyətli  faktdır.  Başqa  sözlə 
sovet dövründə satirik üslubda yazıb-yaradan şairlər Sabir ənənəsi üzərində 
durmuş və satirik şeirlərini yazmışlar. Sabir isə, məlum olduğu kimi tənqidi 
realizmin  ən  böyük  nümayəndəsidir.  Görkəmli  tədqiqatçı  Y.Qarayevin 
yazdığı kimi: "Bir tənqidi realist və şair-mütəfəkkir kimi Sabir realizminin 
gücünü,  hər  şeydən  əvvəl,  milli-ictimai  həyatın,  konkret  tarixi  inkişaf  və 
hərəkatın,  real  gerçəkliyin  öz  fəlsəfəsini,  qanunauyğunluq və  dialektikasını 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə