Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə96/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   92   93   94   95   96   97   98   99   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
258
“Əş-Şəqayiqün-nömaniyyə”  əsərinin  müəllifi  Baba  Nemətullahın 
adını  şeyxləri  sırasında  çəkir:  “Allah  yolunda  xidmət  edən  ariflərdən  biri, 
dərvişlik və sufiliyin fəxri olan Baba Nemətulla özünü xalqdan gizlədirdi. O, 
rəbbani (ilahi) elmlərdə dərin bilikli olmuşdur. O, Qur
,
anın digər təfsirlərinə 
müraciət  etmədən  ona  təfsir  yazmış,  orada  bir  çox  şəxslərin  dərk  etmədiyi 
incəlikləri  və  həqiqətləri  fəsahətli  ibarələr  və  bəlağətli  ifadələrlə 
aydınlaşdırmışdır.  «Gülşəni-raz»  əsərinə  təsəvvüf  təriqəti  əhlinin  hüsnü-
rəğbətini  cəlb  edən  bir  izah  yazmışdır.  O,  Qraman  vilayətinin  Akşehir 
şəhərində  yaşamış  və  orada  vəfat  etmiş,  o  şəhərdə  də  dəfn  edilmişdir». 
(Allah  onun  qəbrini  nurani  etsin)”  (6,  s.  112-113).  Dövrünün  mötəbər 
şeyxlərindən olan Baba Nemətullah 1495-ci ildə vəfat etmişdir. 
Naxçıvana  dair  mövcud  olan  əlyazma  mətnləri  tarixindən:  onların 
yaradıcıları,  sifarişçiləri,  mövzuları  haqqında  danışarkən  Azərbaycan  milli 
mədəniyyətinin  zirvəyə  qalxdığı  XVI  əsr  Səfəvilər  imperiyasının  əsasını 
qoyan  görkəmli  dövlət  xadimi,  sərkərdə  və  şair  Şah  İsmayıl  Xətainin 
yaratdığı vahid dövlətin ədəbi-bədii yaradıcılıq nümunələrindən danışmamaq 
mümkün  deyil.  Bu  dövlət  əsrlərdən  bəri  təşəkkül  tapmış  elm  və 
mədəniyyətimizin, dövlətçiliyimizin məntiqi nəticəsi idi.  
Səfəvilər  Naxçıvanın  siyasi  nüfuzunun  artmasına  təsir  göstərmişlər. 
Naxçıvana  dair  əlyazmaların  tədqiqi  zamanı  bir  daha  bunun  şahidi  oluruq. 
Həmin  dövrün  görkəmli  nümayəndələrindən  biri  Məhəmməd  Münşi 
Ordubadi olmuşdur. “Məhəmməd Münşi Ordubadi – Mirzə Məhəmməd Şah 
İsmayıl  Səfəvinin  yaxın  adamlarından  olmuş  və  Şah  Abbas  dövründə 
yaramaz işlərinə görə cəzalandırılmışdır. O, nəsrdə və nəzmdə məharətli idi. 
Aşağıdakı beyt ondandır:  
 
Şövqdən dilbər məktubunu xəbərçidən alanda, 
 
İtirdim huşu, bilmədim nə yazılmışdır onda” (6, s. 516).  
Həmin dövrün digər məşhur qələm sahibi, münşilik təcrübəsi almış, 
yaradıcılıq  istedadı  ilə  “Tuğrayi-şahi”  adlanan  xətt  yazının  ixtiraçısı  Ətiq 
Ordubadi  olmuşdur.  “Ətiq  Ordubadi  –  Xacə  Ətiq  səlis  qələm  sahibi 
olmuşdur. O, Şah İsmayılın dəftərxanasında münşilik təcrübəsi alıb, inkişaf 
etmiş,  hal-hazırda  işlədilən  tuğrayi-şahi  adlanan  yazını,  o,  ixtira  etmişdir. 
Xacə Ətiq dəftərxanadakı vəzifəsini tərk etdikdən sonra Məşhəd məqbərəsi 
ziyarətgahının  işlər  müdiri  olmuş,  uzun  müddət  orada  yaşayaraq,  Şahrux 
mədrəsəsi  yanında  özü  üçün  yüksək  bir  məqbərə  tikdirmişdir”  (6,  s.  392). 
Həmçinin  Ə.Mirəhmədov  yazır:  “Tuğra  xəttinin  ixtiraçısı  Şah  İsmayıl 
Xətainin katibi ordubadlı Xacə Ətiq Münşi olmuşdur” (2, s. 47). 
XVI  əsr  Naxçıvana  dair  əlyazmaların  tarixi  kökləri  daha  da  zəngin 
xarakter  almışdır.  Belə  ki,  Naxçıvanın  o  dövrkü  dahi  şəxsiyyətləri  təliq  və 
şikəstə  xətlərinə  üstünlük  vermiş  və  bu  xətlərlə  öz  yaradıcılıq  sahələrini 
inkişaf etdirmişlər. Məhz bu şəxslərdən biri də Mirzə Kafi olmuşdur. “Kafi – 


Filologiya məsələləri, № 7, 2017 
 
259
Mirzə Kafinin nəsli alimlər sultanı Xacə Nəsrəddinə çatır. Onun ulu babaları 
Azərbaycanda həmişə qazı və şəriət başçısı, özü isə elm, hünər sahibi, münşi 
və xoş söhbət bir şəxs olmuşdur. Mirzə Kafi təliq və şikəstə xətlərini yaxşı 
yazardı.  O,  Xacə  Məhəmmədibəydən  sonra  münşi  təyin  edilmişdir.  Bu 
vəzifədən əlavə o, hökmdarın nədimi və həmsöhbəti olmuşdur. Mirzə Kafi 
hicri qəməri 969 (1561) - cu ildə Qəzvində vəfat etmiş və Məşhəd şəhərində 
dəfn  edilmişdir.  O,  vəfat  etdikdən  sonra  münşilik  yenə  Məhəmmədibəyə 
tapşırılmışdır. Məhəmmədibəy iki il bu vəzifədə işləmişdir” (6, s. 450).  
XVI əsrdə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda 
da  miniatür  sənəti  dünya  miniatür  sənətinin  zirvəsinə  qalxdı,  bu  da  öz 
növbəsində Naxçıvana dair bədii tərtibatlı əlyazma kitablarının inkişafına təkan 
verdi. Bu dövrdə Azərbaycanın digər bölgələri kimi, Naxçıvan mədəniyyətinin, 
xüsusilə bədii tərtib və təsviri sənətin sintezi dövrü adlanmışdır ki, bunların əsas 
nümunəsi  də  əlyazma  kitabları  idi.  Həmin  vaxtda  şifahi  xalq  yaradıcılığı 
nümunələri,  aşıq  yaradıcılığı,  nağıllar  və  dastanlar  yazıya  gətirilib 
əbədiləşdirilir,  xalçaçılıq,  toxuculuq,  memarlıq  və  s.  sənət  sahələrindəki 
ənənəvi  bədii  təsvirlər,  naxışlar,  həndəsə  və  bitki  ornamentləri  kağızlarda, 
kitablarda  əks  etdirilirdi.  Sənətkarlıqla  yanaşı  bədii  yaradıcılıq  nümunələri 
də  Naxçıvan  üçün  böyük  səciyyə  daşıyırdı.  Əlyazma  əsərlərinin  qorunub 
saxlanılması  günün  ən  aktual  məsələlərinə  çevrilmişdir.  O  dövrün  ədəbi 
mühiti  Naxçıvan  üçün  olduqca  zəngin  xarakter  daşıyırdı.  Az  bir  müddət 
ərzində bu ədəbi mühitin Sadiq Ordubadi kimi yaradıcı fəaliyyətlə bağlı olan 
“Xaqani-cənnət məkan” ədəbi şeir məclisində şairlik etmişdir.  
Bu  haqda  daha  geniş  “Xülasətül-əşar”  əsəri  məlumat  verir:  “Sadiq 
Ordubadi – Mirzə Sadiq Mirzə Kafinin qardaşıdır. O öz şirin söhbəti, gözəl 
rəftarı,  təmiz  əxlaqı  və  xoş  xisləti  ilə  məşhur  olaraq,  «Xaqani-cənnət 
məkan»ın  («Behiştdə  yeri  olan  xaqanın»)  məclisində  şairlik  edərdi.  Mirzə 
Sadiq  hicri  qəməri  970  (1562)  -  ci  ildə  Hindistana  getmiş  və  hal-hazırda 
(hicri qəməri 988/1580) Dəkəndə yaşayır və Hindistan camaatı onun bilik və 
yaradıcılığından  faydalanır.  O,  Cəlaləddin  Dəvvaninin  və  Əbdürrəhman 
Caminin «Tövhid» haqqında dedikləri rübailərə cavab olaraq, bir neçə rübai 
demiş  və  bu  iki  şairin  şeirlərini  izah  etmişdir.  O,  həqiqətən  də  bu  şerləri 
ariflik  zövqilə  yazmışdır.  Mirzə  Sadiq  rübai  janrına  digər  şer  janrlarından 
artıq  rəğbət  göstərmişdir”  (6,  s.  317-318).  Görünür  “Xülasətül-əşar”  əsəri 
yazılan  zaman  Sadiq  Ordubadi  hələ  həyatda  yaşayırmış  və  yaradıcılıq 
fəaliyyətin davam etdirirmiş.  
“Sadiqinin  «Məcməül-Xəvas»  əsərində  deyildiyinə  görə  Mövlana 
Mirzə Sadiq həcv deməkdə də məharətli idi. Vaxtilə Mirzə Sadiq Məşhəddə 
Həzrəti İmam Rza əleyhis-salamın ziyarətgahında olan seyidləri həcv etmiş, 
buna  görə  də  Mirzəni  oradan  qovmuşlar.  «Həft-iqlim»  və  «Sübhi-gülşən» 
əsərlərində onun haqqında deyilir: “Dəkəndə Mürtüza Nizamşah tərəfindən 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə