Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə95/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   91   92   93   94   95   96   97   98   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
255
     33 senelik.” 
...”Gazetenin ismi “Sabah”, efendi ağa, 
10 Rebiülahır 1327. 
Numero 7038. 
Sahibi-imtiyazı Mihran.” 
Asri Yusuf sordu: 
“-Vay, sahibi Ermeniymiş?” 
“- Ermeni-mermeni,  
oku, İhsan bey...” 
(...Fransızcayi Türkce gibi okudu) 
“...-eskidən İstanbulda, Beyoğlunda gavur dükkancılar 
Frenkce de yazarlardı levhalarına. 
Bak yasak etdiler bunu, iyi oldu. 
Türkce yazmalı türkün ekmegini yiyenler”(6, 303-304) 
 ...Bütün  ziddiyyətlərinə,  siyasi  əqidəsinə,  səhvlərinə  baxmayaraq, 
qeydlərimizi  ölməz  şairin  dostlarından  biri,  keçmiş  kommunist  Zəkəriyyə 
Sərtəlin  sözləri  ilə  yekunlaşdırmaq  istərdik:  “Puşkin  Rusiyanı,  Şekspir 
İngiltərənin  necə  şöhrətləndirmişsə,  Nazim  Hikmət  doğma  Türkiyəni 
onlardan da artıq dərəcədə məşhurlaşdırmışdır.”  
 
Ədəbiyyat 
 
1. Az.Wikipediya.org/wiki/ Nazim Hikmət. 
2. R.Təhməzoğlu “Nazim Hikmətin yaradıcılığında Şərq”, Bakı, “Təhsil”, 
2007 
3. Ə.Rəsulov “Türk sənədli -bədii nəsri” Bakı, “Elm”, 2004 
4. Zəkəriyyə Sərtəl “Mavi gözlü dev” İstanbul,Can Sanat Yayaınları,2.ci nəşri, 
2016. 
5. . Nazim Hikmet. Yazıları.Deneme.İstanbul, 1976 
6. Nazim Hikmet. “Memleketimden insan menzereleri”, İstanbul, YKY, 2016 
 
Тофик Юсифов 
Публицистика Назима Хикмета 
Резюме 
 
 В  статье  анализировано  и  систематизировано  публицистическое 
творчество великого турецкого поэта, драматурга, прозаика и политика 
Назыма Хикмета. 90% его произведений и по жанру, и по характеру, и 
по  сущности  относятся  к  публицистике.  В  данной  научной  статье 
обобщены его ранние публицистические статьи в тогдашних газетах и 
журналах,  как  «Айдынлык»,  «Ресимли  ай»,  «Акшам»,  «Дан»  и  др.  В 


Filologiya məsələləri, № 7, 2017 
 
256
статье его публицистическое творчество анализируется в 2-х периодах: 
турецкого  и  советского  периода,  до  1951  года,  с  1951  до  1963  года 
соответственно. Автор ведет параллели вокруг понятии публицистики, 
которой как таковой нет в отдельности и упоминается лишь в особых 
моментах в составе литературной терминологии в виде «дюзязы». 
  
                Tofig Yusifov 
Publicism of Nazim Hikmet 
Summary 
 
  The  article  analyzes  and  systematizes  the  publicistic  works  of  the 
great  Turkish  poet,  playwright,  prose  writer  and  politicianNazim  Hikmet. 
90%  of  his  works  both  in  genre,  and  in  nature,  and  in  essence  refer  to 
journalism. This scientific article summarizes his early journalistic articles in 
the  then  newspapers  and  magazines,  like  Aydinlik,  Resimli  Ay,  Aksham, 
Dan,  and  others.  In  the  article  his  journalistic  work  is  analyzed  in  two 
periods:  the  Turkish  and  Soviet  Period,  until  1951,  from  1951  to  1963, 
respectively.  The  author  draws  parallels  with  the  notion  of  journalism, 
which, as such, is not separate and is mentioned only in special moments in 
the composition of literary terminology in the form of "duzyazi." 
 
 
Rəyçi:                       Dürdanə Tahirova 
                     filologiya üzrə fəlsəfə doktoru, dosent 


Filologiya məsələləri, № 7, 2017 
 
257
SƏBUHİ İBRAHİMOV 
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent 
AMEA Naxçıvan Bölməsi  
Email: s.ibrahimov71@mail.ru 
 
MƏTNLƏRDƏ NAXÇIVANIN GÖRKƏMLİ SƏNƏT  
ADAMLARININ BƏDİİ YARADICILIQ NÜMUNƏLƏRİ 
 
Açar sözlər: Naxçıvan, əlyazma, mətn, bədii, yaradıcılıq, nümunələr. 
Ключевые  слова:  Нахчыван,  рукопись,  текст,  художественный, 
творчество, образцы. 
Key words: Nakhchivan, manuscript, text, art, creativity, samples. 
 
Naxçıvana  dair  əlyazmaların  əsas  xüsusiyyətlərindən  biri  də  ondan 
ibarətdir ki, hər hansı dövrdən asılı olmayaraq silsilə şəklində yazılan əsərlər 
ardıcıl olaraq davam etmiş və XIX-XX yüzilliklərə gəlib çatmışdır. XV əsrin 
tanınmış arif və şeyxlərindən biri də Baba Nemətulla Naxçıvani olmuşdur. 
Onun  yaradıcılıq  fəaliyyəti  olduqca  genişdir.  Bu  haqda  məlumat  verən 
M.Tərbiyyət  öz  “Danişməndani-Azərbaycan”  adlı  təzkirəsində  “Əş-
Şəqayiqün-nömaniyyə”  kitabından  nəql  edərək  yazır:  “Baba  Nemətulla  – 
Şeyx Mahmud Naxçıvaninin oğlu, hicri qəməri IX (XV) əsr ariflərindən və 
şeyxlərindəndir. Baba Nemətulla təxminən hicri qəməri 900 (1449) - cu ildə 
Beyzavinin Qur
,
an təfsirinə haşiyə, eləcə də Möhyəddinin «Füsusül-hikəm» 
(«Hikmətin  qiymətli  daşları»)  əsərinə  haşiyə  və  əlavə  yazmışdır.  O,  hicri 
qəməri  901  (1450)  -  ci  ildə  Qur
,
ana  «Əl-fəvatihül-ilahiyyə  vəl-məfatihül-
qeybiyyə»  adında  iki  cilddə  sanballı  izah  yazmışdır.  Bu  əsər  Misirdə  nəşr 
edilmişdir.  Bunlardan  əlavə  Baba  Nemətulla  Şeyx  Mahmud  Şəbüstərinin 
«Gülşəni-raz»  əsərinə  də  maraqlı  izah  yazmışdır.  Bu  əsərin  bir  nüsxəsi 
İstambulda Həmidiyyə kitabxanasında saxlanılır.  Əsər  bu  sözlərlə başlanır: 
«Ancaq  o  haqdır  və  düz  yola  rəhbərlik  edən  odur.  Mənim  müvəffəqiyyət 
əldə  etməyim  ancaq  Allahdandır.  Sarsılmaz  inam  və  irfan  gülşəninin  xoş 
nəğməli bülbüllərinin ilk sözü, izah və axtarış bağının yüksəkliklərində yer 
salan qumrilərin baş dastanı, kəşf və aydınlaşdırma sahəsində yerləşən şirin 
dilli tutilərin zövqlü, könülə yatan ilk söhbəti o padşahın şükr və sənasına, 
mədhinə həsr edilməlidir ki, cəmalının aləmi işıqlandıran günəşi hər zərrədə 
özünü  göstərir.  Onun  parlaq  nuru  dünyanın  bütün  ucqarlarında  görünür. 
Yerlərin, göylərin işığı Allahdandır»” (6, s. 112). 
Mövlana  Nemətullah  dövrünün  alimlərindən  idi  və  onun  Allahın 
varlığı  haqqında  bir  traktat,  təsəvvüf  haqqında  “Hidayətül-ixvan”  (“Dost-
qardaşlara yol göstərmə”) adlı elmi əsəri vardır.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə