Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə91/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   87   88   89   90   91   92   93   94   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
244
 
Nadima, etmə şikayət belə ildən həqqə, 
Nə xudavənd bilir fəsli, nə də peyğəmbər 
 -  deməsi,  onun  düşmənlərinə  fürsət  verdi  ki,  şairi  xalq  arasında 
hörmətdən salsınlar. Mollaların əlindən təngə gələn Nadim “Sənə nə” rədifli 
uzun bir mənzuməsini qələmə alır. Bu addım mollaları daha da fəallaşdırdı 
və onlar Nadimi ləkələyib aradan götürmək üçün əməli işə keçdilər. Tezliklə 
Nadim  “ailəsini  müflis  bir  vəziyyətdə  buraxıb  naçar  Nəvahiyi  tərk  etdi” 
(5.s.30).  Nadimin  uzun  zaman  haralarda  olması  barədə  heç  bir  məlumat 
yoxdur.  Ancaq  şairin  əldə  olan  bəzi  şeirlərindən  məlum  olur  ki,  o,  bir 
müddət qürbətdə yaşamış, son dərəcə ağır güzəran keçirmiş, vətən bəsrətiylə 
od tutub yanmışdır:  
 
Kimsənəm yox mənə yazsın bir namə, 
Qürbət içrə bu diyara bənimçün, 
Məlum olsun sizə-əhli möhübban
Dua qılın sahibkara bənimçün. 
 
Malü əmlakımı etdilər təraş, 
Tökər mərdümlərim müdam qanlı yaş, 
Əlac edin mənə, ey qohum-qardaş
Bir yerdən olmadı çarə bənimçün. 
Yaxud: 
Gecə-gündüz qan-yaş töküb ağlaram, 
Vətən tərkin qılıb eldən ayrıldım. 
Bibəhərdür heç görmədim səfasın, 
Bağban idim qönçə güldən ayrıldım. 
 
Bu hisslər onun “Düşdüm”, “Ayrıldım”, “Bazarıdır”, “Bənimçün” rə-
difli qoşmalarında qabarıq şəkildə özünü göstərir. 
A.Canıbəyli Nadimin bir müddət zindanda olmasını qeyd edir. Lakin o 
bunu faktlar əsasında deyil, güman və fərziyələrə söykənərək söyləyir ki, bu 
da inandırıcı deyil. 
Tədqiqatçının  fikrincə,  Nadim  yaradıcılığında  dini  mövzulu  şeirlərə, 
növhəyə,  qəsidəyə  əslən  əhəmiyyət  verməmiş  və  bu  yolda  da  pək  az  vaxt 
sərf  etmişdir.  Müəllif  bu  fikrini  “növhə  və  qəsidəsi  gözə  çarpacaq  qədər 
azdır” – deyə, əsaslandırır (5.s.9). 
A.Canıbəylinin  bu  fikri  ilə  razılaşmaq  olmaz.  Görünür,  o,  Nadimin 
digər əlyazmalarından, ən azı hal-hazırda AMEA Məhəmməd Füzuli adına 
Əlyazmalar  İnstitutunda  B-4275/5900  şifri  altında  mühafizə  olunan  354 
səhifədən ibarət əlyazmasından xəbəri olmamışdır. Mirzə Baxış Nadimin bu 


Filologiya məsələləri, № 7, 2017 
 
245
əlyazmasın  bəzi  xüsusiyyətlərinə  görə  avtoqraf  nüsxə  hesab  etmək  olar. 
Cüng  əvvəldən  29-cu  səhifəyə  qədər  səhifələnsə  də  30-cu  səhifədən  sonra 
ərəb rəqəmləri ilə yenidən səhifələnmişdir. Səhifə 20-dən səhifə 225-ə qədər 
verilmiş şeir nümunələri qırmızı rəngli mürəkkəblə haşiyəyə alınmışdır. 
Burada  şairin  müxtəlif  janr  və  mövzuda  yazdığı  100-dən  artıq  şeiri 
verilmişdir.  Bu  şeirlər  içərisində  onun  dostları  və  tanışlarına  yazdığı 
mənzumələr  xüsusi  yer  tutur.  Təbii  ki,  Nadim  ünvanına  müraciət  etdiyi 
tanışlarının  hamısına  eyni  münasibət  bəsləməmiş,  onlardan  bəzilərinə  həcv 
də yazmışdır. 
Əlyazmanın  giriş  hissəsində  ümumi  qəbul  edilmiş  qaydaya  uyğun 
olaraq  müasirləri  kimi  Nadim  də  böyük  Yaradanın,  Peyğəmbər  və  imam 
Əlinin şərəfinə söz demiş, dinin aliliyini, ibadətin vacibliyini təbliğ etmişdir. 
Bununla  yanaşı  o,  sırası  gəldikcə  müxtəlif  tarixi  hadisələrə,  nəzəri-fəlsəfi 
fikirlərə  toxunmuş,  şeir,  sənət  haqqında  mülahizələr  yürütmüşdür. 
Əlyazmada  şair  qəzəliyyat  üçün  məxsusi  yer  ayırmış  və  səhifə  134-dən 
səhifə  201-ə  kimi  60-a  qədər  qəzəlini  ardıcıl  olaraq  vermişdir.  Həmin 
bölmənin  başlığında  şair  farsca 
ﮫﻧﺎﻘﺷﺎﻋ  تارﺎﻌﺷا
 
ﺎﻣ  دﻮﺧ  ﯽھاﻮﺧاﺮﻔﺑ
....
  (öz  könül 
xoşluğumuz üçün yazılmış aşiqanə şeirlər) sözlərini yazmışdır. Bu qəzəllər 
onun təkcə satirik deyil, həm də gözəl lirik şeirlər müəllifi olduğunu əyani 
şəkildə  sübut  edir.  Səhifə  298-dən  əlyazmanın  son  vərəqinə  (səhifə  354-ə) 
kimi şairin dini mövzuda, əsasən, Kərbəla hadisəsinə həsr olunmuş şeirləri 
verilmişdir. Bu şeirlərində məxsusi olaraq Əlini, Fatimeyi- Zəhranı, Zeynəbi, 
Hüseyni,  Qasimi,  Əliəsgəri,  həzrət  Abbası  və  onların  başına  gətirilən 
müsibətləri  təsvir  etməklə  şairin  şiə  məzhəbinə  mənsub  olduğunu  görürük. 
Əlyazmanın əvvəlində olduğu kimi, bu hissəsində də dini məzmunlu şeirlər 
arasında  (səhifə  298,  299,  300,  301,  302,  310,  311,  313,  315  və  341-də) 
şairin  məhəbbət  mövzusunda  yazdığı  on  iki  qəzəli  də  verilmişdir.  Mirzə 
Baxış bir neçə təxəllüslə yazıb-yaratmışdır. Əldə olan iki əlyazmasında onun 
“Nadim”,  “Xəstə  Baxış”,  “Xəstə  Baxış  Nəvahi”,  “Nəvahi  Baxış”,  “Şikəstə 
Baxış”,  “Miskin  Baxış”  və  “Baxış”  təxəllüsləri  ilə  şeir  yazdığının  şahidi 
oluruq.  O,  klassik  nəzm  şəkillərində  yazdığı  şeirlərində  əsasən  “Nadim”, 
heca  vəznli  şeirlərində  isə  daha  çox  digər  təxəllüslərindən  istifadə  etmişdir. 
Şairin  irsinin  ilk  tədqiqatçısı  A.Canıbəyli  göstərir  ki,  onun  gənclik  illərində 
yazdığı əsərlərin bir çoxunda “Xəstə Baxış”, “Nəvahi Baxış” kimi təxəllüslərinə 
rast gəlirik” (5.s.3). Bu fikrin nə qədər dəqiq olduğunu söyləmək çətindir. Lakin 
fakt olaraq o da məlumdur ki, Nadim təkcə gənclik illərində deyil, ömrünün 
müxtəlif dövrlərində, hətta qoca yaşlarında da bu təxəllüslərin hər birindən 
istifadə  etmişdir.  Xüsusilə  onu  da  qeyd  etmək  lazımdır  ki,  şair  qürbətdə 
olanda (təqribən ahıl yaşlarında) daha çox qoşma janrında şeirlər yazmış və 
həmin  şeirlərdə  əsasən  yuxarıda  qeyd  etdiyimiz  təxəllüslərdən  istifadə 


Filologiya məsələləri, № 7, 2017 
 
246
etmişdir. Bu da maraqlıdır ki, heca vəznli şeirlərin heç birində o, “Nadim” 
təxəllüsünü işlətməmişdir. 
Əlyazmada  şairin  müxəmməs,  müsəddəs,  müstəzad,  rübai  və  sair 
janrlarda yazdığı şeirləri də vardır. Bu əlyazmanın əsas hissəsini (təxminən 
üçdə iki hissəsini) dini mövzuda yazılmış qəsidə, minacat, növhə və s. təşkil 
edir.  Təbii  ki,  Canıbəyli  bu  şeirlər  toplusu  ilə  tanış  olsaydı  şairin  dini 
görüşləri  haqqında  öndə  söylədiyi  fikrindən  imtina  edərdı.  Nadimin  dindar 
bir  şəxs  olması hətta  onun  dünyəvi mövzuda yazdığı  şeirlərindən  də  aydın 
şəkildə görünür. Ola bilər ki, A.Canıbəyli də əksər müasirləri kimi repressiya 
ərəfəsində ölkə daxilində hökm sürən ab-havaya uyğun olaraq yaradıcılığını 
tədqiq etdiyi sənətkarın dini görüşlərini qəsdən kölgədə saxlamışdır. Bu da 
faktdır  ki,  şair  dindar  olduğu  qədər  də  yalançı  din  xadimlərinə,  xüsusilə 
yarımçıq  molla  və  mollanümalara  qarşı  həmişə  mübarizə  mövqeyində 
dayanmışdır. 
Canıbəylinin  verdiyi  məlumata  görə,  “Nadim  rusların  istilasından  sonra 
müxtəlif  qulluqlarda  olur.  O,  əsasən  hökumət  idarələrində  (divanxanalarda) 
katib (münşi) vəzifəsini ifa edərmiş. Ömrünün çox hissəsini də həmin vəzifə ilə 
keçirərək axırda, özünə ixtisas qərar verir. O, uzun bir müddət qürbətdə yaşadıq-
dan sonra kənd katibliyi vəzifəsində Nəvahiyə müraciət edir” (5.s.34-35). 
Yenidən Nəvahiyə qayıdan şair camaat, el arasında öz keçmiş hörmət 
və  izzətini  bərpa  edir.  Düşmənləri  onun  vəzifə  başında  olmasından 
ehtiyatlanaraq zahirən də olsa sakit durmağa üstünlük verirlər.  
Nadim bir neçə ildən sonra tutduğu vəzifəsindən azad edilir. O özünə 
yeni  iş  yeri  axtarır,  bunun  üçün  müxtəlif  şəxslərə,  o  cümlədən,  polkovnik 
İsmayıl bəy Qutqaşınlıya da müraciət edir. Lakin dostlarından heç kəs ona 
kömək edə bilmir. Məcburiyyət qarşısında qalan şair yenidən İsmayıl bəyə 
müraciət  etməli  olur.  İyirmi  iki  beytdən  ibarət  olan  bu  mənzuməsində  şair 
əlindən  münşilikdən  (katiblikdən)  başqa  bir  iş  gəlmədiyini  ürək  ağrısı  ilə 
qələmə alır və ondan kömək diləyir: 
 
Əgər gəleydi əlimdən bir özgə kəsb mənim, 
Bu zəhməti sana verməzdim, ey həmidəxisal. 
Ticarət eyləyə bilməm və nə kəştü zər etmək, 
Nəçarə ədlü tərazu qurum, olum baqqal. 
İşimdi münşiyi-divan olub qələm yazmaq
Kəmalə sinnə yetib ta ağartmışam saqqal. 
Əlac yoxdu, dəxi, bu işə sərəncam et, 
Bidune-mayə dögüldür ki, həq verü həqq al. 
Ümidi-Nadim odur, məlcai-pənahidən, 
Bu əmrə rövnəq əncam edə, olam xoşhal(5.s.39). 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə