Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə88/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   84   85   86   87   88   89   90   91   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
237
etmişdir.  Şair  belə  satirik  çıxışları  ilə  ruhən  Zakirə  yaxınlaşır  və  satirik 
poeziyanın inkişaf tarixində özünə məxsus şərəfli yer tutur.  
XIX  əsr  ədəbiyyatımızın  başqa  bir  görkəmli  tədqiqatçısı  professor 
Kamran  Məmmədov  “XIX  əsr  Azərbaycan  şeirində  satira”  adlı 
monoqrafiyasında  Mirzə  Baxış  Nadimin  satirik  yaradıcılığı  ilə  bağlı 
müəyyən  fikirlər  söyləsə  də,  ümumilikdə,  nə  onun  həyatı  və  nə  də  geniş 
aspektdə yaradıcılığı haqqında yeni heç bir məlumat verməmişdir (3.s.133). 
Əlində  kifayət  qədər  material  olmadığı  üçün  o  da  Nadimin  dünyagörüşü, 
onun professional satirik şair kimi yaradıcılıq xüsusiyyətləri haqqında tutarlı 
söz deyə bilməmiş, barəsində ümumi fikirlər söyləməklə kifayətlənmişdir. 
Mirzə  Baxış  Nadim  haqqında  nisbətən  geniş  məlumata  biz  professor 
Mustafa  Mustafayevin  “Mirzə  Baxış  Nadim”  adlı  məqaləsində  rast  gəlirik 
(4.s.158).O,  Feyzulla  Qasımzadənin  söylədiyi  bəzi  fikirləri  təkrar  etməklə 
yanaşı,  Nadimin  irsi  ilə  hələ  XX  əsrin  20-ci  illərində  maraqlanan  və  ilkin 
olaraq onun əlyazmasını üzə çıxarıb tədqiq edən, üzünü köçürən və şərhlər 
yazan  salyanlı  müəllim  Ağakərim  Canıbəylinin  verdiyi  məlumatlara 
əsaslanaraq şairin tərcümeyi-halını bərpa etməyə çalışmışdır. M.Mustafayev 
ilk dəfə olaraq şairin “Rəncbər Mahmud” adlı müxəmməsini, “Murad xan” 
adlı qoşmasını və  “Polkovnik  İsmayıl bəyə” adlı  mənzuməsini tam şəkildə 
oxuculara təqdim etmişdir. 
F.Qasımzadə  və  M.Mustafayevin  verdiyi  məlumatların  üst-üstə 
düşməyi  sübut  edir  ki,  onların  hər  ikisi  eyni  mənbədən  –  Ağakərim 
Canıbəylinin  orijinaldan  üzünü  köçürdüyü  əlyazmasından  istifadə  etmişlər. 
Həmin  əlyazma  hal-hazırda  AMEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar 
İnstitutunda  D-350/10327  şifri  altında  mühafizə  olunur  (5).  Əlyazmanın 
üzərindəki  qeyddən  əvvəllər  onun  8021  inventar  nömrəsi  ilə  saxlanıldığı 
məlum olur. Yuxarıda adlarını qeyd etdiyimiz tədqiqatçılar da məhz mənbə 
kimi həmin inventar nömrəsi altında saxlanılan əlyazmadan istifadə etmişlər. 
Və bu fakt da aşkar olunur ki, nə F.Qasımzadənin, nə də adlarını çəkdiyimiz 
digər tədqiqatçıların əlində Mirzə Baxış Nadimin başqa bir əsəri olmayıbdır. 
Bu  əlyazma  isə,  öncə  qeyd  etdiyimiz  kimi,  Nadimin  avtoqrafı  deyil,  onun 
üzündən  köçürmədir.  Əlyazmanın  54-cü  səhifəsində  əsərin  üzünü  köçürən, 
Nadim haqqında ilk söz deyən, onun doğum və ölüm tarixlərini müəyyənləş-
dirməyə, əsərlərini təhlil etməyə cəhd göstərən şəxsin kimliyini müəyyən edən 
belə bir qeyd vardır: Müəllim Ağakərim Canıbəyli. Salyan, 10 iyul, 1928.  
A. Canıbəylinin üzünü köçürdüyü 250 səhifədən ibarət olan bu əlyazma 
səhıfə  1-dən  səhifə  99-a  qədər  qara  mürəkkəblə,  səhıfə  100-dən  sonra  isə 
karandaşla  səhifələnmişdir.  Səhifələnmə  bəzən  düzgün  aparılmamış,  ardıcıl 
səhifələr arasında boş vərəqlər saxlanılmışdır (99-100, 100-101, 103-104, 108-
109,  172-173,  181-182,  194-195,  209-210,  214-215,  218-219,  219-220,  222-
223). Əksər səhifələr tam doldurulmamış, bəzi səhifələrdə bir, iki beyt, yaxud 


Filologiya məsələləri, № 7, 2017 
 
238
cümlə  yazılmış,  vərəqin  qalan  hissəsi  ağ  buraxılmışdır.  Hiss  olunur  ki, 
Canıbəyli ilk mənbədə olan şeirləri ardıcıl deyil, seçmə üsulla köçürmüşdür. 
Bizim fikrimizcə, müəllif yarımçıq və ağ buraxılmış həmin səhifələrə şairin 
şeirlərini  köçürməyi  nəzərdə  tutsa  da  sonradan  bizə  məlum  olmayan  hansı 
səbəbdənsə bu fikrini həyata keçirə bilməmişdir. 
Üzünü  köçürdüyü  bu  əlyazmada  Canıbəylinin  müəyyən  qeyd  və 
şərhləri də verilmişdir. O, misralar daxilində oxuya bilmədiyi bəzi sözlərin 
yerinə  nöqtələr  qoymuş  və  misranın  qarşısında  “oxuya  bilmədim”,  yaxud 
“oxunmur” sözlərini qeyd etmişdir. Bizim fikrimizcə, bu sözlər ya pozulmuş, 
ya  da  şikəstə  xəttilə  yazıldığı  üçün  oxunmaz  olmuşdur.  Nadimin  əlimizdə 
olan  digər,  çox  güman  ki,  orijinal  variantda  olan  əsərinin  şikəstə-nəstəliq 
xətti ilə yazılması bizə yuxarıdakı qənaətə gəlməyə əsas verir.  
Ağakərim  Canıbəyli  haqqında  əlimizdə  ətraflı  məlumat  olmasa  da, 
yazılarından məlum olur ki, o, ədəbiyyata, şeir sənətinə maraq göstərən bir 
şəxs olmuşdur. Onun Nadim haqqında söylədiklərini akademik F.Qasımza-
dənin  təkrar  etməsi  bir  daha  təsdiq  edir  ki,  Canıbəyli  həm  də  istedadlı  bir 
tədqiqatçı olmuşdur. Canıbəyli üzünü köçürdüyü topluya 54 səhifədən ibarət 
ön söz də yazmışdır. Bəzi mülahizələri şübhə doğursa da, ümumilikdə, onun 
gəldıyı  nəticələri  düzgün  hesab  etmək  olar.  Faktlar  onu  göstərir  ki,  Mirzə 
Baxış  Nadimin  keçdiyi  həyat  yolu  və  ədəbi  irsinin  ilk  tədqiqatçısı  məhz 
salyanlı  müəllim  A.Canıbəyli  olmuşdur.  Əfsuslar  olsun  ki,  Nadim  irsinin 
sonrakı tədqiqatçıları bu təəssübkeş ziyalının tədqiqatlarından kifayət qədər 
bəhrələnsələr də, onun barəsində fikir söyləməmiş, adının üstündən sükutla 
keçmişlər. Biz tədqiqatçının bu təşəbbüsünü yüksək qiymətləndirərək Nadim 
haqqında yazdıqlarını obyektivlik naminə olduğu kimi verməyə çalışacağıq. 
O yazır: - Nadimi görüb tanıyan yaşlı şəxslərdən və Nadimin mədrəsəsində 
oxuyan tələbəsindən topladığım məlumatdan böylə anlaşılır ki, guya XIII əsr 
hicri ilinin əvvəllərində Şirvan məmləkətində baş verən hərc-mərclikdən və 
ardı-arası kəsilməyən iğtişaşlardan naşi Nadimin atası Molla Əsədulla bəzi 
qohum-qardaşları ilə bərabər Şamaxıyı tərk edərək Nəvahiyə köçmüşlər və 
orada  da  sakin  olub  qalmışlar.  Nadimin  şamaxılı  olmasını  sübut  etməyə 
çalışan  şəxslərdən  bəziləri  yalnız  Nadimin  Şamaxı  ilə  olan  sıxı  əlaqəsinə, 
Şamaxıda  oxumasına,  əksər  ovqat  aylar  ilə  gedib  Şamaxıda  qalmasına 
istinad edirlər. Fəqət ağızdan-ağıza eşidilən bu xəbərlər də bizi qane edəcək 
qədər  doğru  və  qəti  ola  bilməz.  Çünki  Nəvahi  kəndi  dəfələrlə  gah  Salyan 
qəzasına və gah da Şamaxı qəzasına daxil olmuşdur. Salyan qəzasına daxil 
olanda,  əhalinin  əlaqəsi  qəzanın  mərkəzi  şəhəri  olan  Salyan  şəhəri  ilə, 
Şamaxı  qəzasına  daxil  olanda  Şamaxı  şəhəri  ilə  sıxı  olacağı  bəllidir.  Zira 
onlar hər bir işlərində qəzanın mərkəzi olan şəhərə möhtacdırlar. Buna görə 
də Nəvahi əhli çox vaxt övladlarını gah Salyana və gahi Şamaxıya göndərib 
oxudurlarmış. Həmçinin Nadimin də istər Salyan şəhəri və istərsə də Şamaxı 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə