Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə86/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   82   83   84   85   86   87   88   89   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
232
aşağıdakı  məsələləri  əhatə  edir:  Pedaqoji  sistemdə  zəruri  dəyişikliklərə, 
yeniliklərə  tələbatların  öyrənilməsi,  üzə  çıxarılması;  Təhsilin  keyfiyyətinin 
yüksəldilməsinə  kömək  göstərə  bilən  mövcud  metodik  işlərin 
dəyərləndirilərək üzə çıxarılması; Arzu olunan gələcək pedaqoji sistemlərin 
layihələndirilməsi  və  doğru  istiqamətlənmiş  fəaliyyət.      Yeni  metodların 
praktikada  həyata  keçirilməsi  göstərir  ki,  bu  metodlar  öyrənənlərin 
fəaliyyətini artırır, onların yaradıcı və tənqidi təfəkkürünü inkişaf etdirir və 
müstəqil işləmək bacarıqlarına yiyələndirir. İnnovativ metodlar müəllim və 
tələbə  münasibətlərinə,  onların  əməkdaşlığına  yönəlib,  müəllim  və    tələbə 
qrupu  arasında  səmərəli  ünsiyyət  yaradır.  Lakin özünün  bütün  üstünlükləri 
ilə yanaşı, yeni metodların tətbiqi heç də həmişə asan başa gəlmir. Belə ki, 
ənənəvi  tədris  metodlarına  alışmış  tələbələrə  birdən-birə  tamamilə  fərqli 
yöndə dərslərin tədris olunması bir sıra çətinliklər yaradır.  Bu müəllimdən 
böyük zəhmət, səbr tələb edir. Bu gün ingilis dilinin kommunikasiya vasitəsi 
kimi  öyrənilməsinin  zəruriyyəti  danılmazdır.  Tədris  edilən  xarici    dildən 
ünsiyyət  məqsədilə  istifadə  etmək  qabiliyyətinin  inkişaf  etdirilməsi  üçün  dil 
fakültələrində tədris prosesinin kommunikativ-yönümlü şəkildə təşkil edilməsi 
olduqca vacibdir. Bu gün nitq vərdiş və bacarıqlarının inkişaf etdirilməsi deyil, 
daha çox ixtisas dilində kommunikativ kompetensiyaya yiyələnmək zəruriyyəti 
meydana  çıxır.  Kommunikativ  kompetensiyanın  əsas  komponentlərindən  biri 
olan qrammatik və ya linqvistik kompetensiya dil materiallarının, o cümlədən 
qrammatik materialların  tələbələr  tərəfindən  kommunikativ-  yönümlü  mənim-
sənilməsini nəzərdə tutur. Xarici dilin  effektiv tədrisinin əsas  elementlərindən 
biri  dərsdə  interaktivliyin  yaradılmasıdır.  Müasir  təlim  konsepsiyası  və 
prinsipləri təhsilalanlardan fəallıq, məntiqi düşüncə, müstəqil tədqiqatlar apara 
bilmə,  konkret  biliklərə  yiyələnmə  və  fərdi  inkişaf  etmə  bacarıqlarının 
formalaşdırılmasını  tələb  edir.  Bu  tələbləri  nəzərə  alaraq  elə  təlim  metod-
larından istifadə olunmalıdır ki, tələbələr özlərində fəal, yaradıcı dilöyrənmə 
və ünsiyyət qabiliyyətlərini aşılaya bilsinlər. İnteraktiv təlim bu deyilənləri 
əhatə  etmək  imkanına  malikdir.  Biz  tələbələrin  fəal  idrak  fəaliyyətinə 
əsaslanan  və  təhsil  prosesinin  digər  iştirakçıları  ilə  əməkdaşlıq  şəraitində 
həyata  keçirilən  təlimi  nəzərdə  tuturuq.  “İnteraktivlik”  termini  dialoqu, 
ünsiyyət prosesində qarşılıqlı təsiri bildirir. Bu təlim metodunu ifadə etmək 
üçün  həmçinin  “problem-dialoji,  evristik,  fəal  təlim”  anlayışlarından  da 
istifadə olunur.Xarici dillərin tədrisində “interaktiv metod” Avropada 1990-
cı  illərdən  bəri  bir  metodiki  iş  üsulu  kimi  tətbiq  edilməyə  başlamışdır. 
Təsadüfi deyildir ki, tədrisin keyfiyyətini yüksəltmək məqsədilə 2000-2004-
cü  illər  ərzində  Azərbaycan  hökuməti  ilə  UNİCEF  arasında  əməkdaşlıq 
proqramının  bir  hissəsi  kimi  fəal  və  interaktiv  təlim  metodlarının 
genişləndirilməsi  nəzərdə  tutulmuşdur.  “Fəal  təlim  və  məktəb  birliyi”  adlı 
proqramda  göstərilir  ki,  fəal  təlimin  məqsədi  təhsil  sahəsində  tətbiq  edilən 


Filologiya məsələləri, № 7, 2017 
 
233
yeniliklərlə bağlı bütün səviyyələrdə çalışan təhsil işçilərinin bilik, bacarıq və 
vərdişlərinin  təkmilləşdirilməsindən,  fəal  və  səmərəli  fəaliyyət  göstərən  təhsil 
müəssisələrinin yaradılmasından ibarətdir .İnteraktivlik dili öyrənməklə yanaşı 
onu  mənimsəməyə  xidmət  edir.  İnteraktiv  mühitdə  tələbələrin  dili  kom-
munikasiya  məqsədilə  istifadəsi  maksimum  həddə  çatır  ki,  bu  da  onlarda 
kommunikativ  səriştənin  formalaşmağına  təkan  verir.Dilin  mənimsənilmə-
sində  interaksiyanın  rolu  haqqında  sosial-interaksiyaçılar  və  s.  fikirləri 
xüsusi əhəmiyyət  daşıyır. Digər  sözlə  desək,  interaksiyaçılar inanırdılar ki, 
dilin mənimsənilməsində ətraf mühit amilləri daha üstündür,lakin, nativistlər 
inanırdılar  ki,  fitri  amillər  daha  üstündür.Vqotski    dilin  mənimsənilməsinə 
interaktiv  baxışın  əsasını  qoymuşdur..Vilga  M.  Rivers  özünün  Interactive 
Language  Teaching  kitabında  qeyd  edir  ki,  “tələbələrin  fikri  autentik 
məlumatları  ötürməyə  və  qəbul  etməyə  yönəldikdə  onlar  dili  istifadə  etməyə 
nail olurlar. Bu interaktivlikdir.”  Vellsin ifadə etdiyi kimi: “Mübadilə diskursun 
əsas bölməsidir....Linqvistik interaktivlik birgə aparılan fəaliyyətdir” və özünə 
“göndərən, qəbuledici və situasiyanın məzmunu üçbucağının qurulmasını” daxil 
edir. Onun fikrincə kommunikasiyanın yazılı və yaxud şifahi olmağının burada 
fərqi  yoxdur.  Dərsdə  fəallığı  artırmaq  üçün  müəllim  mütləq  qrupla  və  ya 
individual  şəkildə  tələbələrlə  işləməli,  onlar  arasında  səviyyə  fərqini 
minimuma endirmək üçün çalışmalıdır.İxtiası xarici dil olan ali məktəblərdə 
istifadə  olunan  müasir  dərsliklərin  əksəriyyəti  də  interaktiv  üsulların  tədris 
prosesində  istifadəsini  labüd  edir.  Əksər  dərsliklərdə  verilən  kommunikativ 
çalışmalar  sistemi  dərsin  interaktiv  şəkildə  təşkil  olunmasını  tələb  edir 
İnteraksiyanın təmin olunmasında informasiya kommunikasiya texnologiyaları 
da mühüm əhəmiyyət kəsb edir. Dərslərdə istifadə olunan maqnitofonlar, CD 
disklər,  proyektor,  komputer,  internet  materialları  və  dərsdən  sonra  online 
şəkildə  əlaqə  tədris  prosesinin  effektivliyinə  xidmət  edir.    Qeyd  etmək 
lazımdır  ki,  xüsusiilə  internetin  dil  tədrisində  əhəmiyyəti  böyükdür.  Hər 
hansı  dilin  tədrisinin  uğurlu  nəticəsi  onun  nə  qədər  praktik  aşılana 
bilməsindən  asılıdır.  Ümuniyyətlə,  innovativ  metodlara  əsaslanan  tədris 
prosesinin əsasında interaktivlik dayanır. Müasir metodikada interaksiya dil 
öyrənmə prosesinin ən vacib komponentlərindən biridir. 
Ədəbiyyat 
1.  Jack C. Richards. Curriculum approaches in language teaching: Forward, 
central, and backward design. RELC Journal, 44(1), 2013,  pp. 5-33. 
2.  Kumaravadivelu  B.  Towards  a  post  method  pedagogy.  TESOL 
Quarterly, 2001, 35(4), pp. 537-560 
3.  Kumaravadivelu B. Understanding Language Teaching. From Method to 
Postmethod. London. Tylor&Francis e-Library, 2008, 276 p. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə