Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə94/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   90   91   92   93   94   95   96   97   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
253
aktuallıq  və  vacibliyini  maraqlı  şəkildə  şərh  edir:”  Türkiyənin  söz  sənətində 
bədii-publisistik  və  ya  sənədli  ədəbiyyat  adlanan  sahə  çox  mühüm  yer  tutur. 
Yaradıcılığın bu tipi ədəbiyyatın, publisistikanın, elmin xüsusiyyətlərini özündə 
cəmləşdirir,  gerçəkliyi  dərk  etməyin,  həyat  həqiqətlərini  əks  etdirməyin, 
oxucuya təsir göstərməyin müxtəlif forma, metod və üsullarındna faydalanır. Bu 
son dərəcə mürəkkəb prosesin araşdırılması, sənədli ədəbiyyatın belletristika və 
publisistka ilə ümumi və fərqli cəhətlərinin elmi-nəzəri tədqiqi, onun təşəkkülü 
və  təkamülü  tarixinin,  funksiya  və  predmetinin  aydınlaşdırılması,  janr  və 
formalarının  müəyyənləşdirilməsi  türk  ədəbiyyatı  mütəxəssislərinin  qarşısında 
duran aktual problemlərdəndir” (3,3). 
 Bədii  publisistika  janrı  Türkiyədə  əsasən  orta  əsrlərdə  məktub,  səyahət-
namə,  təzkirə  və  digər  janrlar  formasında  mövcud  olsa  da,  o  türk  ədəbi 
mühitində özünütəsdiqi təxminən XIX əsrin sonlarında - Türkiyədə qəzetlər 
meydana  gəldikdən  sonra  formalaşmağa  başlamışdır.  Bu  proses 
Cümhuriyyət dövrü ədəbiyyatına qədər davam etmiş və sonralar ədəbiyyatda 
vətəndaşlıq hüququ qazanmışdır.. 
 Ötən  nəsrin  30-40-cı  illərindən  Türkiyə  ədəbiyyatında  yeni  realizm 
cərəyanı təşəkkül tapmağa başladı. Bu cərəyanın ön sıralarında Sədri Ertəm, 
Vala  Nurəddin,  Naci  Sadullah  kimi  nümayəndələri  ilə  bərabər  Nazim 
Hikmət də  var  idi. Yuxarıda qeyd etdiyimiz kimi,  N.  Hikmətin  ədəbiyyata 
erkən gəlişinə bədii-publisistik səpkili əsərləri daha çox təkan vermişlər və o
bu üslubuna ömrünün sonuna qədər sadiq qalmışdır.Nazim Hikmətin bədii-
publisistik  əsərləri  Türkiyə  sənədli  nəsrini  keyfiyyətcə  yeni  mərhələyə 
qaldırmış, ədəbiyyatda öz üslubunu, öz dəsti-xəttini yaratmışdır.  
 Nazim  Hikmətin  publisistik  fəaliyyətini  şərti  olaraq  iki  dövrə  bölmək 
olar: Türkiyə və SSRİ, Rusiya dövrləri. Türkiyə dövrü onun ötən əsrin 30-40 
–cı  illərini,  daha  dəqiq  deyilsə,  20-ci  illərin  əvvəllərindən  başlayaraq  qısa 
fasilələrlə 30-cu illərin sonuna qədər olan dövrü əhatə edir. Nazim Hikmət 
bu dövrdə Türkiyədə nəşr olunan “Oraq-çəkic”, “Aydınlıq”, “Rəsimlıi ay”, 
“Dan”,”Axşam”  və  digər  qəzet  və  jurnallarda  sosial  və  siyasi  xarakterli 
məqalə, oçerk, esselərlə çıxış edirdi. 
 N. Hikmətin publisistik fəaliyyətindən bəhs edərkən tədqiqatçılar onun 
“Orxan  Səlim”  imzasıyla  dərc  etdirdiyi  materialları  haqlı  olaraq  həmin 
dövrün ən mükəmməl publisistika nümunələri kimi dəyərləndirirlər. “Axşam 
“  qəzetində  işıq  üzü  görən  guşə  yazıları  bir  sıra  hallarda  hətta  Nazim 
Hikmətin  bədii  yaradıcılığını  belə  kölgədə  qoya  biləcək  çox  böyük  ədəbi-
bədii sanbala malikdir. Onun “Öpdüyüm əl”, “Qızım sənə deyirəm”, “Ölüm 
qorxusu”,  habelə  “Düşüncələr  silsiləsi”  həmin  dövr  türk  publisistikasının 
önəmli nümunəlri sayılır. 
 Nazim Hikmət publisistikasından danışarkən onu bütün dünyada məşhur 
edən məktubları haqqında söz açmamaq, yəqin ki, ədalətsizlik olardı. Onun 


Filologiya məsələləri, № 7, 2017 
 
254
həyat  yoldaşları  Pirayəyə,  Münəvvərə  və  Vera  Tulyakovaya,  dostları  Vala 
Nurəddinə, Kamal Tahirə, Orxan Kamala və nəhayət, oğlu Mehmetə yazdığı 
təsirli, həsrət və həyat eşqi ilə dolu olan məktubları bu gün də insanlarda ən 
nəcib,  ülvi  və  romantik  hisslər  aşılayır.  Nazim  Hikmət  bu  məktubların  az 
qala hər birində sanki öz həyatınını son gününü yaşayan insan kimi səmimi 
və mərdanədir. Oğlu Mehmetə yazdığı məktub-şeirdə olduği kimi: 
Bir yandan cellatlar girdi araya,  
bir yandan oyun etti bana 
   bu mendebur yürek 
nasip olmayacaq, Memetim, yavrum 
   seni bir daha görmek. 
...Karşı kıyı memleket 
Sene sesleniyorum 
İşitiyor musun Memet?(4,302-303) 
 Onun  digər  məşhur  məktubu  1938-ci  ildə  həbs  edilərkən  əfv  olunmaq 
məqsədi ilə Mustafa Kamal Atatürkə ünvanladığı müraciətdir:” ...Yurdumun 
və  inkilapçı  senin  karşında  alnım  açıkdır...  Deli  serseri,  mürteci,  satılmış, 
inkilap  ve  yurd  xaini  deyilim  ki,  bunu  bir  an  olsun  düşünebileyim.  Askeri 
isyana teşfik etmedim. Senin eserin ve sene aziz olan Türk dilinin inanmış 
bir şairiyim.”(4,111). Təəssüflər olsun ki, Atatürkün vəfat etməsi səbəbli bu 
məktub  ünvanına  yetişməmiş,  şair  uzunmüddətli  həbs  cəzasına  məhkum 
edilmişdir. 
 Türkiyədə uzun müddət Nazim Hikmətin adının və əsərlərinin yasaqlan-
masına baxmayaraq, sevindirici haldır ki, onun silahdaşları tərəfindən seçil-
miş  publisistik  materialları,  xüsusən  də  ”Aydınlıq”  jurnalında  dərc  edilmiş 
yazıları  1976-cı  ildə  toplanaraq  İstanbulda  ayrıca  kitab  şəklində  çap 
edilmişdir. 
 Nazim  Hikmətin  publisistik  fəaliyyətinin  SSRİ-  Rusiya  dönəminə  isə 
onun  əsasən  1951-1963-cü  illər ərzində yazdığı  publisistik əsərlər  daxildir. 
Bu  əsərlərin  siyahısı  kifayət  qədər  geniş  və  sanballıdır.  Bu  illər  ərzində 
"Türkiyədə",  "Qəribə  adam",  "İvan  İvanoviç  vardımı, yoxdumu",  "Domokl 
qılıncı"  və  s.  pyeslərini,  şeir  və  poema,  poeziyaya  və  dramaturgiyaya  dair 
publisistik məqalələrini yazmışdır 
 Mətbuata olan sevgi, maraq ömrünün sonuna qədər onu tərk etmədi. O 
qəzeti  çox  böyük  inqilabi  silah  sayırdı,  hesab  edirdi  ki,  türk  jurnalistikası 
xaricilərə gəlmələrə yox, türklərə xidmət etməlidir, “türkce yazmalı türkün 
ekmegini yiyenler”: 
...Bu eski qazeteydi,  
eski herflerle 
ve yer-yer parçalanmış. 
“-Çok eski bir qazete,efendi ağa, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə