Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə93/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   89   90   91   92   93   94   95   96   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
250
TOFİQ YUSİFOV 
Filologiya üzrə fəlsəfə doktoru, dosent  
   ytofiq @mail.ru        
 
NAZİM HİKMƏTİN PUBLİSİSTİKASI 
 
Açar sözlər: Nazim Hikmət, publisistika, “Aydınlıq” jurnalı, “Rəsimli ay”, 
“Axşam”,  sənədli  ədəbiyyat,  “İvan  İvanoviç  vardımı,  yoxdumu”, 
N.Hikmətin  məktubları,  yeni  realizm  cərəyanı,  sərbəst  şeir,  kommunist 
ideologiyası 
Ключевые слова: Назым Хикмет, публицистика, журнал «Айдынлык», 
«Ресимли ай», «Акшам», «Дан», документальная литература, «А был ли 
Иван  Иванович?»,  письма  Н.Хикмета,  новое  реалистическое  направ-
ление, свободный стих, коммунистическая идеология 
Key words: Nazim Hikmat, publicism, "Aydinlik" magazine, "Resimli ay", 
"Aksham", documental literature, "And was Ivan Ivanovich?", N. Hikmat's 
letters, new realistic trend, vers libre, communist ideology 
 
 Müasir  Türkiyə  ədəbiyyatının  patriarxı,  ölkəsini  xaricdə  milyonlarla 
insana tanıtmış, amma özü türk cəmiyyətinin diqqətindən uzun illər kənarda 
qalmış bir şəxsiyyət olan Nazim Hikmətin ədəbi-bədii, dramaturji və siyasi 
fəaliyyəti uzun illərdir ki, ayrı-ayrı tədqiqatçılar tərəfindən səylə araşdırılır. 
Təəssüf ki, onun publisistik fəaliyyəti nədənsə ya müstəqil araşdırma obyekti 
olaraq  tədqiq  edilmir,  ya  da  bu  məqam  onun  ümumi  yaradıcılığı 
kontekstində qeyd olunur.  
 Yenilikçi  şair  olan  Nazim  Hikmət  türk  ədəbiyyatını  yeni  forma  və 
mütərəqqi  məzmunla  zənginləşdirmişdir.  Onun  poeziyasına  kəskin  pub-
lisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şeir vəznini 
Nazim  Hikmət  gətirmiş,  yaradıcılığı  müasir  türk  ədəbiyyatına  güclü  təsir 
göstərmişdir. Əsərləri dünya xalqlarının dillərinə tərcümə olunmuş, pyesləri 
bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur. 
 Amma  bütün  bunlarla  yanaşı,  Nazim  Hikmət  müasir  dünya  ədəbiy-
yatının  həm  siyasi  mənsubiyyəti,  həm  də  bədii  yaradıcılığı  aspektindən  ən 
ziddiyyətli  şəxsiyyətlərindən  biri  olmuşdur.  Mustafa  Kamal  Atatürk  XX 
əsrin 20 –ci illərində onun haqqında deyirdi:”Amma burası da həqiqətdir ki, 
türk  dilində  heç  kim  bu  qədər  təsirli  bir  şey  yazmamışdır...”  Beyni 
kommunist ideyaları ilə dumanlanmış Hazim Hikmət gəncliyində köhnə şeir 
tipinə  “bütləri  yıxıram”  deyərək  böyük  bir  kampaniya  başladı.  SSRİ  -də 
bütləşdirilən  Stalin  siyasətinə  şeirlər  həsr  edən,  Qurtuluş  Savaşından  bəhs 
edərkən  isə  bu  savaşın  memarı  və  komandanı  Mustafa  Kamal  Atatürkün 
adını  çəkməyən  şairi  yenə  də  “bütləşdirən”  öz  soydaşları  oldu.  Çünki  o, 


Filologiya məsələləri, № 7, 2017 
 
251
Vətəndən  dərbədər  olub  bütün  dünyanı  gəzsə  də,  neçə-neçə  insan  onu  öz 
müəllimi və dünya dahisi kimi dəyərləndirsə də, o bütün ömrü boyu özünü 
Türkiyəsiz təsəvvür etmədi, onunla nəfəs aldı. 
 
Ben, bir insan, 
ben Türk şairi komunist Nazım Hikmet ben, 
tepeden tırnağa insan, 
Tepeden tırnağa kavga, hasret ve ümitten ibaret. 
 
 Nazim Hikmət solçu idi və bu məqam onun bütün yaradıcılığına –hətta 
özündən  asılı  olmadan,  sövqi-təbii  olaraq  –  öz  damğasını  vururdu. 
Kommunist  ideologiyasının  əsas  silahları  güclü  təşviqat,  güclü  təbliğat  və 
qeyri-adi patetika idi. Bu xüsusiyyətlərin hər biri, belə demək mümkündürsə, 
daha çox publisistikanın üslubu, dəsti-xətti idi. Başqa sözlə deyilsə, Hazim 
Hikmət  kommunust  ideologiyasının  ruhuna  uyğun  olaraq  daha  çox 
publisistik mənşəli, publisistik səpkili əsərlər yaratmağa məhkum idi. 
 Nazim  Hikmətin  əsərlərinin  külliyyatını  nəzərdən  keçirərəkən  də  bu 
qənaətə gəlmək mümkündür. Onun müraciət və təsvir etdiyi insanların, fakt və 
hadisələrin 90 faizi reallığa və tarixiliyə söykənir. Nazim Hikmətin qələmindən 
çıxmış bir sıra əsərlər də bu qənaəti birmənalı şəkildə yenidən təsdiqləyir. 
 
 Kimdir  şair,  nasir,  dramaturq  və  inqilabçı  Nazim  Hikmət?  Onun 
"Sərvliklərdə"  adlı  ilk  şeri  1918-ci  ildə  "Yeni  məcmuə"  jurnalında  dərc  olun-
muşdur.  1920-ci ildə o, İstanbuldan milli qurtuluş uğrunda vuruşan  Anadoluya 
getmişdir.  Sonra  1921-ci  ildə  Sovet  Rusiyasına  gəlmiş,  1922-1924-cü  illərdə 
Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur. 
 O, 1924-cü ildə Türkiyəyə qayıtmış, "Oraq-çəkic" qəzetində, "Aydınlıq" 
jurnalında  Lenin  ideyalarını  tərənnüm edən  əsərlərlə  çıxış  etmişdir.  Həmin 
orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il 
həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-
yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk 
şeirlər kitabı çapdan çıxmışdır (Bir sıra türk mənbələrində şairin ilk kitabının 
“835” sətir” olduğu göstərilir. Bəzi mülahizələrdə bu, müxtəlif dil və əlifba 
məsələlərindən qaynaqlanan bir anlaşılmazlıq kimi izah edilir). 1938-ci ildə 
yenidən  Türkiyəyə  qayıtdıqdan  sonra  həbs  olunan  Nazim  Hikmət  8  ay 
həbsxanada yatdıqdan sonra azad edilmişdir(1). 
 1929-cu ildə "835 sətir", 1930-cu ildə "Baron-3", 1930-cu ildə "1+1=1", 
1931-ci ildə "Səsini itirmiş şəhər" kitablarındakı şeirlərdə xalqın ağır həyatı, 
inqilabi  mübarizəyə  çağırış  öz  əksini  tapmışdır.  1924-cü  ildə  yazdığı 
"Cokonda və Şi-Ya – U" poeması, 1932-ci ildə yazdığı "Benerci özünü niyə 
öldürdü"  mənzum  romanı  dünya  imperializminin  müstəmləkə  siyasətinə 
qarşı  yönəlmişdir.  Onun  "Kəllə",  "Bir  ölü  evi,  yaxud  mərhumun  naləsi", 


Filologiya məsələləri, № 7, 2017 
 
252
"Bayramın ilk günü", "Şöhrət və ya unudulan adam" pyeslərində kapitalizm 
quruluşu, imperializm kəskin şəkildə tənqid və ifşa edilmişdir. "Gecə gələn 
teleqram" şeir toplusunda, "Taranta Babuya məktublar" poemasında, "Alman 
faşizmi  və  irqçiləri"  publisistik  əsərlərində  faşizm  və  onun  Türkiyədəki 
tərəfdarları ifşa olunmuşdur.  
 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – "Şeyx Bədrəddinin 
dastanı"  çapdan  çıxmışdır.  Nazim  Hikmət  məşhur  "Məmləkətimin  insan 
mənzərələri"  epopeyasını,  "Həbsxanadan  məktublar"  silsiləsini,  "Məhəbbət 
əfsanəsi",  "Yusif  və  Züleyxa"  pyeslərini  və  s.  əsərlərini  həbsxanada 
yazmışdır. .  
 Nazim Hikmət Azərbaycan xalqını və ədəbiyyatını çox sevirdii.O, Azər-
baycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost idi, onlarla yaradıcılıq 
əlaqəsi saxlayırdı. N. Hikmətin Azərbaycana həsr olunmuş bir sıra şeirləri, 
Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır.  
 Onu  Azərbaycanda  da  istedadlı  şair,  dramaturqluqla  bərabər,  həm  də 
istedadlı  bir  publisist  kimi  tanımış  və  tədqiq  etmişlər.  Görkəmli  tədqiqatçı 
R.Quliyev  “Nazim  Hikmətin  yaradıcılığında  Şərq”  adlı  monoqrafiyasında 
yazır:  “Nazim  Hikmət  dünya  mədəniyyəti  tarixinə  şair,  nasir,  publisist, 
dramaturq və ictimai-siyasi xadim kimi düşmüşdür. Onun ideya-məzmunca 
çox  zəngin  olan  şeirləri  və  poemaları  dünya  poeziyası  saxlacında  özünə 
möhkəm  yer  tutmuşdur.  Ədibin  Şərq  folkloru  motivləri  əsasında  işlədiyi 
nağılları,  romanları,  habelə  bədii  publisistikası,  zəngin  yaradıcılığının 
mühüm bir hissəsidir...”(2,148). 
 Bir qədər əvvəl toxunduğumuz məsələyə dönək : nədən Nazim Hikmətin 
publisistikası  indiyə  kimi  müstəqil  bir  araşdırma  mövzusu  olaraq  işlən-
məmiş, onun publisistikasının məziyyətləri haqqında indiyə kimi ayrıca bir 
elmi  mənbə,  toplu  yaranmamışdır?  Bu  sualın  elmi  və  ədəbi-  bədii 
kontekstdən cavabı istiqamətində bir sıra mülahizələr və fərziyyələr, əlbəttə 
ki, irəli sürülmüşdür. Lakin bu zaman bəzi məqamlar ya nəzərdən qaçmış, ya 
da onların mahiyyəti düzgün təsvir edilməmişdir. 
 Məsələ  burasındadır  ki,  türk  ədəbiyyatında,  Azərbaycan  ədəbiyyatında 
olduğu kimi, publisistik məqamları müstəqil şəkildə nəzərə çarpdıran ədəbi-
bədii təsnifat  yoxdur, daha dəqiq  desək, kifayət  qədər  fərqli  şəkildədir.  İlk 
olaraq  onu  qeyd  edək  ki,  türk  yaradıcılıq  məkanında,  müstəvisində 
”publisistika”  adlanan,  deyilən  bir  bölüm  və  yaxud  fəaliyyət  sahəsi  yoxdur. 
Publisistika  anlayışına  ən  çox  uyğun  gələn  məfhum  “düzyazı”  ifadəsidir  ki, 
onun  da  məram  və  mahiyyəti  bizim  milli  publisistika  anlamından  bir  qədər 
fərqlidir. 
 Türk ədəbiyyatının Azərbaycanda ən məhsuldar və nüfuzlu tədqiqatçıların-
dan  biri  olan  filologiya  elmləri  doktoru,  professor  Ə.  Rəsulov  özünün  “Türk 
sənədli-bədii  nəsri”  adlı  doktorluq  dissertasiyası  işində  sözügedən  məsələnin 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə