Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə89/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   85   86   87   88   89   90   91   92   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
239
şəhəri ilə pək sıxı əlaqə və rabitəsi olduğunu əsərlərində görürüz. Hətta iki-
üç  aylar  ilə  bu  şəhərlərdə  sakin  olub  gözü  ilə  gördüyü  bir  qaç  tarixi 
hadisələri  yazıb  bizə  yadigar  buraxmış  və  bu  şəhərlərdə  olan  məşhur 
simaların dəxi bir çoxuyla görüşüb tanış olmuşdur. Və bəlkə: 
Yenə vəqtində adım söylənir Şirvanə, İbrahim, 
Xəstə Baxış Nəvahi sakini-Salyan, haray. 
-  deməsi  də  yaşadığı  Nəvahi  kəndinin  mənsub  olduğu  qəza  etibarilə 
olmuşdur. 
Nadim Salyan şəhərində “Beş dəli” məhləsində Molla Məhəmməd Rza 
deyilən birinin bacısı ilə evlənmiş, uzun illər Salyanda yaşamışdır. Bu saat 
qohum-əqrəbalarından Salyanda çoxdur. Nadimin nərəli olduğunu və nərədə 
doğulduğunu həqqilə təyin etmək mümkün olmadığı kimi, tarixi-təvəllüdünü 
də  təyin  etmək  çox  müşküldür.  Ağızdan-ağıza  eşitdigim  məlumatdan  1205 
tarixi-hicridə doğulub 1300 tarixində 95 yaşında vəfat etməsi miyana çıxır. 
Bu da ömrünün axır çağlarında “95 yaşım vardır” deməsi və vəfatından altı 
ay  sonra  doğulan  bir  nəvəsinin  tarixi-təvəllüdü  ilə  təxmin  olunur.  Bundan 
əlavə,  1200  tarixi-hicridə  doğulub,  1298-ci  tarixdə  98  yaşında  vəfat  etmiş 
olduğunu  da  bəziləri  söyləyirlər.  zira  ikincisi  birinciyə  nisbətən  bir  qədər 
doğru  olsa  gərəkdir.  Çünki  şairin  nəzmən  yazıb  buraxdığı  bir  qaç  tarixi 
əsərlərini  gözdən  keçirtdikdə  görürük  ki,  1217  tarixi-hicridə  (1803  miladi) 
Rusiya çarı I Aleksandr tərəfindən Gürcüstanı idarə etmək üçün göndərilmiş 
general  Tsitsianovun  Tiflisə  gəlməsindən  başlayaraq  15-20  sənə  zərfində 
Gürcüstan,  Dağıstan,  Gəncə,  İrəvan,  Şirvan,  Salyan,  Talış,  Bakı,  Dərbənd  və 
Quba xanlıqlarında vaqe olan bir çox mühüm və tarixi hadisələri qeyd etmiş və 
bunlardan bir çox sənələr sonra 1297-ci tarixi-hicridə yaşadığı Nəvahi kəndində 
və ətrafında vaqe olan tarixi bir nühusatı – qəhət və giranlığı dəxi nəzmən təsvir 
etmişdir.  Bundan  belə  məlum  olur  ki,  bu  qocaman  şairimiz  1217  sənədə  şeir 
deməgə müstəd olub 1297-ci sənədə dəxi hali-həyatında imiş. 
Əgər  1205-ci  tarixi-hicridə  doğulduğunu  fərz  edərsək  on  iki  yaşında 
şeir  deməgə  başlamış  olduğu  miyana  çıxır.  Bu  da  sinni-müqtəzasınca  bir 
qədər  uyğun  olmadığından  birincinin  yanlış,  ikincinin  isə  doğru  olduğunu 
zənn ediyorum. 
Nadim ibtidai təhsilini Nəvahidə atasından almışdır. O zaman mollalıq 
mütərəqqi olduğundan atası bunu oxuyub molla olmaq məqsədi ilə Şamaxıya 
göndərir.  Orada  farsca,  türkcə  və  ərəbcəyi  mükəmməl  bir  surətdə  oxuyub 
Nəvahiyə  müraciət  edəndən  sonra  nədənsə  pədərinin  arzusuna  əks  olaraq 
büsbütün mollalığı buraxıb kənd təsərrüfatı ilə məşğul olmuşdur”.(5.s.4-6) 
Canıbəylinin  müqayisəli,  təhlili  şəkildə  apardığı  araşdırmanı,  gəldiyi 
nəticələri  məntiqi  və  düzgün  hesab  etmək  olar.  Xüsusilə,  onun  tarixi 
hadisələrin  fonunda  irəli  sürdüyü  mülahizələr,  Nadimi  şəxsən  tanıyan 
adamlarla  söhbəti  onun  söylədiklərinin  həqiqət  olduğunu  bir  daha  təsdiq 


Filologiya məsələləri, № 7, 2017 
 
240
edir. Digər tərəfdən, akademik  Feyzulla Qasımzadənin də onun dediklərini 
təsdiq etməsi Canıbəyliyə olan etimadı artırır. 
Sadə  zəhmət  adamı  olan  Nadim  əkinçilik  və  heyvandarlıqla  məşğul 
olmuş,  o  qədər  də  xoş  güzəran  keçirməmişdir.  Daim  zəhmətkeş  insanların 
içərisində  olmasının,  ən  ağır  günlərində  onlara  həyan  çıxaraq  öz  gücü  və 
imkanı  daxilində  problemlərini  həll  etməyə  çalışmasının  nəticəsi  olaraq 
insanlar onu sevmiş, ən çətin anlarda ona müraciət etmişlər. Camaatın ona 
olan  ehtiramını  yüksək  qiymətləndirən  Mirzə  Baxış,  əldə  olan  məlumata 
görə,  dəfələrlə  kəndlilərin  mübahisəli  torpaq  məsələsini  müsbət  həll  etmək 
üçün günlərlə, hətta aylarla Bakı, Salyan və Şamaxıda olmuş, yüksək çinli, 
vəzifəli  şəxslərlə  görüşərək  həmyerlilərinin  problemlərini  həll  etməyə  nail 
olmuşdur.  Təbii  ki,  torpaq  məsələsi  bəylər  və  mülkədarlarla  kəndlilər 
arasında baş verirdi. Nadimin kəndliləri, yoxsul zümrələri müdafiə etməsini 
qəbul  edə  bilməyən  bu  istismarçı  təbəqə  nümayəndələri  hər  vasitə  ilə  ona 
qarşı  mübarizə  aparır  və  şairi  el  arasında  hörmətdən  salmağa  çalışırdılar. 
Deyilənə görə, bir dəfə şair kəndlilərin torpaq məsələsi ilə bağlı Şamaxıya 
gedir.  Bu  dəfə  onun  səfəri  bir  qədər  uzun  çəkir.  Bundan  istifadə  edən 
düşmən  qüvvələr  camaat  arasında  şaiyələr  yaymağa  çalışırlar.  Camaat 
arasında  narazılığın  artdığını  görən  oğlu  Mirzə  Fərəculla  atasına  məktub 
yazaraq onu vəziyyətdən xəbərdar edir. Nadim oğlunun məktubunu oxuyan 
kimi məsələnin nə yerdə olduğunu – düşmən qüvvələrin öz işini gördüyünü 
dərhal anlayaraq oğluna nəzmlə cavab məktubu yazır: 
 
Desələr guşzəd olma, mənə böhtandı, oğul, 
Acığın dövlətə vardır zərəri, qan, oğul. 
İki aydır məni salmışlar “bu gün”, “zaftra” ya, 
------------------------------------------------- 
Kəsmişəm qapusunu icz ilə mən “İvan”ın, 
Mər
*
 eşitmüblər, oğul, “zaftra”sın Divanın.
1
 
 
Gətirdiyimiz  bu  nümunələr  bizə  müqtədir  şairimiz  Qasım  bəy  Zakiri 
xatırladır.  Nadim  də Zakir kimi  “İvan”ın  “zavtra”sından,  “divan”ından,  bir 
sözlə,  süründürməçiliyindən  cana  doymuş,  heç  nədən  çəkinməyərək  öz 
nifrətini açıq şəkildə ictimaiyyətə elan etmişdir. Əlyazmasında bu nümunəni 
verən A.Canıbəyli haqlı olaraq onu Nadimin “xalq yolunda fədakarlığı”nın 
sübutu  kimi  qiymətləndirir:  “Zənnimcə,  qırıq  və  natamam  bir  şəkildə 
oxuduğumuz bu beş sətir Nadimi, Nadimin səmimiyyətini və xəlq uğrundakı 
                                                            
*
 Mər – məgər sözünün qısa formasıdır. 
1
  Nümunə  A.Canıbəylinin  göstərilən  əlyazmasından  götürülmüşdür.  Orada  belə  bir  qeyd 
verilmişdir: “Əfsuslar olsun ki, ağızdan-ağıza öyrənə bildigim yalnız bu beş sətr olmuşdur. 
Bir hərfini belə dəyişdirməyərək eşitdigim kimi yazdım”. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə