Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə97/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   93   94   95   96   97   98   99   100   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
260
Mirzə  Sadiqə  bir  vəzifə  tapşırılmışdır.  Əkbərşah  Dəkəni  aldıqdan  sonra 
Qəribkuş qəsəbəsində Mirzə Sadiqi öldürmüşlər” (6, s. 318).  
Zühuri onun öldürülməsi haqqında aşağıdakı şeri demişdir: 
Gözlərim buluddan çox axıdır qəm yağışı,  
Gözün aç bir bax, gözüm nə axıdır yaşı.  
Qürbət torpağında sən nə zillətlər çəkdin,  
Qəribliyin ağlatdı bütün dağları-daşı (6, s. 318).  
Aşağıdakı rübailər Mirzə Sadiqindır: 
Varlıq, mahiyyətini heç başa düşmək olmaz, 
Nə həddi, nə hüdudu heç bir zaman tanınmaz. 
Uzun yollar kəsilmiş bu meydanda həddi yox,  
Nə dəlil, nə sübutla, nə fikrlə dərk olmaz. 
Ağıl, get dağlarda, düzənliklərdə məskən sal, 
Ey eşq sən, gəl, qanlı bu ürəklərdə məskən sal! 
Leyli didarını sən arzulayırsan əgər, 
Məcnun gözlərinin pərdələrində məskən sal! 
Sadiq, nə vaxta qədər sən sadəlövh olursan, 
Ürək sözünü yada deyib, çox acınırsan. 
Xüsusiyyətlərindən yarın çox danışaraq, 
Axırda vüsalından da uzaqda qalırsan (4, s. 278-279). 
Nəsilliklə  elm  aləminin  parlaq  nümayəndələri  olan  Naxçıvan 
ziyalıları  yaradıcılıq  fəaliyyətlərinin  bütün  istiqamətlərində  inkişaf  edərək 
müəyyən  nailiyətlər  əldə  etmişlər.  Yuxarıda  qeyd  etdiyimiz  həmin  nəslin 
nümayəndələrindən  biri  də  məhz  Mirzə  Kafinin  əmisi  oğlu  Safi  Xacə 
Hatəmbəy Etimadüddövlə olmuşdur. “Safi Xacə Hatəmbəy Etimadüddövlə - 
Mirzə  Kafinin  əmisi  oğludur.  O,  vəzir  vəzifəsində  çalışıb,  dövlət  işlərində 
böyük istedad sahibi, xoş xislətli və mülayim rəftarlı idi. Safi öz dövrünün 
görkəmli  şəxsiyyətlərindən  olmuşdur.  O,  ilk  zamanlar  Kirman  hakimi 
Bəktaşxanın  vəziri  olmuş,  öz  ləyaqət  və  işgüzarlığını  göstərmişdir.  Şah 
Abbas  Bəktaşxanı  aradan  çıxarmaq  fikrinə  düşdükdə  Safiyə  böyük  hörmət 
göstərib,  ölkənin  müstövfiliyini  ona  tapşırdı  və  Mirzə  Lütfini  işdən  kənar 
etdikdən  sonra  Safini  öz  vəziri  edib,  ölkənin  bütün  işlərini  onun  bacarıqlı 
əlinə tapşırmışdır” (6, s. 322).  
Şeyx  Əlinağı  Kəmərəli  Safinin  mədhində  bir  qəsidə  demişdir  ki, 
aşağıdakı beyt o qəsidədəndir:  
Elm, hünər sahəsində həmişə bar verir, 
Ordubad torpağında hər nə ki, göyərir (4, s. 300). 
Mirzə Məlik Məşriqi də onun mədhində qəsidə demişdir. Aşağıdakı 
beyt bu qəsidədəndir: 
Rəyinlə kəsilmişdir xalat günəşə işıqdan, 
Yerə düşən şüalar onun ətəyidir nurdan (4, s. 300). 


Filologiya məsələləri, № 7, 2017 
 
261
Bu  görkəmli  vəzir  1610-cı  il  29  mayda  Urmiyə  şəhərinin  Dəmdəm 
qalasının  altında  gözlənilmədən  vəfat  etmişdir.  Onun  nəşini  Təbrizə  və 
oradan  Məşhədə  aparıb,  İmam  Rza  məqbərəsinin  aşağı  tərəfində  dəfn 
etmişlər.  
 
XVII əsrin əvvəllərindən başlayaraq Naxçıvana dair əlyazma 
əsərlərinin sayı get-gedə artmağa başlayır. Bu da Naxçıvan elmi-ictimaiyyəti 
üçün  çox  mühüm  hesab  edilirdi.  O  vaxtın  tanınmış  ziyalılarından  olan 
İbrahim  Ordubadi  öz  zəngin  yaradıcılığı  ilə  bütün  Şərq  aləminin  diqqətini 
cəlb  etmişdir.  “İbrahim  Ordubadi  –  Ordubad  şəhərinin  seyidlərindən  və 
Məhəmmədbağır  Yəzdinin  kürəkənidir.  Ömrünün  ortalarında  o,  Şahcahan 
padşahın  (hicri  qəməri  1037-1068/1627-1657)  baş  vəziri  olan  Nəvvab 
Cəfərxanın oğlanlarının müəllimi olmuşdur. İbrahim Ordubadi burada böyük 
sərvət  toplamış,  ancaq  topladığı  sərvəti  tezliklə  puça  çıxarıb,  yoxsul 
paltarında İsfahan  şəhərində  vəfat etmişdir”  (6, 46).  Daha  sonra  “Səfineyi-
Xoşgu” əsərində onun bir şeri xüsusi qeyd edilir: 
 
 
İrfan əhli, odur ki, ruhu yüksəklərə yetər, 
 
 
Dünyanı yaxşı duyub, əlaqələri tərk edər. 
 
 
Əbədi deyil həyat, hər qarının ölümü var, 
 
 
Kişi odur, ölümə qorxmadan könüllü gedər. 
 
 
Gah quru ürəkdə, gah da yaşlı gözdədir,  
 
 
Ayım gah dəniz, gah quru səfərindədir. 
 
 
Gözdən könülə enmək heç də uzaq deyildir, 
 
 
Məkkəyə getməyə yaxın yol dənizlədir.  
 
 
Hindistan becərmiş olsa da məni şəkərlə, südlə,  
 
 
Çıxarmı könüldən iraq, mənə öz məhəbbətilə. 
 
 
Uşaq mehriban tayadan belə süd əmmiş olsa da, 
 
 
Yayındıra bilməz taya anasından öz südilə (6, s. 47).  
 
XVII əsrin digər görkəmli nümayəndəsi, şerlər təbinə vurğun, 
istedad və bacarığı ilə tanınan Münşi Mirzə Zeynəlabdin Ordubadi olmuşdur. 
“Münşi  Mirzə  Zeynəlabidin  Ordubadi  –  Mirzə  Əbdülhüseyn 
Münşilməmalikin  oğlu  və  Hatəmbəy  Etimadüddövlənin  əmisi  oğludur.  O, 
gözəl şeir təbinə malik idi. Aşağıdakı beytlər ondandır:  
 
 
Hicabsızlıq bir pərdə olmuş aşiqin gözünə, 
 
 
Qoy gözlüyü olsun o, ürəyimizin gözünə. 
 
 
Göy altında bir havadar çıxmadı mənim qarşıma, 
 
 
Deyəsən bu fələk təkcə dolanır mənim başıma (6, s. 516).  
 
Mirzə  Zenəlabidin  Münşi  Azərbaycana  gəlməyini,  Şah 
Abbasın  onunla  müharibəsini  (hicri  qəməri  1014/1605-cü  ildə)  nəzmə 
çəkmişdir: 
 
 
Toplandı iki tərəfdən ölkə qoşunu, 
 
 
Kəsdilər düşmənə bütün çarə yolunu. 


Filologiya məsələləri, № 7, 2017 
 
262
Hər hansı tərəfdən düşmən üz çevirirdi, 
Qayçı ilə iki tərəfdən o kəsilirdi (6, s. 516). 
Görkəmli söz ustası XVII əsrin yaradıcılarından olan, Naxçıvan ədəbi 
mühitinin görkəmli nümayəndəsi Sayir Ordubadi də öz gərgin fəaliyyəti ilə 
məşhur olmuşdur. Onun gözəl söz düzümü bir çoxlarını heyran etmişdir.  
Eşqin yolunda heç kim sirlərə məhrəm olmadı, 
Sənin tək artıq heç kim bu yolda addımlamadı. 
Ağıllı suya çatdı ayaqla, keçid axtarıb, dayandı, 
Dəlisə, keçdi yalın ayaqla, yoldan qalmadı  
(4, s. 289). 
Naxçıvana dair əlyazma mətnləri sırasında XVII əsrdə yaşamış tanınmış 
təbib  İbrahim  Naxçıvanini  görürük.  Bu  haqda  M.Tərbiyət  “Mətrəhül-ənzar” 
əsərindən istifadə edərək yazır: “İbrahim Naxçıvani XVII əsr təbiblərindəndir. 
Atası  Zeynəlabidin  Dəməşq  şəhərinə  getmiş  və  orada  İbrahim  tibb  elmini 
öyrənmiş,  Dəməşqin  baş  təbibi  olmuşdur.  İbrahim  1648-ci  ildə  Dəməşqdə 
vəfat etmişdir. 
Mövlana İbrahim tibb elmində mahir və bacarıqlı sənətkar olmuşdur. 
Bundan əlavə o çox söhbətçil və zarafatçıl olmuş, camaat içərisində Cəməl 
adı ilə məşhur olmuşdur. Qaq (Qarğa) adı ilə məşhur olan Hacı Məhəmməd 
Qazı Hüseyn Salehi oğlu ilə İbrahim arasında bərk zarafat olmuşdur. Bir gün 
bu qazı təbib İbrahimi rüsvay etmək üçün hiylə qurur. Təbib bundan xəbər 
tutur  və  buna  görə  Qazı  ilə  İbrahim  deyişirlər,  söyüşürlər  və  beləliklə, 
onların dostluqları pozulur. O dövrün ədiblərindən olan İbrahim Əkrəmin bu 
haqda ərəbcə bir beyt demişdir: 
Bax ruzgar əhvalına, onda yaramazlıqlara,  
Qarğa istər dəvəni qanadla salsın tora (6, s. 48).  
XVIII əsrdə Azərbaycanın bütün bölgə və şəhərlərində olduğu kimi, 
Naxçıvanda da şifahi xalq ədəbiyyatı, yazılı ədəbiyyat və aşıq ədəbiyyatının 
bir-birilə daha sıx çulğalaşdığı dövr adlanır. O dövrün böyük sənətkarlarının 
yaradıcılığında  bu  faktlar  bir  daha  özünü  göstərir.  Lakin  Naxçıvana  dair 
əlyazma  kitab  sənətində  bir  geriləmə  yaranır.  Əsrin  ilk  çağlarından 
Azərbaycanda  Səfəvilər  dövlətinin  süqutu,  ölkənin  müxtəlif  xanlıqlara 
parçalanması,  ara  müharibələrinin  ardı-arasının  kəsilməməsi,  ölkənin 
əyalətlərində dərəbəyliklərin yaranması, bütün iqtisadi-mədəni sahələrdə öz 
təsirini  göstərdiyi  kimi,  əlyazma  əsərlərinin  yazılması  sahəsinə  də  ağır 
zərbələr  vurmuş,  bədii  kitabların  tərtibi  zəifləmiş,  yüksək  sənət  əsərləri 
yazılmamış, ancaq bir neçə iri xanlığın mərkəzlərində bəzi maraqlı əlyazma 
kitabları  yaranmışdır.  “XVIII  əsr  Naxçıvanın  tarixi  və  ictimai-mədəni 
həyatından xəbər verən «Naxçıvan sancağının müfəssəl dəftəri» adlı əlyazma 
osmanlıların Naxçıvandakı vergi haqqında qeydləridir” (3, s. 5).  
“Hatif Seyid Əhməd – Hüseyni seyidlərindəndir. Onların ulu babası 
Səfəvilər dövründə Ordubaddan İsfahana getmiş və orada yaşamışdır. Seyid 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə