Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə100/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   96   97   98   99   100   101   102   103   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
269
fitri  bir  sənətkar  duyumu  ilə  onun  necə  dərindən  hiss  etməsində  axtarmaq 
lazımdır" (3, 45). 
  Beləliklə,  aydın  görünür  ki,  sosialist  realizmi  klassik  satiraya  bir 
qədər  sıcaq  baxsa  da  müasir  satiranı  qəbul  etməmiş,  onu  vaxtı  keçmiş  bir 
mərhələ  olaraq  öyrənsə  də  bədii  düşüncədə  ifadə  imkanlarını  mümkün 
olduğu qədər azaltmışdır. Bununla yanaşı, az da olsa Sabir haqqında yazılan 
şeirlərdə  və  Sabirə  nəzirə  yazılan  şeirlərdə  satirik  ruh,  sabiranəlik  həmişə 
mövcud olmuşdur. Bu mənada qətiyyətlə söyləmək olar ki, sosialist realizmi 
çərçivəsində  yazıb  yaradan  satirik  şairlər,  yaxud  yazılan  satirik  şeirlər 
Sabirin  "şineli"ndən  çıxmışdır.  Bu  cür  şeirləri  yalnız  Sabirin  müasirləri, 
yaxud  Sabir  ənənəsini  yaşadanlar  deyil,  eləcə  də  lirik,  epik  şairlər  də 
yazmışlar.  Bu  mənada  M.Ə.Sabir  satirası  onlar  üçün  əlçatmaz  zirvəyə 
çevrilir. Bu şairlər Sabirə ona görə istinad edirlər ki, sovet dövründə tənqid 
etmək  damğalanmağa  bərabər  idi.  Ona  görə  də  nə  zaman  ki,  hər  hansı  bir 
hadisəni,  problemi  tənqid  etmək  lazım  gəlirdi,  o  zaman  M.Ə.Sabir  yada 
düşürdü.  Çünki  əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  sosialist  realizmi  qeyri-
rəsmi  satiranın  qarşısına  sədd  çəksə  də,  ictimai  satirik  poeziyanın  banisi 
Sabirə böyük qiymət verir, onun adını uca tuturdular.  
  Poetik ənənənin əsas xüsusiyyətlərindən biri odur ki, onun qarşısında 
nə qədər qadağalar qoyulsa belə yoluna davam edir, onun qoyduğu ənənə bu 
və ya digər şəkildə yaşadılır. M.Ə.Sabirin satirik şeir ənənəsi də məhz belə 
olmuşdur. Yeni dövrdə Sabir satirik poeziya ənənəsi bütün komponentləri ilə 
yaşadılmasa da, müəyyənedici amilləri ifadə olunmuşdur. Hər şeydən əvvəl 
bu  ənənəni  davam  etdirənlərdən  bir  neçəsi  (S.Mənsur,  Ə.Nəzmi, 
M.S.Ordubadi, Mirzəli Möcüz, Bayrəməli Hambal və b.) elə Sabirin müasiri 
olmuşdur. 20-ci illərdə isə "Molla Nəsrəddin" jurnalının nəşr edilməsi hələ 
bu ənənənin davam etdirilməsi demək idi. Sonrakı prosesdə də Sabir ənənəsi 
davam  etdirilmiş,  Ə.Cavad,  S.Vurğun,  R.Rza,  M.Rahim,  S.Rüstəm, 
O.Sarıvəlli, M.Dilbazi kimi şairlər öz yaradıcılıqlarında satirik ifadə üsuluna 
müraciət  etmişlər.  Lakin  bu  dövrdə  satirik  poeziya  Sabir  ənənəsi  üzərində 
dayanmaqla  yeni  mahiyyət  qazandı.  Bir  müddət  satirik  pafos  şeirləri  tərk 
etməklə  yanaşı,  satirik  olmayan  şeirlərdə  zühur  etdi.  Ə.Cavad,  S.Vurğun, 
Ə.Vahid,  S.Mənsur,  R.Rza,  M.Rahim  və  başqa  şairlərin  yaradıcılığında 
satirik  təmayül  məhz  satirik  səciyyə  daşımayan  şeirlərdə  öz  ifadəsini 
tapmağa başladı. Yəni sırf satirik şairlər yetişməsə də şeirlərdə satirik pafos, 
tənqid bu və ya digər şəkildə öz ifadəsini tapmağa başladı.  
  Lirik  şair  kimi  tanınan  və  sovet  repressiyasına  məruz  qalan 
Ə.Cavadın  həm  də  tənqidi,  satirik  şeirləri  olmuşdur.  Doğrudur,  bu  şeirlər 
zamanında dərc edilməmişdir, şairin arxivindən götürülüb sonralar kitabına 
daxil edilən bu əsərlərdə daha çox tənqid və həcv xarakterlidir. Onun "Şairə 
sataşdınsa,  "Məsciddə  meyxana",  "Ağamirin  toyunda",  "İsfəndiyar  üçün", 


Filologiya məsələləri, № 7, 2017 
 
270
"Gəncəli  dostlarıma",  "Dostum  xanəndə  Əsgərə",  "Başa  bax,  peysərə  bax, 
vərdişə  bax",  "Qocalıqda  yorğalıq",  "Çuğulu  həcv"  və  s.  şeirlərində  şəxsi 
münasibətlərdən  doğan  tənqid  və  həcvlərdə  tənqid,  zarafat  xüsusiyyətləri 
başlıca yer tutur. "Şairə sataşdınsa" şeirində şair ona "töhmət yazıb yollayan" 
qardaşın  "külüngünün  daşa  dəyməsi"  təsvir  edilir.  Görünür  ki,  əvvəlcə 
fəlsəfəyə  ürək  verən  şairin  (tənqid  hədəfinin)  indi  "damında  dirək 
qalmamış",  axşam-sabah  əlində  "at-eşşəyə"  zibil  tullamaqla  məşğuldur. 
Əvvəllər anbar müdiri olan "şairin" "tərəqqi"sinə istehza edən Ə.Cavad ortaq 
tanışları  kimi  Seyfulla,  şaqalad  Məmməd,  Zülfüqar,  İsgəndərbəyin  adını 
çəkir və ona sataşan "şairə" deyir: 
  Sataşdın şairə, yıxıldı damın, 
  Bəyənmədin bizi, qırıldı camın. 
  Tuf olsun zatına böylə adamın: 
  Ki olmuş gönünü zollayan, qardaş (4, 171) 
  Həm  "Şairə  sataşdınsa",  həm  də  "Məsciddə  meyxana"  şeirləri 
"qardaş"  rədifi  ilə  bitir.  "Məsciddə  meyxana"  şeirində  də  şəxsən  tanıdığı 
adamı  "bir  yağlı  işə"  girməsi  münasibətilə  təbrik  edir.  Məlum  olur  ki, 
"qardaşı"  "Əhmədxan:  Əlxan  ibni  xan"  Gəncədə  dükan  açıb  çaxır  satır, 
gəncə  camaatını  "piyan"  edir.  Şair  bugünkü  gündə  bidin  olmağı,  içməkdə 
"şərəf-şan" çıxarmağı tənqid atəşinə tutur. Özü də bunu saqqalına dən düşən 
zaman edir və çaxırın içinə su qatır. Onun dostları Hilal Mamedovla, Fərhad 
Əliyev  isə  bunda  "bir  ziyan"  görmürlər.  Şair  özünü  demokrat  göstərən 
"qardaşa" məsləhətini belə verir: 
  Xislətin demokrat, özün xanzadə, 
  Demokratı keçdin həddən ziyada. 
  Mənim sözlərimi saldıqca yada, 
  Bir az ehtiyatlı gəz dolan, qardaş! (4, 172). 
  Ə.Cavadın "Ağamirin toyunda", "İsfəndiyar üçün", "Dostum xanəndə 
Əsgərə",  "Qocalıqda  yorğalıq",  və  s.  şeirlərində  də  şəxsi  münasibətlər 
zəminində  tanıdığı  adamların  obrazını  yaradır.  Bu şeirlərdə  həcv  xarakterli 
təsvirlər  başlıca  yer  tutur.  Bu  həcvlərdə  şairin  poetik  dili  kəsərli,  tənqidi 
sözlərlə  əvəz  olunur.  "Çuğulu  həcv"  şeiri  isə  onun  şeirlərində  ictimai 
eybəcərlik  axtaran,  həyatını  təhlükədə  qoyaraq  dəmir  barmaqlıqlar  arasına 
salan,  balalarını  yetim,  evini  başsız,  qələmini  sahibsiz  qoyan  vicdansız 
adamlara hiddəti, ittihamı göstərilir. Şair, demək olar ki, hər sətirdə hiddətini 
boğa bilməyib belələrinə söyüş yağdırır. Şeirin tarixi olmasa da, onun həbsdə 
yazıldığını  güman  etmək  olar.  Lakin  şairin  "Qocalıqda  yorğalıq"  (1935) 
şeirin satirik təsvir və ifadə vasitələri baxımından bir qədər zəngindir. Şeir 
həm  satirik  məzmunu,  həm  ruhu  ilə  dövrün  satirik  bədii  düşüncəsini 
zənginləşdirir.  Göründüyü  kimi,  Ə.Cavadın  şeirlərində  tənqid,  ifşa,  satira 
pafosu olsa da, sırf satirik şeirlər deyildir. Özü də şairin bu şeirləri hər hansı 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə