Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə98/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   94   95   96   97   98   99   100   101   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
263
Əhməd fəlsəfə, tibb və riyaziyyat elmlərində öz dövrünün yeganə alimi idi. 
Onunla  Şirazda  olan  Mirzə  Nəsir  Təbib  arasında  bir  sıra  yazışmalar  və 
müşairələr olmuşdur. Seyid Əhməd hicri qəməri 1198 (1783) - ci ilində Qum 
şəhərində vəfat etmişdir. Onun iki min beytdən ibarət ərəb və fars dillərində 
divanı vardır. Bu divandan bir hissəsi bir neçə dəfə çap olunmuşdur” (4, s. 
374). 
Şairin  həyatı  barəsində  Salman  Mümtaz  yazır:  “Heyf  ki,  bu  böyük 
şairimizin  nə  təvəllüdü,  nə  dünyadan  gedən  günü  məlum  deyil.  Ancaq 
Şəmsələddin  Saminin  yazdığına  görə  Seyid  Əhməd  Hatifin  vəfatı  XII  əsr 
hicrinin əvaxırında ittifad düşübdür. Rəhmətullah əleyh!” (1, s. 10). 
Naxçıvana  dair  əlyazmalar  sırasında  Mirzə  Abdulla  Əfsərin  də 
əlyazma  əsərləri  var.  Onun  barəsində  əlyazmada  bu  qeydlərə  rast  gəlirik: 
“Əfsər-adı  Mirzə  Abdulla,  Ordubaddandır.  O,  Məhəmmədşah  dövrünün 
şairlərindəndir  və  şerləri  türk  dilindədir”  (4,  139).  Naxçıvanın  görkəmli 
maarifçi şəxslərindən olan Qazı Məhəmməd Nəsiri haqqında məlumat verən 
“Həft-iqlim”  əsərinin  müəllifi  yazır:  “Nəsiri  Qazı  Məhəmməd  Ordubad-
dandır. O, incə təbli və iti zehinli şair olmuşdur” (6, s. 542). Aşağıdakı şeir 
ondandır: 
Könlünü vermiş bülbülün al qanından gülüstanda,  
Gülbuta başına qoyulan güldəstəyə bənzər. 
Bu qanı təmizləməkçin arxlardan axan sularda, 
Mövclər təbiət əlində dişlənmiş mişara bənzər (6, s. 542). 
“Töhfəyi-Sami”  əlyazma  kitabının  müəllifi  yazır:  “Xəlil  Naxçıvani 
gənc  yaşlarında  zərgərlik  etmişdir.  O,  bir  müddət  türklərin  hakimiyyəti 
əleyhinə  üsyan  qaldırdıqdan  sonra  zərgərliyi  buraxıb,  Naxçıvan  kələntəri 
olmuş,  bu  şəhərin  abad  olması  üçün  çox  səy  göstərmişdir.  Onun  gördüyü 
xeyir işlərin izi indi də qalmaqdadır. Ömrünün axırında kor olmuşdur. Xəlil 
iki dəfə Məkkəyə ziyarətə getmişdir” (6, s. 226). Aşağıdakı «Uveys» adına 
tapmaca ondandır:  
 
Dünyanın qəm-kədərindən olmaq istərsənsə uzaq, 
 
Su kimi doldur bardağa, bir sərv ayağına burax (6, s. 226). 
Naxçıvana  dair  başqa  bir  məlumata  da  rast  gəlirik:  “Şahhüseyn 
Ordubadi  Azərbaycanın  məşhur  şairlərindəndir.  O,  ömrünün  ilk  çağlarında 
Xorasana gedib, orada öz incə məfkurəsi, biliyi və düşüncəsinə görə böyük 
şöhrət  qazanmışdır.  Şahhüseyn  Mirəlişirin  məclisində  olmuş,  orada  öz 
məlahətli  şerlərindən  oxuyaraq,  ara-sıra  mükafat  almışdır.  Şahhüseyn 
Ordubadinin bir çox qəsidələri müəmma janrında yazılmışdır” (5, s. 5). Bir 
beytinin tərcüməsi belədir: 
Nə yaxşı olar yarım gəlsin kinli qılınc əlində,  
Rəqiblərim qaçsın, mən qalım yarımla xəlvət evində (5, s. 5). 


Filologiya məsələləri, № 7, 2017 
 
264
Başqa bir naxçıvanlı şair: “Fikri Ordubadi adətən işlədilmiş mövzula-
rı iqtibas edərək, onları yenidən nəzmə çəkərdi” (4, s. 354). Aşağıdakı beyt 
ona nisbət verilir: 
Yer olmuşsa göz yaşımdan lalə kimi qanla dolu, 
Pərişanlığa yer yoxdur, yerlər açmış aşiq gülü (4, s. 354). 
 Rami  yaradıcılığı  da  Naxçıvana  dair  əlyazmaların  zəngin  xüsusiyyət-
lərindən xəbər verir. Onun əlyazma kitabları Naxçıvan tarixi və ədəbi mühiti 
üçün böyük  əhəmiyyət kəsb edir. “Rami –  Ordubaddandır.  O,  xoş  təbli  və 
incə  düşüncəli  idi.  Rami  Vəhşi  Baftinin  müasiridir”  (6,  s.  248).  Aşağıdakı 
şeir ondandır: 
Dərdlərimin vəsfini dil açıb verə bilməz, 
Bir dünya qəm-kədəri sözlə bildirə bilməz. 
Eşq olduğu könüldə yeni bir aləm doğar, 
Məhəbbət bostanını xəzan soldura bilməz (6, s. 248). 
nda Fətulla ibn Mirzə Məhəmməd Cəfər “Məcmuətül-əşar” əlyazma 
kitabında  yazır:  “Ordunun  əsli  Ordubaddandır,  lakin  Təbrizdə  anadan 
olmuşdur.  Adı  Mirzə  Rəhimdir”  (4,  s.  266).  Aşağıdakı  beyt  Mirzə  Rəhim 
Ordunundur: 
Dolanıram başına, buna görə, gözətçisinin, 
Bir gün öpdüm bəlkə torpağı astanəsini (4, s. 266). 
Əlyazmalarda ədəbi mühitlə məşğul olan daha bir ordubadlı şair Naci 
Ordubadi  adı  çəkilir.  “O,  görkəmli  söz  ustasıdır.  Bir  neçə  vaxt  Təbrizdə 
yaşamış və ömrünün sonunda Hindistana gedib, orada vəfat etmişdir. Naci 
Katibinin  «Şütür  hücrə»  qəsidəsinin  cavabında  bir  qəsidə  demiş  və  onun 
sözlərinə «pəşə» («milçək») sözü artıraraq maraqlı bir qəsidə demişdir. O, bu 
işin  öhdəsindən  bacarıqla  gələ  bilmişdir”  (6,  s.  529).  Bu  qəsidənin  birinci 
beyti «Məcməül-Xəvas» əsərində yazılmaqla aşağıdakı kimidir: 
Bəsdir bədən hücrəmdə fikir milçəyi dəvə olsun, 
Mənim hücrəmdə belə milçək dəvə işini görsün (6, s. 529). 
“Xülasətül-əşar”  əlyazma  kitabında  başqa  bir  naxçıvanlı  şairdən  də 
danışılır: “Səbati – Ordubaddandır. O, həm zahiri, həm də batini gözəlliyi ilə 
məşhur idi. Tarix və keçmiş hadisələr haqqında geniş məlumatı var idi. Şer 
və  müəmma  fənlərində  də  bilikli  olmuşdur.  O,  ürəyəyatan,  məzmunlu  şeir 
qoşmuş  və  ölməz  əsərlər  yaratmışdır”  (6,  s.  156).  Aşağıdakı  şeir  Səbati 
Ordubadinindir: 
Eşq rüsvayıyam mən, avaralıqdan nə qəm,  
Eşq avarasına rüsvay olmaqdan nə qəm. 
Dağları çapmaqdan Fərhadın nə qorxusu,  
Məcnun üçün yalın dost axtarmaqdan nə qəm. 
Qürbətdə yaşayan qəriblikdən heç qorxmaz, 
Cənnətdə yaşayana yalquzluqdan nə qəm (6, s. 156).  


Filologiya məsələləri, № 7, 2017 
 
265
Ədəbiyyat 
 
1.  Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. 3 cilddə, III cild. Bakı: Elm, 
1988, 552 s.  
2.  Mirəhmədov  Ə.S.  Azərbaycan  mətnşünaslığının  vəziyyəti  və  inkişaf 
perspektivləri.  Azərbaycan  mətnşünaslıq  məsələləri.  Bakı:  Elm,  1979, 
168 s.  
3.  Naxçıvan sancağının müfəssəl dəftəri. (tərtib edən prof. Məmmədov H.). 
Bakı: Elm, 2001, 376 s.  
4.  Tərbiyət  Məhəmmədəli.  Danişməndani-Azərbaycan  (Azərbaycanın 
görkəmli  elm,  sənət  adamları).  Bakı:  Azərnəşr,  (Azərbaycan  dilinə 
tərcümə), 1987, 464 s. 
5.  Yəqubi  Əsəd  Rza.  Ordubad  və  Naxçıvanın  elm-sənət  adamları.  Kredo-
müstəqil  ictimai-siyasi,  publisistik  qəzet.  №01  (756)  18  yanvar,  Bakı: 
2014-cü il. səh. 4-5  
6. 
ﻰﻠﻋ  ﷴ  ﺖﯿﺑﺮﺗ
  .
نﺎﺠﯾﺎﺑرزآ  ﮫﻧاﺪﻨﻤﺸﻧاد
  .
ناﺮﮭﺗ
  :
ﻰﻣﻼﺳا  هدﺎﺷرا  تارﺎﺸﺘﻧا  و  بﺎﺟ  ﮫﻧﺎﻣزﺎﺳ
 .
1377
 .
ه.
ش
.
 ,
655
 .
ص
.
 
Сабухи Ибрагимов 
 
Образцы художественного творчества видных деятелей искусства 
нахчывана в текстах 
 
Резюме 
 
В статье проведен подробный анализ разнообразных достижений, 
сделанных  поколениями  Нахчыванской  интеллигенции,  яркими 
представителями  научного  мира,  творческая  деятельность  которых 
развивалась во всех направлениях.  
На основе важных сведений из источников можно утверждать, что 
в  Нахчыване  существовали  свои  традиции,  связанные  с  художествен-
ным творчеством.   
 
Мы  полагаем,  что  в  ходе  проведенных  нами  исследований 
образцы  художественного  творчества  видных  деятелей  искусства 
Нахчывана, содержащиеся в текстах источников, подробно освещены и 
показаны их положительные качества.   
 
 
 
 
 
 
 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə