Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə90/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   86   87   88   89   90   91   92   93   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
241
fədakarlığını müxtəsər də olmuş olsa bizə tanıdacaq bir vasitə ola bilər”(5.s.9).
 
 
Kamran  Məmmədov  da  şairin  bu  keyfiyyətini  nəzərə  alaraq  onun 
xidmətlərini  yüksək  qiymətləndirir:  “Həyatı  zillətdə  və  məşəqqətdə  keçən, 
müasiri  bəylər  tərəfindən  adam  yerinə  qoyulmayan  Mirzə  Baxış  Nadimin 
rəncbərlər arasında böyük hörməti varmış. Mirzəliyi özünə peşə edən məğrur 
şair  bacardığı  qədər  zəhmətkeş  kəndlilərə  kömək  etmiş,  onların  hüquq  və 
imtiyazlarının  tapdalanmaması  üçün  əlindən  gələni  əsirgəməmişdir” 
(3.s.133). 
Canıbəyli  daha  sonra  şairin  fərdi  xarakterli  həcvlərinə  münasibət 
bildirərək yazır: “İnşa etdiyi həcvlərə gəldikdə kəndi şəxsi qərəz üçün degil, 
ümumiyyətcə pək məqul və ədibanə bir tərzdə fəqir və yoxsul kəndlilər ilə 
vicdansızcasına rəftar edən alçaqlara qarşu qızğın saldırışlardan və dəhşətli 
tənqidlərdən ibarət olmuşdur”(5.s.9). 
Akademik  F.Qasımzadə  isə  təkcə  Nadimin  deyil,  ümumiyyətlə,  XIX 
əsrdə  yaşayıb-yaratmış  əksər  şairlərin  yaşadığı  mühiti,  onların  bu  mühitə 
qarşı etirazlarını nəzərə alaraq yazır: “Kəndlərdə yaşayan, bəylərin zülmünü 
görən  və  şəxsən  özləri  bu  zülmə  məruz  qalan  el  şair  və  aşıqları  öz  satirik 
şeirlərində  çar  hakimləri  və  çarizmin  qanun  və  qaydaları  əleyhinə,  kəndli 
hüququnu tapdalayan zülmkar bəylərə qarşı mübarizə aparırdılar. Nadim öz 
əsərlərində  biçinçilərin  haqqını  kəsən  mülkədarı,  kəndlini  kotana  qoşan 
zalım xanı şiddətli satira atəşinə tuturdu”(2.s.179). 
İstər  A.Canıbəyli  və  istərsə  də  F.Qasımzadə  öz  mülahizələrini  təsdiq 
etmək  üçün  şairin  “Murad  xan”  rədifli  qoşmasından  nümunələr  verməklə 
kifayətlənirlər. Altı bənddən ibarət olan bu qoşmada şair rəncbərlərin zəhmət 
haqqını  verməyən  və  bununla  da  bu  sadə  zəhmət  adamlarını  ağır 
məşəqqətlərə  düçar  edən  Murad  xanı,  eləcə  də  onun  timsalında  digər 
müftəxor  parazitləri  kəskin  satira  atəçinə  tutaraq  onları  kəpəyə  yüyürən 
eşşəyə,  tayqulaq  köpəyə  bənzətməklə  kifayətlənməyib  “çoxdur  sənin  kimi 
dərədə  itlər”  deyir,  üzlərnə  tüpürür.  Həcvin  beşinci  bəndində  şair  “Biçinçi 
əhlinin olsa hikməti, Çəkdirərlər səni darə, Murad xan” deyərək bir qədər də 
irəli gedib kəndliləri öz hüquqlarını qorumağa, mübariz olmağa səsləyir:  
 
Ey ağalar, süzə tərif eyləyim, 
Nə iş tutub yüziqarə Murad xan. 
Tamam kəsdi biçinçinin həqqini, 
Heç vermədi sikkə, parə Murad xan. 
 
Şəltik bilimindən tikibdir dəgə, 
Eşşək kimi yügürərdi kəpəgə. 
Münasibdir bir tayqulaq köpəgə, 
Qanuq olub cənavərə Murad xan... 
 


Filologiya məsələləri, № 7, 2017 
 
242
Nadim “Kərbəlayi” rədifli başqa bir şeirində də kəndlilərin mənafeyini 
müdafiə edir. Onun bu şeirdə hədəf seçdiyi şəxs adi mülkədar deyil, o həm 
də  Kərbəla  ziyarətinə  gedib  gəlmiş,  ictimaiyyətdə  müəyyən  mövqeyi  olan 
kərbəlayidir.  Lakin  kərbəlayi  olmasına  baxmayaraq  o  da  Murad  xan  kimi 
qaniçən zülmkardır. Onların hər ikisinin məslək və amalları eynidir – nəyin 
bahasına olursa olsun insanları istismar edib var-dövlət toplamaq. 
Nadim bu şeiri öz dilindən deyil, Kərbəlayinin taxılını biçdirmək üçün 
Muğandan gətirdiyi muğanlı bişinçilərin dilindən yazmışdır. Dörd bənddən 
ibarət olan bu şeir onların öz halal zəhmət haqlarını almaq üçün Kərbəlayiyə 
müraciətindən  ibarətdir.  Bu  hadisədən  bir  qədər  sonra  Kərbəlayinin 
Nəvahiyə gəlib Nadimin Kərbəlayi Salman adlı yaxın dostunu həcv etməsi 
şairi qəzəbləndirir və o həmin şəxsin ünvanına “Kərbəlayi” rədifli başqa bir 
həcv  yazır.  Birinci  həcvdən  fərqli  olaraq  ikincidə  Kərbəlayinin  şəxsi 
keyfiyyətləri tənqid olunur. 
A.Canıbəyli  Nadimin  bu  xüsusiyyətlərini  nəzərə  alaraq  yazır  ki,  o 
əhalinin ehtiyacını ruhunda yaşadan bir şair idi. Əgər biz bir az da yavuqdan 
tanımaq  istəsək  o  zaman  onun  dostu  Mahmuda  yazdığı  mənzum  bir 
məktubunu  gözdən  keçirməliyiz.  Canıbəyli  şeirin  yazılma  səbəbini  şərh 
edərək  göstərir  ki,  Nadimin  yaşadığı  Nəvahi  kəndinin  qonşuluğunda  ikinci 
bir  Nəvahi  kəndi  var,  hansı  ki,  qədim  zamanda  şahlara,  xanlara  rəncbər 
olduqlarından onlara indi də Rəncbər Nəvahi deyirlər. Azərbaycan iranlıların 
təsərrüfündə  olduğu  zaman  (hal-hazırda  da)  həmin  Rəncbər  Nəvahi 
camaatının əkənəcəyi olan Çarəkdar adlı yeri hökumətdən götürüb çarəkinə 
(dördə bir) əkərmişlər. Hasil olan çarəki göyüb, hazırlayıb şahlıq quyularına 
doldurmaq üçün hökumət məmurları həman kənddən gündə üç nəfəri atı ilə 
bərabər biyara aparırlarmış. Bir gün növbə Mahmud adlı yoxsul bir kəndliyə 
düşür. Mahmud: -Atım yoxdur, məmur məni öldürmiyəcək ki, - deyə, biyara 
getməkdən  imtina  edir.  Məmurun  əmri  ilə  Mahmudun  özünü  aparıb  o  biri 
atlar ilə bir yerdə qoşdururlar. Bu hadisəni bir müddət sonra eşidən Nadim, 
həqiqəti  bilmək  üçün  Rəncbər  Nəvahiyə  gedərək  artıq  ömrünün  son 
günlərini  yaşayan  90-95  yaşlı  qoca  Mahmudla  görüşüb  dostlaşır  və 
məsələnin  təfsilatını  öyrəndikdən  sonra  aşağıdakı  mənzuməni  yazıb  ona 
göndərir: 
Mahmuda! Aya, rəncbərara mərdi-yeganə, 
Nahaq yerə rəncidə olub gəlmə fəqanə, 
Xaliq sizi rəncbər yaradıbdır bəgə, xanə, 
Hərçənd gərəkdir qoşalar at bu kotanə, 
At olmasa heç incimə, insan da qoşarlar. 
 
Şahlıq quyular buğda ilə dolmasa olmaz, 
Məmur da buna amir əgər olmasa olmaz, 


Filologiya məsələləri, № 7, 2017 
 
243
 
Salyani Həsən xan da əgər soymasa olmaz, 
Sal gərdəninə gərdənəbənd, gir bu kotanə, 
Lal ol, dilini kəs, xışa insan da qoşarlar. 
 
Canun çıxacaq lap öləsən də əkəcəksən, 
Vəl olsa da, xış olsa, kotan da çəkəcəksən, 
Əkdin o çərəkdarı axırda biçəcəksən, 
Şah nökərisən, damğalı qulsan o şahanə, 
Keçmişdə deyərlərdi ki, heyvan da qoşarlar. 
 
A.Canıbəyli  böyük  təəssüflə  yazır  ki,  110-120  sənə  bundan  əvvəl 
yazılan bu mənzumənin bu gün az bir hissəsini bisavad kəndlilərdən öyrənə 
bildim. Bu da həmin mənzumənin o zaman kəndlilərə nə kimi təsir etmiş və 
nə dərəcə maraq oyatmış olduğunu isbat edir. Bir hərfinə belə dəyməyərək 
eşitdigim kimi yazdım (5.s.52). 
Professor  K.Məmmədov  Nadimin  bu  şeirindən  təsirlənərək  yazır: 
“Şeirlərindən  əməkçi  kəndli,  rəncbər  qoxusu  gələn,  rəncbərlərin  ağır 
güzəranını  özünə  məxsus  kinayə  ilə  təsvir  edən,  yaradıcılığında  həmin 
cəhətlə  fərqlənən  Mirzə  Baxış  Nadimin  bir  parça  çörək  üçün  gecə-gündüz 
qul kimi çalışan yoxsul kəndli Mahmuda həsr etdiyi şeiri iztirabsız oxumaq 
mümkün deyil” (3.s.137). 
XIX əsr Azərbaycanda quldarlıq, qul əməyindən istifadə rəsmi şəkildə 
olmasa da, kəndlilərin istismar olunması qul əməyindən heç də fərqlənmirdi. 
Nadimi düşündürən, narahat edən də bu idi. O, vətən övladlarının qul kimi 
istismar edilməsinə dözə bilmir, çıxış yolunu qələmə sarılaraq zalım, insafsız 
mülkədarları tənqid və ifşa etməkdə görürdü.  
A.Canıbəyli  Nadimin  “açıq  fikirli  və  doğru  danışan,  ictimai  işlərdə 
çalışan  bacarıqlı,  kimliyindən  asılı  olmayaraq  “eybini  və  hərəkəti-
naməqbulunu  üzünə  deməkdən  qorxmayan  və  çəkinməyən”  bir  şəxs 
olduğunu  qeyd  edir.  Məhz  bu  xüsusiyyətlərinə  görə  Nadimin  düşmənləri 
günü-gündən  çıxalırdı  ki,  bunların  da  əksəriyyəti  cəmiyyətdə  müəyyən 
mövqeyi  olan  mollalar  və  mülkədarlardan  ibarət  idi.  Onlar  hər  vəchlə 
Nadimi  xalqın  gözündən  salmağa,  onu  el-oba  içində  bihörmət  etməyə 
çalışırdılar.  Nadim  isə  sözünü  deməkdən  çəkinmir,  bəzən  birbaşa,  bəzən  də 
dolayısı  ilə  bu  antipodların,  riyakar,  yalançı  din  xadimlərinin  iç  üzünü 
açmaqdan çəkinmirdi. Daha sonra Canıbəyli onun ən çox mollalarla mübahisə 
etdiyini və çox zaman da onları həcv atəşinə tutuğunu qeyd edir. Nadim hətta 
dinsiz-imansız bir şəxs hesab olundu və ona “Molla Baxış” deyil, “Mirzə Baxış” 
kimi müraciət olundu. Hətta onun h.1297-ci ildə (m.1879-1880) Nəvahidə baş 
verən aclıq və qəhətliklə əlaqədar yazdığı 168 misralıq şeirinin sonunda: 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə