Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə123/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   119   120   121   122   123   124   125   126   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
327
SƏADƏT BƏŞİROVA  
Azərbaycan Dillər Univeristeti 
bashirovaseadet@gmail.com 
 
AZƏRBAYCAN POEZİYASINDA MUSA YAQUB YARADICILIĞI 
 
Açar sözlər: kredo, meditativ, poeziya, daş 
Keywords: direction, medidativ, poetry, stone 
Kключевые слова: направление, созерцательный, поэзия, камень 
 
60-ci illər Azərbaycan ədəbiyyatında yeni keyfiyyət mərhələsi, yeni 
mərhələnin  başlanğıcı  olan  bir  dövrdür.  İnsan  amilinə,  şəxsiyyətin  daxili 
dünyasına  artan  maraq  ayrı-ayrı  ədəbi  janrların,  o  cümlədən  poeziyanın 
inkişafına  əsaslı  təkan  vermişdir.  Musa  Yaqub  yaradıclığı  Azərbaycan 
poeziyasında  özünəməxsus  xüsusiyyətləri  ilə  seçilən  bir  yoldur.  (3,  19). 
Onun  yaradıcılığı  Azərbaycan  ədəbiyyatının  60-80-ci  illərinə  təsadüf  edir.  
60-80-ci  illərin  poeziyasının  novator  keyfiyyətləri  poeziyamızın  keçdiyi 
yolun  tarixi  ənənələri  ilə  bərabər,  özündən  əvvəlki  mərhələnin  təcrübəsinə 
söykənir. (5, 146). Bu dövrdə iki əsas şeir təmayülü müəyyənləşir: 
a) 
Fəlsəfi-intellektual 
b) 
Lirik-romantik 
Poetik istiqamətin yaradıcılıq üslubunu və estetik problemləri nəzərə 
alaraq,  M.Yaqubun  yaradıcılığı  lirik-romantik  şeir  təmayülünə  daxil  edilir. 
Azərbaycan  xalqının  milli  mənəviyyat,  təfəkkür  və  intellekt  ənənəsi  öz 
əksini  XX  əsrin  60-ci  illərindən  təkrarsız,  orijinal  üsluba  malik,  çağdaş 
şeirimizin ən önəmli simalarından olan şair Musa Yaqubun poeziyasında tapır. 
Nizaminin,  Xaqaninin,  Nəsiminin,  Füzulinin,  Seyid  Əzim  Şirvaninin,  Sabirin 
varisi rolunda çıxış edir. Hər bir istedadlı şairin fərdi üslubu öncə klassik poetik 
ənənələr  və  onun  yaşadığı  dövrün  üslublarının  təsiri  ilə  formalaşır.  Bu 
ənənələrin müqavimətini dəf etdikdən sonra şairin özünəməxsus üslubu yaranır. 
(5, 144). Musa Yaqub dili sadə, axıcı, müdrik görsənməkdən uzaq olsa da, öz 
şair  fəhmi  ilə  sufi  fənasına  və  ekzistensializmə  gəlib  çıxdı.  (3,  42).  O, 
poeziyamızın  böyük  şairi,  rəssamı  və  bəstəkarıdır.  Onun  bütün  yaradıcılığı 
fəlsəfədir. Əgər öz şeirlərində təbiət və cəmiyyətin bütün tərəflərini, qanunauy-
ğunluqlarını məharətlə qələmə alıb oxuculara çatdırırsa, onda Musa Yaqub elə 
fəlsəfədir.  (3,  44).  Poeziyada  təbiətlə  bağlı  problemlər  ön  plana  çəkilməyə 
başladı.  Təbiətin  mühafizəsi  problemi  hələ  Səməd  Vurğunun  “Muğan” 
poemasında qaldırılmışdır. (5, 198). Musa Yaqub yaradıcılığında əsas qayə 
təbiət  və  insandır.  Onun  ən  yaxşı  təbiət  şeirlərinin  təhlili  yolu  ilə  belə  bir 
fikir  ön  plana  çəkilir  ki,  təbiətə  balta  çalmaqla  insan  öz-özünə,  öz  nəslinə 
balta çalmış  olur.  Təbii  fəlakətlər  mənəvi  fəlakətlərə  gətirib  çıxarır.  Təbiət 


Filologiya məsələləri, № 7, 2017 
 
328
insanların  ən  etibarlı  yuvası,  qoruyucusudur.  Təbiəti  tədqiq  edərkən,  Musa 
Yaqub  obrazlı  desək,  özünü  tədqiq  edir.  Təbiət  dünyası  ilə  şairin  qəlb 
dünyasının  ahəngindən  yeni-ətraf  aləmin  tamamilə  yeni  görünümü  ortaya 
çıxır.  Şairin  lirikası  fəlsəfi  dolğunluq  qazanır.  Təbiət  simvolikası  şairin 
fəlsəfi  düşüncələrinin  materiyasına  daxil  olaraq  onların  açılmasında  vacib 
komponentə  çevrilir.  Həyatın  bütün  xöşbəxtlikləri  və  bədbəxtlikləri  təbiətin 
simasında təcəssüm olunur. Təbiət-milli mənəvi dəyərlərin və eləcə də, həyatın 
özünün  başlıca  oriyentri  kimi  şairin  yaradıcılığında  əksini  tapır.  Onu  təbiət 
fəsillərini  bir  insan  kimi  danışdıran,  özünü  də  onlara  həmdərd  bilib, 
yaralarına məlhəm olmağa çalışan şairi quş dili bilən Süleyman peyğəmbərə 
bənzətmək  olar.  Şairin  fiziki-poetik  hikməti  sonsuzluğa  zəmanət  verir. 
Poetik  fikir  yenidən  doğulur  və  rəmzləşir,  xırda  nəsnələr  bütövləşir  və 
ümumi  çəkidə  məkanlaşır.  O,  doğma  diyarın  hər  daşını,  ağacını,  çiçəyini, 
çayını  şeirə  çevirən  poetik  söz  ustasıdır.  Bu  əzəli  və  əbədi  mövzu  onun 
yaradıcılıının  əsas  qayəsini  təşkil  edir.  (3,  19)Musa  Yaqub  şəxsiyyəti  ilə 
fərdi  bədii  yaradıcılığı  bir-birini  təsdiq  edən  müasir  milli  şairdir.  Və  onun 
yaradıcılığı  ədəbiyyatşünaslığın  bu  aktual  problemi  kontekstində 
öyrənilməmişdir. Şairin üslub fərdiyyəti öz təbiiliyi və səmimiyyəti, orijinal 
poetik  tapıntıları  ilə  müasir  poeziya  prosesində  tamamilə  seçilir.  Onun 
araşdırılması  nəzəri  fikrin  aktual  problemidir.  Musa  Yaqubun  poeziyası 
timsalında  bu  problemin  həlli  müasirlik  kəsb  edir.  (2,11)“Daş”  obrazı 
poeziyamızda sıx  işlənən  obrazdır və bu obraza  ən  yeni estetik mənanı ilk 
dəfə  Əli  Kərim,  daha  sonra  isə  Məmməd  Araz  verdi.  Musa  Yaqub  da  bu 
tendensiyanı  davam  etdirərək  həmin  obrazı,  poetik  detalı  tamam  yeni 
bucaqdan  təzələdi  və  “bu  dünyanın  qara  daşı  göyərməz”  misrası  ilə  sankı 
inqilabi çevriliş etdi. “Qara daş” poetik detalı bütünlüklə Musa Yaqubun şair 
psixologiyasının  bünövrəsində  duraraq  onun  poeziyasının  üzünü  ağardaraq 
poetik bəxtin ağ daşına çevrildi: (3, 48) 
Leyləklərin çöp yuvası boş qalıb, 
Bahar gedib, payız gəlib, qış qalıb. 
Göy çəməndə ocaq yanıb, daş qalıb, 
Bu dünyanın qara daşı göyərməz. 
 
Araz boyu çox mənalar sezmişəm
Elə bilmə əllərimi üzmüşəm. 
Ürəyimə daş bağlayıb dözmüşəm. 
Bu dünyanın qara daşı göyərməz.(3, 48) 
Şairin  “Dünyanın  lələ  dərdi”  şeiri  dövrümüzün  yeni  çalarlı  poeziya 
nümunəsi kimi diqqəti cəlb edir: 
Ayrılığın yağdırdığı 
O çiskinlər öldü, lələ 


Filologiya məsələləri, № 7, 2017 
 
329
Eşqin şirin əzabları 
O nisgillər öldü, lələ. 
Eləsini, beləsini, 
Eşqdə əzab şələsini
Daşımağa səbir yoxdu. (3, 49) 
Musa  Yaqub  poeziyaya  öz  üslubunu  gətirib.  O,  təkrar  olunmaz, 
orijinaldır, heç kimə bənzəmir. Mənim fikrimcə, o, müasir poeziyanın böyük 
şairi, rəssamı və bəstəkarıdır. Onun poeziyasında həmişə  dirilik, doğmalıq, 
təbiilik  var.  Onun  bütün  ömür  yolu  sözün  içindən  keçib. O,  başdan-ayağa, 
təpədən-dırnağa  lirik  şairdir,  lakin  onun  lirikası  meditativ  lirikadır,  fikirlə, 
həyatın fəlsəfəsi ilə yoğrulmuş lirikadır.(1,19)Musa Yaqubun şeir və poemaları 
əsasında  milli  bədii  təfəkkürün  predmetinə  çevrilən  ənənəvi  mövzuların  milli 
düşüncənin intibahına hesablanması, milli şüurun hərəkətinə təkan verməsi kimi 
mürəkkəb psixoloji yaradıcılıq prosesi nəzərdən keçirilir. Poeziyanın irimiqyaslı 
janrı olan poema Musa Yaqubun yaradıcılıq laboratoriyasının dərki baxımından 
maraqlıdır.  Şairin  poemaları  xalqın  epik  təfəkkürü  və  janrın  inkişaf 
qanunauyğunluqları baxımından da əhəmiyyətlidir. Onun “Sual”, “Dünyanın lələ 
dərdi”, “Qırqovulam, təkəm mən”, “Köhnə dəyirmana sözüm”, “Un işığı”, “Hər 
məktubdan  bir  sətir”  kimi  poemaları  yaradılmış  bədii  obrazların  individual 
xüsusiyyətləri, lirik “mən” in özünəməxsus təzahürü və müxtəlif interpretasiya 
metodları ilə tədqiqata cəlb olunmalıdır. (3, 49). Ədəbi fəaliyyətə 1957-ci ildə 
"Azərbaycan"  qəzetində  çap  olunan  "İki  qəlb,  iki  dünya"  poeması  ilə 
başlamışdır. Poemanın o vaxtkı dövr üçün olduqca maraqlı mövzusu və sujeti 
var idi. 1957-ci ildə Moskvada Ümumdünya Gənclər Festivalı keçirilmişdir. Bu 
faktdan istifadə edən Musa Yaqub guya festivalın iştirakçısı olmuş iki gəncin-
bakılı  tarzən  Azadla,  təbrizli  müğənni  Gülşənin  sevgisini  ritorik  üslubda 
tərənnüm  edir.  Əslində,  iki  gəncin  məhəbbəti  fonunda  Təbriz  və  Araz 
həsrətini,  xalqımızın  ikiyə  bölünməsi  faktını  qabartmağa  çalışır  (3,  52). 
Mistik  magik  sujetlərlə  işlənmiş  “Min  ilin  bir  gecəsi”  poeması  üçün  kilid 
nöqtəsini  Xeyir  və  Şərin  mübarizəsi  təşkil  edir.  Avesta  və  Zərdüştlük 
motivlərinin  işləndiyi  əsərlərin  əksəriyyətində  olduğu  kimi,  burada  da  iki 
Allah  obrazı  vardır.  Lakin  ədib  qara  div,  iblis,  adəm  kimi  fərqli  mif 
motivlərinin qəhrəmanlarını bir yerdə toplamaqla sujet orijinallığı yaratmağa 
müvəffəq  olmuşdur.  M.Yaqub  yaradıcılığında  poetik  paralellizm  yaratmaq 
vasitələri  nisbətən  nəzəri  planda  düşünülüb.  (7,  19).  Simvolika  onun 
yaradıcılığının  bütün  istiqamətlərinin  açılmasında  başlıca  rola  malikdir. 
Şairin  bütün  düşüncə  və  mühakimələrinin  əsasında  dayanan  bu  simvolik 
elementlər istənilən vacib fİkrin cilalanmasında önəmli yer tutur: 
Təmizlik suyunda çimir çöl, çəmən, 
Mərdlərin çiynində durur bu həyat. 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə