Filologiya məsələləri, № 7, 2017
162
-ing suffiksi ilə: bussing, de+plan+ing, bomb+ing;
-sion suffiksi ilə: inva+sion
-tion suffiksi ilə: penetra+tion, codifica+tion və s.
Misallardan göründüyü kimi, söz köklərinin və şəkilçilərin
xarakterindən və formasından asılı olmayaraq, ikinci sözdüzəldici şəkilçi
vasitəsilə düzələn yeni isimlər, hərbi termin xarakteri daşıyır və bu cür
isimlərin yaranması da ingilis dilinin daxili qanunauyğunluqlarına əsaslanır.
Şəkilçilərlə düzələn hərbi termin yaradıcılığında ingilis dilində
işlənən və fəal işlənmə qabiliyyətinə malik olan sözdüzəldici şəkilçilərin
müxtəlifliyi və onların qoşulduğu sözlərlə birlikdə malik olduqları semantik
mənalar da kənarda qalmamalıdır. Belə ki, ingilis dilinin lüğət tərkibində
çoxlu sayda sözdüzəldici şəkilçilərlə işlənən hərbi isimlər vardır ki, onlar da
ingilis dilinin lüğət tərkibini xeyli zənginləşdirir.
Şəkilçilərlə işlənən söz yaradıcılığının məhsuldar olmasının bir
səbəbi də ingilis dilinin leksik şəkilçilərlə zəngin olmasıdır. Belə ki, ingilis
dilində şəkilçilər sistemində isim düzəldən suffikslərin xüsusi əhəmiyyəti
vardır ki, onlar da hərbi terminlərin yaranmasına xidmət edən
vasitələrdəndir. Məsələn:
-age şəkilçisi ilə düzələn hərbi terminlər. Bu
şəkilçi ilə işlənən isimlər hərbi dəniz işləri, onların təchizatlarına aid
anlayışları bildirir. Bu zaman V+-age = N forması yaranır. Məsələn, floatage
(ehtiyat mənbəyi), towage (yedək), assemblage (dəst), tubage (daxili
boruların əvəzlənməsi), pilotage (öz-özünü idarə edən) və s.
Bu şəkilçi ilə düzələn sözlər sayıla bilən isimlərin konkretliliyini
bildirir: berthage (əsas xətt), tentage (çadır üçün ləvazimat), gunnage
(silahların sayı), buoyage (döyüş sərhəddi), clutterage (yerli əşyaların əksi)
və s. Azərbaycan dilində belə şəkilçilərdən –ma, -mə ikivariantlı şəkilçini
göstərmək olar ki, onlar da isimlərin sonuna fellərdən isim düzələn şəkilçilər
artırılır. Məsələn, atışma, düzülmə, izləmə, bölmə, yaxalama və s. -an, -eer, -
ier, ist şəkilçiləri ilə düzələn hərbi terminlər. Mənalarına görə ümumiləşmiş
əsaslara qoşulan bu şəkilçilər bir qrupda birləşirlər. Vasitəçi şəkilçi adlanan
bu şəkilçilər –er və -man səkilçilərinə də aid ola bilərlər və çox məhsuldar
olurlar. Bundan başqa bu qrup sözdüzəldici şəkilçilər eyni formula əsasında
hərbi termin düzəldirlər: N+suf+N.Bu formula ilə düzələn hərbi terminlər
vaxt ötdükcə də yeni-yeni terminlər yaranır və ingilis dilinin lüğət tərkibinin
zənginləşməsinə səbəb olur. Məsələn:codist, receptionist, environmentalist
və s. Yaradıcı şəkilçi olan –an, -eer, -ier, -ist şəkilçilərinə aşağıdakı dil
faktlarına misal göstərmək olar: racketeer (raket texnikası üzrə mütəxəssis),
grenadier (qranat atan), electrician (elektrik) və s.
Müasir Azərbaycan dilində bu formulaya uyğun sözlər də vardır ki,
onlar da hərbi terminologiyada geniş işlənməkdədir. Məsələn, başlıq, ucluq,
Filologiya məsələləri, № 7, 2017
163
qəfillik, tezlik və s. sözlər bu gün də fəal işləklik xüsusiyyətinə malik
olmaqla daha çox isimlərə artırılır.
-ance//-ence şəkilçisi ilə düzələn hərbi terminlər.
Qeyri-məhsuldar şəkilçilər qrupuna daxil olan bu şəkilçilər hərbi
termin yaradıcılığında abstrakt məfhumlar yaradır. Bu tipli şəkilçilər xüsusi
formula əsasında düzəlir: V+ance+N formulası əsasında yaranan hərbi
terminlər hal-vəziyyət, keyfiyyət bildirir.
Hərbi terminoloji lüğətlərin tədqiqi zamanı bir sıra törəmə terminlərə
təsadüf olunur ki, onlar da A+ance+N formulasına uyğun gəlir. Bu zaman –
ant şəkilçisi –ance şəkilçisinə çevrilir. Məsələn,
vigilant-vigilance, dominant-dominance, turbulent-turbulence və s.
-cy, -ship şəkilçiləri ilə düzələn hərbi terminlər.
Abstrakt hərbi terminlərin yaradılmasında bu şəkilçilər işlədilir.
N+ship+N və N++cy=N formulası əsasında yaranır. Bu da qeyri-
məhsuldar sözyaratma funksiyasına daxildir. Bu tipli hərbi terminlərin
aşağıdakı məna çalarlıqları vardır:
-hərbi rütbə bildirənlər:
colonelcy (polkovnik rütbəsi), captaincy (kapitan rütbəsi),
admiralship (admiral rütbəsi), lieutenancy (leytenant rütbəsi) və s.
-qabiliyyət, bacarıq mənalarını bildirənlər:
-marksmanship (oxatma qabiliyyəti), seamanship (dənizçilik sənəti,
gəmi idarəetmə qabiliyyəti) və s.
-vəziyyət, keyfiyyət, hal mənaları bildirənlər:
-cadership (kursant kimi xidmət göstərmə), cenorship (hərbi senzura),
leadership (hərbi rəhbərlik) və s.
-ee şəkilçisi ilə düzələn hərbi terminlər:
Bu şəkilçi ilə düzələn hərbi terminlər
Bu şəkilçi vasitəsilə düzələn terminlər şəxs bildirir, hərəkətin
obyektini bildirir.
V+-ee=N formulası əsasında yaranır. Bundan başqa, həm də təsirli
fellərlə işlədilir. Məsələn,
decoratee (təltif olunan şəxs), draftee (xidmətə çağırılan şəxs) və s.
-ee şəkilçili hərbi terminlərdə vurğu şəkilçinin üzərinə düşərək ritmik
struktur yaradır. Ikinci dərəcəli vurğu isə axırdan ikinci və üçüncü hecaya
düşür. Məsələn:
enlistee [enli’st:], internee [intə:’ni], refugee [,refju:d=i:] və s.
İngilis dilində -ee şəkilçisi –er şəkilçisi ilə sinonimlik yaradaraq eyni
semantikaya malik olur. Məsələn,
enlistee (hərbi xidmətə daxil olan)= enlister və s.
Filologiya məsələləri, № 7, 2017
164
Lakin bu halı bütün sözlərə şamil etmək olmaz. Belə ki, holdee
(əsgər) – holder (bir şeyi saxlayan) və s. bu kimi sözlər yuxarıda deyilən
sinonimliyə uyğun gəlmir.
-ee şəkilçisini P.M.Karaşuk qeyr-məhsuldar şəkilçi adlandırır, eləcə
də P.V.Sarev bu şəkilçinin məhdud işlənmə dairəsinə öz narazılığını bildirir.
-er şəkilçisi ilə düzələn hərbi terminlər.
Hərbi terminologiyada bu şəkilçi başqalarına nisbətən daha
məhsuldardır. Yeni sözdüzəltmə zamanı həm hərbi, həm də başqa
terminlərin yaranmasında çox aktiv olan –er aşağıdakı formulalar əsasında
yaranır:
V+er=N beleaguerer, fighter, coder, defeender, exrloder və s.
N+er=N gunner, ambusher, armorer və s.
Bu tipli hərbi terminlərin bir neçə məna çalarlıqları vardır. Onlar
xəbər vermə mənalarına, daha doğrusu müvəqqəti də olsa hərəkət və
məşğuliyyət, o sahədə sahiblik, sənət-peşə terminlərinin mənalarını bildirir.
Məsələn,
aimer, evader, flier, defender, loader, ambusher və s.
Bununla yanaşı əşyanın, maşının, dəzgahın, alətin, hərbi texnikanın hər
hansı bir nümunələrini də əks etdirmək üçün bu şəkilçidən istifadə olunur.
Məsələn, exploder, faker, launcher, smoker, patroller, tracker
(operator), buzzer (rabitəçi), filler (serjant) və s.
-ic şəkilçisi ilə düzələn hərbi terminlər:
Bu şəkilçi ilə düzələn hərbi terminlər aşağıdakı mənaları ifadə edir:
a) Elmin bir bölməsini bildirən hərbi terminlər: tactics (taktika),
nautics (dəniz işi), logistics (təchizat), hyper ballistics (ən yüksək sürət) və s.
b) Eynicinsli əşya və hadisələrin mahiyyətini bildirən hərbi terminlər:
optics (döyüş üçün optik aparatlar), electronics (elektronika) və s.
c) Hadisə və əşyaları xarakterizə edən məşğuliyyət sferasını adlan-
dıran hərbi terminlər: acrobatic (ali uçuş qabiliyyəti), aeronautics (aero-
navtika), supersonics (aerodinamika) və s.
Belə sözyaradıcılığının mənaları eyni vaxtda semantik strukturada
eyni terminlə qarışıq düşə bilər. Belə ki, “ballistics” termini həm elm kimi
“ballistika”, həm də uçuş qanunlarını bildirir.
-ing şəkilçisi ilə düzələn hərbi terminlər:
Hərbi terminologiyada ən yüksək dərəcəyə malik olan bu tipli terminlər
hər hansı bir təsirli feldən abstrakt isim düzəldir: bu zaman aşağıdakı mənalar
yarana bilər:
a) proses və fəaliyyət, yaxud da;
b) fəaliyyətin nəticəsini bildirən isimlər. Məsələn, filling (döyüş
sursatı), gapping (keçid sərhədi), hovering (vertolyotun asılması), rifling
(kəsik sistemi) və s.
Dostları ilə paylaş: |