Filologiya məsələləri, № 7, 2017
168
Bu suffikslərin semantik fərqlilikləri aşağıdakılardır.
-ish suffiksi əks qiymətləndirmə mənasını verə bilər. Məsələn: babyish
–uşaqcasına, mulish – tərs (uzun qulaq kimi). –like suffiksi müsbət cəhətləri
ifadə etmək üçün işlənə bilər (onlara “complimentary suffix” deyilir).
Məsələn:
childlike innocence – uşaq sadəlövhlüyü
goodlike serenity – ilahi sakitliyi
-ly suffiksi dəqiq ifadə edilmiş müsbət mənaları verir:
kingly – böyük, nəhəng
motherly – anaya xas olan
-ous suffiksi ilə düzələn sifətlər.
Model: N+ous → adj.
-ous suffiksi isim mənşəli söz köklərindən sifət düzəltmək üçün işlənir.
–ous suffiksi “söz kökünün ifadə etdiyi bir şeyin xarakterik cəhətləri ilə
oxşarlıq, onun xassələrinə malik” mənalarını verir. Məsələn:
disastreous – bədbəxt, ölüm-itgi gətirən
pompous – şişmiş, şişib qalxmış
villainous – xoşa gəlməyən, zəhlə tökən
adventurous – macəralı, macəra dolu.
Əksər hallarda –ous suffiksi roman, yunan və s. dillərdən alınmış
sözlərlə işlənir. –ous suffiksi az produktiv hesab olunur. Onun geniş işlənmə
sferası kitab leksikasıdır. Məsələn:
sulphurous – kükürdlü, kükürdün rəngi və xassələrinə malik olan,
fibrous – düyünlü
foliverous – yarpaqla qidalanan . Bu suffiksin az produktivliynin
səbəbi odur ki, ingilis dilində onun sinonimi olan daha produktiv, sırf ingilis
mənşəli olan –ful suffiksi vardır.
Gələcəkdə joyously, umbrageousness kimi sözlərin düzəldilməsində
işlənə bilər.
-some suffiksi ilə düzələn sifətlər.
Müasir ingilis dilində -some çoxmənalı hesab olunur. –some suffiksi
abstrakt isimlərlə birləşərək “kökün ifadə etdiyi bir şeyin müəyyən
xarakterik xüsusiyyətə, keyfiyyətə malik olması” mənasını verir. Məsələn:
bothersome – narahat, narahatlıq yaradan
fearsome – qorxulu, qorxudan
venturesome – ürəkli, mərd, cəsarətli
-some suffiksi insanın ruhi və fiziki vəziyyətini ifadə edən isimlərlə
işlənir.
Fellərlə ifadə olunan söz köklərinə -some suffiksi birləşdikdə “kökün
ifadə etdiyi hərəkətə doğru cəhd, meyillik, qabiliyyət” mənalarını verir.
Məsələn:
Filologiya məsələləri, № 7, 2017
169
troublesome – narahat, narahatçılıq törədən
irksome – yorucu, darıxdırıcı
meddlesome – başqasının işinə qarışan. Əksər hallarda törəmə sifətlər
insanın fiziki və mənəvi dəyərlərinin mənfi cəhətlərini bildirir.
-some suffiksi sifətlərin kökünə birləşir və söz kökünün ifadə etdiyi bir
şeydən bir az fərqli olan, ona bənzəməyən” mənalarını bildirir. Məsələn,
longsome – bir az uzanmış, darıxdırıcı, lonesome – yalnız. Belə mənada –
some suffiksi əşyanın daxili və xarici cəhətlərini, insanın xarakterinin
emosional tərəflərini ifadə edən sifət mənşəli söz kökləri ilə birləşir.
Ingilis dilinin müasir inkişaf mərhələsində -some suffiksi yüksək
sözdüzəldici suffikslər siyahısına daxil edilmir. Gələcəkdə “lightsomeness,
lightsomely kimi sözdüzəltmələrdə istifadə oluna bilər.
-y suffiksi ilə düzələn sifətlər.
Modellər: n+y→ adj
V+y→adj
Adj+y→adj
Müasir ingilis dilində -y suffiksi çoxmənalıdır. O, isimlərin kökləri ilə
birləşərək “kökün ifadə etdiyi bir şeyin malik olduğu keyfiyyəti bildirir.
Məsələn:
fluey – şişmiş
bony – sümüklü, iri və çox sümüyü olan. Bəzi hallarda kökün ifadə
etdiyi bir şeyin müəyyən keyfiyyətinə əlavə rəng artırır. Məsələn: hairy- tükü
çox olan, silky – ipək qədər yumşaq. Konkret, müəyyən cansız isimlərin
kökləri ilə birləşərək –y suffiksi nisbi sifətlər yaradır (branchy- qol-budağı
çox olan, wavy – dalğalı. Abstrakt isimlərlə birləşdikdə keyfiyyəti yüksək
olan sifətləri bildirir.( greedy – xəsis, risky – riskə gedən).
-y suffiksi fel mənşəli söz kökləri ilə birləşərək kökün ifadə etdiyi bir
şeyin vəziyyəti və varlığına meyillilik mənasını verir.
-sleepy – yuxulu, chatty – çox danışan, sticky – yapışqan.
-y suffiksi sifətlərin sonuna əlavə olarkən zəifləmiş keyfiyyət əlamət
bildirir. Burada onun iki xüsusiyyətini izləmək olar.
Törəmə sifətlər rəng çalarlarını ifadə edir: Məsələn: yellowy –
sarıyaçalar, sarıtəhər, blacky – qaraya çalar, qaratəhər, greeny – yaşıla çalar,
yaşıl təhər
-ish suffiksi onun sinonimidir və ondan daha produktiv hesab olunur
(yellowish, blackish, greenish)
Törəmə sifətlər kökün ifadə etdiyi bir şeyin malik olduğu bəzi
keyfiyyətləri və cəhətlərini bildirir:
moisty – nəmtəhər, nəm, bleaky- tutqun, plumpy – köktəhər, köklüyə
meyilli
Gələcəkdə “dirtness” kimi sözlərin yaranmasında istifadə oluna bilər.
Filologiya məsələləri, № 7, 2017
170
-y suffiksi xüsusi ilə də ingilis dilinin amerikan variantında slenqizm
və kollokvializmlərdə daha produktiv hesab olunur. Məsələn:
foxy- very attractive, especially to the opposite sex, glitzy – glittering;
dazzling, showy, zappy – “-full” of vitality; forcefull”, space – dozed ;
stupefied, dreamy”, unconventional, eccentric.
Bütün aparılmış bu tədqiqatlardan belə bir nəticəyə gəlmək olar ki,
suffiksləri bir-birlərindən məhsuldar (productive) və qeyri-məhsuldar
(unproductive) olmaları ilə fərqləndirmək olar. Onlar sözdüzəltmə
xassələrinə görə ingilis dilinə zənginlik gətirir və alınma sözləri demək olar
ki, özününküləşdirir. Cəmiyyətdə elm, texnika inkişaf etdikcə dildə yeni
sözlər yaranır. Belə hallarda suffikslərin əhəmiyyəti böyük olur. Danışanın
əşyaya, sifətə olan münasibətini həm zəiflədə, həm də gücləndirməsinə
yardımçı olur. Insana qarşı münasibətində həm simpatiya, əzizləmə həm də
antipatiya hissələrini gücləndirə bilir. hareful - nifrət dolu, dadie – ata
(nisbətən əzizləyici formada)
Ədəbiyyat
1. K.Qayıbova. İngilis dilinin qrammatikası. Bakı, 1998. Səh. 198.
2. N.Hüseynova. Azərbaycan dilində termin yaradıcılığı prosesi. Bakı, 2008,
səh. 139.
3. N. Rəcəbova. Qrammatik səviyyədə dilin struktur modelləri. Bakı, 2009,
səh. 196.
4. N.Məmmədli. Alınma terminlər. Bakı, 1997, səh 312.
5.Musayev. İngilis dilinin qrammatikası. Bakı, 1970, səh. 86-118.
M.İbrahimova
Ways of forming adjectives by suffixes
Summary
Along with bases and prefixes, suffixes have often been used in word
formation. Suffixes are word elements attached to the end of a base, and, as
with prefixes, most of us are familiar with them in the case of native English
words.
Suffixes differ from prefixes in that they not only modify the meaning
of a base, but also determine the part of speech of the word thus formed. In
the case the previous examples, adjectival suffixes were attached to noun
bases to form adjectives. We shall be dealing with three types of suffixes,
adjective-forming, noun-forming and verb-forming. In some instances,
Dostları ilə paylaş: |