Filologiya məsələləri, № 7, 2017
176
Ülfan Mirzəzadə
Genderləşmiş metaforalar haqqinda mövcud elmi - nəzəri müddəalar
xülasə
Məqalədə metaforalardan bəhs edilir.Müəllif metaforaların rolunu
açmağa çalışır. Dilçilikdə bu sahədə aparılmış tədqiqatlara toxunur.İngilis
dilini professional məqsədlərlə öyrənən və Azərbaycanın аli və оrtа
məktəblərində ingilis dilini tədris еdən və yа tərcüməçi, filoloq kimi
fəаliyyət göstərən ali ixtisas məktəblərinin məzunlаrı mətnləri, o cümlədən
formal və qeyri-formal xarakter daşıyan mətnləri, müаsir və klаssik
ədəbiyyаt nümunələrini dinləyib öz münаsibətlərini, mövqeyini, fikir və
ideyalarını bildirmək qаbiliyyətinə yiyələnməlidirlər.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, klаssik ədəbiyyаt
nümunələrində pеrsоnаjlаrın istifаdə еtdiyi nitq modelləri, bu gün istifаdə
еdilən ingilis dilindən əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də material
seçiminə diqqət yetirmək lazımdır.
Ульфан Мирзазадe
Научно- теоретические исследовании о гендерных метафор
Резюмe
В статье речь идёт о метафорe . Автор пытается раскрыть роль
метафоры . Она ссылаясь на работы ученых исследовавших эту область
лингвистики, а также подчеркивает ее важность в лингвистике. В
данной статье рассматриваются вопросы метафоры .
Обучение должно носить целенаправленный, системный, поэтапный
характер, что будет содействовать повышению еффективности данного
процесса. чтении является одним из самых важных и необходимых
умений которыми должен обладать человек, изучающий язык в тех или
иных целях. Одной из основных целей изучения языка является обладение
умением эффективно общаться на изучаемом языке. Особое внимание
должно быть уделено отбору текстовых материалов. Предпочтение
должно быть отдано материалом.
Rəyçi: Nuriyyə Əliyeva
filologiya elmləri üzrə fəlsəfə doktoru
Filologiya məsələləri, № 7, 2017
177
SÜRƏYYA HACIYEVA
dissertant, Bakı Dövlət Universiteti
surayyahaciyeva@mail.ru
BƏZİ TABESİZLİK BAĞLAYICILARINDA SİNONİMLİK
(qarşılaşdırma, bölüşdürmə, aydınlaşdırma bağlayıcıları)
Keywords: conjunctions, synonymy, adversative, separation, explanatory,
coordinative, semantics, function.
Keywords: conjunction, a synonym, opposition, division, explanation, the
composition, semantics, function.
Ключевые слова: союз, синоним, противительные, разделительные,
пояснительные, сочинение, семантика, функция.
Müasir Azərbaycan dilində zəngin bağlayıcı sistemi vardır. Bağlayıcı-
lar sözləri və cümlələri bir-birinə bağlamağa xidmət edir. Məlum olduğu ki-
mi, bağlayıcıların funksiyası söz və ifadələri bağlamaq olsa da, hər bağlayı-
cını istənilən yerdə işlətmək olmaz. Belə ki, bağlayıcılar məna qruplarına
bölünür və hər qrupa daxil olan bağlayıcı müvafiq yerlərdə işlənir. Elə
bağlayıcılar var ki, onlar semantik xarakterə malik olub, çox yerdə işlənmə
imkanlarına malikdir. Buraya “ki” bağlayıcısını aid etmək olar. Bu bağlayıcı
tabeli mürəkkəb cümlənin əksər budaq cümlə növlərində baş və budaq
cümləni bir-birinə bağlaya bilir və bu zaman konkret məna əlaqəsi nəzərdə
tutulmur. Lakin bağlayıcıların böyük hissəsi müəyyən məna əlaqəsinə malik
söz və cümlələr arasında işlənir. Bu baxımdan bağlayıcılar da daxili, daha
dəqiqi, mücərrəd semantikaya malik olur. Ona görə də bağlayıcılar da
müxtəlif semantik münasibətlərdə olur, yəni omonimliyə, sinonimliyə,
habelə antonimliyə malikdir. Sözsüz ki, köməkçi nitq hissələrinin
sinonimliyini əsas nitq hissələrinin sinonimliyi ilə eyniləşdirmək olmaz; belə
ki, əsas nitq hissələrinin sinonimliyi sözlərin leksik-semantik mənasına
əsaslanırsa, köməkçi nitq hissələrinin sinonimliyi funksiya əsasında olur.
Məlumdur ki, funksiya, hər şeydən əvvəl semantika ilə əlaqədardır. Ona görə də
köməkçi nitq hissələrinin sinonimliyinin də əsasında potensial semantika
dayanır. Bu baxımdan bağlayıcılar məhz semantik bölgülər əsasında sinonimik
münasibətdə olur. Birləşdirmə və iştirak bağlayıcıların sinonimliyindən başqa
yazıda bəhs etdiyimizdən burada onlardan danışmayacağıq. İnkarlıq bağlayıcısı
isə yalnız bir dənədir: nə, nə də, nə də ki. İnkarlıq məzmununu formalaşmasında
başqa bağlayıcıdan istifadə edilmədiyi üçün bu yazıda ondan da bəhs
etməyəcəyik. Nəhayət, bu yazıda biz qarşılaşdırma, bölüşdürmə və aydınlaş-
dırma bağlayıcılarının sinonimliyindən bəhs edəcəyik.
Filologiya məsələləri, № 7, 2017
178
3. Qarşılaşdırma bağlayıcıları. “Amma, ancaq, lakin, fəqət, isə,
halbuki, yoxsa” bağlayıcıları bu sinonimik cərgəyə daxildir. Bu sinonim
cərgənin sonuncudan başqa, bütün üzvləri, demək olar ki, bir-birini əvəz edə
bilir. Bunların ilk üçü mütləq şəkildə bir-birinin yerində işlənə bilir,
dördüncüsü də onların yerində işlənə bilməsinə baxmayaraq, arxaik
xarakterə malikdir, müasir dilimizdə az halda istifadə edilir. Məsələn:
Bayaqdan pəncərənin qarşısında durmuşdum, (amma, ancaq, lakin, fəqət)
diqqəti çəkən xüsusi bir hal görmədim(V.Sultanlı).
Demək lazımdır ki, bu bağlayıcıların əvvəlki üçü daha çox müqayisəli
qarşılaşdırma bildirirsə, “fəqət” bağlayıcısı nisbətən ziddiyyətli qarşılaşdır-
ma məqamında işlədilir.
Qeyd edək ki, amma bağlayıcısı istər tarixən, istərsə də müasir dilimiz-
də daha çox işləkdir, onun sinonimləri olan ancaq, fəqət, lakin bağlayıcıları
dilimizin arxaik dövründə az işlənmişdir. H.Mirzəzadə bunu qədim
ədəbiyyatımızın daha çox şeir dilində olması ilə əlaqələndirmişdir. Müəllif
yazır: “Ehtimal etmək olar ki, bu bağlayıcılar şeir dili üçün müəyyən qədər
ağırlıq gətirdiyindən şairlər mümkün qədər həmin bağlayıcılardan qaçmağa
səy etmişlər. Məhz buna görə də ancaq, fəqət, lakin bağlayıcılarının ifadə etdiyi
məna xüsusiyyətləri də əmma vasitəsi ilə öz əksini tapmışdır”(1: 227).
“Halbuki” bağlayıcısı da qarşılaşdırılan faktlar arasında işlənir və bu
baxımdan funksional cəhətdən əvvəlki bağlayıcılarla sinonim münasibətdə olur.
Məsələn: Qatar irəlilədikcə içimdə nədənsə, anlaşılmaz bir sakitlik yaranırdı,
halbuki bu qatar irəlilədikcə məni hər an ölümə yaxınlaşdırırdı(V.Sultanlı).
Burada bir məsələyə də toxunmaq lazımdır. Məlum olduğu kimi, müasir
dilimizdə “ancaq” sözü məhdudlaşdırıcı ədat kimi də işlədilir, hətta bəzən elə
cümlələr olur ki, oradakı sözün ədat, yaxud bağlayıcı olduğunu müəyyənləş-
dirmək çətin olur. Təbii ki, bu zaman həmin sözlərin sinonimlərinin tətbiq
edilməsi məsələyə aydınlıq gətirə bilir. Məsələn: Heç bir söhbətə qarışmırdı,
ancaq hərdən üz-gözünü turşudurdu(V.Sultanlı).
Bu cümlədə “ancaq” sözünü iki cür başa düşmək olar: həm bağlayıcı,
həm də ədat kimi. Digər tərəfdən, çətinlik onunla bağlıdır ki, bu məqamda
hər iki dil vahidi ilə əvəzləmək olur. Heç bir söhbətə qarışmırdı, amma
(yalnız) hərdən üz-gözünü turşudurdu.
Bu cümlədə həmin sözün ədat və ya bağlayıcı olduğunu müəyyənləş-
dirmək yalnız mətn içərisində, daha doğrusu, əvvəlki və sonrakı cümlələrin
əlaqəsində mümkündür. Elə buna görədir ki, “ancaq” sözü müasir dilimizdə
daha çox ədat kimi işlənməyə meyillidir və güman edirik ki, tədricən
bağlayıcı kimi dilimizdən çıxacaqdır.
“Amma, ancaq, lakin, halbuki, fəqət” bağlayıcıları aid olduğu dil
vahidlərinin əvvəlində, “isə” bağlayıcısı isə aid olduğu dil vahidindən sonra
işlənir. Digər tərəfdən, “isə” bağlayıcısının işləndiyi dil vahidlərinin özləri
Dostları ilə paylaş: |