Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə66/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   62   63   64   65   66   67   68   69   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
181
“Gah, gah da” bağlayıcısı bütün məqamlar üçün işlək deyil; belə ki, bu 
bağlayıcı  gələcək  zamanda  baş  verəsi  hadisələrlə  bağlı,  demək  olar  ki, 
işlədilmir. Məsələn:  Sabah  şəhərə gübrə  dalınca  ya  İmran,  ya  da  briqadir 
getməli  idi  (İ.Şıxlı)  cümləsində  “ya,  ya  da”  bağlayıcısını  “gah,  gah  da” 
bağlayıcısı  ilə  əvəz  etmək  həm  məntiqi-üslub  baxımdan,  həm  də  semantik 
baxımdan  mümkün  deyil.  Deməli,  bağlayıcıya  heç  bir  semantik  əlaməti 
olmayan sözlər kimi baxmaq düzgün deyil. 
Başqa fərq ondan ibarətdir ki, “ya” bağlayıcısı cümlədə tək də işlənə 
bildiyi  halda  “gah,  gah  da”  bağlayıcısı,  demək  olar  ki,  tək  işlənə  bilmir. 
Məsələn:  Bu  vaxt  onların  qapısını  döyən  qonşusu,  ya  da  qardaşı  ola 
bilərdi(S.Azəri). 
Bölüşdürmə  bağlayıcılarından  olan  “istər,  istərsə”,  göründüyü  kimi, 
feillə tam oxşarlıq təşkil edir və nə qədər mücərrədləşsə də, daxili semantika 
müəyyən  qədər  özünü  göstərir.  Lakin  bu  söz  özünün  ilkin  konkret 
mənasından  uzaqlaşaraq  artıq  mücərrədləşmiş  və  həmin  mövqedə  yalnız 
bağlayıcı funksiyasını yerinə yetirir. Bu bağlayıcı “ya, ya da” bağlayıcısı ilə, 
demək  olar  ki,  tam  halda  sinonimlik  təşkil  edir.  Bu  isə  o  deməkdir  ki,  bu 
bağlayıcılar  istənilən  mövqedə  bir-birini  əvəz  edə  bilirlər.  Məsələn:  İstər 
yay, istərsə qış olsun, Gülgəz bu yolu piyada gedib- gələrdi(İ.Şıxlı). 
Burada  “istər,  istərsə  də”  bağlayıcısı  “ya,  ya  da”  bağlayıcısı  ilə 
əvəzlənə bilsə də “gah, gah da” bağlayıcısı ilə əvəz oluna bilmir.  
5.  Aydınlaşdırma  bağlayıcıları.  Buraya  “yəni,  yəni  ki,  məsələn” 
bağlayıcıları  daxildir.  Bu  bağlayıcılar  aydınlaşdırma  əlaqəli  tabesiz 
mürəkkəb cümlənin komponentləri, yaxud əlavə ilə onun aid olduğu söz və 
ya ifadələr arasında işlədilir. Sözsüz ki, həmin bağlayıcıları həmcins üzvlər 
arasında  bağlayıcı  vasitə  kimi  işlətmək  olmaz.  Ona  görə  ki,  həmcins  üzvlər 
bərabərhüquqlu  söz  və  ifadələr  olduğundan  onlardan  biri  digərini  izah  edə 
bilməz.  Aydınlaşdırma  bağlayıcısının  işləndiyi  yerdə  isə  ikinci  komponent 
birincini izah etməlidir.  
Bu bağlayıcının tabesiz mürəkkəb cümlədə işlənə bilməsi isə qanunauy-
ğun bir haldır; belə ki, tabesiz mürəkkəb cümlədə sadalama əlaqəli olanlardan 
başqa,  qalanlarında  komponentlər  arasında  bu  və  ya  digər  semantik  əlaqələr, 
yəni  birinin  digərini  şərtləndirməsi  olur.  Yəni  bağlayıcısı  da  aydınlaşdırma 
əlaqəli  tabesiz  mürəkkəb  cümlələrdə  komponentləri  bağlayır.  Məsələn:  Yaz 
gələndə bütün kənd canlanırdı, yəni hamı çöl işinə başlayırdı (M.Qocayev). 
Demək lazımdır ki, aydınlaşdırma bağlayıcısının digərini burada əvəz etmək 
olmur.  Bunun  əsas  səbəbi  həmin  bağlayıcıların  daxili  potensial 
semantikasıdır.  Dediyimiz  kimi,  bağlayıcıların  müstəqil  leksik-semantik 
mənası olmasa da, daxili mənasında müəyyən semantikaya malikdir ki, bu da 
onların hər yerdə deyil, məhz müvafiq yerlərdə işlədilməsini təmin edir. Yəni 
bağlayıcısının  daxili  semantikası  ondan  ibarətdir  ki,  bu  bağlayıcı  ilə 


Filologiya məsələləri, № 7, 2017 
 
182
əlaqələnən  komponentlərdən  ikincisi  birincinin  məzmununu  açmalı,  izah 
etməli,  aydınlaşdırmalıdır,  lakin  bu  zaman  hər  iki  komponentin  məzmun 
yükü, demək olar ki, eyni olur. Məsələn bağlayıcısı isə daxili semantikasında 
aydınlaşdırma  məzmununa  malik  olsa  da,  bu  bağlayıcının  əlaqələndirdiyi 
komponentlər  bərabər  məzmuna  malik  olmur,  daha  doğrusu,  ikinci 
komponentin məzmunu birincinin bir hissəsini təşkil edir. Elə buna görədir 
ki, həmin bağlayıcıların əlaqələndirdiyi dil vahidləri də eyni deyil; belə ki, 
yəni bağlayıcısı əlavə ilə onun aid olduğu söz və ifadə arasında işlənə bilirsə, 
bu funksiyanı məsələn bağlayıcısı yerinə yetirə bilmir. Məsələn: Samir, yəni 
sinif yoldaşım bu gün dərsə gecikmişdi cümləsində yəni bağlayıcısının yerinə 
məsələn  bağlayıcısını  qoymaq  olmaz.  Eləcə  də  Mənim  sinif  yoldaşların, 
məsələn Samir və Rüfət dərsə yaxşı hazırlaşmışdılar cümləsindəki məsələn 
bağlayıcısının yerinə yəni bağlayıcısını qoymaq olmaz. Bu isə o deməkdir ki, 
bu  bağlayıcıların  eyni  ad  altında  birləşdirilməsi  onların  daxili  potensial 
semantik  məzmunlarına  görə  deyil,  funksiya  eyniliyinə  görədir.  Buna  görə 
də  eyni  başlıq  altında  birləşdirilmələrinə  baxmayaraq,  bu  bağlayıcıları 
sinonim hesab etmək olmaz. 
Buradan  belə  nəticə  çıxarmaq  olur  ki,  köməkçi  nitq  hissələrinin,  o 
cümlədən  bağlayıcıların  sinonimliyi  ilə  əsas  nitq  hissələrinin  sinonimliyi 
arasında müəyyən fərqli məqamlar olsa da, yaxınlıq da çoxdur. Burada həm 
mütləq,  həm  nisbi  sinonimlikdən  bəhs  etmək  olar.  Sonuncu  fakt  isə  onu 
göstərir ki, bəzən bağlayıcılar eyni məzmun başlığı altında verilsə də, onlar 
əslində sinonimik münasibətdə olmurlar. 
 
Ədəbiyyat: 
 
1.  H.Mirzəzadə  Azərbaycan  dilinin  tarixi  qrammatikası.  “Maarif”,  Bakı, 
1990. 
2.  M.Hüseynzadə  Müasir  Azərbaycan  dili.  III  hissə.  Morfologiya.  “Şərq-
Qərb”, Bakı, 2007. 
 3. S.Q.Əlizadə Azərbaycan ədəbi dilində bağlayıcıların inkişaf səviyyəsi.—
Azərbaycan dilində adların morfologiyası. ADU nəşri, Bakı, 1984, s.37-
41. 
 4.  N.R.Manafov,  S.M.Behbudov  Azərbaycan  dili  dialekt  və  şivələrində 
köməkçi nitq hissələri. EA nəşri, Bakı, 1992. 
5. Q.Kazımov Müasir Azərbaycan dili. Morfologiya. “Elm və təhsil”, Bakı 
2010 
6. F.Zeynalov Müasir türk dillərində köməkçi nitq hissələri. “Maarif”, Bakı 
1971 
 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə