Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə74/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   70   71   72   73   74   75   76   77   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
201
məzmun planında dəyişmə baş verir. İstər yeni sözün yaradılması, istərsə də 
sözün  semantikasında  dəyişmənin  baş  verməsi  adlandırılan  vasitələrin 
(leksik səviyyədə sözlərin) həcmində genişlənməni səciyyələndirir.Yeni söz 
lüğətə  yeni  vahid  kimi  daxil  olur.  Əvvəl  mövcud  olmuş  sözün  mənasında 
dəyişmə yarandıqda isə lüğət fonduna yeni söz daxil edilmir, əvvəlki sözün 
mənaları  sırasında  yeni  mənanın  qeydə  alınması  hadisəsi  baş  verir. 
“Nominasiya  (adlandırma)  problemi  ilə  bağlı  hər  cür  məsələnin  şərhində 
aydınlıq  o  zaman  mümkündür  ki,  dildə  bu  və  ya  digər  sözün  yaranmasını 
gerçəkləşdirən  bütün  amillər  nəzərə  alınsın.  Bu  amillər  aşağıdakılardır: 
təcrübə,  linqvistik  texnika,  insan  psixologiyası  və  ayrıca  fərdin  rolu, 
cəmiyyətin  rolu,  xarici  şəraitin  təsviri,  adlandırma  və  dil  sistemi,  dilin, 
təfəkkürün  real  gerçəkliklə  qarşılıqlı  münasibəti”  [4].  Doğurdan  da, 
göstərilən bütün amillər nəzərə alındıqda, bir halda sözün mənasında qismən 
dəyişmənin  baş  verməsi  nəticəsində  adlandırmanın  gerçəkləşməsi,  başqa 
halda  yeni  anlayışa  ad  vermək  tələbinin  yerinə  yetirilməsi,  üçüncü  halda 
obrazlılıq,  daha  geniş  təyinetmə  məqsədilə  məfhuma  yeni  əlavə  adın 
verilməsi  və  s.  ilə  üzləşməni  aydın  görmək  mümkündür.  Deməli,  formanı 
saxlayıb yeni məna yaratmaq söz yaradıcılığıdır. 
  Türk dillərində ən qədim köksözlər dedikdə ilk türk yazılı abidələrində 
rastlanan ilk türk düşüncəsini ifadə edən təkhecalı sözlər nəzərdə tutulur. Bu 
qədim  sözlərin  bir  çoxu  digər  törəmə  sözlərin  tərkibində  birikmiş, 
qəlibləşmiş, bir qismi arxaizmə çevrilmiş, bir qismi isə müasir dövrə qədər 
gəlib çıxmışdır. Qədim köksözlərin bir çoxunun mənşəyi sakral anlayışlarla 
bağlıdır. Türk dillərində bəzi söz keçidləri qədim dialekt fərqləri kimi ortaya 
çıxmışdır. Məsələn, sor-söz sözlərindəki fono-semantik parçalarına əski r/z 
dialekt  fərqini  əks  etdirir.  Türk  dillərində  olan  ən  qədim  köksözlərin 
bəzilərinin etimoloji şərhinə nəzər salaq. 
  An.  Bu  sözün  ilkin,  qədim  mənası  “canlı”dır.  Ancaq  çağdaş  türk 
dillərində  mənaca  daralmışdır.  Alt...tat.dia.  “maral”,  kar.  noq.  qır.  “ov 
heyvanı”.  sor.  “yırtıcı  heyvan”.  qərbli  Sibir  tat.  an  posi  “maral” 
[11].kar..qaz..noq..tat..xak.”ov”, qaz., “vəhşi heyvan”, q.qalp.”vəhşi, yırtıcı, 
ov”,  tuv,  “heyvan”,  Qədim  an  söz  kökü  şumer  dilində  “səma”  anlamında 
olmuşdur. Həmçinin An şumer dilində teonim anlayışı ifadə etmişdir. Nəzərə 
alaq  ki,  “səma”  bildirən  sözlər  həm  də  tanrı  mənasını  bildirmişdir.  Akkad 
dilində  An//Anu  “”göv,  fələk,  tanrı”,  şumer  dilində  an  ki  kainat.yer,  göy 
anlamımda  olmuşdur.[14].  Müqayisə  edək:  hindi  dilində  jan  “insan”.Tanrı 
“bədən”  mənasındadır  .[14].Türkoloqlar  bu  sözün  ağ-av-ov  fel  kökündən 
yarandığını ehtimal edirlər[16]. Ancaq bizim fikrimizcə, bu qədim sözün ov-
//av-fel kökü ilə heç bir əlaqəsi yoxdur. An sözünün mənşəyi isim kökü ilə 
əlaqəlidir.  An  sözü  ən  qədim  sözlərdən  biridir  və  nostratik  mənşəlidir. 
Müqayisə  edək:  latın  animal  “heyvan”,  animus  “ruh,  qəlb,  nəfəs”,  iran 


Filologiya məsələləri, № 7, 2017 
 
202
dillərində:  an  –  “nəfəs,  nəfəs  almaq”,  “ruh,  can”(  ЕSTУ-1-  стр.153), 
sanskirit anqa “bədən” (SRS, S.22). Digər tərəfdən ərəb dilində ins “insan” 
kökü  də  vardır.  Nağıllarda  işlənən  in-cin  qoşa  sözündə  in  kökü  “insan” 
mənasındadır.  ərəb  dilindəki  insan  sözünün  də  kökü  buradandır.  Türkmən 
bədii  qaynaqlarında  an  kök  morfeminin  derivatı  olan  anda  “ovlamaq”  feli 
işlənmişdir:  Bişelerin  av  andayan  şiri  sen  (TKES,  s.28).  Altay  dilinin  qara 
tatar dialektində an “yırtıcı heyvan, maral” mənalarındadır.[12]. Bir  misala 
nəzər  salaq:  Belçağ  sözünə  glincə  (Qılıncının  belçağına  yabışdı-kim,  bunu 
çırpa  [18].  Bizcə  o,  “arxa,son”  mənasını  verən  bel  və  hələ  DLT-də 
“qamçının  ucu”  anlamında  rast  gəldiyimiz  cağı)sözlərindən  əmələ  gələn 
mürəkkəb sözdür[13].Bu leksik vahid qədim sözlərimizdəndir. Belə ki, Türk 
dilləri ilə digər dünya dilləri arasında baş verən söz alış-verişini örnəklərlə 
çox  gözəl  şəkildə  göstərən  A.Dilaçar  bulqar  türkcəsindən  slavyan 
bulqarcasına keçən “bilərzik” mənalı belçuq kəlməsini misal göstərir.[17].  
  İngilis  dilindəki  ancestor  (ənsistə)  “ulu  baba,  ulu  əcdad”,  ancestry 
(ənsistri) “nəsil” sözündə bu ulu sözkökü mühafizə olunmuşdur. Bu qədim 
sözün kök formalarından olan an şəkli fin-uqor dillərinə aid Perm dillərində 
qorunmaqdadır.  Belə  ki,  Perm  dillərində  an  “qadın”  mənasıdır.  Qədim 
etruskt  dilində  Uni  “qadın  ilahəsi”  teonimi  olmuşdur.  (HDE,  s.203). 
amerikanın  aborigen  sakinlərindən  olan  amerindlərin  dilində  anu//anne 
“qız”,  ano  “cavan  heyvan”,  enani  “qız”,  innu  “oğlan”  (AED  s.47)  sözləri 
mövcuddur.  Həmin  sözlər  də  türk  dillərindəki  qədim  an  kök  morfemi  ilə 
genetik  baxımdan  yaxındır.  Vaxtilə  şumer  dövlətlərində  ali  kahinlər  en 
adlanırdı. 
  B.Əhmədov Azərbaycan dialektlərində və digər türk dillərində işlənən 
ənik “it balası” sözünün arxetipinin in//ən//ön hissələrinin əsasında ən-felinin 
durduğunu qeyd edir, A. Şerbak və başqaları kökü qədim an vəhşi heyvan 
kökünə bağlayırlar.  
  Tatar  şivələrində  işlənən  əngə  “dişi”  sözünün  isə  önq//öq  kökünə 
bağlanır ki, onun da mənası “doğan, nəsil artıran olub,” ana sözü ilə birləşir 
[6].  Çağatay  türkcəsində  ana  “ana”,  anaka  “ögey  ana,  süd  anası,  dayə” 
mənasında olmuşdur.(COW.11) qədim an kök morfeminin allomorfu olan in 
kökünün  sin  fonovariantı  uyğur  dilində  “insan,  bədən”,  yapon  və  çin 
dillərində sin “bədən” anlayışını ifadə edir.[7] Əgər müqayisə aparsaq, türk 
dillərində  olduğu  kimi,  hind-avropa  dillərində  də  an  kökünün  derivatlarına 
rastlamaq  mümkündür.  Müqayisə  edək:  kelt  geno  “ailə”  (EDPC,  35). 
Müqayisə  edək:  sarı-uyğur  rin  “insan”.  Həmçinin  sarı-uyğur  dilində  çin 
mənşəli  hesab  edilən  rin//jın  (“insan”)  paralel  variantlarında  r  və  j 
samitlərinin  protetik  səs  olması  tamamilə  mümkündür  (YJU,  31).  Qədim 
perm  dilində  in  “ana”  anlamında  olmuşdur  (DPY,  131).  “Avesta”da  an-u 
“dunya, ətraf, aləm, insanlar” anra “həyat gücü” sözləri işlənmişdir.[9]. Yeri 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə